Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   24   25   26   27   28   29   30   31   ...   151

– Gecən xeyirə qalsın, sevgilim, ömürlük sevgilim, – o, həyəcan içində dedi. 
Dəhlizin sakit şəffaf toranlığında Anqusun əsəbiləşib çıxıb getdiyini ağlına gətirəndə güldü. Amma 
pəncərədən baxanda gördü ki, Anqus artırmada büzüşüb yatır. Martin aşağı tullanaraq fit çaldı, amma 
elə o saat da səsini kəsdi. Çünki qaranlıqdan güclü, yekəpər bir oğlan çıxdı. Özü də, deyəsən,  qapıçı 
formasında idi. O   çığırdı: 
– Ələ keçdin! Cəld geri, klinkaya, orada araşdırarıq, görək,  bura nə üçün dırmaşmısan! 
Onlar əlbəyaxa oldular. Martin bütün gücünü səfərbər etdi, amma qarovulçunun zərbələri möhkəm 
çıxdı. Çirkli paltar və çirkli bədən qoxusu Martini əməlli-başlı boğurdu. O rəqibinin baldırına bir təpik 
ilişdirdi, sifətinə, qırmızı yanağına vurdu, onun qolunu burmağa çalışdı. Nəhayət, sıyrılıb əlindən çıxdı. 
Qaçmaq üçün yerindən sıçradı, amma azca gedib dayandı. Çünki Leoranın əzabverici nəvazişindən sonra 
güləşmə onu daha çox acıqlandırmışdı. Özündən çıxan Martin qarovulçunun üzünə baxırdı. 
Yuxudan oyadılmış Anqus isə qəflətən Martinin yanında peyda olaraq cır səslə çimçişə-çimçişə bağırırdı: 
– Gedək! Tez gedək! Əngəldən uzaq! Hər yetən əclafa əl bulamaqdan xoşun gəlir?  
Bu sözü eşidən qarovulçu nərildədi: 
– Əclaf? Mən  əclafam? İndi sənə göstərərəm! 
O, Anqusun yaxasından tutdu və ona yaxşı bir şapalaq ilişdirdi.  
Küçə fənərinin yuxulu işığında Martin bu adamın necə özündən çıxdığını görürdü. Hissiyatı keyləşmiş 
Anqus qarovulçuya baxırdı… Yox, o qatil idi və onun gözləri qatilin qorxunc gözləri kimi parlayırdı. Ən 
təcrübəsiz insan belə bu gözlərdəki ölüm hədəsini asanlıqla oxuya bilərdi. Anqus dişlərini qıcayaraq 
ancaq bunu deyə bildi: 
– O, mənə toxunmağa cürət etdi? – Anqusun əlində cib bıçağı parladı, o qarovulçunun üstünə tullandı, 
böyük səylə və əsəbi halda onun boğazını kəsməyə çalışdı.   
Onu saxlamaq istəyən Martin polismenin küçə səkisinə dəyən dubinkasının qorxulu səsini eşitdi. Martin 
bir az arıq idi, amma saman qalaqlamaq və telefon xətti çəkmək məcburiyyətində olmuşdu. O, 
qarovulçunu sol qulağına atdığı dəqiq zərbə ilə vurub gic etdi, Anqusun əlindən tutdu və onu sürüyüb 
aparmağa çalışdı. Onlar hansısa həyətdən adlayaraq dalan boyu yüyürməyə başladılar. Və darvazadan 
təzəcə qaçıb keçmişdilər ki, işıqlarını yandıraraq guruldayan gecə tramvayı döngədən buruldu. Onlar 
ondan geri qalmamaq üçün qaçdılar, tramvayın pilləkəninə atıldılar və… artıq təhlükəsizlikdə idilər. 
Anqus arxa meydançada dayanmışdı… içini çəkirdi: 
– Aman Allah! Nə üçün onu öldürmədim! O, öz çirkli əlləri ilə mənə toxundu! Martin! Məni tut, buraxma! 
Elə bilirdim ki, artıq belə bir problemim yoxdur. Bir dəfə, yeniyetmə vaxtı, az qala, bir adamı 
öldürmüşdüm… Aman Allah, niyə bu murdar donuzu doğramadım axı… 
Tramvay şəhərin mərkəzinə çatanda Martin Anqusu dilə tutmağa çalışdı: 


– Oberlin-avenyuda gecə qəlyanaltısı var, biz orada bir qədəh ağ ala bilərik. Gedək. Sənə içmək lazımdır.  
Rəsmiyyətpərəst Anqus yırğalanır və ayaqları bir-birinə dolaşırdı. Martin dartaraq onu qəlyanaltıya 
gətirdi. Hər yer tomat sousu şüşələrilə dolu idi. Onlar qranit kimi ağır  qəhvə fincanlarında su qatılmamış 
viski içdilər. Anqus ona baxan avaralara fikir vermədən sifətini paltarının qolunda gizlədərək ağlayırdı, 
sonra ağlını itirənə qədər içib sərxoş oldu və Martin onu evə sürüklədi. Pansionun otağında, Klipin 
xorultusu altında, Martin üçün gecə həddindən artıq inanılmaz görünürdü. Hər şeydən daha ağlasığmaz 
isə Anqus Dyuer idi. "Beləliklə o, həmişəlik mənim dostum olacaq! Çox gözəl!" 
Səhəri gün anatomiya korpusunun vestibülündə Martin Anqusla rastlaşdı və özünü onun üstünə atdı. 
Amma Anqus dedi: 
– Sən dünən axşam həddindən artıq keflənmişdin, Erousmit. İçməyi bacarmırsansa, yaxşı olar ki, 
birdəfəlik daşını atasan.  
Sonra soyuqqanlı və aydın baxışlarla yoluna davam etdi.  
 
VIII FƏSİL 
 

 
Bu arada Martinin işi öz qaydası ilə gedirdi: o Maks Qotlibin yanında assistentlik edir, tələbə-
bakterioloqları öyrədir, mühazirələrə və klinikalara baş çəkirdi. Yəni  sutkada on altı saat işləyirdi, özü də 
dincəlmədən. Hərdənbir müstəqil təcrübə aparmaq, ya da fransız və alman bakterioloji jurnallarının 
həyəcanverici dünyasına baş vurmaq üçün axşamlar vaxt tapır, sonra da qürrələnə-qürrələnə Qotlibin 
evinə gedirdi.  
O evdə rütubət çəkmiş qəhvəyi rəngli divar kağızlarının üstündə Bleykin qravüraları və Koxun 
avtoportreti asılmışdı. Bu işlərdən  başqa, yerdə  qalan hər şey Martinin əsəbinə toxunurdu. 
Nevrologiya, giriş kursu, terapiya, ümumi potalogiya; hər gecə Martin laxlayan yazı masasının qarşısında 
əyləşərək ən azı bir neçə səhifə oxumasa, yuxuya getmirdi.  
Ginekologiyanı, oftalmologiyanı beyni quruyana qədər əzbərləyirdi.  
Gündüzlər isə klinikada fərqlənən tələbələrin üstünə bağıran yorğun professorların apardığı cansıxıcı 
dərslərdə oturmalı olurdu.  
Sonra da itlər üzərində aparılan əməliyyatlar… Bu elə bir yarışma idi ki, adətən onda Anqus Dyuer qələbə 
qazanırdı.  


Martin "Silva ata" ləqəbli terapiya professoru, tibb fakültəsinin dekanı T.C.Q.Silva qarşısında, az qala, 
sitayiş edirdi. O, ayparaşəkilli bığları olan bapbalaca, yupyumru bir adam idi. Silva isə öz növbəsində 
cənab Uilyam Osleri öz allahı hesab edirdi. Simpatik müalicə onun dini-imanı idi,  dəqiq diaqnostika ilə 
iiftixar edirdi: Demək olar ki, Elk-Milzli "dok" Vikerson idi ki, durmuşdu. Amma bir az daha ağıllı, daha 
sağlam düşüncəli və daha əzmli. Hər halda, Martin dekan Silvaya hörmət etdiyi qədər də 
otolarinqologiya professoru doktor Rosko Qikə nifrət edirdi.   
Çünki Rosko Qik əsl alverçi idi. Onun neftlə işləyən səhmlərlə möhtəkirlik etməkdən başqa əlindən bir iş 
gəlmirdi… 
Rosko Qik otolarinqoloq kimi belə bir əqidəyə malik idi: insan orqanizmində badamcıq vəzi ona görə 
mövcuddur ki, həkimlər bu orqanı kəsməklə özlərinə üstüörtülü avtomobil ala bilsinlər.  
Onun fikrinə görə, xəstənin badamcıq vəzini kəsmək istəməyən həkim, cahil idi. Çünki o, xəstənin olmasa 
da, həkimin gələcək sağlamlığına və rahatlığına cinayətkarcasına xor baxır… O, həqiqətən də əmin idi ki, 
pasientin burun çəpərinin bir hissəsini götürməklə heç vaxt ona ziyan vermək mümkün deyil. Hətta ən 
ədalətsiz müayinə belə pasientin burnunda və boğazında siqaret çəkənlər üçün adi qıcıqlanmadan başqa 
bir şey aşkar edə bilmirsə, hər halda, əməliyyat və əməliyyatdan sonra məcburi istirahət pasientin 
xeyrinə olacaq. Qik "hərəkət etməyi təbiətin öhdəsinə buraxın" nəzəriyyəsinin əleyhinə mübarizə 
aparırdı. Əslində, ən adi insan belə, ona göstərilən diqqəti dəyərləndirməlidir. Xəstə isə həkim onu 
aradabir o qədər də böyük və bir o qədər də ağrılı olmayan əməliyyata göndərməsə, həkimə heç vaxt 
həqiqi mənada hörmət edə bilməz. Qik ildə bir dəfə öz klassik məruzəsi ilə tələbələrə müraciət edirdi; 
məruzədə o, otolarinqologiyanın qatı sərhədlərini aşaraq tibbə bütünlükdə tənqidi qiymət verir və Ervinq 
Uoters kimi gələcəyin nəcib həkimlərinə münasib qonorar əldə etməyin metodlarını başa salırdı: 
– Bilik tibb dünyasında çox böyük şeydir, amma eyni zamanda da onun bir köpüklük qiyməti yoxdur. Siz 
onu sata bilmirsinizsə! Bunun üçün isə hər şeydən əvvəl dollarları olan insanların rəğbətini qazanmaq 
lazımdır. Sizin yanınıza yeni pasientmi gəlib, yoxsa sizin köhnə tanışınızmı – fərqi yoxdur, mütləq ona 
kommersiya məqsədilə yanaşmalısınız. Ona və çox məyus olan həyəcanlı ailəsinə izah edin ki, bu 
xəstəliyə nə qədər böyük zəhmət və zehni əmək sərf edirsiniz; beləliklə, bu yolla onları başa salacaqsınız 
ki, xəstəyə bağışladığınız və ya bağışlamaq istədiyiniz xoşbəxtlik sizin alacağınız qonorardan xeyli 
yüksəkdir. Bundan sonra o, sizdən hesabı itaətkarcasına, mübahisə etmədən qəbul etməli olacaq. 
 

 
Martin indiyə kimi kiminsə ağlının bu cür dəqiq və bu qədər aydın olduğunu müşahidə etməmişdi. O, 
şübhəsiz ki, inadkar gənc idi və kifayət qədər ağıllıydı. Amma elə bir dəqiqəsi olmamışdı ki, özünü bütöv 
dünya ilə qarşılıqlı təmasda hiss etsin.  Ümumiyyətlə desək, o, dünyanın təkcə Erousmitdən yox, nəsə 
daha böyük şeylərdən ibarət olduğunu  düşünürdü… Onun dostu Klif lap kənd kişisi kimi idi, Klifin sevimli 
Leorası isə bütün nəcibliyi və alicənablığı ilə əsl kənd qızına bənzəyirdi. O ki qaldı Martinin özünə, o 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə