Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   73   74   75   76   77   78   79   80   ...   90

 
266 
 
Qurani  -  Kərimdə  də  səbirliliymn  fəziləti  barədə 
yazılmışdır. Orada göstərilir ki, 20 səbirli adam 100 adama, 100 
səbirli adam 1000 adama qalib gələr.   
Misal  3.  «Bir  ağıl  yaxşıdır,  ikisi  ondan  da  yaxşıdır” 
kəlamı  yuxarıdakı  formulanın  işığında o deməkdir ki,  məsələnin 
həllinə  iki  nəfərin  cəlbi  sanki  problemin  çözələnmə  vaxtını  iki 
dəfə artırar. Bu səbəbdən də qəbul ediləcək qərarın xətası azalar. 
Azərbaycan Respublikası  Ali  Sovetinin  7 mart  1991-ci  il 
tarixli  iclasında    yeni  ittifaq  müqaviləsi  ilə  bağlı  keçiriləcək 
referendum və digər məsələlər haqqında   deputat Heydər Əliyev 
sərt  çıxış  edir  və  təzyiqlərə  məruz  qalır.  O  zaman  «Həyat» 
qəzetinin müxbiri Heydər Əliyevə yaxınlaşır və sual verir:  
Sual:  Sizə  elə  gəlmir  ki,  əvvəllərlə  müqayisədə  siz  indi 
diametral, əks mövqedən çıxış edirsiniz? 
Cavab:  Bəli,  dünyamız  dəyişib,  vəziyyət  dəyişib, 
keçmişimizə  münasibət  başqadır.  Ona  görə  də  biz  tariximizi 
yenidən  təhlil  edib,  daha  obyektiv  nəticəyə  gəliriksə,  burada  pis 
heç nə  görmürəm». 
Bu  deyilənlərdən  çox  maraqlı  nəticə  əldə  etmiş  oluruq: 
İstənilən şəxsin bir hadisə haqqında qəbul etdiyi qərarlardan 
son  qərar,  prinsipcə,  daha  düzgün  qərar  hesab  olunmalıdır. 
Çünki  son  qərar  qəbul  edilərkən  insan  daha  çox 
informasiyaya malik olur.  
 
Misal 4. «Ağsaqqal sözünün üstünlüyü».    Bu 
kəlama 
açılış verməmişdən qabaq, yuxarıdakı riyazi formulanı başqa cür 
yazaq.  
 
İstənilən  təbiət  və  cəmiyyət  hadisəsinin  tədqiqat 
(müşahidə) müddəti 

t ilə həmin hadisə haqqında əldə etdiyimiz 
informasiyanın  miqdarı 

İ  arasında  əlaqənin  olmasında  şübhə 
yoxdur.      Bu  əlaqənin  düzxətli  (düz  mütənasib)  olduğunu  fərz 
edək:  
           Fərz  edək  ki,  problemi  həll  etməyə  başlayanda  t
1
– 
zamanında  problemlə  bağlı  İ
1
    informasiyamız  (arqument,  fakt) 


 
267 
var. Bir müddətdən sonra  t
2
-zamanında  məlumatımız dəyişib İ
2
  
səviyyəsinə  çatır.  Beləliklə, 
 

t = t
2
 –t
1
 - müddətində 
 
           

İ=İ
2
–İ
1
 
qədər  məlumat  toplanır  (həmdə  zərərli 
məlumatlar  tullanır). 

İ-əslində,  zəruri  informasiya    torlusudur. 
Əldə etdiyimiz nəticə belədir: 
 

İ 

 


 
 
Belə  olan  halda,  yuxarıdakı  formulanı  aşağıdakı  şəkildə 
yazmaq olar: 
                                                 

Q . 

İ = sonst 
            
 Yəni  zəruri  məlumat 

İ  nə  qədər  çox  olarsa,  qəbul 
ediləcək qərarın xətası 

Q bir o qədər az olar. Aydındır ki, 

Q=0 
olarsa,  onda    Q
m
=Q
s
  olar.  Yəni  cari  qərar  mütləq  düz  qərara 
bərabər olar.     
     
Ağsaqqalın 
dünyagörüşü, 
həyatı 
boyu 
topladığı 
informasiyası  gənc  insanlarınkından  çox  olduğuna  görə,  eyni 
hadisə  haqqında  ağsaqqalın  qəbul  etdiyi  qərar,  gəncin  qəbul 
edəcəyi  qərardan  daha  xətasız  olar.  Bu  səbəbdən  də  min  illərdir 
ki, Şərqdə ağsaqqal sözünün qiyməti böyükdür. 
 
Misal 5. Böyük Şəhriyarın: 
 
«Bizdən qabaqdadır avropalılar, 
İşi iş bilənə tapşırır onlar». 
 
hikmətinin  açılışını  yuxarıdakı  formulanın  işığında  belə  izah 
etmək olar. 


 
268 
Professional 
insanların 
həyatı 
boyu 
topladığı 
informasiyanın  (biliyin)  miqdarı  qeyri-professionalların  malik 
olduqlarından  dəfələrlə  çox  olur.  Bu  səbəbdən  də  qarşıya  çıxa 
bilən  problemi  professional  daha  qısa  müddətə  həll  edə  bilər. 
Qabaqcıl ölkələri zirvəyə aparan yolun fəlsəfəsi bundan ibarətdir. 
Misal  6.  Məhəmməd  peyğəmbər:  “Mənim  hümbətimin 
müxalif  fikir  söyləməsində  rəhmətlik  vardır”.  Müxalif  fikir 
hadisə  ilə  bağlı  informasiyanı  çoxaldır,  qəbul    olunacaq  qərarın 
səhvini isə azaldır. 
ANS    şirkətlər  qrupunun  və  Ç.  Mustafaev  adına  fondun 
təsis  etdiyi  “2002-ci  ilin  adamı””””

”    mükafatı  və  diplomunun 
təqdim    olunması  mərasimində    Azərbaycan  prezidenti  Heydər 
Əliyev  ANS  kanalında  qaçqınların  həyatı  ilə  bağlı  gördüyü  bir 
epizod haqqında söylədi:  
“Mən  gördüklərimi  Rəsizadəyə  dedim.  Əlbəttə,  Rəsizadə 
bunu  görmüşdü.  Amma  dedi  ki,  yaxşı  biz  bunu  edirik,  daha 
televizorda  vermək  nəyə  lazımdır.  Mən  dedim,  sən  indi  belə 
deyirsən.  Ançaq  onlar  bunu  verməsəydilər,  biz  də  görməzdik. 
Amma  bunlar  göstərəndən  sonra  məcburuq  bu  işə  qarışaq  və 
aydınlaşdıraq ki həqiqət nə yerdədir

””””. 
Misal  7.  Bu  deyilənlər  qərb  düşüncə  tərzində  də  özünə 
möhkəm  yer  tutub  və  dəyərlər  şəklində  kristallaşıbdır.    Qərb 
düşüncə tərzindən də bir neçə misal gətirək: 
7.1. Dalberq Eduard: “Sizin istənilən qərarınız səhvdir». 
”7.2.  T.N.İqnatova    “  Engish  for  Communication”  ». 
(Bax: səh. 216) 
” a) «Fəaliyyətə başlamazdan əvvəl faktları toplamağa 
vaxt ayır».  
  b)    «Problelmə  üzləşəndə  qərar  qəbul  etməzdən 
qabaq, faktları analiz  et».  
Misal  8:  «Kimdir  fövqəlinsan?»  –  sualına  cavab 
verməyə  səy  göstərək.  Yuxarıdakı  formulanın  tələbinə  görə 
istənilən  hadisə  haqqında  düşünmə  və  ya  məlumat  toplama 
müddətini  azaltdıqca  qəbul  edəcəyimiz  qərarın  xətası  artır.  Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə