Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   32   33   34   35   36   37   38   39   ...   151

bəzən nikah mərasiminin yaratdığı tənhalıq hissindən qurtularaq dərindən nəfəs aldılar: "İndi bəs nə 
edək, nə edək?".  
Uitsilvaniya stansiyasında Leoranın ailəsi onları hərbi hazırlıq vəziyyətində gözləyirdi.  
Bert elə o dəqiqə onların qaçdığından şübhələnmişdi. O şəhərlərarası telefonla beş-altı yaxın şəhərə zəng 
etmiş və nikah haqqında lisenziyanın verilməsindən beş dəqiqə sonra mahalın katibini tapa bilmişdi. 
Katibin Martin və Leoranın yetkin yaşda olması və buna görə də əlindən heç nə gəlməyəcəyi ilə bağlı 
söylədiyi fikirlər, bir də "kiminlə danışmağım heç vecimə deyil, öz kantorumda yalnız mən əmr verə 
bilərəm" deməsi Berti sakitləşdirmək əvəzinə özündən çıxardı.   
Bert stansiyaya Martindən özü kimi – Bert Tozer kimi kamillik mücəssiməsi yaradacağına əminliklə 
gəlmişdi. Həm də bunu gecikmədən edəcəkdi.  
Tozerlərin evində həmin gecə olduqca qorxunc vəziyyət var idi. 
Cənab Tozer deyir və uzun müddət sübut etməyə çalışırdı ki, Martin öz üzərinə böyük məsuliyyət 
götürüb. 
Missis Tozer ağlayır və deyirdi ki, Orinin toy məsələsində əlahiddə səbəblər üzündən tələsmək 
məcburiyyətində qalmadığına ümid edir. 
Bert deyirdi ki, məsələ belə olsaydı, o, Martini öldürərdi…  
Ada Kvist deyirdi ki, özündənrazılığın və sevimli Zenitinə getmək haqqında söhbətlərin nəyə gətirib 
çıxardığını Ori artıq özü görür… 
Mister Tozer isə bütün bu məsələlərdə bir yaxşı tərəfin olduğunu söyləyirdi: Ori indi başa düşür ki
növbəti bir cəncələ düşməməsi üçün onlar Leoranı tibb bacısı kursuna göndərə bilməyəcəklər … 
Martin isə hərdənbir fikirlərə müdaxilə edərək deyirdi ki, o, yaxşı oğlandır, çox gözəl bakterioloqdur və öz 
arvadının qayğısını çəkə bilər. Amma Leoradan başqa heç kim ona qulaq asmırdı. 
Sonra Bert qışqırdı. Amma  atası onun səsini batırdı: "Hər halda, oğlanla həddindən artıq kobud olma"… 
Amma Bert yenə də öz sözünə davam etdi: "Martin lazım olmayan yerə burnunu soxmaqla Tozerlərdən, 
heç olmasa, bir sent belə alacağını təsəvvür edirsə və heç olmasa, bircə dəfə bu barədə ona müraciət 
etməyi ağlına gətirərsə… Qoy, heç olmasa, bircə dəfə ağzını açsın!.. Qoy hələ bir ağzını açsın!" 
Leora başını gah bu, gah da o biri tərəfə çevirərək onları müşahidə edirdi. Cəmi bircə dəfə o, Martinə 
yaxınlaşdı və onun əlini sıxdı. Fırtınanın ən qızğın vaxtında, Martinin çox bərk çəkişdirildiyi zaman, qız öz 
cibindən zəhrimar papiros qutusunu çıxarıb çəkməyə başladı. Tozerlərdən heç kəsin ağlına da gəlmirdi ki, 
Leora papiros çəkir. Onun intizamsızlığı, Vahid Qardaşlığa xəyanəti, dəlisovluğu haqqında nə fikirləşsələr 
də, Leoranın siqaret çəkmək kimi ədəbsizlik edə biləcəyini ağıllarına da gətirməzdilər. Tozerlər Leoranı 
danlamağa başladılar və Martin  dərindən nəfəs aldı.  


Bütün bu gurultu altında mister Tozer, nəhayət, qərar qəbul etdi. Bəzən bu işgüzar və həddindən artıq 
özündənrazı insan, dolların bütün dəyərini qiymətləndirməyə bacarığı çatmayan Bertin əlindən sükanı 
dartıb ala bilirdi (cənab Tozer onu yüz doxsan sent hesablayırdı, proqressiv Bert isə, az qala, yüz əlli). 
Cənab Tozer  mülayim səslə göstəriş verdi: 
– Didişməyə son qoymaq lazımdır. Martinin Ori üçün mütləq  pis ər olacağı hələ ki sübut edilməyib. 
Yaşayarıq, görərik. Amma… Martin dərhal universitetə qayıdacaq, sözəbaxan olacaq və nə qədər 
mümkünsə, institutu tez bitirəcək, pul qazanmağa başlayacaq. Ori isə evdə qalacaq və ağıllı qız olacaq… 
Əlbəttə, özünü daha heç vaxt əxlaqsız qadın kimi aparmayacaq və papiros çəkməyəcək. Bu müddət 
ərzində o Martinlə olmayacaq… heç bir cinsi əlaqədə... (Missis Tozer tutuldu, diqqətlə dinləyən Ada Kvist 
isə utandığın göstərərək qızarmağa çalışdı). Onlar həftədə bir dəfə bir-birlərinə məktub yaza bilərlər
vəssalam. Ancaq heç bir vəchlə… özlərini ailəli adam kimi aparmayacaqlar. Ta ki bunun üçün icazə 
almayana qədər. Hə, nə deyirsiniz?  
Şübhəsiz ki, Martin onlara meydan oxumalı və gəlini götürərək gecənin qaranlığında oradan getməli idi. 
Amma ona elə gəlirdi ki, bundan sonra diplomu da rahatca alacaq, təcrübəyə də başlaya biləcək... Leora 
indi onundur, həmişəlik onundur. Onun xətrinə Martin ağıllanmalı idi. Ağıllanacaqdı da. O, öz işinə 
qayıdacaq və işgüzar olacaqdı. Bəs Qotlibin elm idealları? Laboratoriya?  Tədqiqat? Bunların hamısı 
cəfəngiyatdır! 
– Yaxşı, – o, cavab verdi. 
Amma Martin dərk edə bilmədi ki, özlərini saxlamaları elə bu gecədən başlamalıdır; bunu o, yalnız əlini 
Leoraya uzadaraq gülümsədiyi zaman mister Tozerin gurultulu səsini eşitdikdə anladı: 
– Ori, indi sən yuxarı qalxacaq və öz otağında yatacaqsan! 
Beləcə, o, nikah gecəsini arvadının on yardında yerləşən yataqda ora-bura çevrilərək keçirdi. 
Bir dəfə Martinə elə gəldi ki, haradasa qapı açıldı və o, tir-tir titrəməyə başladı: indi Leora gələcək! 
Diqqətini topladı, gözlədi. Amma o gəlmədi. Martin yerindən qalxaraq qapıdan çölə boylandı. Leoranın 
otağını tapmaq qərarına gəldi. Getdikcə Martinin qaynına qarşı xəlvəti düşmənçiliyi artmağa başladı. 
Çünki həmin vaxt Bert dəhlizdə gəzişir, qarovul çəkirdi. Bertin görünüşü daha zəhmli olsaydı, Martin, 
yəqin ki, onu öldürərdi. Amma o, nədənsə bu uzundişli və ədabaz dindarla üz-üzə gəlməyə cəsarət 
etmirdi.  
Martin otağına qayıdaraq yerinə uzandı və bərk-bərk özünə söz verdi ki, səhər onların hamısını 
cəhənnəmə yollayacaq və Leoranı buradan aparacaq. Amma gecə saat üçdə onda ruh düşkünlüyü 
yarandı. Bu hisslər içində çabalayaraq açıq-aydın başa düşdü ki, onunla birlikdə getsə, Leora acından 
öləcək… Gördü ki, o biabır olub, hətta institutdan atılmayacağına da kimsə zəmanət verə bilməz.  
"Zavallı qız! Onun həyatını korlamayacağam. Aman Allah, onu necə də sevirəm! Moqalisə qayıdacağam. 
Özüm də elə işləyəcəyəm ki… Görəsən, dözə biləcəyəmmi?" 
O, nikah gecəsini beləcə keçirdi və səhəri məyus qarşıladı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə