Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   14   15   16   17   18   19   20   21   ...   151

şəhərciyə! Orada heç vaxt heç nə baş vermir! Qoca xəbərçilər və eyni zarafatları təkrarlayan iyrənc 
qocalar... İstəmirəm! 
Madelina başını onun çiyinlərində gizlədir və ağlayırdı – acı-acı ağlayırdı. Martin onun saçlarına tamaşa 
edirdi. Amma daha əvvəlki kimi acgözlüklə yox, nəvazişlə… O pıçıldayırdı: 
– Əzizim! Artıq sizi sevdiyimi söyləməkdən qorxmuram. Siz mənə ərə gələrsiniz və o zaman… Amma tibb 
kursunu bitirmək üçün mənə iki il vaxt verin, hə… iki il də xəstəxanada təcrübə üçün… O zaman biz 
evlənərik və… Lənət şeytana, mən yalnız sizin köməkliyinizlə irəli gedəcəyəm! Böyük cərrah olacağam! 
Biz çox şey əldə edəcəyik! Biz hər şeyə nail olacağıq! 
– Əzizim, ağıllı olun. Qətiyyən sizi elmi işdən ayırmaq arzusunda deyiləm… 
– Hə, əlbəttə ki… Mən bəzi tədqiqatlarımı davam etdirəcəyəm. Amma, lənət şeytana, axı laboratoriya 
siçovulu deyiləm, olmaq niyyətim də yoxdur. Əsas məqsədim həyatla mübarizəyə atılmaqdır! Özümə yol 
açmaqdır! Əsl kişi mübarizəsində əsl kişilərlə tutaşmaq istəyirəm! Belə bir mübarizəni aparmağa və eyni 
zamanda da bir balaca elmi tədqiqat keçirməyə qadir deyiləmsə, bir köpüklük qiymətim yoxdur! Əlbəttə, 
hələlik Qotlibin yanında işləyə bilərəm… Bu fürsətdən istifadə etmək istəyirəm, amma sonra… Oh, 
Madelina! 
Sonra bütün fikirlər qızla yaxınlığın dumanında itib-batdı… 
 

 
Martin missis Foksla edəcəyi söhbəti böyük həyəcan içərisində gözləyirdi. Bununla belə, qadının nə 
söyləyəcəyinə əmin idi: "Cavan oğlan, siz mənim Madelinamı hansı pullarla saxlamaq fikirindəsiniz? Həm 
də sizin elə kobud leksikonunuz var ki!"  
Amma gözlədiyinin əksinə olaraq, qadın onun əlindən tutub, az qala, zarıdı:  
– Ümid edirəm ki, mənim körpə balamla xoşbəxt olacaqsınız. O, yaxşı, sevimli qızdır, hərçənd ki, bəzən 
hərdəmxəyal olur… Siz də, bilirəm ki, çox yaxşı və mehriban insansınız, çalışqansınız! Xoşbəxt olmağınız 
üçün dua edəcəyəm… Ah, elə ürəkdən dua edəcəyəm ki! Siz cavanlar, görünür, duanı o qədər də 
dəyərləndirmirsiniz; bilsəydiniz ki, dualar mənə həmişə necə kömək edib! Oh… Allahdan sizin üçün 
xoşbəxtlik diləyəcəyəm! 
Qadın ağlamağa başladı. Sonra quru, yumşaq, incə bir qarı öpüşüylə Martinin alnından öpdü; az qala, 
Martin də onunla birlikdə ağlayacaqdı.  
Ayrılarkən Madelina pıçıldadı: 
– Əzizim, bu mənim üçün deyil, amma onunla birlikdə kilsəyə getsək, anam şad olar. Fikirləşin, heç 
olmasa, bircə dəfə getməyə razı ola bilərsinizmi? 


Martini işıldayana qədər ütülənmiş kostyumda, kip kraxmallı yaxalıqda və səylə bağlanmış qalstukda 
missis Foksu, bir də ismətlə yeriyən Madelinanı müqəddəs doktor Miron Şvabın "Yeganə doğru yol" 
moizəsini dinləmək üçün Moqalis metodist kilsəsinə müşayiət edən görəndə heyrətlənmiş aləmin və 
çaşmış kafir Klif Klosonun gözləri az qaldı ki, hədəqəsindən çıxa.  
Yolda müqəddəs Ayra Xinkli ilə qarşılaşdılar və Ayra əsir edilmiş Martinə baxaraq, möminlərə məxsus 
sevinc hissi ilə gözlərini bərəltdi.       
 
 
 

 
İnsan intellekti haqda Qotlibin pessimist fikirlərinə bağlılığına baxmayaraq, Martin tərəqqiyə inanırdı; 
ümid edirdi ki, hadisələrin gedişatı mütləq hansısa məna daşıyır və insanlar nəyisə öyrənə bilərlər. 
Məsələn, Madelina bir dəfə özünün hərdən yanılan adi qız olduğunu etiraf edibsə, deməli, o, artıq xilas 
olub. Amma qızın onu əvvəlkindən daha kəskin formada düzəltməyə çalışdığını görəndə Martin əməllicə 
sarsıldı və yanıldığını anladı. Qız durmadan onun vulqarlığından və kiflənmiş şöhərtpərəstliyindən 
şikayətlənirdi:  
– Sizə elə gəlir ki, öz üstünlüyünüzü israrla sübut etməyə çalışmaq yaxşı şeydi? Bəzən öz-özümdən bunun 
tənbəllik olub-olmadığını soruşuram. Laboratoriyalarda veyllənmək sizin xoşunuza gəlir. Nə üçün məhz 
siz fərqli-fərqli reseptləri əzbərləmək və buna bənzər başqa işləri görmək əziyyətindən xilas olmalısınız? 
Başqaları öyrənir ki... Yox, belə getsə, sizi öpməyəcəyəm. Uşaqlıq etməyin, ağlınızın səsini eşidin.  
Qızın hücumlarından özündən çıxan, onun dodaqları və vidalaşan təbəssümü üçün darıxan Martin tədris 
ilinin sonuna kimi ora-bura vurnuxdu. 
İmtahanlara bir həftə qalmış Martin sutkanın iyirmi dörd saatını gələcək gəlinə məhəbbətə sərf etmək 
əvəzinə, imtahan suallarını əzbərləməyə və bakterioloji laboratoriyaya sərf edirdi; bundan başqa, Klifə 
söz verdi ki, yay tətilini onunla birlikdə Kanada otelində ofisiant işləyəcək.  Elə həmin gecə Madelina ilə 
görüşdü və onunla birlikdə kənd təsərrüfatı təcrübə stansiyasının gilas bağında gəzişdi. 
– Siz iyrənc Klif Kloson haqqında nə düşündüyümü gözəl bilirsiniz, – Madelina şikayətləndi, – amma 
mənə elə gəlir ki, onun haqqında fikirlərimi eşitmək belə istəmirsiniz.  
– Əzizim, sizin nə düşündüyünüz mənə məlumdur, – Martin qəti və bir qədər də soyuq şəkildə dedi. 
– Yaxşı, o zaman icazə verin deyim ki,  siz ofisiant məsələsiylə bağlı mənim fikrimi soruşmadınız. Məni 
öldürsəniz belə, başa düşə bilmirəm ki, nə üçün tətil dövrü üçün mədəni bir iş tapmır, çirkli qab-qacaqla 


əlləşməyi üstün tutursunuz. Nə üçün qəzetdə işləməyəsiniz? Axı ora normal kostyumda gedib-gələ və 
yaxşı insanlarla qarşılaşa bilərsiniz? 
– Əlbəttə, qəzetdə redaktorluq edə bilərdim. Amma sizi dinləsək, belə çıxır ki, yaxşı olar bu yay 
ümumiyyətlə, işləməyim. Çünki yalnız axmaqlar işləyirlər. Mən də Nyuporta gedər, qolf oynayar, hər 
axşam da təmtəraqlı kostyumlar geyinərəm. 
– Bu, sizin üçün ziyanlı olmazdı! Mən namuslu əməyə hörmət edirəm – Berns də belə deyirdi. Amma stol 
arxasında əyləşənlərə xidmət etmək?! Mart, nə üçün qabalığınızla bu qədər qürur duyursunuz? Öz 
təkəbbürünüzü, heç olmasa, bir dəqiqəlik də olsa kənara qoya bilməzsiniz?! Gecənin xışıltısına diqqət 
edin. Çiçəkləyən albalı ağacının ətrinə… yoxsa sizin kimi böyük alimlər adi insanlardan o qədər 
yüksəkdədirlər ki, çiçəklənən albalı sizə görə həddindən artıq alçaq mətləbdir? 
– Necə deyim? Son albalı ağaclarının bir neçə həftə əvvəl çiçəklərini tökməsi faktını nəzərə almasaq, siz 
tamamilə haqlısınız. 
– Ah,  çiçəkləri tökülüb? Tökülüb! Ola bilər onların rəngi solub… Bəs mənə deməzsiniz, orada ağaran 
nədir? 
– Deyərəm. Mənə elə gəlir ki, hansısa fəhlənin köynəyi... 
– Martin Erousmit, siz bir anlıq da olsa ağlınıza gətirirsinizsə ki, mən mikroblar arasında eşələnən, dikbaş, 
vulqar və kobud eqoistə ərə getməyə hazırlaşıram… 
– Siz də düşünürsünüzsə ki, səhərdən axşama kimi məni mişarlayacaq qadınla evlənmək fikrindəyəm… 
Onlar bir-birinin xətrinə dəydilər, özü də pis dəydilər və həmişəlik ayrıldılar. İndiyə qədər iki dəfə 
həmişəlik ayrılmışdılar. İkinci dəfə bunu çox kobud şəkildə, yataqxananın pəncərələri altında, tələbələrin 
bandjo  ilə həyəcanlı romanslar oxuduğu yerdə etmişdilər. 
On gündən sonra, Martin Madelina ilə görüşməmiş Klifə qoşularaq şimal meşələrinə yola düşdü. 
Madelinanı itirdiyi və onun nəvazişli əlləri üçün darıxdığından kədərli olan Martin bakteriologiya üzrə 
kursu birinci bitirdiyinə və Maks Qotlibin onu özünə assistent seçdiyinə görə, demək olar ki, sevinmədi. 
 
VI FƏSİL 
 

 
Ontario meşəsində yerləşən böyük "Nokomis daxması" otelində işləyən ofisiantların hamısı tələbə idi. 
Onların rəqsə gəlməli olduqları ilə bağlı şərt qoyulmamışdı; amma mütləq rəqslərə gəlir, ağ flanel 
kostyumlu yaşlı və hirslənmiş kavalerlərin əlindən ən gözəl qızları alaraq özləri ilə aparırdılar. Onlar 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə