Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

 
226 

200-300 
29,6 
44,0 

300-500 
37,3 
17,3 

500-700 
6,7 
1,4 
 
Cədvəl 17.5-dən göründüyü kimi dövlət ali məktəblərinin 
əsas  kontingentinin  bilik  səviyyəsi  200-500  bal  intervalına 
düşdüyü  (77%)  halda,  özəl  universitetlərdə  bu  interval  100-300 
bal (81%) əhatəsindədir. Maraqlı hal odur ki, yüksək bal toplamış 
(500-700)  abituriyentlərdən  1,4%-i  də  özəl  universitetlərə 
üstünlük verirlər. 
Dünya  praktikasına  əsaslanaraq,  söyləmək  olar  ki,  bir 
neçə  ildən  sonra  ölkəmizin  elitar  təbəqəsi  öz  övladlarının  özəl 
məktəblərdə  və  universitetlərdə  təhsil  almasına  üstünlük 
verəcəklər  və  məhz  özəl  universitetlər  elitar  təbəqənin  artan 
tələblərini  ödəyə  biləcəklər.  Bu  seçim  uzaqda  deyil.  Mətbuatın 
verdiyi  məlumata  görə  artıq  RF-də  bu  proses  başlayıbdır. 
Biznesmenlər, bankirlər, iş adamları öz övladlarının özəl ali təhsil 
ocaqlarında  təhsil  almasına  üstünlük  verirlər.  Çox  təəssüf  ki, 
2002-ci  ildə    özəl    universitetlərdən  bəzilərinə  tələbə  qəbulu  bu 
gün də aydın olmayan səbəblərdən dayandırılmışdır.                     
Özəl  universitetlərin  yaranması  yeni  cəmiyyətin 
məntiqindən doğduğundan milli təhsil sisteminin ayrılmaz hissəsi 
hesab  edilməlidir.    Azərbaycanda  belə  universitetlərin  fəaliyyəti 
səhv  iş  deyil.  Səhv  odur  ki,  bu  təhsil  sektoruna  münasibət  yeni 
quruluşun məntiqinə uyğun deyildir.  Bəzən hökumət üzvüləri  öz 
sənədlərində  və  hesabatlarında  bu    universitetləri  “qeyri-dövlət 
universitetləri”  adlandırır.  Guya  bu  universitetlərin    dövlətə 
aidiyəti  yoxdur.  Bu  fikir  kökündən  səhvdir.  Çünki  bu 
unversitetlər  də  “dövlət-vətəndaş””“  münasibətlərində  dövlət 
universitetlərinin gördüyü işi görürlər.  
Ümumiyyətlə, bu tip müəssisələri «qeyri-hökumət təhsil 
müəssisələri» adlandırmaq nisbətən düzgün olardı. Bu səbəbdən 
ki,  belə  universitetlər  hökumət  tərəfindən    maliyyələşmirlər. 
Ancaq  bu  termin  də  vəziyyəti  düzgün  əhatə  etmir.  Özəl  təhsil 


 
227 
müəssisələrinin qeyri-hökumət təşkilatlarından əsas fərqi bundan 
ibarətdir ki, bu təhsil müəssisələri əsasən dövləti vəzifələri yerinə 
yetirir,  vətəndaşları  təhsilləndirir.  Dövlətin  təhsil  sahəsində 
konstitusion  borcunu  reallaşdırmağa    xidmət  edir.  Dövlət 
universitetləri  hansı  məqsədə  qulluq  edirsə,  bu  universitetlər  də 
həmin  məqsədə  qulluq  edir.  Bu  səbəbdən  də  belə  müəssisələri 
“özəl”  və  ya  «xüsusi»  adlandırmaq  daha  doğrudur.  Möhtərəm 
prezidentimiz  belə  müəssisələri  qeyri-dövlət  təhsil  müəssisəsi 
yox,  «özəl    təhsil  müəssisələri»  adlandırır.  Biz  də  bu  termindən 
istifadə  etməliyik.  Bu  müəssisələrdən  qazanc  götürmək  nəzərdə 
tutulmur və tutulmamalıdır.    
 Məlumdur  ki,  valideynlərimiz  övladlarının  ali  təhsil 
alması  üçün  pul  xərcləməyə    (hətta  rüşvət  hesabına  olsa  belə)  
maraqlıdırlar. Biz onların bu istəyini qanunu yolla təmin etməyə 
borcluyuq  və  bacarmalıyıq.  Burada  iki  yol  var.  Birincisi,  dövlət  
öz təhsil  müəssisələrində əlavə  yerlər  açır və bunu ödənişli  elan 
edir. Bununla da bir qrup gənclər valideynlərinin hesabına dövlət 
təhsil müəssisələrində təhsil alır. Ancaq burada yeni bir keyfiyyət 
üzə  çıxır.  On  illərlə  bizim  universitetlərdə  tələbələrin  təhsil 
haqqını  dövlət  ödədiyindən,  haqlı  olaraq  belə  universitetlər 
dövlət ali təhsil ocaqları adlandırılıbdır. Misal üçün, Bakı Dövlət 
Universiteti,  Azərbaycan  Dövlət  Neft  Akademiyası  və  s.  Bir 
halda  ki,  bu  universitetlərin  iqtisadi  əsaslarında  köklü 
dəyişikliklər  baş  verir,  onda  bu  dəyişiklik  həmin  institutların, 
universitetlərin  statuslarına  da,  adlarına  da  təsir  etməlidir. 
Gözlərimizin  önündə  dövlət  təhsil  müəssisələri  ictimai  təhsil 
müəssisələrinə  çevrilməkdədir.  Dövlət  təhsil  müəssisələrində 
ödənişsiz  və  ödənişli  təhsil  formasının  nisbəti  51:49–dan  az 
olmamalıdır.  Əks  halda  belə  universitetlərin  adlarında  «dövlət» 
sözünün işlədilməsi məntiqsiz olar. 
Digər  yol  cəmiyyətin  (valideynlərin)  potensialından 
istifadə etməkdir. Ümumiyyətlə, özəl müəssisələr (o cümlədən də 
özəl  universitetlər)  dövlət  müəssisələrinin  qüsurları  üzərində 
yaranır.  Bu  səbəbdən  də  özəl  müəssisələrin,  (o  cümlədən  özəl 


 
228 
universitetlərin)  keyfiyyət  göstəriciləri,  prinsipcə  daha  yüksək 
olmalıdır. (Dövlət müəssisələrinin özəlləşməsinin əsas səbəbi  də 
elə  budur).    Belə  universitetlərin  varlığı  təhsil  sistemi  daxilində 
sağlam  rəqabət  yaratmalıdır.  Özəl  təhsil  müəssisəsində  işə  
münasibətdə  kordinal  dəyişiklik  olduğundan  (özəl  olduğundan)  
neqativ  hallar  olmamalıdır.  Normal  özəl  universitetlərdə  pulla, 
tapşırıqla  qiymət  yazdırmağa  praktiki  olaraq  imkan  yoxdur. 
Çünki  buna  sahibkar  imkan  verməz.  Əks  halda,  universitet  tez 
nüfuzdan düşər.   
Milli  Məclisin  Elm  və  təhsil  məsələləri  daimi  
komissiyasının  üzvü  professor  S.Xəlilov  eyni  zamanda 
«Azərbaycan  Universitetinin»  rektorudur.  Həmin  universitetdə 
təqribən  500  nəfər  tələbə  təhsil  alır.  Hər  il  təqribən  dövlətə 
milyon  manatlarla  vergi  ödənilir.  Yüzlərlə  alim-ziyalı  öz 
potensialını  bu  universitetdə  reallaşdırır.  Bu  universitetdə  rüşvət 
yoxdur.  Bu  yaxınlarda  rektorla  bir  professor  arasında  yaranmış 
münaqişənin  səbəbi  budur  ki,  professor  tapşırıqla  bir  tələbəyə 
«əla»  qiymət  yazıbmış.  Rektor  isə  bunu  universitetin  nüfuzuna 
zərbə  kimi  qiymətləndirmişdir  və  müəllimdən  bir  daha  belə 
hərəkətlər etməməsini tələb etmişdir.  
Bir  neçə  il  öncə  özəl  universitetlər  dövlətdən 
maliyyələşmədiyi  üçün  Amerikanın  məşhur  “Azadlığa  dəstək 
aktı“nın”  907-ci  düzəlişin  tə’siri  altına  düşməmiş  və  dövlət 
universitetlərindən  fərqli  olaraq  xaricdən  texniki  yardım  ala 
bilmişdilər.  Misal  üçün,  1999-cu  ilin  fevral  ayında  Amerikanın 
İnformasiya  Agentliyinin  köməyi  ilə  Qərb  Universitetində 
kompüter mərkəzinin açılışı oldu. Bu universitetin tələbələri 30-
dan  çox  müasir  kompüterin  vasitəsilə    gecə-gündüz  pulsuz 
internet xidmətindən istifadə etmək imkanı qazandılar. 
Özəl  universitetlər  dövlət  universitetləri  ilə  müqayisədə 
çevikdirlər,  cəmiyyətdə  gedən  proseslərə  reaksiyaları  yüksək  və 
cəlddir.  Dünya  şöhrətli  alim,  həmyerlimiz  Lütvüzadə  haqqında 
«Yaxın,  uzaq  Lütvüzadə»”,  Qarabağ  müharibəsi  və  Xocalı 
müsibəti  haqqında  «Canavar  balası»  və  «Qırmızı  qar»”  filmləri, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə