Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   29   30   31   32   33   34   35   36   ...   151

Martinə kasıb ata mirasından qalma pullar iki ayda bir dəfə Elk-milz bankının çekləri ilə gəlirdi, indi isə 
onun, sadəcə, altı dolları qalmışdı. 
Zenitdə o, çamadanını şəhərlərarası tramvay stansiyasında qoydu və Klifi axtarmağa yollandı.  
O, Klifi gözəl, mirvari rəngli motorlu katafalkanı  tərifləyən yerdə tapdı. Matəm bürosunun pivə çəlləyinə 
bənzəyən sahibi  bu maşınla çox tez maraqlanmağa başlamışdı. Kloson isə öz natiqlik istedadını nümayiş 
etdirirdi. Martin limuzinin polad ayaq yerinə oturaraq bir az gözlədi. Bu müddət ərzində satıcıların və bir 
neçə stenoqrafçı qızın əyri baxışları onu özündən çıxardı, amma yenə də əhəmiyyət verməməyə çalışdı. 
Çünki bunun üçün həddindən artıq laqeyd idi.  
Söhbətini bitirən Klif yerindən sıçradı və hay-küylə onun üstünə cumdu: 
– İşlərin necədir, dostum? Gedək bir az içək? 
– Məmnuniyyətlə! 
Martin hiss edirdi ki, Klif gözlərini ondan çəkmir. Onlar gözəl, amma dalğın xanımları əks etdirən 
şəkillərlə, güzgülərlə və qırmızı ağac piştaxta boyunca uzanan qalın mərmər divarla bəzənmiş "Qrand-
Otel"in barına girdilər. Yerlərini rahatlayan kimi Martin dedi: 
– Budur, mən də öz istədiyimi aldım. Silva ata elm öyrənmək sahəsindəki bacarıqsızlığıma görə məni 
institutdan çıxartdı. Neyləmək olar? Bir az veyllənərəm, sonra bir işin qulpundan yapışaram. Amma, 
aman Allah, necə də yorulmuşam. Çox əsəbi olmuşam, Klif. De görüm, mənə borc pul verə bilərsənmi? 
– Bu nə sualdır? Nəyim varsa! Nə qədər lazımdır? 
– Çox güman, yüz dollar lazım olacaq. Ola bilsin, uzun müddət boş-boş avaralandım. 
– Lənət şeytana, məndə bu qədər yoxdur, amma, bəlkə, kontordan borc götürə bildim. Bilirsən nə var, 
burada əyləş, gözlə, qayıdacağam. 
Klif yüz dolları haradan tapdı? Martin üçün bu, həmişəlik sirr olaraq qaldı. Amma on beş dəqiqədən 
sonra lazım olan məbləğlə geri qayıtdı. Dostlar birlikdə nahar etməyə yollandılar və Martin xeyli içdi. Klif 
onu öz pansionuna gətirdi, özünə gəlməsi üçün soyuq vannaya otuzdurdu, sonra da yatağa uzandırdı. 
Səhəri gün Klif  Martinə iş tapmağı təklif etdi, amma o, razı olmadı. Saat on ikidə isə qatara əyləşib 
Zenitdən şimal istiqamətə yola düşdü.  
Amerikada həmişə, hələ ilk pioenerlərin zamanından başlayaraq cəmiyyətdən qovulmuş başısoyuq 
adamların xüsusi növü yaşayıb… Üst-başı tökülmüş bu cavan adamlar indi də mövcud idilər… Sərgərdan 
həyat keçirmək yanğısı ilə ştatdan ştata, arteldən artelə keçərək köçəri həyat sürürdülər. Onları qara 
sətin köynəklərindən və əllərindəki boğçadan tanımaq olurdu. Bu adamlar sözün əsl mənasında səfil 
deyildilər. Çünki hər birinin bütün ili, ayı, həftəni zavodda, yaxud dəmiryolunda sakitcə işləmək üçün 
qayıda bildiyi və sonra eyni sakitliklə tərk etdiyi doğma şəhəri vardı. Onlar gecələr siqaret çəkənlər üçün 
vaqonlara doluşur, çirkləndirilmiş vağzallardakı skamyalarda səssizcə otururdular. Onlar bütün ölkəni 
tanıyırdılar, amma insanlar onlar haqqında heç nə bilmirdilər. Çünki bu adamların baş çəkdiyi yüzlərlə 


şəhərdə olduqları yer ancaq muzdla işçi tutan kontorlar, çay evləri, gizli meyxanalar, mebellə təchiz 
edilmiş gizli otaqlar idi.  
Martin tezliklə bu sərsərilər dünyasında itib-batdı. O, həmişə kefli olur, hara getdiyini və ona nə lazım 
olduğunu anlamırdı. Buna görə də o, Leoradan, Klifdən, Qotlibin sürətli əllərindən qaçaraq, Zenitdən 
Spartya yollandı. Oradan Oqayoya, sonra şimala – Miçiqana, sonra qərbə – İllinoysa. Onun beynində hər 
şey bir-birinə qarışmışdı. Bəzən hətta harada olduğunu belə, ağıllı-başlı yada sala bilmirdi. Ancaq aydın 
şəkildə xatırlayırdı ki, bir vaxtlar Minnemagentada aptek yaxınlığında qazlı su satıcısı işləyib. Sonra, elə 
bil, bir neçə həftə ucuz restoranın üfunəti içində qab yuyub. O, yük vaqonları ilə, ya da piyada gəzirdi. Öz 
sərgərdan yoldaşları arasında "Cılız" ləqəbi ilə məşhur idi. Və bu qardaşların ən qılıqsızı, ən narahatı idi. 
Bir müddət sonra onun dəlixana dreyfində  azacıq hərəkət hiss olunmağa başladı. Martin özü də başa 
düşmədən qərbə yönəldi və orada uzun sürən düşkünlük içərisində Leoranı düşündü. Bir neçə gün sonra 
içməyin daşını atdı.  
Bir gün isə "Cılız" ləqəbli talesiz sərsəri kimi deyil, Martin Erousmit kimi yuxudan ayıldı. Artıq beyni 
aydınlaşmağa başlamışdı. Və o, öz-özünə danışırdı: "Nə üçün geri qayıtmayım ki? Bu mənim üçün elə də 
pis olmaz. Yetərincə işləmişəm. Əsəblərim çox gərilib, təbdən çıxmışam. Yaxşı olardı ki, dovşanlarımın 
aqibətinin necə olduğunu biləydim. Görəsən, nə zamansa mənə yenidən təcrübələrimə qayıtmağa imkan 
verəcəklərmi?" 
Amma Leora ilə görüşməmiş universitetə qayıtmaq mənasız olardı. Onu görmək ehtiyacı mübtəlalıq 
səviyyəsinə çatmışdı və bu mübtəlalığın təsiri ilə  dünyadakı hər şey öz mənasını, dəyərini itirirdi.  
Martin qəribə bir qənaətcillik sayəsində Klifdən aldığı yüz dolları, demək olar ki, qoruyub saxlamışdı. 
Yolda qazandığı pulları isə yağlı şorba və soda dadı verən çörəyə xərclənmişdi. Özü də həddindən artıq 
pis yaşayırdı.  
Beləliklə, günlərin bir günü, Viskonsonun hansısa şəhərində, Martin necə oldusa Uitsilvaniyaya, Şimali 
Dakotaya bilet almaq üçün vağzala getdi və Leoraya teleqram vurdu: "Gəlirəm, 2.43, sabah, şənbə. 
Kürən". 
 

 
Qatarla geniş Missisipidən adlayaraq, o, Minnesotaya gedirdi. Arada bir dəfə – Sent-Polda qatarı 
dəyişməli oldu; sonra yenə də yoluna davam etdi. Qatar kiçik məftil çəpərlərlə cızıq-cızıq edilmiş işıqlı və 
qarlı biyabanla sürətlə hərəkət edirdi. Uinnemakın və Oqayyonun kiçik tarlalarından qurtulan, gecə 
sərsəmləmələrinin və içki məclislərinin əsəbi gərginliyindən canını qurtaran Martin yavaş-yavaş azadlığın 
havasını canında hiss edirdi. O, Montanda məftil çəkdiyi zamanları xatırladı. O günlərin qayğısız rahatlığı 
yenidən onu öz ağuşuna aldı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə