Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   44   45   46   47   48   49   50   51   ...   151

Hanziker "belə!..", –  deyirmiş kimi kresloya yayxandı: "Belə bir uğuru, yəqin, ki, gözləmirdiniz, eləmi?! 
Qotlib əsəbi halda danışmağa başladı: 
– Mən seroloji  proseslərin patentləşdirilməsinə razılıq verə bilmərəm. Onlar bütün laboratoriyalar üçün 
açıq olmalıdır. Vaxtından qabaq istehsala buraxılmanın, yaxud bununla bağlı məlumatın elan edilməsinin 
də qəti əleyhinəyəm. Düşünürəm ki, səhv etməmişəm, amma özümü texnika məsələsində yoxlamalıyam. 
Ola bilsin ki, düzəlişlər edim, yalnız bundan sonra xatircəm olacağam. O zaman, mənə elə gəlir ki, bazar 
istehsalatı üçün heç bir maneə olmayacaq… Amma çox az miqdarda və başqaları ilə təmiz rəqabət 
aparmaqla, özü də patentsiz… Bu axı yolka bəzəklərinin satışı deyil! 
– Mənim əziz dostum, sizə acıyıram. Şəxsən mən həyatımı yüksək dəyərli bir elmi kəşf uğruna qurban 
verərdim. Heç nəyi bu qədər arzulamamışam və üstəlik heç bir mənfəəti də nəzərə almazdım. Amma biz 
"Doson Hanziker və K(0)" səhmdar cəmiyyəti payçıları qarşısında onlar üçün pul qazanmaq öhdəliyi 
götürmüşük. Onların arasında isə o qədər dul qadın və yetimlər var ki…  Onlar var-dövlətlərini bizim 
işimizə sərf ediblər. Biz onların inamını doğrultmalıyıq. Mənim heç bir səlahiyyətim yoxdur. Yalnız onların 
itaətkar quluyam. Digər tərəfdən isə mənə elə gəlir ki, sizə çox yaxşı münasibət göstərmişik, doktor 
Qotlib, sizə tam azadlıq vermişik. Biz bundan sonra da çalışacağıq ki, burada sizə yaxşı şərait yaradılsın! 
Hələ bu harasıdır, dostum, siz varlı olacaqsınız, siz bizlərdən biri olacaqsınız! Mən tələb etmək istəmirəm, 
amma borcum məndən tələb edir ki, bu bənd üzərində təkidlə dayanım. Ümid edirəm, siz zərdabı 
mümkün qədər tez hazırlamağa başlayacaqsınız… 
Qotlibin altmış iki yaşı var idi. Uinnemakdakı məğlubiyyəti onun mətanətini zəiflətmişdi. Onun Hanzikerlə 
müqaviləsi yox idi. 
O, tərəddüdlə etiraz etdi, amma geriyə, öz laboratoriyasına, demək olar ki, sürünə-sürünə qayıtdı. Ona 
elə gəldi ki, bu müqəddəs yeri tərk etmək və amansız, qəddar dünyanın qarşısına çıxmaq mümkün deyil. 
Amma öz antitoksininin təhrif edilmiş və təsir qüvvəsi olmayan surroqatı  ilə barışmaq da ona eyni 
dərəcədə mümkünsüz görünürdü. Həmin saatdan etibarən Qotlib taktika yürütməyə başladı, halbuki, öz 
keçmiş təkəbbürü ilə bu addımı "ağlasığmaz" adlandıra bilərdi. Fənd işlətməyə girişdi, reklamın da, öz 
antitoksininin istehsalının da "bəzi bəndlərin aydınlaşdırılmasına" qədər dayandırılmasına nail oldu. Bu 
arada həftədən həftəyə keçdikcə, Hanziker onu daha çox hədələyir və sıxışdırırdı. Qotlib isə öz 
növbəsində tezliklə qarşılaşacağı fəlakətə hazırlaşırdı.  
O, öz ailəsini daha kiçik mənzilə köçürdü, hər cür israfçılıqdan imtina etdi, hətta siqaret çəkməyin də 
daşını atdı. 
Qənaət məqsədilə oğluna verdiyi pulu da azaltdı. 
Robert enlikürək, qarabuğdayı, dəliqanlı bir oğlan idi. Bəzən elə məqamlarda qabalıq edirdi ki, əslində, 
orada bunun üçün əhəmiyyətli bir səbəb olmurdu. Solğun simalı, ağappaq dərisi olan qızlar onun üçün 
əldən-ayaqdan gedirdilər, o isə bu gözəllərə yuxarıdan aşağı baxırdı. Atası gah qürurla, gah da yumşaq 
istehza ilə öz yəhudi nəcabəti haqqında danışsa da, oğlan kollecdəki yoldaşlarını təmiz alman olduğuna, 
hətta guya, aristokrat mənşəyindən gəldiyinə inandırmağa çalışırdı. Onu bəyənərək, avtomobillərdə 


gəzən, poker oynayan, qonaqlıqlara yollanan gənclərin dəstəsinə qəbul edirdilər, buna görə də atasının 
verdiyi cibxərci Robertə yetmirdi.  
Qotlibin stolunun üstündən iyirmi dollar itmişdi. Maks Qotlib şərəf haqqında şərti anlayışları ələ salsa da, 
adamayovuşmaz qoca zadəgan-mülkədar heysiyyətinə və təkəbbürünə malik idi. 
Hanzikeri aldatmaq məcburiyyətinin yaşatdığı bitmək bilməyən təhqir hissinə yeni bir kədər də əlavə 
olunmuşdu. O, bir gün açıqdan-açığa soruşdu: 
– Robert, mənim stolumun üstündən pulu sən götürmüsən? 
Bu qartala bənzəyən donqarburunlu sifətə, qəzəbli, qan dolmuş, çuxura düşmüş gözlərə hər adam dik 
baxa bilməzdi. Robert əvvəlcə dodaqaltı anlaşılmaz sözlər söylədi, sonra isə bağırdı: 
– Hə, mən götürmüşəm! Yenə də lazımdır! Kostyumlara və bir sıra digər xırda-para şeylərə ehtiyacım var. 
Siz özünüz günahkarsınız. Məni elə bir məktəbə vermisiniz ki, orada bütün şagirdlər pullarını hara 
xərcləyəcəklərini bilmirlər. Sizsə istəyirsiniz ki, mən dilənçi kimi geyinim.  
– Oğurlamaq!… 
– Boş sözdür! Buna bax, oğurluq! Sən həmişə günah, haqq-ədalət, düzgünlük haqqında çığır-bağır salan 
moizəçilərə gülmüsən. Bu sözləri o qədər işlədiblər ki, onlar artıq heç bir məna daşımır və … tüpürürəm 
onlara! Dos Hanziker, qoca Hanzikerin oğlu mənə atasından eşitdiklərini söyləyib. O deyir sən milyonçu 
ola bilərdin, əvəzində isə  bizi elə məngənədə saxlayırsan ki… Özü də belə bir vaxtda – anamın xəstə 
olduğunu bilə-bilə… İcazə ver sənə deyim ki, Moqalisdə anam mənə demək olar hər həftə gizlincə iki-üç 
dollar verirdi və… Bu artıq zəhləmi töküb! Mənə cır-cındır geyindirmək istəyirsənsə, kolleci atacağam! 
Qotlib özündən çıxdı, amma onun qəzəbi güclü deyildi. Düz iki gün o bilmədi ki, özünü necə aparsın, oğlu 
necə rəftar edəcək... 
Sonra… Yalnız qəbirstanlıqdan geri qayıdarkən, onlar qadının artıq yox olduğunu dərk etdilər! Onun 
arvadı vəfat etmişdi. Bundan başqa, bir həftə sonra Qotlibin böyük qızı kart oynamaqla dolanan bir 
avaraya qoşulub qaçdı. 
…Qotlib təkcə oturmuşdu. O, İova haqqında kitabı təkrar-təkrar oxuyurdu. 
– Doğrudan da, Tanrı məni və mənim evimi darmadağın etdi, – o pıçıldayırdı. 
Robert düzələcəyini donquldaya-donquldaya içəri daxil olan zaman, qoca bomboş gözlərini ona tərəf 
qaldırdı. Amma o, öz atalarının ibrətli hekayələrini təkrar edərkən ağlına belə gəlmirdi ki, onlara inansın, 
yoxsa onlardakı Allah qəzəbi qarşısında diz çöksün. Ya da hər şeyə rəğmən öz kəşfini Hanzikerə təqdim 
edərək rahatlıq əldə etsin?! 
Bir az gözləyərək ayağa qalxdı və səssizcə öz laboratoriyasına yollandı. Onun təcrübələri yenə də 
həmişəki kimi diqqətlə aparılırdı. Yəni heç kim Qotlibdə heç bir dəyişiklik hiss etmirdi. Sadəcə, o, artıq 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə