Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   25   26   27   28   29   30   31   32   ...   151

enerjisini əsəbi məşğələlərə və özgə adamların korazehnliyi qarşısında heyrətə sərf etməklə məşğul 
olurdu. Bir az kamilləşməmişdisə də, hər halda, göylərdə də uçmurdu; o,  lovğalığa dəhşətli dərəcədə 
nifrət edir, əllərini işlətməyi bacarır və sönmək bilməyən maraqla faktların dəyişməzliyinin kökünü 
axtarırdı. 
Bununla belə, Martin nadir hallarda olsa da, həyat komediyasını dərk etməyi bacarırdı: məsələn, bir 
saatlıq öz pərəstişkarları üçün cansıxıcı olan gərginlikdən azad olmağı və rahat nəfəs almağı... Belə 
saatlardan biri də milad tətili ərəfəsində ələ düşmüşdü; o zaman Rosko Qik öz şöhrətinin lap zirvəsində 
idi.  
"Uinnemak deyli nyus"da belə bir məlumat peyda olmuşdu ki, doktor Qik otolarinqologiya kafedrasından 
Cersi-sitiyə "Yeni ideya"nın vitse-prezidenti postuna çağırılıb.  
Bu hadisənin şərəfinə o, tibb fakültəsinin tələbələri qarşısında "Həkim kabinetinin təchiz edilməsi 
incəsənəti və elmi" mövzusunda məruzə oxumalı idi. 
Qik öz görünüşü ilə nümunəvi və mükəmməl fiqur idi: eynək, ruh yüksəkliyi, bəşəriyyətə sevgi... O, həmin 
gün vəcdə gəlmiş tələbələr qarşısında ətrafına təbəssüm paylaya-paylaya danışmağa başladı: 
– Centlmenlər! Bizim həkimlərin bir çoxu, həm də həddindən artıq çoxu, hətta o köhnə pionerlər, o 
döyüş atları ki, dünyanın ən əhəmiyyətsiz adamının belə ağrısını yüngülləşdirmək üçün yağmurdan və 
tufandan, buz kimi qış küləyindən, avqust istisindən keçərək təsəlli sözləri söyləməyə tələsiblər… hətta 
bu köhnə Nestorlar belə, hansısa bir məqamda ilişib qalır və qabağa necə getmək lazım gəldiyini 
bilmirlər.  
Mən isə uzun illər xoşbəxtcəsinə fəaliyyət göstərdiyim bu meydanı bu gün tərk edərək, tələbələrimin hər 
birinə məsləhət vermək istəyirəm. Qoy həkimlik təcrübəsinə başlamamışdan əvvəl təkcə Rozenaunu, 
Xaueli, Qreyi oxumasınlar; hər bir xoşniyyətli vətəndaş kimi praktik insan olmağa hazırlaşsınlar, müasir 
psixologiyanı dərindən öyrənərək onu əllərində rəhbər tutsunlar. Qrovner A.Bibbinin "Qızğın ticarəti 
necə təmin etməli?" kitabına bələd olsunlar. Çünki, centlmenlər, yaddan çıxarmayın ki – və bu mənim 
sizə son xeyir-duamdır – təkcə  hər şeyə təbəssümlə yanaşan insanlar diqqətə layiq deyillər. Həm də o 
adamlar buna layiqdirlər ki, fəlsəfə və praktiki fəlsəfə sahəsində onların ağılları  iti işləyir, xəyallara 
qapılmırlar, öz zamanlarını etika haqqında söhbətlərə sərf etmirlər. Hətta bu mövzu nə qədər dəbdə olsa 
belə… Hə… bir də mərhəmət haqqında söhbətlərə çox baş qoşmurlar. Baxmayaraq ki, bəzən bu, yaxşı 
məziyyət hesab oluna bilər… Bu adamlar həmişə xatırlayırlar ki, dünya insana altına yığdığı pula görə 
qiymət verir. Sərt həqiqətlər universitetini keçən insanlar adətən başqaları iş adamını necə mühakimə 
edirsə,  həkimi də eləcə  mühakimə etməyə çalışırlar. Yəni onun hər zaman haqqında danışdığı yüksək 
ideallara görə yox, həm də bu idealların həyata keçməsi üçün sərf etdiyi enerjiyə görə… Amma… Hər 
halda, bu ideallar pul gətirməlidirlər… Elmi nöqteyi nəzərdən də nəzərə almaq lazımdır ki, həkim 
pasientə yaxşı pul almağı bacaran erudisiya sahibi kimi də təsir etməyi bacarmalıdır. Bizim yeni 
psixologiya əsrimizdə bu təəssürat sizin xəstələrə udmaq üçün verdiyiniz dərmanlar kimi, ya da 
cərrahiyyə əməliyyatları kimi effektlidir. Pasient əmin olanda ki, başqaları sizin sənətinizi qiymətləndirir 
və dəyərləndirir, həmin dəqiqə sizin gücünüzü hiss edəcək və sağalmağa başlayacaq. 


Əgər siz pasientlərdə yaxşı iz buraxmaq istəyirsinizsə, o zaman elə bir kabinet qurmalısınız ki, onun 
astanasından içəri keçəndə xəstəni bir fikir sevindirsin: "Bəli, onu düzgün müalicə edəcəklər". Sizə deyim 
ki, həkimin Almaniyada, Münhendə, Baltimorda, Roçesterdə oxuması vacib deyil, qoy o lap təpədən 
dırnağa kimi elmlə dolu olsun… Hətta qoy ən müəmmalı xəstəliyə belə çox böyük faizlə dəqiq diaqnoz 
qoymağı bacarsın… Qoy o cərrahiyyədə Mayo, Krayl, Bleyk, Oksner, Kuşinq texnikasına malik olsun… 
Fərq etməz… Həkimin kabineti köhnə və dağınıqdırsa, kresloları nimdaşdırsa, bir yığın cırılmış jurnalla 
doludursa, pasient heç vaxt ona xüsusi inamla yanaşmayacaq; o, nəzərdə tutulmuş müalicəyə 
müqavimət göstərəcək. Elə  həkim də müayinə və müalicə üçün yaxşı haqq istəyə bilməyəcək. 
Əgər kabinetin təchiz edilməsinin fəlsəfəsi və estetikasının özülünə nəzər salsaq, o zaman görərik ki, 
indiki zamanda bir-biri ilə rəqabət aparan iki məktəb mövcuddur: qobelen məktəbi və aseptik məktəb. 
Rahat olsun deyə, onları belə adlandırmışam. Bu məktəblərin hər birinin öz xidmətləri var. Qobelen 
məktəbi pasientlər üçün möhtəşəm kreslolar, boya ilə işlənmiş gözəl tablolar, dünya klassiklərinin bahalı  
kitabları və büllur güldanlarla doldurulmuş kitab şkafları, dibçəklərdə palmalar tələb edir. Bütün bunlar 
yalnız həqiqi bacarıq və bilik sayəsində qazanıla bilən tam firavanlıq təəssüratı yarada bilər. Aspetik 
məktəb isə, bir tərəfdən iddia edir ki, pasient üçün çox prinsipial gigiyenanın görüntüsü tələb olunur: 
qəbul otağı yalnız ağ rəngə boyanmış stullar və stollarla təchiz olunmalıdır, bəzək üçün isə açıq-boz 
divarlara yapon qravüraları vurulmalıdır.  
Amma mənim üçün, centlmenlər, tamamilə aydındır ki, (hətta o dərəcə aydındır ki, indiyə qədər bunun 
nə üçün ümumi etiraf qazanmadığına təəccüb edirəm)  mükəmməl qəbul otağı bu iki məktəbin 
birləşməsini tələb edir! Palmalardan və gözəl tablolardan qətiyyən imtina etməyin! Təcrübə keçən həkim 
üçün stetoskop  və tonometr  kimi onlar da iş silahıdır. Amma nə qədər mümkündürsə, hər şeydə 
gigiyena görüntüsü yaradan ağlığı qoruyub saxlamağa çalışın. Onun fonunda isə rənglər qammasını 
tətbiq edin – onları özünüz, yaxud gözəl zövqə malikdirsə,  sevimli arvadınız icad edə bilər. Təmiz ağ boya 
ilə örtülmüş morrisov kreslosunun üstündə bahalı qırmızı və ya qızılı yastıqlar qoyun. Döşəmə də eyni ağ 
emalla, amma zərif açıq çəhrayı halqalarla rənglənə bilər. Ağ stolların üzərində parlaq üzlü bahalı 
jurnalların təzə və çətin ələ düşən nömrələrini düzə bilərsiniz. Bax, centlmenlər, bu, sizinlə 
ayrılmamışdan əvvəl kommersiyada təxəyyülün rolu haqqında demək istədiyim düşüncələr idi. Mən bu 
düşüncələri Cersi-Sitidə, "Yeni ideya" tibb avadanlıqları şirkətində genişləndirəcəyimə ümid edirəm. 
Orada  istənilən vaxt sizin hamınızı və hər birinizi görməyə, salamlamağa şad olaram. 
 

 
Milad bayramı ərəfəsində, imtahanların qızğın vaxtı Martin Leoraya daha çox meyil etməyə başlamışdı. 
Onu evlərinə, Dakotaya çağırmışdılar. Ola bilər, bir neçə aylıq… Çünki anası xəstələnmişdi… Martin isə 
onunla mütləq görüşməli idi. Nə qədər ki, Leora buradaydı, Martinə gecə saat dörddə yatmaq lazım 
gəlmirdi. O, şəhərlərarası tramvayın vaqonunda imtahan suallarını əzbərləyərək qızın yanına gedir, 
Leoranın klinikada üzləşdiyi zirək həkim-stajorları və kişi pasientləri xatırlayaraq məyusluğa qapılır, belə 
sadəlövh qısqanclığa görə özünü danlayır, amma yenə də  iztirab çəkirdi. Leoranı görmək üçün  qəbul 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə