Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

 
256 
Kitabda belə problemlərə də toxunulubdur. Qısası, kitabda «təhsil 
sferasında  düz  yaşamırıq»  fikiri  kitab  boyu  qırmızı  xətlə  keçir. 
Göstərilir ki, təhsilə münasibət həm vətəndaşlar, həm də cəmiyyət 
tərəfindən  dəyişməli  və  müstəqil  dövlətin  yaşaması  üçün  əsas 
olan  «milli  mənafe  şəxsi  və  digər  mənafelərdən  üstündür» 
prinsipinə təhsil sistemində ciddi əməl olunmalıbır. 
Təhsil sahəsində mütərəqqi yenilik etmək çox çətin, ancaq 
səhv  etmək  çox  asandır.  Bu  səbəbdən  də  təhsildə  səhv 
yolverilməzdir.  Ona  görə  də  hər  addım  yüz  ölçülüb,  bir 
biçilməlidir.  Biliyin  qiymətləndirilməsi  kimi  asan  görünən 
problemin nə qədər çətin olduğunu və ənənəvi 5 ballı sistemdən 9 
ballı  sistemə  keçmək  üçün  aparılan  eksperimentin  əsassız  və 
zərərli  olduğu  bu  fikiri  bir  daha  təsdiqləmişdir.  Kitabda  biliyin 
qiymətləndirilməsinə  yeni  fəlsəfi  baxış  verilmişdir.  Təhsil 
sahəsində  işlədilən  bəzi  terminlər  ətrafında  yeni  düşüncə  ilə 
fikirləşmək təklif olunur. 
Son  minilliklər  ərzində  həm  Şərqin,  həm  də  Qərbin 
mütəfəkkir  insanları  tərəfindən  təhsillə  bağlı  söylənilmiş,  bəşəri 
dəyər  səviyyəsinə  yüksəlmiş  aforizm  və  kəlamlardan  yeri 
gəldikcə  istifadə  edilmişdir.  Azərbaycan  Respublikasının 
Prezidenti  H.Əliyevin  təhsillə  bağlı  söylədiyi  kəlamlardan  geniş 
istifadə edilmişdir. 
Kitabın sonuna təhsillə müxtəlif dərəcədə əlaqəsi olan bir 
neçə  məqalənin  və  müsahibənin  də  əlavə  olunması  tərəfimizdən 
məqsədəuyğun hesab edilmişdir. 
 
Oxucuların qiymətli təklif və tənqidlərinə tuş gələcəyimə 
və  bir  də  kitabda  təhsilin  bir  çox  məsələlərinin  öz  əksini 
tapmaması  səbəbindən  bu  işi  gələcəkdə  də    davam  etdirməyə 
ehtiyac olduğuna inanıram.  
Təhsillə  bağlı  yazılan  istənilən  kitaba  «Son  söz»  olaraq 
100  il  öncə  M.Hadı  tərəfindən  yazılmış  iki  şeri  -  «Məktəb»  və 
«Məktəb  şərqisi»  istifadə  etmək  olar.  Bu  səbəbdən  də    kitaba 
yazdığım geniş «Son sözü» yarımçıq qoyaraq, onu M.Hadının bu  
şerləri ilə bitirmək istəyirəm. Hesab edirəm ki, bu şerlər təhsillə 


 
257 
bağlı istənilən ölkədə, istənilən dildə, istənilən zamanda yazılmış 
kitaba  həm  «ön  söz»,  həm  də  «son  söz»  ola  bilər.  Azərbaycan 
xalqına yolun düzünü göstərən və bir ziyalı kimi xalqının önündə 
gedən M.Hadiyə Allah rəhmət eləsin. 
Əlyazmanı  oxuduğuna  və  dəyərli  məsləhətinə  görə 
professorlar  Əli  Nağıyevə,  Ağarəhim  Rəhimova,  Əmrulla 
Paşayevə,    kitabın  nəşr  olunmasına  kömək  göstərən  hər  kəsə, 
xüsusi ilə İ.Alməmmədova və D.Həsənovaya dərin  təşəkkürümü 
bildirirəm.
  
 
   
 
Ş.Q.Əsgərov 
 
   
 
 
M.Hadı 
 
Məktəb 
 
                   Məktəb nə demək? Xadimi –qüdsiyyəti-millət 
                       
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət, 
                   Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət, 
                  Məktəb nə demək? Rəhbəri-irşadü səadət. 
      Övladı-vətən etmək üçün  bizdə təali 
 
       Məktəblər açıb kəsb edəlim elmü kəmali! 
 
                   Məktəb nə demək? Heyəti –milliyyəyə candır, 
                   Məktəb nə demək? Ruhi dili – mürdədilandır. 
              Ariflərə həmvarə bu söz virdi-zəbandır: 
       Əlməktəbü, əlməktəbü, ey millət, amandır. 
       Övladı-vətən etmək üçün bizdə təali 
 
       Məktəblər açıb kəsb edəlim elmü kəmali!     
 
                    Məktəb nə demək? Əncüməni-əhli-səfadır, 
                    Məktəb nə demək? Bariqeyi –fikrə səmadır. 
                        
Neyyirləri həp şəşəəbəxşayi-dühadır, 
                    Pərvərdeyi-ağuşi olanlar üdəbadır. 


 
258 
        Övladı-vətən etmək üçün bizdə təali 
 
        Məktəblər açıb kəsb edəlim elmü kəmali! 
 
                    Məktəblə bulur təsfiyə ayineyi-vicdan,  
                    Məktəblə edər kəsbi-şərəf zadeyi-insan, 
                    Məktəblə görər tərbiyə həp gülşəni- üryfan,  
                    Təzkar edək ixvanımıza şu sözü hər an: 
        Övladı-vətən etmək üçün bizdə təali 
 
        Məktəblər açıb kəsb edəlim elmü kəmali! 
 
                                   
Məktəb  şərqisi 
 
                    Məktəb nə demək?  Şəmi-şəbistani-cəhalət, 
                    Məktəb nə demək?  Cülşəni-ürfan, kəmalət, 
                    Məktəb nə demək? Ümmətə bir babi –inayət, 
                    Eylər qələmin sizlərə həqqilə vəsayət:
 
                    Darülədəbin bilməyimiz qədrini, millət, 
 
        Göstərməli ikmalına olduqca həmiyyət.
 
 
                     Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir 
                     İrşadına məzhər bulunan əhli-fətəndir. 
                     Məktəb dürü-adabü kəmalətə ədəndir,  
                     Atidəki söz bizlər üçün zibi-dəhəndir:
 
                     Darülədəbin bilməyimiz qədrini, millət, 
                     Göstərməli ikmalına olduqca həmiyyət.                       
 
 
                     Məktəb nə demək?  Ruh,dilə feyzrəsandır,        
                     Gəhvareyi- canpərvəri-rövşənəfəandır, 
                     Aşiqləri darülədəbin növhəvəsandır, 
                     Bu söz bizə hər şamü səhər zikri lisandır 
                     Darülədəbin bilməyimiz qədrini, millət, 
                     Göstərməli ikmalına olduqca həmiyyət. 
 
                     Məktəblə qılar növibəşər dəfi bəlaya, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə