Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   63   64   65   66   67   68   69   70   ...   90

 
229 
«İpək yolu”», «Audit”», «Təkamül”» və digər dövri jurnalları və 
onlarla  dərsliklər,  monoqrafiyalar,  dərs  vəsaiti,  innovasiyalar  və 
digər  nəşrlər  özəl  universitetlərin  təhsilimizə,  mədəniyyətimizə, 
mə’nəviyyatımıza, bir sözlə həyatımıza verdiyi töhfələrdir. Təhsil 
sistemində  ən  çox  tikinti-quraşdırma  işlərini  özəl  universitetlər 
aparırlar. 
Özəl  universitetlərin  hesabına  elmi  dərəcəli 
alimlərimizin  bir  qismi  iş  yerləri  ilə  təmin  olunmuşdur.  İndiki 
dövr üçün bu da çox vacib göstərici sayılmalıdır. 
        Özəl universitetlər tədrisin məzmununu və keyfiyyətini Qərb 
standartları  səviyyəsinə  yüksəldə  bilsələr,  onda  imkanlı 
həmvətənlərimiz  külli  miqdarda  pul  xərcləyərək  övladlarını 
xaricdə  oxutmaq  fikrindən  daşınarlar.  Bu  isə  əhəmiyyəti  böyük 
olan  işdir.  Belə  olan  halda  xaricə  beyin  axını  dayanacaqdır.  Bu 
bir  tərəfdən  valyutanın  xaricə  axınının  qarşısı  alınar,  digər 
tərəfdən  gəncliyimiz  Azərbaycan  mühitində  təhsil  və  tərbiyyə 
alarlar.  Ən  nəhayət,  lətifə  sayağı  səslənsə  də,  özəl  universitetlər 
həm  də  çirkli  pulları  yuyan  müəssisədir.  Başqa  sözlə,  bu 
universitetlər  bə’zi  valideynlərin  qazandığı  çirkli  pulları  onların  
övladlarının təmiz biliyinə çevirirlər. Özlüyündə bu da faydalı bir 
işdir. 
Beləliklə,  özəl  universitetlərin  elitar  təhsil  müəssisəsinə 
çevrilməyə  şansı  daha  böyükdür.  Dövlət  bu  şansın  həyatda 
reallaşmasına  kömək  etməlidir.  Ona  öz  təhsil  sisteminin  bir 
hissəsi kimi, özü də  yaxşı bir hissəsi kimi  baxmalıdır. Belə olan 
halda  cəmiyyətimiz  vətəndaş  cəmiyyətinə  daha  tez  çevrilə  bilər,  
cəmiyyətimizdə demokratik ənənələr tez bərqərar olar.  
 
Bir  halda  ki,  özəl  təhsil  qurumları  dövlətdən  vəsait 
almaldan  gənclərin  əlavə  bir  hissəsinə  təhsil  verə  bilirsə,  əvvəla 
buna  sevinmək  lazımdır,  ikincisi  də  buna  maneçilik  yox, 
köməklik  göstərmək  lazımdır.  Cəmiyyətin  potensial  imkanlarını 
özəl  təhsilə  yönəltmək  asan  bir  işdir.  Bu  potensial  ona  görə 
açılmır  ki,  ona  münasibət  düzgün  qurulmayıbdır.  Bu  sahədə  
inzibatçılıq çox, demokratiya azdır. Özəl ali məktəblərdə tapşırıq, 
rüşvət minimum səviyyədədir, çünki burada iqtisadi münasibətlər 


 
230 
dövlət  təhsil  qrumlarından  fərqli  və  mütərəqqidir.    İndi 
respublikamızda  qanuni  fəaliyyət  göstərən  özəl  ali  təhsil 
məktəblərində  30  minə  yaxın  tələbə  təhsil  alır.  1999-2000–ci 
təhsil ilində özəl ali məktəblərə 4700 tələbə qəbul edilmişdir. Bu 
təhsil  kanalına  etibar  edilərsə,  onda  əvvala,  1990-cı  ilin  təhsil 
səviyyəsinə  çata  bilərik,  ikincisi  də  hər  il  təhsildən  kənarda 
qalmış  yüz minə  yaxın  gənc oğlan və qızların  bir qismini də ali 
təhsilə cəlb edə və küçə fəlakətlərindən  qoruya  bilərik. İşsizlik 
şəraitində bunun çox böyük əhəmiyyəti vardır. Yəni təhsildə olan 
mövcud  vəziyyəti  həm  kəmiyyət,  həm  də  keyfiyyət  baxımından 
kifayət  qədər  yüksək  səviyyəyə  qaldırmaq  mümkündür.  Bundan 
cəmiyyət itirməz, qazanar. Cəmiyyətin orta təhsil səviyyəsi artar. 
Nou-xau  qabiliyyəti  artar.  Azərbaycanın  müstəqilliyi  dönməz  və 
əbədi olar. 
         Yeni  iqtisadi  münasibət  hansı  sahəyə  daxil  olursa,  orada 
problemlər  öz  həllini  tez  tapır.  Ancaq  eyni  zamanda  yeni  ilə 
köhnənin  arasında  mübarizə  gedir  və  bu  mübarizədə  çətin  olsa 
belə  yenilik  qalib  gəlir.  Təhsil  işçiləri  yaxşı  bilirlər  ki,  özəl  çap 
mətbəələri  dövlət  mətbəələrlə  müqayisədə  kitabları,  dərslikləri 
daha  keyfiyyətlə  çap  edirlər.  Çox  maraqlıdır  ki,  özəl  sektoru 
tənqid edənlər öz kitablarını məhz özəl mətbəələrdə çap etdirirlər, 
öz  qonaqlarını  özəl  restorana  dəvət  edirəlr,  evlərində,  məişətdə 
istifadə etdikləri cihazlar, əşyalar özəl firmaların mallarıdır. 
Təhsildə  rüşvəti  məhz  özəl  sektorun  vasitəsi  ilə  küncə 
sıxmaq  mümkündür.  Normal  özəl  universitetdə  isə  prinsipcə 
rüşvət  mümkün  deyildir.  Çünki  burada  mənimsənilməli  dövlət  
vəsaiti  yoxdur.  Sahibkar  isə  imkan  verməz  ki,  onun  mənafeyini 
hansısa müəllim tapdalasın.  
Özəl  təhsil  müəssisələrində    qüsur  ola    bilər  və    var.  
Ancaq  bu    qüsurlar  subyektiv  amillərlə    bağlıdır.  Bu  qüsurları 
tezliklə  aradan  götürmək  mümkündür  və  lazımdır.  Elektrik 
cərəyanı insanları vurarkən heç kəs evlərində onlara işıq və istilik  
gətirən  elektrik xətlərini söküb çıxartmır. Sadəcə onunla davranış 
qaydalarını  öyrənir.  Biz  də  özəl  universitetlərlə  normal  davranış  


 
231 
qaydalarını öyrənməliyik. Çünki o bizim cəmiyyətə işıq və istilik 
verə  bilər.  Özəl  təhsil  sisteminin  hansısa  lokal  müəssisəsində 
qüsurun olması, qlobal olaraq bu sektora kölgə salmamalıdır.  
Kifayət  qədər  təhsil  yolu  keçmiş,  maddi-texniki,  kadr 
potensialı toplamış bir neçə özəl universitetlərə tələbə qəbulunun 
əsas  olmadan  dayandırılmasını  izah  etmək  çətindir.  Şübhəsiz, 
gələcəkdə  özəl  universitetlər  təhsil  sistemində  layiqli  yerlərini 
tutacaqlar.  Gedilmiş  yolu  təkrarən  təzədən  kiminsə  getməməsi 
üçün  bu  universitetlərə  qayğı  göstərmək  lazımdır.  Sadə  həqiqət 
budur ki, müsbət təşəbbüs dövlət tərəfindən dəstəklənməlidir. 
Cəmiyyətdə  tez-tez  eşitdiyimiz  sualların  biri  də  dəqiq 
elmlər  sahəsində  özəl  universitetlərin  olmaması  ilə  bağlıdır.  Bu 
sualla  bağlı  demək  istəyirəm  ki,  iqtisadi  cəhətdən  humanitar 
ixtisaslar  üzrə  mütəxəssis  hazırlamaq  dəqiq  elmlər  üzrə 
mütəxəssis  hazırlamaqdan  qat-qat  ucuzdur.  Çünki  fizika,  kimya, 
biologiya  və  s.  ixtisaslarının  tədrisi  üçün  lazım  olan 
laboratoriyalar,  cihazlar,  avadanlıqlar  çox  bahadır.  Gənc  özəl 
unversitetin  belə  laboratoriyalar  almaq  imkanı  çox  azdır.      Bu 
səbəbdən də bütün özəl unviersitetlərdə humanitar ixtisaslar üzrə 
mütəxəssislər hazırlanmasına üstünlük verirlər.  
Özəl  ali  məktəblər  təhsil  haqqından  sui-istifadə 
etməməlidirlər. Onlar aldıqları təhsil haqqını böyük bir hissəsini 
məhz 
gənclərin  təlim-təhsil  problemlərinin  həllinə  sərf 
etməlidirlər.  Tələbə  ödənişləri  tələbənin  intelektual  səviyyəsinin 
yüksəldilməsinə, biliklənməsinə sərf edilməlidir.  
Özəl ali məktəblər müasir tədris binaları tikirlər. Əgər bu 
işdə  hökümət  onlara  bina  ilə  kömək  etmirsə  (əslində  onlar 
hökümətin  görməli  olduğu  işi  görürlər)  onda  bu  təşəbbüs 
alqışlanmalıdır.  Çünki  məktəbə,  təhsilə  sərmayə  qoymaq 
gələcəyə  sərmayə  qoymaqdır.  Bu  iş  milli  mənafe  baxımından 
restoran,  ticarət  mərkəzi,  benzindoldurma  məntəqələri  və  s. 
tikməkdən daha çox əhəmiyyətlidir. Amma bu tikinti-quraşdırma 
işlərində tələbə ödənişlərindən az, xarici maliyyə mənbələrindən, 
kreditlərdən daha çox istifadə edilməlidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə