Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   61   62   63   64   65   66   67   68   ...   90

 
223 
“Delovaya  Amerika”  kitabında  yaxşı  bir  məsləhət  var: 
“Düz danış, nə bacarırsan -  düz  danış. Səndən gözləniləndən də 
artıq  düz  danış...””””“Məncə,  özəl  təhsil  barədə  çox  vaxt 
bilərəkdən  düz  danışmırlar.  Onun  təhsil  sistemində  yerini  düz 
göstərmirlər.    Onu  təhsildə  olan  bütün  bəlaların  əsası  kimi 
cəmiyyətə  təqdim  edirlər.  Əslində  belə  deyil,  onun  bu  bəlalarda 
heç bir günahı yoxdur, ona nəzarətdə isə günah az deyildir.. Özəl 
təhsillə  bağlı  səhv  təsəvvür,  bu  təhsil  sferası  haqqında  səhv 
qərarların  qəbulu  ilə  nəticələnə  bilər.  Söhbət  təhsildən  (millətin 
gələcəyindən) getdiyinə görə bu sahədə səhv edilməməlidir. Əks 
halda gələcəyimizi uduzarıq. 
İnancıma görə hər hansı bir hadisə ilə bağlı qəbul olunmuş 
qərarın xətası (

Q) ilə o hadisə ilə bağlı  informasiyanın cəminin 
(

İ)    hasili  sabitdir.  Bu  formulanın  ictimai  əhəmiyyəti  bundan 
ibarətdir  ki,  insanın  qəbul  etdiyi  qərarın  hökmən  xətası  var. 
Ağıllıların qəbul etdiyi qərarın xətası az, müdrük adamların qəbul 
etdiyi  qərarın  xətası  ondan  da  az  olar.  Mütləq  düzgün  qərarı 
ancaq cənab Haqq qəbul edə bilər. Az informasiyaya malik olmaq 
səhv  qərarların  qəbul  edilməsinə  səbəb  olur.  Son  illərin  test 
imtahanlarının nəticəsi göstərir ki, orta məktəb məzunlarının bilik 
səviyyəsi  çox  aşağıdır.  Orta  bilik  səviyyəsi  2002-ci  il  üçün 
mənimsəmənin  aşağı  həddi  olan  420  baldan  çox-çox  aşağı  (158 
bal)  olmuşdur.  Deməli,  təhsil  sahəsində  səhv  qərarlar  qəbul 
edirik. Əks halda səviyyə bu qədər aşağı düşməzdi. 
Özəl  təhsillə  bağlı  biz  səhv  qərar  qəbul  etməmək  üçün  
bəşəri  təcrübəni  öyrənməliyik.  Özəl  təhsilin  cəmiyyətdə  yerini, 
onun  yaranma  səbəbini,  təhsil  sisteminə  daxil  olma  məntiqini 
öyrənməliyik.  Çoxlu  məlumatlar  toplandıqdan  sonra  qərar  qəbul 
etsək səhvimiz az olar. 
 
Məqsədim özəl təhsili nə müdafiə, nə də tənqid etməkdir. 
Məqsədim  özəl  təhsillə  bağlı  həqiqəti  araşdırmaqdır  və  onun 
cəmiyyətdə  yerini  düzgün  müəyyənləşdirməkdir.  Əgər  həqiqəti 
taparıqsa,  bu  bizim  dövlətçiliyimizə  köməkliyimiz  olar.  Həqiqət 
isə  dərindədir,  tapmaq  üçün  tədqiqat  aparmaq  lazımdır,bəşəri 


 
224 
təcrübə  ilə  bağlı  məlumat  toplamaq,  nəticələr  əldə  etmək 
lazımdır.  Cədvəl  17.2-nin  2-ci  sətrində  Cənubi  Qafqaz 
dövlətlərinə  aid  əks  olunmuş  rəqəmlərin  bir-birindən    kəskin 
fərqlənməsi bu dediklərimizi sübut edir. 
 
Hüquq  ixtisası  üzrə  keçmişdən  gələn  ajiotaj  hələ  də 
davam edir. 1998-ci ildə özəl universitetlərin 20000 tələbəsindən 
12000-i hüquq fakültələrində oxuyurdu. 
Azərbaycan  prezidenti  cənab  Heydər  Əliyevdən  başqa 
milli  təhsilə  məsul  rəhbərlərdən  heç  kəs  bu  sahəyə  işıq 
tutmayıbdır,  bu  problemlə  bağlı  aydın  fikir  söyləyibdir.  Bu  işə 
cavabdeh olanlar, rəsmi mətbuat, TV, KİV, radio və bunun kimi 
digər vasitələrlə  məsələyə aydınlaq gətirməyiblər. 
Cənab Prezident özəl təhsilə öz münasibətini bir neçə dəfə  
bildirib.  1998-ci  il  Prezident  seçkilərində  seçdiyi  üç  rektor 
vəkildən  ikisinin  özəl  universitet  rektorları  olmasını  (prof. 
S.Xəlilovu və prof. H.Bağırovu) cənab prezidentin ümumi halda 
təhsildə  liberalizmə,  demokratiyaya,  xüsusi  halda  özəl  təhsilə 
müsbət  münasibət  bəslədiyi  kimi  qiymətləndirmək  olar.  Digər 
tərəfdən  2001-ci  il  sentyabrın  1-də  ilk  özəl  ümumtəhsil  məktəb 
kompleksinin açılışındakı çıxışında möhtərəm prezidentimiz:  
“Özəl  təhsil  müəssisələrinin  yaranması  Azərbaycanda 
yeni bir hadisədir və biz bunları dəstəkləyirik» -dedi. 
Bu  fikirdən  sonra  cənab  prezident  özəl  təhsilin 
cəmiyyətdə yeri ilə bağlı daha ciddi fikir söylədi:  
«Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, ümumiyyətlə, 
təhsil biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir”.  
Bu  fikirlərin  hər  ikisi  özəl  məktəblərin  cəmiyyətdə  yeri 
haqqında mükəmməl və dəyərlidir, riyazi dillə desək həm zəruri, 
həm də kafidir.  
Rezerfordun  belə  bir  fikiri  var:  “İstənilən  həqiqət  üç 
mərhələdən keçir. Birinci mərhələdə deyirlər: bu ola bilməz, 
ikinci  mərhələdə  deyirlər:  bu  ola  bilər,  üçüncü  mərhələdə 
deyirlər: bu ki çoxdan məlumdur”. 


 
225 
 
Özəl  universitetlər  Azərbaycanın  təhsil  sistemində  yeni 
bir  həqiqət  olaraq  öz  inkişafının  birinci    mərhələsini  yaşadı.  İlk 
özəl  ümumtəhsil  kompleksinin  açılışında  etdiyi  çıxışında 
möhtərəm prezidentimiz özəl məktəblərlə bağlı müsbət fikirlərini 
söylədikdən sonra özəl məktəblər öz varlığının ikinci mərhələsini 
yaşayır.  Özəl  məktəblərin  öz  varlıqlarının  3-cü  mərhələsini 
yaşayacağı gün uzaqda deyildir.   
 
Respublika  Statistika  Komitəsinin  məlumatına  görə 
2000/2001-ci dərs ilinin əvvəlinə 28,7 min tələbənin təhsil aldığı 
dövlət lisenziyalı 18 qeyri-hökumət ali təhsil müəssisəsi fəaliyyət 
göstərmişdir. 
 
Təhsil nazirinin dəvəti ilə 26 fevral 2001-ci ildə keçirilən 
bir  kollegiya  iclasında  iştirak  etdim.  Kollegiyanın  materiallarına 
istinadən qeyd etmək istəyirim ki, 2000/2001-ci il tədris ilinin qış 
imtahan sessiyasının yekunları və eksperimentlərinin nəticələri bu 
sahədə bə`zi qüsurlarla yanaşı böyük irəliləyişlərdən xəbər verir. 
Belə  ki,  qış  imtahan  sessiyasının  ümumi  müvəffəqiyyət 
göstəricisi  dövlət  ali  təhsil  müəssisələrində  69,6  faiz  olduğu 
halda,  özəl  təhsil  müəssisələrində  82,5  faiz  olmuş,  monitorinq 
aparılan  qruplarda  müvəffəqiyyət  göstəricisi  dövlət  təhsil 
müəssisələrində  38,5%,  özəl  təhsil  müəssisələrində  66,7% 
olmuşdur.  Nəzərə  alsaq  ki,  özəl  universitetlərə  qəbul  olan 
tələbələrin  bilik  səviyyəsi  adətən  dövlət  universitetlərinə  qəbul 
olanlarınkından  xeyli  aşağı  olur  (bax:  Cədvəl  17.5),  onda  bu 
nəticələr özəl universitetlərin uğuru kimi qiymətləndirilməlidir. 
 
 
 
 
Dövlət və özəl ali məktəblərə qəbul olanların 
 bala görə faizlə paylanması 
  
 
 
 
 
Cədvəl 17.5 
 
 
Bal intervalı 
Qəbulolma faizləri 
Dövlət 
Özəl 

50-100 
1,4 
0,1 

100-200 
25 
37,1 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə