Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   16   17   18   19   20   21   22   23   ...   151

– Bunu sizə sübut etməyə ehtiyac duymuram, – Martin hirsləndi və geri çevrilib getdi. 
"D" palatasına doğru bütün yolu qızın gizli istehzasını yadına sala-sala öz-özünə deyinirdi. O, görkəmli 
alimdir, çox güman ki, qərb ştatlarından olan bu təcrübəçi qızın kobudluğuna dözmək isə əsl təhqir idi. 
Öz-özünə etiraz edirdi: "Sizə bunu sübut etməyə ehtiyac duymuram". Belə bir təkəbbür nümayiş 
etdirdiyi üçün özü ilə qürur duyurdu. Xəyalında bunu Madelinaya necə danışacağını, sonra da bu sözləri 
necə əlavə edəcəyini təsəvvür edirdi: "Mən sakitcə ancaq bunu dedim: "Möhtərəm xanım, bura 
gəlməyimin səbəbini sizə izah etməyəcəyəm ki"… Dedim və o ayaq üstəcə öldü". 
Amma nədənsə qızın obrazı xəyalından getmirdi. Martin ona kömək etməli olan təcrübəçi həkimi axtarıb 
tapandan və xəstədən onurğa beyni mayesini götürəndən sonra da sataşqan, inadkar qız gözlərinin 
önündən getmədi. Onu yenidən görmək və beyninə yeritmək lazımdır ki…  "Məni təhqir edə bilən adam 
hələ anasından olmayıb!" – gənc və ciddi alim öz-özünə dedi. 
O, iti addımlarla geri, qızın palatasına doğru getdi və… yenə də gözlər bir-birinə zilləndi… elə bu an 
Martin anladı ki, deməli olduğu məhvedici sözləri beynində hazırlamamış gəlib.  
Onu görən qız əlindəki fırçanı yerə ataraq döşəmədən qalxdı. Ləçəyini açdı, məlum oldu ki, qızın saçları 
ipək kimidir, özü də bal rəngində…, gözləri mavi, sifəti uşaq siması kimi... Təcrübəçi qız qətiyyən 
qulluqçuya oxşamırdı. Martin onu çox asanlıqla dağ döşü ilə aşağı qaçan, saman tayasına dırmaşan yerdə 
təsəvvür edə bilərdi.   
– Qətiyyən sizə qarşı kobudluq etmək istəmirdim, – qız ciddi şəkildə dedi, –sadəcə… Deyəsən, döşəmə 
yumaqdan xasiyyətim korlanır... Fikirləşdim ki, çox qəşəngsiniz və sözümlə sizi təhqir etdimsə, bağışlayın, 
amma doğrudan da, həkim üçün həddindən artıq gənc görünürsünüz. 
– Mən həkim deyiləm. Tibb fakültəsinin tələbəsiyəm. Sadəcə, lovğalanmaq istəyirdim. 
– Mən də! 
O hiss etdi ki, qızla arasında bir göz qırpımındaca yoldaş münasibəti yaranır; həm də Madelina ilə olduğu 
kimi, bu qızla oyun oynamaq, yalançı poza almaq lazım deyil. Hiss edirdi ki, bu qız onunla eyni 
qəbilədəndir. Davakardır, bir az qabatəhər və hövsələsizdir, amma cəsurdur, lovğalığa gülməyi bacarır, 
sədaqətli olmağa qadirdir, qəhrəman  görünmək üçün həddindən artıq səmimi və təbiidir. Martinin səsi 
nədənsə həyəcanlı və titrək çıxdı, halbuki, o yalnız sual verirdi: 
– Tibb bacısı olmaq üçün oxumaq çətindir, eləmi? 
– O qədər də qorxulu deyil, bu sahədə də romantiklər muzdur işləmək üçün həvəslənən romantiklər 
qədər çoxdur; yeri gəlmişkən, Dakotada qulluqçuları belə adlandırırlar. 
– Siz əslən Dakotadansınız? 
– Mən əslən bütün Şimali Dakotanın ən təşəbbüskar şəhərindənəm – üç yüz altmış iki sakini var – 
Uitsilvaniya. Bəs siz universitetdə oxuyursunuz?  


Baş tibb bacısı yaxınlıqdan keçsəydi, elə bilərdi cavanlar xəstəxana haqqında söhbətə dalıblar. Martin 
qapının yanında dayanmışdı, həmsöhbəti isə su dolu vedrənin düz böyründə. Qız yenidən ləçəyini başına 
bağladı; o, başına böyük idi, parlaq saçlarını gizlədirdi. 
– Hə, Moqalisdə üçüncü kursdayam. Amma bilmirəm… əsl həkim deyiləm… Laboratoriya işi daha çox 
xoşuma gəlir. Bakterioloq olmaq və immunitet haqqında bəzi axmaq nəzəriyyələri darmadağın etmək 
istəyirəm. Müalicə edən həkimləri isə o qədər də xoşlamıram.  
– Bu, yaxşıdır. Mən fikir vermişəm. Burada bizim həkimlərə qulaq assaydınız, onların öz xəstələri ilə necə 
qoca yaltaq pişik kimi danışdıqlarını, xəstə baxıcılarının isə üstünə bağırdıqlarını görərdiniz… Laboratoriya 
isə… orada, elə bil, hər şey həqiqidir. İnanmıram ki, hansısa mikrobu aldatmaq olsun. Yoxsa mikroba… 
necə deyilir? 
– Yox, deyim də onlar necə adlanır… Bəs sizin adınız nədir? 
– Mənim? Çox axmaq adım var – Leora Tozer. 
– Leoranın nəyi pisdir ki? Gözəl addır. 
Yazda quşların civiltisi, hərəkətsiz havada alma ağacının tökülən çiçəklərinin xışıltısı, yuxulu itlərin 
gecəyarı hürüşü – onları çaşmadan kim təsvir edə bilər? Martinin o ehtiraslı yarım saat ərzində Leora ilə 
söhbəti də belə idi, – o qədər təbii, o qədər şərti, o qədər gözəl və bu qədim səslər kimi orijinal… Onlar 
bir-biri üçün özlərinin hər zaman çatışmayan və indi sevincli bir heyrət içərisində kəşf etdikləri 
"mən"lərinin bir parçasını nümayiş etdirirdilər. Onlar cansıxıcı romanın qəhrəmanları, tərçıxaran 
emalatxananın fəhlələri, zəhmətkeş kəndlilər, şahzadə və şahzadə xanım kimi dil boğaza qoymurdular. 
Onların sözlərinin birini digərinin ardınca dinləsən – səfeh və mənasız idilər, amma birlikdə götürdükdə 
dəniz suyunun qabarması və çəkilməsi, yaxud da səsli-küylü külək kimi müdrik və mənalı olurdular. 
Martin, Maks Qotlibə səcdə etdiyini qıza danışdı, qatarla onun Şimali Dakotasından keçib getdiyini və çox 
yaxşı xokkey oynadığını dedi. Qız isə vodevili çox sevdiyini, atası Endryu Cekson Tozerin şərqdə 
doğulduğunu (onun fikrincə bu, İllinoysda idi) və xəstələrə baxmağın ürəyincə olmadığını danışdı. Qızın 
fikirləri şöhrətpərəst deyildi. Buraya  yenilik həvəsilə gəlmişdi. Saf bir təəssüflə işarə etdi ki, baş tibb 
bacısının qara dəftərinə düşüb, özünü həqiqətən də yaxşı aparmaq istəyir, amma necə olursa, gecə 
basqınlarına və yataqda boşboğazlığına görə həmişə cəncələ düşür. Əhvalat özü-özlüyündə heç də 
cəsurluqdan xəbər vermirdi, amma qızın danışdığı aydın səs tonuna görə, bu hadisə Martində sevincli bir 
cəsurluq təəssüratı yaratmışdı. 
O, inadla qızın sözünü kəsdi: 
– Siz nahar etmək üçün xəstəxanadan nə vaxt çıxa bilərsiniz? Bu gün axşam, hə? 
– Axı bu necə olar… 
– Xahiş edirəm! 
– Yaxşı! 


– Saat neçədə arxanızca gəlim? 
– Sizcə, dəyər?… Yaxşı, yeddidə. 
Moqalisə qayıdanda bütün yol boyu gah acıqlanır, gah da sevinirdi. Öz-özünə izah edirdi ki, səfehdir: bir 
gün ərzində Zenitə iki dəfə getmək?! Xatırlayırdı ki, Madelina Foks adlı bir qızla nişanlıdır; sədaqət 
məsələsinə görə narahatlıq keçirirdi, özünə sübut etməyə çalışırdı ki, Leora Tozer əldəqayırma xəstə 
baxıcısıdır, qabyuyan kimi savadsız və qəzetsatan oğlan kimi sırtıqdır. Sonra, nəhayət, qərara gəldi ki – 
həm də bir neçə dəfə qərara gəldi – qıza zəng edib dəvəti geri götürəcək. 
Amma… Martin yeddiyə on beş dəqiqə qalmış xəstəxanada idi.  
Dəfn bürosuna oxşayan qəbul otağında iyirmi dəqiqə gözləməli oldu. O, dəhşət içərisində fikirləşdi ki, axı 
burada neyləyir? Bitib-tükənmək bilməyən naharda darıxmaq əsl işgəncə olacaqdı. Bir də onu adi 
paltarda tanıya biləcəkdimi?  
Birdən yerindən sıçradı. Qız qapının ağzında dayanmışdı. Darıxdırıcı göy mundir yoxa çıxmışdı, o, hündür 
yaxalıqdan və təravətli, azacıq qabarıq sinəsindən düz ayaqqabılarının ucuna kimi əyri bir cizgi yaradan 
"prinsess" paltarda uşaqtək incə və yüngül görünürdü. Qızla klinikadan çıxanda əlini sıxmaq tamamilə 
təbii idi. Qız xırda, rəqs edən addımlarla onunla yanaşı yeriyirdi; indi gündüz olduğundan – bayaq iş 
şəraiti onu daha inamlı göstərirdi – daha cəsarətsiz görünürdü; özü də altdan yuxarı sadəlövhlüklə 
Martinə baxırdı. 
– Mənim gəlməyimə sevindiniz? –o soruşdu. 
Qız fikirləşdi. Onun aydın məsələlər üzərində təmkinlə düşünmək vərdişi vardı və təmkinlə (amma 
siyasətçinin, yaxud kontor müdirinin təmkini ilə deyil, uşaq təmkini ilə) təsdiqlədi: 
– Hə, şadam. Siz çıxıb gedəndə qorxurdum ki, qabalığıma görə məndən inciyəsiniz, sizdən üzr istəmək 
niyyətindəydim və… Sizin bakteriologiyaya bu qədər düşkün olmağınız xoşuma gəlir. Deyəsən, mən bir az 
dəliyəm. Burada olan təcrübəçilər də həmişə qəmiş olurlar, amma onlar elə… elə lovğadırlar ki: təptəzə 
stetoskoplar, təptəzə xam ləyaqət... Uff! – sonra yenə təmkinlə əlavə etdi: – Hə, əlbəttə, gəlişinizə çox 
sevindim... Bunu etiraf etdiyim üçün axmağam, hə?!.. 
– Siz bunu etiraf etdiyiniz üçün çox sevimlisiniz – onunla yanaşı addımlayan Martinin başı yüngülcə 
hərləndi. O, qızın əlini möhkəm sıxdı. 
– Amma elə düşünməyin ki, hər tələbəyə, hər həkimə dalımca gəlməyə icazə verirəm.  
– Leora, düşünürsünüz ki, mən hər qəşəng qıza xoş gəlmək üçün dəridən-qabıqdan çıxıram? Sadəcə, 
ürəyim istədi… Hiss etdim ki, sizinlə dostluq edə bilərik. Axı edə bilərik? Bilərik?! 
– Bilmirəm. Baxarıq. Nahar etmək üçün hara gedəcəyik? 
– "Qrand-Otel"ə. 
– Yox, yox! Ora həddindən artıq bahalıqdır. Varlısınızsa… Amma siz varlı deyilsiniz, düzdür?.. Yox? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə