Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   46   47   48   49   50   51   52   53   ...   151

– Sizi evdə görməyimə şadam, – o, Martinlə Leoranı salamladı, – indi isə tez atı tövləyə aparın. Şam 
yeməyi saat altıdadır – düz altıda! 
Martin bütün bunları artıq o qədər bacarıqla həzm eləmişdi ki, şam yeməyi vaxtı danışanda onun sözləri 
lap ev sahiblərinin ağzından çıxan sözlər kimi səslənirdi: 
– Biz çox yaxşı gəzdik. Deyəsən, mən bura alışacam. Deməli belə, yarım gün avaralıq etdim, bəsdir, artıq 
işə başlamaq zamanıdır. İlk növbədə kabinetim üçün yer axtarmalıyam. Burada, yəqin ki, kirayə yer 
verilir, Tozer ata?  
Missis Tozer mülayim səslə cavab verdi: 
– Ah, mənim çox gözəl bir fikrim var, Martin. Nə üçün siz öz kabinetinizi anbarda qurmayasınız? Sizin 
üçün çox münasib olar: nahara gecikməzsiniz, qulluqçu icazəli olanda da evə nəzarət etmək imkanınız 
olar, biz isə Ori ilə ya qonaq, ya da əl işi dərnəyinə gedərik. 
– Anbarda? 
– Nəyi pisdir ki? Yəhər-qayış üçün köhnə yerdir... Bir hissəsinin üstündə tavan var… Divarları isə ya tolla, 
ya da fanerlə üzləmək olar. 
– Tozer ana, siz necə fikirləşirsiniz, mən bura nəyə görə gəlmişəm? Burada nə işlə məşğul olmalıyam? 
Atabaxan deyiləm ki, sizin anbarınızı qoruyum… Heç quş yumurtası gizlətmək üçün yer axtaran balaca 
oğlan da deyiləm. Mən həkim kabineti açmaq fikrindəyəm. 
Bert vəziyyətdəki gərginliyi azaltmağa çalışdı: 
– Ay səni! Axı siz hələ əsl həkim deyilsiniz. Siz hələ öyrənməyə çalışırsınız. 
– Mən lazım olduğundan da yaxşı həkiməm, lənət şeytana! Bağışlayın, Tozer ana, ədəbsizliyə görə 
bağışlayın, amma… Hələ bu harasıdır… Xəstəxanada gecə növbələrində yüzlərlə insanın həyatını 
qurtarırdım. Fikirləşirəm ki… 
– Qulaq asın, Mart, – Bert dedi, –biz pul qoyuruqsa… Mən tamahkarlıq etmək istəmirəm, amma öz 
aramızdır, dollar dollardır… Pullar bizimdirsə, deməli, onları necə xərcləmək lazım gəldiyinə biz qərar 
verəcəyik. 
Cənab Tozer dalğın halda baxışlarını qaldırdı və aciz-aciz dedi: 
– Doğrudur. Riskə getməyin mənası yoxdur. Lənətə gəlmiş fermerlər öz buğdaları və qaymaqları üçün, az 
qala, camaatın dərisini soyurlar, sonra da deyirlər ki, pulları yoxdur, heç girov üçün faiz də ödəmirlər. 
İnanın mənə, artıq ipoteka borcu vermək də sərf eləmir. Boş yerə lovğalanmağın yeri yoxdur. Aydın 
məsələdir ki, siz balaca, sadə kabinetdə də "Venesiya Mavrı"tək bəzədilmiş dəbdəbəli zaldaymışsınız kimi 
xəstənin boğazına eyni uğurla baxa, ya da qulaq üçün damcı yaza bilərsiniz. Amma biz anbarda sizin üçün 
rahat bir guşə düzəltməyə çalışacağıq…  
Leora onun sözünü kəsdi: 


– Qulaq as, ata. Mən təklif edirəm ki, sən bizə birdəfəyə min dollar borc verəsən. Biz isə onu istədiyimiz 
kimi xərcləyəcəyik. 
Bu sözdən sonra yaranmış təəssüratı bir kəlmə ilə təsvir etmək mümkün deyil. 
– Sizə pula görə altı faiz verəcəyik… Yox, altı yox, beş! Beş bəsdir! 
– İpoteka borcları altı, yeddi, və səkkiz faiz gəlir gətirirlər, – Bert həyəcanla etiraz etdi. 
– Beş də bəsdir! Bizim onları necə xərcləyəcəyimizin heç kəsə dəxli yoxdur: kabinetin düzəldilməsinəmi, 
yoxsa başqa bir şeyəmi… Bu artıq bizim öz işimizdir. 
Cənab Tozer sözə başladı: 
– Çox ağılsız çıxış yoludur… 
Bert sözü göydə tutdu: 
– Ori, sən ağlını itirmisən! Görünür, sizin xərcləri məhdudlaşdırmalıyıq… Amma lənət şeytana, siz mütləq 
hərdənbir pul üçün bizə müraciət edəcəksiniz… Və… lənət şeytana, bizim məsləhətlərimizi qəbul etməli 
olacaqsınız…  
Leora ayağa qalxdı: 
– Ya siz mən deyən kimi edəcəksiniz, başqa cür yox, mən deyən kimi… Ya da Martinlə biz elə ilk qatara 
oturaraq Zenitə qayıdırıq. Mən zarafat eləmirəm! Orada onun üçün nə qədər desəniz, yaxşı maaşla 
vakansiya yeri var. Heç olmasa, orada tam sərbəst yaşayacağıq! 
Əslində, söhbət yenə də davam edirdi, amma kənardan baxan da başa düşə bilərdi ki, hamı öz yerində 
sayır. Bir dəfə Leora əşyalarını toplamaq üçün  pilləkənə doğru addım atdı, sonra Martinlə birlikdə 
ovuclarında sıxdıqları salfetləri yelləyə-yelləyə ayaq üstə durdular…. Bütün bu kompozisiya Laookona 
qrupunun oyununu çox xatırladırdı. 
Nəhayət, Leora qalib gəldi. 
Mübahisə dinc bir qayğıkeşliklə əvəz olundu. 
– Siz öz çamadanlarınızı vağzaldan gətirmisiniz? – cənab Tozer soruşdu. 
– Onu orada saxlamağın və mühafizə edilməsi üçün gündə iki sent ödəməyin mənası yoxdur, – bu dəfə 
Bert özündən çıxdı. 
– Çamadan məsələsini səhər tezdən həll etmişəm, – Martin cavab verdi. 
– Hə, hə. Səhər tezdən onu Martin üçün gətiriblər, – bu dəfə missis Tozer təsdiqlədi. 
– Onu sizin üçün gətiriblər? Siz onu özünüz gətirməmisiniz? – cənab Tozer əməlli-başlı  pis oldu. 


– Xeyr. Mən anbardan bir oğlan tutdum və o, da onu mənim dalımca gətirdi, – Martin dedi. 
– Mərhəmətli Tanrım! Sanki, onu siz əl arabasında özünüz gətirə və iyirmi beş sentinizə qənaət edə 
bilməzdiniz! – Bert yenə də qiyam etdi. 
– Amma həkim öz qiymətini bilməlidir, – Leora həmişə olduğu kimi, Martinə tərəf çıxdı. 
– Qiymət! Cəfəngiyatdır!  Əl arabasını sürmək insanların gözündə daha qiymətlidir, nəinki durmadan bu 
qotur papirosu çəkmək!  
– Yaxşı bəsdir… Bəs siz onu hara qoymusunuz? – cənab Tozer soruşdu. 
– Bizim otağımıza, – Martin cavab verdi. 
– Sən necə fikirləşirsən, onu hara yerləşdirsək yaxşıdır? Çardaq onsuz da ağzınacan doludur, – cənab 
Tozer missis Tozerə üz tutub soruşdu. 
– Ooo, mən fikirləşirəm ki, Martin ona orada yer tapacaq. 
– Nə üçün çamadanı anbara qoymayaq? 
– Ah, yox, belə yaxşı, təzə çamadanı?! 
– Anbarın nəyi pisdir ki? – Bert dedi, – ora təmiz, həm də qurudur. Sadəcə, belə yaxşı yeri istifadəsiz 
qoymaq hayıfdır… Madam, artıq qərar vermisiniz ki, Martin onu özü üçün qiymətli kabinet edə bilməz… 
– Berti, – Leora məsumcasına dedi, – mən bizim nə edəcəyimizi bilirəm. Deyəsən, bu saray sənin yaman 
xoşuna gəlir… Yaxşısı budur, öz zavallı bankını ora köçür, bankın binasında isə Martin özünə kabinet açar. 
– Bank, – bu, tamam başqa məsələdir. 
– Bəsdirin, nə üçün siz bir-birinizə qarşı ədəbsizlik edirsiniz? – nəhayət, söhbətə cənab Tozer müdaxilə 
etdi, – Siz nə zamansa ananızla mənim bu cür mübahisə etdiyimizi və küsüşdüyümüzü görmüsünüz? 
Martin, çamadanı nə vaxt boşaltmağı düşünürsünüz?  
Cənab Tozer saraylar və çamadanlar haqqında fikirləşə bilirdi, amma onun düşüncəsinə görə, bu qədər 
vacib iki məsələni eyni zamanda həll etmək olmaz.  
– Elə bu gün aça bilərəm, bu o qədər vacibdirsə. 
– Yox, belə demək istəmirdim, burada vacib olan heç nə yoxdur, amma bir işə girişirsənsə… 
– Başa düşmürəm, burada nə vacib iş var ki, indi boşaltmalı… 
– O, yer axtarmaq qərarına gəlibsə və dərhal saraya köçmək istəmirsə, uzun-uzadı əşyalarını çamadanda 
saxlaya bilməz və…. 
– Aman Allah, mübahisə etməyin, mən elə bu gün boşaldaram! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə