Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

 
209 
beşinci il üçün nəzərdə tutulmuş təhsil xərcinə isə yerdə qalan 20 
nəfər  magistraturada  iki  illik  təhsilə  cəlb  olunur.  İqtisadi 
baxımdan  da  bu    sistem  sərfəlidir.  Çünki  100  nəfərin  bir  illik 
təhsil xərci 20 nəfərin 2 illik təhsil xərcindən daha çoxdur. Bax, 5 
illik  təhsildən  4+2  illik  ali  təhsil  sisteminə  keçidin  məntiqi 
bundan ibarətdir. 
Yeri gəlmişkən, qeyd edək ki, ali təhsilin birinci pilləsini 
bitirib «bakalavr» ixtisas dərəcəsi alan məzunlar ali təhsillidirlər. 
Bu diplomu alanlar orta məktəbdə dərs demək, və digər sahələrdə 
işləmək,  habelə  magistraturada  təhsillərini  davam  etdirmək 
hüququ  qazanırlar.  «Bakalavr»  ixtisas  dərəcəsi  alanlar  lap  nazir 
də  ola  bilərlər.  «Magistr»  ixtisas  dərəcəsi  almış  gənclər  həm  də 
elmi-tədqiqat  və  ali  təhsil  müəssisələrində  pedaqoji  və  elmi 
fəaliyyət  məşğul ola  bilərlər. 
Ali  məktəb  təhsilalanları,  insanları  müxtəlifləşdirməlidir. 
Yuxarıda  bu  fikirə  rəğmən  qeyd  etmişdik  ki,  orta  məktəb  isə 
təhsilalanlara eyniləşdirməlidir. Bu tezisin elmi əsası varmı?  
Heç kəs belə bir elmi fakta şübhə etməz ki, hər bir insan 
əvvəlcədən  verilmiş  ümumi  və  xüsusi  dəst  (nabor)  qabiliyyətlər 
toplumu  ilə  anadan  doğulurlar.  Keçmişdə  bu  qabiliyyətlərin 
yaranma  səbəblərini  kök  ilə,  süd  ilə,  indi  isə  genetik  kodların 
ötürülməsi  ilə  bağlayırlar.  Orta  məktəb,  xüsusən  onun  birinci 
səviyyəsi  (baza  təhsili)  əsasən,  hamı  üçün  ümumi  olan 
keyfiyyətlər  üzərində  qurulur  və  ondan  istifadə  edib  insanlara 
eyni  təhsil  verməlidir.  Orta  məktəbdə  təhsil  alanların  hamısı 
Nyüton  qanunlarını,  həndəsə  teoremlərini,  kimyəvi  elementləri, 
Azərbaycan ədəbiyyatını, tarixini və s. bilməlidir.  Əgər məktəb 
normal  fəaliyyət  göstərərsə,  yəni  proqram  materialını  hamı  eyni 
dərəcədə  (100%)  mənimsəyərsə,  onda  gənclər  intelektual 
baxımdan  eyniləşər.  Gənclərin  intelektual  səviyyəsi  o  zaman 
müxtəlif  olur  ki,  biri  proqramı  80%,  digəri  60%,  başqa  biri  isə 
20%  mənimsəyir.  Bu  hal  məktəb  yarımçıq  olanda  baş  verir.  Ali 
məktəb  həm  ümumi,  həm  də  xüsusi  qabiliyyətləri  üzərində 
qurulur  və  gəncləri  müxtəlif  istiqamətlər  üzrə  mükəmməl 


 
210 
təhsilləndirir.  Biri  musiqiçi,  biri  rəssam,  biri  tarixçi,  biri 
riyaziyyatçı,  digəri  fizik  və  s.  kimi  hazırlanır.  Bu  mənada  ali 
məktəb gənclərimizi müxtəlifləşdirir. 
 


 
211 
17.1.
 
Ali məktəblərin sayı 
 
“Ali 
məktəblərin 
kütləvi 
yaranmasından  elmin  elm  kimi  məhv 
olma tendensiyası yaranır”. 
 
Karl Yaspers  
 
Ali  məktəblərin  sayının  çoxluğu  kütləvi  informasiya 
vasitələrində  tez-tez  müzakirə  obyektinə  çevrilir.  Təhsil 
sistemində  ali  məktəblərin  sayı  çox  da  vacib  göstərici  deyildir. 
Ali  məktəblə    bağlı  dövlətin  təhsil  siyasətinin  əsas  göstəricisi 
əhalinin  hər    on  min  nəfərinə  düşən    tələbələrin  sayı  və  bir  də 
ölkədə  tələbələrin  ümumi  sayıdır.  Ona  görə  də  müxtəlif 
dövlətlərin təhsil səviyyəsi müqayisə edilərkən əsas meyar  kimi 
ali məktəblərin sayından yox, əhalinin hər on min nəfərinə düşən 
tələbə  sayından    istifadə  edilir.  Bu  göstəricini  nəzarət  altında 
saxlamaq  hər  bir  müstəqil  və  milli  dövlətin  əsas  vəzifələrin-
dən  biri  hesab  edilir.  Çünki,  xalqın  maariflənməsi,  cəmiyyətin 
tərəqqisi,  elmi  inkişafı,  nou-xau  qabiliyyəti  və  intellektual 
potensialının formalaşması bu göstəricidən asılıdır.  
İkinci  Dünya  müharibədən  sonrakı  Almaniyanın  mənəvi 
atası  sayılan  Karl  Yaspersin  yuxarıdakı  fikiri  keçid  dövrünü 
yaşayan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu fəlsəfi 
fikrin açılışı ondan ibarətdir ki, Ali məktəbin professor–müəllim 
heyətinin  elmi  səviyyəsi  və  ali  təhsil  xidmətinin  səviyyəsi 
hökmən  dünya  standartları  səviyyəsində  olmalıdır.  Dünya 
səviyyəli  müəllim  və  professorların  sayı  isə  istənilən  dövlətdə 
məhduddur.  Ali  məktəblərin  sayı  məhz  bu  saydan  asılıdır.  Ən 
xırda  ali  məktəbdə  belə  elmi-pedaqoji  kadrların  sayı  75  –100 
nəfərdən az olmamalıdır. Belə olan halda  ali məktəblərdə tələbə 
yerlərinin  sayı  ilə  elmi  dərəcəli  kadrların  sayı  arasında    məlum 
şərt  ödənilməlidir.  Sovetlər  zamanında    12  tələbəyə  bir  müəllim 
yeri  nəzərdə  tutulurdu.  Bakı  Dövlət  Universitetinin  professor-
müəllim kollektivi 1150 nəfərdən çox olmaqla 250 nəfərdən çox 


 
212 
elmlər  doktorunu,  professoru,  700  nəfərdən  çox  elmlər 
namizədini,  dosenti  və  200  nəfərdən  çox  yüksək  ixtisaslı 
mütəxəssiləri əhatə edir. Bakı Dövlət Univrsitetinin tələbələrinin 
sayı 14 500 nəfərdən çoxdur. Bu Universitetdə elmi işçilərin sayı 
250 nəfərdən çoxdur.  
Ali  təhsil  ocağı  hər  il  istənilən  istiqamət  və  ixtisas  üzrə 
müəyyən    tədris  planında  nəzərdə  tutulmuş  fənlərin  90-95%-ni 
tədris  etmək  qabiliyyəti  olan  professor-müəllim  kollektivi  ilə 
komplektləşməlidir.  Bir  neçə  müəllim  və  professor  çatmayanda 
onları  başqa ölkələrdən dəvət etmək  olar. Necə ki, bizim bir çox 
alimlərimiz  bu  cür  dəvətlərlə  xaricdə  çalışırlar.  Alim  əməyi 
bahalı  olduğundan  başqa  ölkələrdən  çox  müəllim  çağırmağa  ali 
məktəbin  maliyyə  vəsaiti  çatmaz.  Ali  məktəblər  əsasən  milli 
kadrlar  üzərində  qurulmalıdır.  Ancaq  universitetin  bəzi 
dekanlarının,  kafedra  müdirlərinin  fürsətdən  istifadə  edərək 
Bakıya 
müxtəlif 
niyyətlə 
gəlmiş 
adlı-sanlı 
alimlərin 
mühazirələrini  təşkil  etdiklərinin  şahidi  olmuşam.  Bu  mütərəqqi 
təcrübədir. 
 
Keçid  dövrünün  yaratdığı  çətin  şəraitdən  ən  çox  əziyyət 
çəkən  elm  və  təhsil  sahəsidir.  Postsovet  dövründə  təhsil  sistemi 
kəskin kəmiyyət dəyişiklikliyinə məruz qalmışdır.  
Misal  üçün  Rusiya  Federasiyasında  ali  məktəblərin  sayı 
və  tiplərinin  məruz  qaldığı  dəyşiliklər  cədvəl  17.1-də 
göstərilmişdir. 
 
 
 
 
 
 
 
Cədvəl 17.1 
 
 
Dövlət ali məktəbləri 
İllər 
1992 
1997 
Universitetlər 
85 
236 
Akademiyalar 
28 
184 
İnstitutlar 
420 
131 
 
RF-də  ali  təhsil  müəssisələrinin  sayının  kəskin  artmasına 
baxmayaraq, qeyd etmək lazımdır ki, hər il RF-dən 31-45 yaşda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə