Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   38   39   40   41   42   43   44   45   ...   151

yaşaranacan güldü. Gecə yarısı Martin və Leora ağız dolusu Silvaya qarşı səmimiyyətdən danışdılar. Bu an 
Uitsilvaniya onların gözünə qurtuluşa, şöhrətə aparan yol kimi görünürdü. 
Amma təcrübənin bitməsinə və Şimali Dakotaya yola düşməyə bir neçə gün qalmış onlar küçədə Maks 
Qotliblə rastlaşdılar. Martin onu bir ildən artıq idi ki, görmürdü, Leora isə heç vaxt görməmişdi. O, əldən 
düşmüş və xəstə adam təsiri bağışlayırdı. Martin onun yanından keçərkən salamlaşıb-salamlaşmamağı 
götür-qoy edirkən, Qotlib ayaq saxladı. 
– Necəsiniz, Martin? – o, mehribanlıqla soruşdu. Amma bu an gözləri deyirdi: "Nə üçün mənim yanıma 
qayıtmadın?" 
Martin dodaqaltı heç bir məna danışmayan nəsə mızıldadı və elə ki Qotlib ağrıya güc gəlirmiş kimi belini 
bükərək yoluna davam etdi, o, dəhşətli dərəcədə onun ardınca qaçmaq istədi. 
Leora soruşdu: 
– Bu, haqqında danışdığını həmin professor Qotlibdir? 
– Hə, de görüm, o, sənə necə təsir bağışladı? 
– Mən heç zaman… Kürən, o, mənim indiyədək gördüyüm insanlar arasında ən böyüyüdür. Bilmirəm, 
mən bunu haradan bilirəm, amma bu, belədir. Doktor Silva xoşsifət adamdır, amma bu… böyük insandır! 
Mən… mən istərdim ki, biz onunla görüşək. Mən ilk dəfədir belə bir adamla qarşılaşıram… Məni 
çağırsaydı, mən ona görə hətta səni də tərk edə bilərdim. O elə… ah o arzu… yox, o yeriyən beyin 
kimidir… Amma, Kürən, onun elə əldən düşmüş görünüşü var idi ki… Məni, az qala, ağlamaq tutmuşdu. 
İnan ki, onun çəkmələrini belə təmizləməyə hazıram. 
– Ah, lənət şeytana! Elə mən də! 
Amma səfərqabağı qayğılar, sevincli yır-yığış, qızğın dövlət imtahanları zamanı Martin Qotlibi yaddan 
çıxardı. Çox keçmədi ki,  o, Dakotada, iyun günəşinin parlaq şüası altında uzanan və hər çəpərində çöl 
torağaylarının səs-səsə verdiyi preriyada öz işinə başladı. 
 
XII FƏSİL 
 

 
Martin onunla küçədə rastlaşdığı vaxt Qotlib artıq məhv olmaq üzrə idi. 
Maks Qotlib alman yəhudisi idi; 1850-ci ildə Saksoniyada anadan olmuşdu. O, Heydelberqdə tibb 
fakültəsini bitirməsinə baxmayaraq, heç vaxt həkimlklə maraqlanmamışdı. Qotlib Helmqolsun davamçısı 


idi. Bundan başqa, gənclik illərində akustika üzrə tədqiqat işi ilə o, özü üçün sübut etmişdi ki, tibbi 
elmlərdə kəmiyyət metodu mütləqdir. Sonra Koxun kəşfləri onu biologiyaya istiqamətləndirdi. Hər 
zaman dəqiqliyi, səliqəliliyi əsas götürür, rəqəmlərin uzun sırasını çıxarır, yoxlamaya tabe olmayan 
dəyişənlərin mövcudluğunu nəzərə alır, intizamsızlıq, yaxud yalan, lovğalıq hesab etdiyi şeylərin üzərinə 
qızğınlıqla hücum edir, heç zaman xoşniyyətli  ağılsızlığa güzəştə getmirdi. O, Koxun, Pasterin 
laboratoriyalarında işləyir, Pirsonun biometriya sahəsində ilk fikirlərini izləyir, pivə içir və "zəhərli" 
məqalələr yazırdı. İtaliya, İngiltərə və Skandinaviyaya səyahətə çıxırdı.  Belə vaxtların birində təsadüfən, 
işarası (sanki, palto alırmış, ya da təsərrüfat müdirəsi işə götürürmüş kimi) dözümlü və dilsiz-ağızsız 
alman qadını, tacir lüteranın qızı ilə evlənir. 
Sonra çox vacib, çox cansıxıcı, uzun sürən və heç kəs tərəfindən qiymətləndirilməyən təcrübələr silsiləsi 
başladı. 1881-ci ildə Qotlib Pasterin toyuq vəbası əleyhinə immunitetlə bağlı gəldiyi nəticələri yenidən 
təsdiqlədi, eyni zamanda, mayadan enzim ayırmağa çalışdı.  
Bir neçə ildən sonra, xırda bankir olan atasından qalan  çox kiçik miras hesabına yaşamağa başladı. Həm 
şad, həm də qayğısız formada onu israf etdi, xəstəliklərin ptomain  nəzəriyyəsini tənqidi analizə düçar 
etdi və mikroorqanizmlərin virulentliyinin  zəifləməsi mexanikasını tədqiq etdi. Bu, ona şöhrət gətirdi. 
Ola bilsin ki, o, həddindən artıq ehtiyatlı idi. Elə bu səbəbdən də tədqiqatı başa vurmadan onu dərc 
etdirməyə tələsən insanlara şeytandan və aclıqdan da betər nifrət edirdi. 
Düzdü, o, siyasəti insan fəaliyyətinin ən cansıxıcı və ən az elmi növü hesab edərək, onunla məşğul 
olmurdu, bununla belə, yunkerlərə  nifrət etmək üçün kifayət qədər vətənpərvər alman idi. Cavanlığında 
iki dəfə dikbaş zabitlərlə dalaşmış, hətta buna görə bir həftə həbsxana həyatı yaşamışdı. O, tez-tez 
yəhudilərin hüquq bərabərsizliyinə görə özündən çıxırdı və qırx yaşında ikən ürək ağrısı ilə Amerikaya 
yollandı. Çünki "burada militarizm və antisemitizm mümkün deyildi". Bir müddət Xoqlendin Bruklində 
olan laboratoriyasında işlədi, sonra da bakteorologiya kafedrasında böyük vəzifə tutduğu Kvin-Siti 
universitetində çalışdı. 
Burada o toksinlə   antitoksinlər  arasındakı reaksiya ilə bağlı ilk tədqiqatına başladı. Elan etdi ki, 
antitoksin istisna olunmaqla, anticisimlərin  heyvanların immun vəziyyətinə heç bir aidiyyatı yoxdur. Və 
nə qədər ki alimlərin məhdud, amma gərgin dünyasında onun üstünə qəzəblə hücum çəkirdilər, Qotlib 
təmkinlə və olduqca kəskin surətdə İersinin, Marmorekin zərdab nəzəriyyələrinə divan tutmaqla məşğul 
idi.  
Araşdırmalarının ilk illərindən başlayaraq bu günə qədər onun ən müqəddəs arzusu süni antitoksin  in 
vitroda  əldə etmək idi. Bir dəfə o bir işi çapa hazırladığı vaxt, kiçik bir səhv aşkar etdiyindən acımadan 
bütün qeydlərini məhv etmişdi.  
O, həmişə tənha idi. Kvin-Sitidə çətin ki kimsə onu mikrobları quyruğundan tutan və onlarla himləşən 
yarımağıllı yəhudidən başqa bir şey hesab edəydi. Məgər bu, yaşa dolmuş bir kişinin görə biləcəyi iş idi? 
Ətrafda cəsur insanlar körpü tikir, atsız faytonlar üzərində təcrübə aparır, dünyada ilk dəfə şeirli 
reklamlar yazır və tonlarla siqar satırdılar. O isə gör nə işlə məşğul idi. 


1899-cu ildə onu Uinnemaka tibb fakültəsində baktorologiya üzrə mühazirə oxumağa dəvət etdilər və o, 
burada on iki il ağır işlə məşğul oldu. Ümumiyyətlə, Qotlib heç vaxt praktik adlandırılan nailiyyətlər 
haqqında danışmırdı. Heç zaman post hoc – propter hoc əsasında çıxarılan nəticələrə qarşı mübarizə 
aparmaqdan yorulmurdu. Halbuki, demək olar, bu günə qədər də bütün tibbi biliklərin əsasında bu 
durur.  
Qotlib heç vaxt onun istehzasının gücü qarşısında zəif olan, amma onunla üzbəüz gələrkən hörmətlə 
rəftar etməyi unutmayan həmkarlarının nifrətini qazanmaq fürsətini əldən verməzdi. Bu həmkarlar 
imkan düşdükcə paxıllıqla onu "İblis", "şeytanın pərəstişkarı", "sevinci zəhərləyən", "pessimist", "dağıdıcı 
tənqidçi", "lovğa ədəbsiz", "utanmaz", "həyasız alim", "ləyaqət və ciddiyyətdən məhrum snob", "pasifist" 
, "anarxist", "ateist", "cuhud"   adlandırırdılar. Onlar heç də əsassız olmayaraq iddia edirdilər ki, əsl elmə, 
sənətə olan sədaqətində Qotlib bir məqamı daha üstün tutur: insanları düzgün terapiya ilə öldürmək 
daha məqsədəuyğundur, nəinki yanlış terapiya ilə müalicə etmək. O, insanlıq üçün məbəd qursa da, bu 
məbəddə insana yer ayırmırdı. 
Ağıllı adamların ildə beş dəfə çap olunduğu "İşgüzar elmi səltənət"də onun otuz illik işi dövründə ça 
olunan məqalələrinin ümumi sayı iyirmi beşi aşmamışdı. Amma məqalələrinin hamısı qeyri-adi 
mükəmməlliyi ilə seçilirdi. Onun təcrübələri isə asanlıqla hər şeydən şübhələnən tənqidçilər tərəfindən 
yenidən təkrar edilir və hər dəfəsində də bütün nəticələr təsdiqlənirdi. 
Moqalis onu iş üçün geniş imkanları, çox gözəl assistentləri, bitib-tükənməyən şüşə qabları, çoxlu hind 
donuzları və yetərli sayda meymunları ilə heyran etmişdi; amma burada dərs demə metodunun köhnəliyi 
onu təngə gətirirdi. Hər yerdə olduğu kimi, burada da başa düşən dostlarının olmaması ona əzab verirdi. 
O, şübhələri və ehtiyat hissini bir kənara ataraq danışa bilmək üçün durmadan kimisə axtarırdı. Qotlib 
cahilliklərindən cəsarət alan həkimlərin, yaxud əslində, "elm adamcığazları" olan ixtiraçıların təriflərinin 
necə göylərə qaldırıldığı haqda fikirləşir və insan zəifliyinə yabançı olmayan bir hisslə özünün Amerikada
hətta Moqalsdə belə izsiz-soraqsız itməsinə əsəbiləşir, taleyindən şikayətlənirdi.  
O, heç vaxt hersoginyalar ilə nahar etmirdi, mükafat almırdı, müsahibə vermirdi, heç zaman kütlənin 
başa düşə biləcəyi işlər çap etdirmirdi, məktəbdəki məhəbbətlərdən sonra elə bir şey yaşamamışdı ki, 
ləyaqətli adamlar onu "xəyalpərəst" adlandıra bilsinlər. Bir sözlə, Qotlib sözün əsl mənasında alim idi. 
O, bəşəriyyətin dahi xilaskarları sırasına aid idi.  
Gələcəkdə, yüzillər sonra, böyük epidemiyaların, yaxud xırda infeksiyaların kökünü kəsmək üçün nə cür 
təcrübələr keçirilsə də, istər-istəməz bu zaman Maks Qotlibin işlərinin təsiri özünü göstərəcəkdi. Çünki o 
mikrobları və birhüceyrəli heyvanları səliqə ilə təsnif edərək onlara yarlık yapışdıran alimlərdən deyildi. 
O, bu cür xırda varlıqların kimyəvi tərkibinə, onların mövcud olma  və məhv olma qanununa diqqət 
yetirirdi. Söhbət bioloqların bütöv bir nəslinin yorulmadan işləməsinə baxmayaraq, böyük hissəsi kəşf 
edilməmiş qalan əsas qanunlardan gedir. Amma onu "pessimist" adlandıranlar haqlı idilər, çünki 
yoluxucu xəstəliklərin bütünlüklə yoxa çıxmasına görə başqalarından daha çox minnətdar olacağımz bu 
adam tez-tez tərəddüd edərək öz-özündən soruşurdu: ümumiyyətlə, yoluxucu xəstəliklə mübarizə 
aparmağa dəyərmi? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə