Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   35   36   37   38   39   40   41   42   ...   151

İndi hər şey o qədər asan idi ki… O, qismən qotlibianlığın qəddar düzgünlüyündən, durmadan səbəb 
axtarışından azad olmuşdu. Bu səbəb axtarışları yeni qatlara nüfuz etdikcə, əsas qanunlar daha dərinə 
gedirdi. Martin dözülməz gərginlikdən azad olmuşdu. Bununla belə,  o, gün keçdikcə öz biliklərinin nə 
qədər az olduğunu gərginlik içində aşkar edirdi. Martin Qotlibin buzxanasından dekan Silvanın 
qonaqpərvər dünyasına keçərək isinməyə çalışırdı. 
Hərdənbir Qotliblə Universitet həyətində rastlaşırdı. Onlar özlərini itirərək salamlaşır və öz yolları ilə 
getmək üçün tələsirdilər... 
 

 
Axırıncıdan əvvəlki kursla axırıncı kurs arasında, sanki, sərhəd yox idi. Martin qışda vaxtı boşa 
verdiyindən yayda Moqalisdə qalmağa məcbur oldu. Onun evlənməsi ilə diplom alması arasındakı yarım 
il qarışıq keçdi.  Nə ilin fəsilləri vardı, nə də tarix. 
Martin "axmaqlıq eləməyin daşını ataraq işə başladığı vaxt" doktor Silvanın və bütün yaxşı tələbələrin, 
xüsusilə də Anqus Dyuer və müqəddəs Ayra Xinklinin rəğbətini qazandı. Martin həmişə söyləyirdi ki, nə 
onların tərifinə, nə də bu çalışqan heyvərələrin mədhinə ehtiyacı var. Amma indi onların rəğbətini 
qazandıqca, o, bunu dəyərləndirirdi. Nə qədər deyinirdisə, deyinsin, onunla yayda Zenit xəstəxanasına 
həkim düzəlmiş və artıq uğur qazanmaqda olan gənc cərrah Anqus Dyuerlə eyni səviyyədə rəftar 
etmələri onun xoşuna gəlirdi.  
Bütün bu isti yay dövründə Martin və Leora istirahətsiz işlədilər.  Onlar Leoranın otağında kitab üzərində 
çalışdıqları, pivə içdikləri vaxt  tamam başqa cür olurdular. Nə onların geyimlərində, nə də danışıqlarında 
elmə və yüksək ideallara sədaqətli olan romantik cütdən gözlənilən ədəb qaydaları hiss olunmurdu. Yəni 
bu cütlük o qədər də utancaq deyildi. Leora bəzən elə sözlərdən, ifadələrdən istifadə edirdi ki, bu 
ifadələr Anqusu, yaxud Bert Tozeri dəhşətə gətirə bilərdi. Bekar axşamlarda onlar qənaət rejiminə əməl 
edərək əyləncə parkına yollanırdılar, bulanıq və iylənən gölün sahilində Koni Aylend surroqatına tamaşa 
edir, ayin icra edirmişlər kimi sosiska yeyir və yalançı dəmir yolunda gəzişirdilər.  
Onların əyləncələrinin əsas ədviyyatı Klif Kolson idi. Klif yatmadığı vaxtlarda heç vaxt susmaz və tək 
oturmazdı. Yəqin ki, avtomobil satışındakı uğuru da onun gözəl ifadələrin əzəmətli yığınına 
məhəbbətindən irəli gəlmişdi. Həmin ifadələr bu sənətdə, görünür, çox vacib idi. Onun Martinə və 
Leoraya diqqəti hansı həddə dostluqdan, hansı dərəcədə tək qalmaq qorxusundan asılı idi – bunu 
müəyyən etmək çətin olardı; Amma Klif şübhəsiz ki, cütlüyü şənləndirir və onları bir-birinə daha çox 
bağlanmaqdan yayındırırdı; Martin onu qaşqabaqlı, soyuq qarşılayırdısa, Klif heç vaxt incikliyini büruzə 
vermirdi.  
Klif hay-harayla maşında evə yaxınlaşır, onların pəncərəsinə üz tutub bağırırdı: 


– Ey, siz, xaricdən gətirilmiş müqəvvalar! Çıxın! Cəld! Gəzərik, havamızı dəyişərik, sonra isə sizə qonaqlıq 
verərəm! 
Klif Martinin işləməli olduğunu heç vaxt başa düşmürdü. Martinin dilxor olduğunu dediyi vaxtlar 
kobudluğu, demək olar ki, bağışlanılmaz idi. Amma indi, başdan-başa Leora ilə dolu olduğu bir zamanda, 
kiminsə onun üçün darıxa biləcəyi ağlına belə gəlmirdi.  
Nəzakətli ev sahibəsi vəzifəsini Leora yerinə yetirirdi. O da Klifin fəlsəfəsini və repertuarını təşkil edən 
yeddi zarafatı tez-tez eşidirdi… Amma Klif məharətlə avtomobil satdığından danışdığı və inadla Martinə 
gənc ailənin heç vaxt onun kimi sədaqətli və alicənab dostu olmayacağını söylədiyi vaxt, Leora saatlarla 
üzünə xoş ifadə verib otura bilərdi.  
Bir qədər sonra başqa bir avtomobil agentliyinə işə girən Klif Nyu-Yorka köçdü. Artıq Martinlə Leora daha 
xoşbəxt halda bir-birlərinə aid ola bilirdilər. 
Cənab Tozerin xeyirxahlığı da onların  həyəcanına son qoymuşdu. İndi onun bütün məktublarında əsl 
mehribanlıq hiss olunurdu. Hərçənd ki, o, ata nəsihətləri ilə Martini və Leoranı həddindən artıq 
acıqlandırırdı. Amma bu nəsihətlər, yəqin ki, göndərilən hər çekə görə kəsilmiş cəza idi.  
 
 

 
Yuxarı kursda oxuyandan hər şey o qədər ağırlaşır ki, bilmirsən nevrologiya və pediatriya üzrə 
mühazirələrə girəsən, mamalıq üzrə praktik məşğələlərdə iştirak edəsən, yoxsa klinikalarda anamnez  
toplayıb əməliyyatlara assistentlik edəsən, yaraları sarıyasan, ya da pulsuz pasient səni "həkim" 
adlandıranda özünü itirdiyini gizlətməyi öyrənəsən…. Hələ  bütün bunlar azmış kimi dərslərin qızğın 
vaxtında ən vacib məsələ haqqında da düşünməli olursan: "Diplom alandan sonra neyləyəcəyəm?" 
Düzdü, başqa suallar da olur: Bir il təcrübəçi kimi işləmək kifayətdir, yoxsa daha çox işləmək lazımdır? 
Bütün həyatını qızıl əllərlə tanınan həkim kimi yaşayasan, yoxsa xüsusi ixtisas seçəsən? Hansı sahə 
yaxşıdır, daha doğrusu, daha çox pul gətirir? Şəhərdə, yoxsa kənddə məskən salmaq düzgündür? Qərb 
tərəfə yollanmaq necə olar? Bəs hərbi-tibb, hərbi qulluq haqqında necə, düşünməyə dəyərmi? Paradlar, 
botfortlar, gözəl qadınlar, səfərlər?.. 
Əsas Tibb korpusunun dəhlizlərində, klinikada, ictimai yeməkxanalarda tələbələr bu sualları müzakirə 
edirdilər. Martin isə öz-özünə düşündüklərini evə, Leoranın yanına qayıtdığı vaxt yenidən daha ətraflı 
müzakirə etməyə həvəslənirdi. Demək olar ki, hər axşam o yeni bir qərar qəbul edir, səhəri gün isə 
həmin qərar yenə də kənara tullanmış olurdu. 
Bir dəfə, bütün klinikanın gözü qarşısında bir neçə tanınmış həkimlə birlikdə əməliyyat aparan, həyat və 
ölümü əlində saxlayan, alqışlar qazanmış aktyor kimi effektli olan cərrah, professor, doktor Luazonu 


müşahidə etdikdən sonra Martin qərar verdi ki, cərrah olacaq. Həmin gün o, cərrahiyyə üzrə təcrübi 
işlərə görə Xyu Luazo mükafatı almış Anqus Dyuerlə razılaşmalı oldu: cərrah şirdir, qartaldır, həkimlər 
arasında əsl döyüşçüdür.  
Anqus nə istədiyini dəqiq bilən cərrahlardan idi. O, təcrübə keçərək qarın boşluğu üzrə görkəmli 
mütəxəssis olmalı və doktor Raunsfildin rəhbərlik etdiyi məşhur Çikaqo klinikasında işləməli idi. Həm də 
klinikanın payçılarından biri kimi. "Beş ildən sonra, – Anqus qısaca deyirdi, – mən ildə iyirmi min 
qazanacağam". 
Martin bütün bunları izah edə-edə Leoraya danışırdı. Cərrahiyyə.  Yüksək dramatizm. Dəmir əsəblər. Son  
dərəcə sədaqətli assistentlər. Elmi dəlillər əsasında yeni müalicə metodları. Həyatların xilası. Kommersiya 
xətrinə deyil,  Leoraya xoş güzəran təmin etmək üçün pul qazanmaq. Onunla birlikdə Avropaya getmək, 
Londonda, Vyana kafesində olmaq... O, bütün bunları danışıb natiqlik edəndə Leora adətən ona kömək 
edird. Yəni, sadəcə, dedikləri ilə razılaşırdı; Amma səhəri gün, Martin cərrahiyyənin başdan-başa 
cəfəngiyat olduğunu və cərrahların böyük əksəriyyətinin bacarıqlı dülgərdən heç nə ilə fərqlənmədiyini 
sübut etməyə çalışanda, Leora heç nə demir, onun sözlərini əvvəlkindən daha mehribanlıqla qəbul 
edirdi. 
Anqusdan və gələcəyin həkim-missioneri Ayra Xinklidən sonra öz yerini tapanlardan biri  Gonbul Pfaff idi. 
O, həkim-mama olmağa hazırlaşırdı. Ya da həkim dili ilə desək, "körpə oğrusu". Pfaffda mamaça ruhu 
vardı; o  yaşadıqları  əzaba görə qadınlara mərhəmətlə yanaşırdı, səmimi qəlbdən acıyır, az qala, gözü 
yaşara-yaşara onların yanında otura, çay içə və səbirlə gözləyə bilirdi. Doğuşla ilk tanışlığında (onunla 
birgə işləyən tələbə çarpayının yanında, sadəcə, özünü itirmişdi) Pfaff qorxuya düşmüşdü. O, öz ölüvay 
həyatında heç vaxt heç nəyi arzulamadığı kimi, bu boz sifətli, güc verən yad qadına dəlicəsinə təsəlli 
vermək, onun əzablarını öz üzərinə götürmək istəyirdi. 
Başqaları, təsadüfən, ya da qohumluq əlaqələrinə görə, öz yerini tapdığı vaxt Martin tərəddüd içində 
çabalayırdı. Həkimin insanlığa xidmət etməli olması ilə bağlı dekan Silvanın söylədiyi tələblər onu heyran 
edirdi,  amma  laboratoriyada keçirdiyi soyuq asket saatlarını yaddan çıxara bilmirdi. Axırıncı kursun 
sonlarına yaxın – təbii ki, artıq yubanmaq olmazdı – dekan Silvanın nitqi Martinə güclü təsir göstərdi. Bu 
nitqində Silva məhdud ixtisaslaşmanı pisləyir və öz pasientlərinin atası olan, təbiətin qoynunda sağlam 
həyat tərzi keçirən, özünü kəşf etdiyi üçün ruhu ilə açıq olan köhnə kənd həkimi obrazını təsvir edirdi. Bu 
nitq Martindən Uitsilvaniyada yaşamağı xahiş edən cənab Tozerin təkidli məktublarının təsirini 
möhkəmləndirirdi. 
Görünür, Tozer öz qızını sevirdi, Martinə az, ya çox, rəğbət bəsləyirdi, ona görə də onları uzağa buraxmaq 
istəmirdi. Onun sözlərinə görə, Uitsilvaniya daimi yaşayış üçün yaxşı yer idi; sanballı fermer olan 
skandinavlar, hollandlar, almanlar, çexlər hesabları dəqiq ödəyəcəkdilər. Ən yaxınlıqda yaşayan həkim
doktor Gesselink idi, o da Qroningendə olurdu – düz doqquz mil yarım uzaqlıqda. Özü də işi o qədər idi 
ki,  öhdəsindən gələ bilmirdi. Onlar gələrsə, Tozer Martinə avadanlıq əldə etməyə yardım edəcəkdi; o, 
hətta onlara hərdənbir, Martin xəstəxanada öz ikiillik təcrübəsini başa vurana qədər çek də 
göndərəcəyinə söz verirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə