Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   33   34   35   36   37   38   39   40   ...   151

Üç gün sonra Martin Uinnemakda tibb fakültəsinin dekanı doktor Silvanın kabinetində idi. 
 
X FƏSİL 
 

 
Dekan Silvanın katibəsi heyranlıq dolu baxışlarını qaldırdı  və qeyri-adi bir hadisə baş verəcəkmiş kimi 
diqqətlə ona baxdı. Martin qısaca dedi: 
– Dekanı görə bilərəmmi? – sonra üsulluca  "Doson Xinzikerin əczaçılıq təqvimi"nin altında sırayla 
düzülmüş stulların birində əyləşdi. Kabinetin tutqun şüşəli qapısı onun qarşısında təmtəraqla açılanda, 
doktor Silva Martini zabitəli baxışlarla qarşıladı. Balaca adam oturduğu yerdə çox yekə görünürdü: onun 
çox qabarıq alnı vardı, bığları isə elə parlayırdı ki… 
– Hə, cənab? 
Martin sözə başladı: 
– Məni qəbul etsəniz… Geri qayıtmaq istərdim… Səmimi qəlbdən sizdən üzr istəyirəm, doktor Qotlibdən 
də üzr istəyəcəyəm, amma düzünü desəm, Klif Kolsonla bağlı məsələdə yenə də əvvəlki fikirdəyəm. 
Doktor Silva, özündən çıxaraq yerindən sıçradı. Martin özünü güclə ələ alırdı. Onu daha əvvəlkitək 
salamlamırdılar… Onun daha heç yerdə evi yox idi! Martin mübarizə apara bilmirdi. Onun bütün cəsarəti 
tükənmişdi. O yorucu səfərlərdən və Tozerlərin üstünə qışqırmamaq üçün özünü sıxmaqdan o qədər 
yorulmuşdu ki! Martin möhkəm yorulmuşdu! O, kədər dolu gözlərlə dekana baxırdı. 
– Zərər yoxdur, mənim balam! – balaca adamcığaz dedi, – Hər şey qaydasındadır! Qayıtmanıza sevinirik! 
Üzrxahlıq lazım deyil! Mən də istəyirdim ki, birtəhər özünüzə gələsiniz. Sevinirəm ki, yenə buradasınız. 
Sizə inanırdım, amma düzünü desəm, bir ara narahat olmağa başlamışdım. Çünki sizi itirməkdən 
qorxurdum. Ay dəlisov! 
Martin hönkürürdü, o, özünü ələ ala bilmək üçün həddindən artıq zəif idi, bəli, həddindən artıq zəif və 
tənha… Doktor Silva isə onu sakitləşdirməyə çalışırdı: 
– Hər şeyi təkrar gözdən keçirərik, problemin səbəbini axtararıq. Sizin üçün nə edə bilərəm? Başa  düşün, 
Martin, mən nə qədər mümkündürsə, dünyaya yaxşı həkimlər, dahi şəfavericilər vermək istəyirəm.  Sizin 
əsəbləriniz niyə belə korlanıb? Siz harada idiniz? 
Martin söhbət əsnasında Leora və öz evliliyi haqqında danışanda, Silva dodaqaltı mızıldandı: 


– Çox şadam! O görünür, çox yaxşı qızdır! Lap əla, biz sizi bir ildən sonra Zenit xəstəxanasına işə 
düzəltməyə və  arvadınızı yaxşı saxlaya bilmək üçün imkan yaratmağa çalışarıq. 
Martin Qotlibin "bu sevincli toy mərasimini, daha doğrusu, buxov cingiltisini" nə qədər  tez-tez və acı 
istehza ilə lağa qoyduğunu xatırladı. O, otaqdan Silvanın şagirdi kimi çıxdı; getdi ki, var qüvvəsi ilə 
oxumağa girişsin; amma Martin, eyni zamanda, ziyalı və divanə Maks Qotlibi öz dünyasından harasa 
sürgünə yolladı... 
 
 
 
 

 
Leora yazırdı ki, uzun müddət dərslərdə iştirak etmədiyi və ərə getdiyi üçün onu Tibb Bacıları 
Məktəbindən çıxarıblar. O, ərə getməsi ilə bağlı xəbəri xəstəxana müdriyyətinə atasının verdiyini 
fikirləşirdi. Sonra yazırdı ki, stenoqrafiyanı öyrənmək üçün gizlincə kitab gətirdib və Bertə kömək etmək 
bəhanəsi ilə bankda yazı makinasında məşq etməyə başlayıb. Deyirdi ki, payızda Martinin yanına gəlmək 
və  özünü dolandıra bilmək üçün stenoqrafiya ilə məşğul olmaq fikrindədir. 
Məktubların birində Martin Leoraya tibbin daşını atıb başqa işə girişəcəyini və onu öz yanına çağıracağını 
yazdı. O, isə bu təklifi rədd etdi.  
Düzdür, Leoraya və yeni Allahı olan dekan Silvaya münasibətdə Martin, az qala, tərki-dünyaya 
çevrilmişdi. İçki də içmirdi. Tibbin qanunlarını soyuq başla mənimsəməyə çalışırdı… Bununla belə, həmişə 
Leoraya qarşı yaşadığı həsrətin havasız fəzasında uçurdu... O, hər gün pansiona qayıdanda sonuncu 
kvartalı demək olar, qaça-qaça gedirdi ki, görsün, Leoradan məktub gəlib, ya yox… 
Gözlənilmədən Martinin ağlına maraqlı bir fikir gəldi. O, artıq bir neçə dəfə utanmağın nə olduğunu hiss 
etmişdi. Ona görə də yeni, növbəti utancaqlıq artıq onun üçün qorxulu görünmürdü. O, qərara gəlmişdi 
ki, pasxa tətillərini keçirmək üçün Leoranın yanına yollanacaq; Leoranın Zenitdə stenoqrafiyanı 
öyrənməklə məşğul olduğu müddətdə Tozeri ona pul göndərməyə vadar edəcək… Beləliklə də, təhsilinin 
sonuncu ili Leora onun yanında olacaq. Martin Elk-Milzdən iki aylıq çekini alıb Klifə olan yüz dollarlıq 
borcunu qaytardı və xərclərini son sentinə qədər hesabladı... O, bərk ehtiyacı olan kostyumu almazsa, 
birtəhər dözmək olardı. Və bu aydan sonra gündə cəmi iki dəfə yemək yeməyə başladı: səhər yeməyi 
ancaq yağ– çörək və kofedən ibarət olurdu. O paltarlarını özü yuyur və özündən çıxdığı vaxtlar nəzərə 
alınmazsa, demək olar ki, nadir hallarda çəkirdi.  
Uitsilvaniyaya qayıdış Martinin ilk qaçışına bənzəyirdi. Sadəcə, indi o, vaqonun plüş üzlü qırmızı 
divanında uzanaraq aradabir bərk yuxuya gedir və bütün yol boyu yol yoldaşları ilə daha az söhbət edirdi. 


Əvəzində isə ginekologiya və daxili xəstəliklərlə bağlı kitabları dərindən öyrənməyə çalışırdı. O, Leoraya 
göndərdiyi məktubda qıza bəzi təlimatlar vermişdi. Təlimata uyğun olaraq Leora Martini Uitsilvaniyanın 
kənarında qarşıladı və onlar bir neçə kəlmə danışıb, öpüşdülər. 
Adətən Uitsilvaniyada xəbərlər gecikmədən yayılır. Başqalarının işi burada insanlarda heç də az maraq 
doğurmur. Və Martinin bir dəfə belə rastlaşmadığı adamlar gəldiyi ilk dəqiqədən başlayaraq, gözlərini 
çəkmədən onu izləyirdilər. Cinayətkar cütlük Tozerlərin uydurma "sümük" qəsrinə yaxınlaşanda Leoranın 
atası və qardaşı artıq öz yerlərini tutmuşdular. Hər ikisi özündən çıxmışdı. Qoca Endryu Cekson qışqıraraq 
onlara tərəf atıldı. O dedi ki, Martinin birinci dəfə dərslərdən qaçması, ola bilər, ağılsızlıq deyildi, amma 
bu hərəkəti ikinci dəfə təkrar etməsi, əməlli-başlı dəlilikdir… Bu söhbəti dinləyən Martin və Leora əsl sui-
qəsdçilər kimi altdan-altdan gülümsəyirdilər.  
Sonra Bert hay-həşir salıb dedi: 
– Ser, Allah şahiddir ki, ağ eləmisiniz (Bert hər halda, roman oxuyurdu). Allahın adını hər dəqiqə yada 
salmaq istəmirəm, amma siz ikinci dəfə peyda olur və bacımı başdan çıxarırsınızsa, mən ancaq bir şey 
deyə bilərəm: bu artıq ağ oldu! 
Martin fikirli halda pəncərəyə tərəf boylandı. O dəqiqə də yaxınlıqdakı çirkli körpüdən adlayan üç nəfəri 
gözü aldı. Onların hər üçü böyük maraq və ümid hissi ilə Tozerlərin evinə tərəf boylanırdılar. 
Martin yenidən Tozerlərə baxaraq qətiyyətlə danışmağa başladı: 
– Cənab Tozer, mən ciddi-cəhdlə işləyirəm. Hər şey çox gözəl gedir. Amma arvadımdan ayrı yaşamaq 
istəmirəm. Onun dalınca gəlmişəm. Qanuna görə, siz mənə mane ola bilməzsiniz. Mübahisəyə 
başlamadan boynuma alıram ki, həqiqətən də indi onu saxlamaq imkanına malik deyiləm. Xüsusilə də, 
universitetdə qalıramsa. Amma çıxış yolu var. O, stenoqrafiyanı öyrənəcək. Bir neçə aydan sonra özü-
özünü təmin edəcək, o vaxta qədər isə ümid edirəm ki, heç olmasa, nəzakət xətrinə ona pul 
göndərəcəksiniz.  
– Bu, doğrudan da, lap ağ oldu, – Tozer dedi, Bert isə onun sözünü göydə tutdu: 
– O, təkcə qızın həyatını məhv etmir… Onun bizdən arvadını saxlamaq üçün pul tələb etməyə də cəsarəti 
çatır. 
– Çox yaxşı. Necə istəyirsiniz. Kursu bitirərək ixtisas ala bilsəydim, zamanı gələndə bu, həm onun üçün, 
həm sizin üçün, həm də mənim üçün yaxşı olacaqdı.  Amma bizə kömək etmək istəmirsinizsə, universiteti 
atıram və işləməyə başlayıram. Leoranın qayğısına özüm qalaram. Onu da bilin ki, Leoranı heç vaxt 
görməyəcəksiniz. Bundan sonra da eşşəklik etmək fikrindəsinizsə, biz onunla gecə qatarı ilə Kaliforniyaya 
gedəcəyik, vəssalam.  
Tozerlərlə bir əsrlik mübahisə dövründə Martin ilk dəfə idi ki,  melodramatik hərəkət etdi: yumruğunu 
Bertin burnuna tərəf qaldırdı: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə