Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   71   72   73   74   75   76   77   78   ...   90

 
259 
 
         Məktəblə çıxar zahirə-əsrari-xəfaya, 
 
         Məktəblə yaşar rahətü məsud rəaya,  
 
         Eylər qələmin şu sözü təkrar vəsaya. 
 
         Darülədəbin bilməyimiz qədrini, millət, 
 
         Göstərməli ikmalına olduqca həmiyyət. 
 
 
                     Azmışlar üçün elmü ədəb nuri səhərdir,  
                     Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir 
                     İnsana şərəfbəxş fəqət elmü hünərdir. 
                     Bimərfət adam canı yox xüşk şəcərdir                              
                     Darülədəbin bilməyimiz qədrini, millət, 
                     Göstərməli ikmalına olduqca həmiyyət.
 
                          Əlavələr 
 


 
260 
1. Düzgün  yaşama  formulası 
 
“Sizin istənilən qərarınız səhvdir”.  
     Eduard Dalberq 
 
 
Molla  Nəsrəddinin  bir  lətifəsində  söylənilir:  «Bir  gün 
Molla oğlu ilə səfərə çıxır. Molla oğlunu eşşəyə mindirir, özü isə 
piyada  gedir.  Yoldan  keçən  bir  neçə  adam  onları  görüb  deyir: 
«Bu  da  indiki  cavanlar.  Heç  böyüyə  hörmət  etmirlər.  O  boyda 
sağlam oğlan eşşəyə minib, yazıq qoca kişi piyada gedir».  
 
Bu  sözdən  utanan  uşaq  atasına  eşşəyə  minməyi  təklif  edir. 
Özü  isə  eşşəkdən  düşüb  piyada  gedir.  Bu  dəfə  onların  qarşısına 
başqa adamlar çıxırlar. 
 
«Bunlara  bir  baxın.  O  boyda  kişi  eşşəyə  minib,  yazıq 
uşaq piyada gedir» - deyə bu adamlar onlara irad tuturlar. 
 
Bu  dəfə  Molla  özü  də  oğlu  ilə  birlikdə  eşşəyə  minirlər. 
Yenə onların qarşısına bir dəstə adam çıxır:  
 
«Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan 
nəfəs ala bilmir» deyirlər.  
 
Molla  eşşəkdən  düşür,  oğlunu  da  düşürür  və  deyir:  «gəl 
ikimiz də piyada gedək. Onda camaat bizə heç nə deməz». 
 
Yenə  onların  qarşısına  bir  dəstə  çıxır:  «Bu  axmaqlara 
baxın.  Günün  altında  piyada  gedirlər,  atıla-atıla  gedən  eşşəyə 
minmirlər» - deyə   adamlar onları tənbeh edirlər. 
 
 Adamların  sözündən  təngə  gəlmiş  molla  eşşəyi  qaldırıb 
dalına  alır  və  deyir:  ”Gəl  bala,  belə  eləməsək,  camaatın 
ağzından qurtara  bilmərik».  
 
Mollanın başına gələn bu əhvalat bir çox cəhətdən diqqəti 
cəlb  edir.  Birincisi,  Mollanın  və  oğlunun  bəzi  hərəkətləri,  bir 
vəziyyətdən başqa vəziyyətə keçidi (eşşəyə minməsi və eşşəkdən 
düşməsi)  xarici  qüvvələrin  təsiri  altında  baş  verir.  İkincisi, 
Mollanın  öz  ideyası,  iradəsi  olmadığına  görə  yoldan  keçənlərin 
təsiri  altına  düşür.  Molla  baş  verən  hadisələrin  idarə  edən  tərəfi 


 
261 
yox, idarə olunan, aktiv yox, passiv tərəfidir.  Fəlsəfi dillə desək, 
molla hadisələrin subyekti yox, obyektidir.      
 
Son 200 ildə yaşadığımız tarix və məruz qaldığımız siyasi 
keçidlərin demək olar ki, hamısı  xarici qüvvələrin təsiri altında 
baş vermişdir. Biz hadisələrin aktiv yox, passiv tərəfi olmuşuq. 
Son  80  illik  tariximizdə  çox  saylı  siyasi  keçidlər 
yaşamışıq. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətini 
qurduq.  1920-ci  ildə  bu  quruluşdan    sol  təməyyülü  bir  quruluşa 
keçdik.  1921  –ci  ilin  sonunda    SSRİ-nin  tərkibinə  qatıldıq.  70 
ildən  sonra  SSRİ  –nin  tərkibindən  çıxaraq  bugünkü  quruluşa 
keçdik.  
 Bu    keçidlərdə  bizim  və  Mollanın  başına  gələnlər 
arasında aydın paralellər görünür. Molla xoş niyyətlə səfərə çıxır. 
Biz  də  xoş  niyyətlə  1918-ci  ilin  may  ayında  müstəqilliyimizi 
bəyan  edərək,  gələcəyə    müstəqil  dövlət  kimi  getməyi 
planlaşdırdıq. 
 
Maraqlıdır  ki,  Molla  üçün  köməkçi  vasitə  olan  eşşək 
axırda  onun  özünün  yükünə  çevrilir.  Azərbaycanın  çox  qiymətli 
varı  olan  nefti  zaman-zaman  yükümüzə  çevrilir  və  bizə  bəla 
gətirir.  Bölgəni  diqqət  mərkəzinə  çəkir,  siyasi  terminlə  desək, 
geosiyasi mərkəzə çevirir. Super dövlətlərin diqqəti bu məkanda 
kəsişir. 
 
Çox  vaxt  Azərbaycanda  gedən  siyasi  proseslər,  bizim 
elitar  təbəqənin  başa  düşdüyündən  qəlbidə  gedibdir.  Başa  düşə 
bilənlər  isə  «zərərsizləşdirilibdir».  Misal  olaraq,  Nəriman 
Nərimanovun taleyini göstərmək olar. 
Mollanın əhvalatında başqa bir cəhət də diqqəti cəlb edir. 
Yoldan keçən dəstələr hadisələrin (keçidlərin) keçmiş tarixçəsini 
bilmirlər, bu səbəbdən də yersiz təkliflərlə çıxış edirlər. Mollanın 
dünyagörüşü  zəif  olduğundan,  özünün  ideyası,  iözünə  inamı  və 
xarici  qüvvələrə  tab  gətirə  biləcək  daxili  gücü  olmadığından 
hərəkətləri  (keçidlər)  yoldan  keçən  dəstələr  (xarici  qüvvələr) 
tərəfindən  idarə  olunur.  İlk  baxışda  ağıllı  görünən,  Molla 
tərəfindən qəbul olunan bu təkliflər əslində nonsensdir. Əgər hər 


 
262 
dəstə  özündən  əvvəlki  dəstələrin  təkliflərini  bilsəydi,  yersiz 
təkliflərlə çıxış etməzdilər. Ona görə onlar yersiz çıxış edirlər ki, 
hadisəni  ani  olaraq  qiymətləndirirlər.  Başqa  sözlə,  əgər  hadisə 
başlandığı andan müşahidə altında olsa idi, onda yoldan ötənlər o 
cür təkliflərlə çıxış etməzdilər.  
Bizi  müxtəlif  quruluşda  yaşamağa  məcbur  edən  xarici 
qüvvələr  (yoldan  ötənlərdən  fərqli  olaraq)  etdikləri,  hərəkətlərii 
yaxşı  bilir  və  qərəzli  məqsəd  güdürlər.  Bölgədə  siyasətin  aktiv 
tərəfi kimi çıxış etmək istəyirlər. 
Molladan  fərqli  olaraq  biz  xarici  qüvvələrin  ideyalarının 
icraçısına çevrilməməliyik.  Bizim öz milli ideyamız, siyasətimiz 
olmalıdır, 
fəaliyyətimiz 
öz 
ideyalarımızdan, 
daxili 
gücümüzdən   bəhrələnməlidir.  
 
Qeyri-müəyyənlik prinsipi:  təbiətdə və cəmiyyətdə 
  
“Səhv qarşısında qorxu bizi həqiqəti 
axtarmaqdan çəkindirməməlidir”. 
 
Helvetskiy. 
 
 
Təbiətşünaslıqda  böyük  əhəmiyyət  kəsb  edən  və 
Heyzenberq  tərəfindən  kəşf  edilmiş  «qeyri-müəyyənlik 
prinsipi»nin  məğzi  bundan  ibarətdir  ki,    elementar  zərrəciklərin 
impulsu nə qədər dəqiq ölçülərsə, onun fəzadakı yeri bir o qədər 
qeyri-müəyyəndir  və  ya  tərsinə,  hissəciyin  yeri  fəzada  nə  qədər 
dəqiq  ölçülərsə,  onun  impulsunun  qiyməti  bir  o  qədər  qeyri-
müəyyəndir. 
 
Təbiət    hadisələri  cəmiyyət  hadisələriindən  fərqli  olaraq 
obyektiv  qanunlarla  idarə  olunur.    Subyektiv  qanunlarla  idarə 
olunan  cəmiyyət  hadisələrində    obyektiv  qanunauyğunluqlar  
mümkündür.    Misal  üçün,  iqtisadiyyatı  yüksək  olan  ölkələrdə 
demokratik dəyərlər daha tez bərqərar olur. Və ya  adam başına 
enerji  istehlakı  ilə  adam  başına  düşən  milli  dəyər  arasında  
mütənasiblik  mövcuddur  və  s.  Başqa  sözlə,  iqtisadiyyat  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə