Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   40   41   42   43   44   45   46   47   ...   151

keçirirdi) yeni assistentin təyin olunmasını yubadırdı. Sonra Qotlibin kədəri yavaş-yavaş soyudu və kinlə 
əvəzləndi. O, Martini xəyanətkar hesab etməyə başladı və onu beynindən çıxarıb atdı. 
 

 
Ola bilsin ki, Maks Qotlib dahi idi. Və şübhəsiz ki, istənilən dahi kimi həm də divanə idi. Martin Zenit 
xəstəxanasında təcrübə keçdiyi müddətdə Qotlib həmişə ələ saldığı xurafatçılardan daha səfeh bir iş 
təşkil etmişdi.  
O, hökumət qulluqçusu və islahatçı olmağa çalışırdı. O – utanmaz  və anarxist alman institut yaratmaq 
qərarına gəldi və oğlanların yaramaz sözlər öyrənməkdən qorumaq üçün yeni bir cəmiyyət yaratmağa 
çalışan qarımış qız kimi,  yubanmadan işə başladı.  
Qotlib hesab edirdi, yer üzündə elə bir tibb məktəbi olmalıdır ki, təpədən-dırnağa elmi olsun, dəqiq 
elmləri öyrətsin. Xüsusilə də kəmiyyət metodu ilə birlikdə biologiya və kimyanı. Bu institt xal 
toplanmasını və cərrahiyyənin xeyli hissəsini ümumiyyətlə, qəbul etməyəcəkdi.  Sonra düşündü ki, belə 
bir müəssisəni Uinnemak universitetinin əsasında yaratmaq olar. Və məsələyə praktik yanaşmağa çalışdı. 
Amma o, lazım olduğundan çox praktik və işgüzar idi. 
– Bəli, ola bilsin ki, biz kəndlərdə ancaq ishaldan müalicə etməyi bacaran həkimlər hazırlamayaq! Bəlkə 
də, həkimlər hörmət hissinə layiqdirlər və hamıya lazımlıdırlar. Amma onların sayı onsuz da həddindən 
artıq çoxdur. Tələb isə belədir: mənə iyirmi il müddətinə məktəb verirsiniz, bu məktəb dəqiq və üsullu 
olacaq. Biz də şəkər, hətta ola bilsin ki, vərəm və xərçəng xəstəliyini, əllərindən iş gəlməyənlərin başlarını 
yelləyərək "revmatizm" adlandırdıqları hər cür artritləri müalicə etməyi öyrənəcəyik. So!  
Əlbəttə, o qətiyyən belə bir məktəbə rəhbərlik edəcəyini gözləmirdi, hörmət də axtarmırdı. Çünki 
həddindən artıq məşğul idi. Amerika Elm Akademiyasının konfransında Qotlib bir nəfərlə – gənc harvard 
fizioloqu, doktor Entvaylla tanış olmuşdu. Düşünürdü ki, ondan əla dekan alınar. Entvayl da Qotlibə 
məftun idi və ondan Harvarda dəvət olunarsa, buna necə münasibət göstərəcəyini soruşmuşdu.  
Qotlib ideyasını ilk olaraq onunla bölüşdü. O, özünün yeni tibb məktəbi tipini təsvir edəndə Entvayl bərk 
həvəsə düşdü: "Mən belə bir işdə öz qüvvəmi sınamağı çox istərdim", – o danışmağa başladı. Və bu 
söhbətdən sonra Qotlib Moqalisə əsl fateh kimi qayıtdı. O, özünü həm də ona görə arxayın hiss edirdi ki, 
bu ərəfədə ona qərbi Çippevidə universitetin tibb şöbəsində dekan vəzifəsini təklif etmişdilər (düzdür, o 
istehza ilə təklifi rədd etmişdi).  
Qotlib elə sadəlövh, ya da elə ağılsız idi ki, dekan Silvaya nəzakətlə məktub yazaraq, geri çəkilməsini və 
öz fakültəsini,  öz yetişdirmələrini, öz həyatını haradansa peyda olacaq harvardlı dosentə verməyi təklif 
etdi.  Doktor Silva mülayim, yaşlı centlmen və Oslerin layiqli tələbəsi idi. Amma bu ağlasığmaz məktub 
onun səbrini daşırdı. O, cavab verdi ki, hər iki insanı  qiymətləndirdiyinə baxmayaraq, xəbərdar edir: tibb 
fakültəsi ştat vətəndaşlarına məxsusdur, onun vəzifəsi isə vətəndaşları təxirəsalınmaz və əməli tibbi 


yardımla təmin etməkdir. Şəxsən ona, Silvaya gəlincə – o, sözünü davam etdirirdi, – istefasının fakültəyə 
xeyri olacağına əmin olsaydı, elə bu saat kənara çəkilərdi, amma bunun üçün ona tabe olanlardan birinin 
məktubundan daha tutarlı səbəb lazımdır! 
Qotlib hərarətlə və nəzakətsiz şəkildə etiraz etdi. O, əvvəlcə Uinnimak ştatının vətəndaşlarını cəhənnəmə 
yolladı. Çünki onlar öz miskinlikləri və kütlükləri ilə heç bir yardıma layiq deyildilər. Sonra isə Silvanın başı 
üstündən bağışlanmaz şəkildə apelliyasiya şikayəti ilə dahi natiq və patriot, doktor Qorasiya Qrili 
Traskotta, yəni Universitetin rektoruna müraciət etdi. 
Rektor Traskott dedi: 
– Düzü,  nə qədər ağıllı olurlsa olsun, fantastik layihələrə diqqət yetirmək üçün vaxtım yoxdur. 
– Siz, ümumiyyətlə, istənilən bir işə diqqət yetirməyə zaman tapmaq üçün həddindən artıq məşğulsunuz. 
Axı sizin gimnastika zallarının tikintisi üçün milyonçulara honoris causa elmi təqaüdlərin verilməsindən 
başqa işiniz yoxdur, – deyə Qotlib cavab verdi. 
Səhərisi gün onu Universitet Şurasının təcili iclasına çağırdılar. Bakteriologiya kafedrasının rəhbəri kimi 
Qotlib bu ali orqanın üzvü idi. O, şuranın qızıl tavanlı, ağır xurmayı pərdəli, pionerlərin tutqun portretləri 
asılmış uzun zalına daxil olanda, pıçıldaşmaya fikir vermədən fikirli halda həmişəki yerinə doğru getdi.  
– E-e… hm, professor Qotlib, zəhmət olmasa stolun bu başında əyləşin, – deyə rektor Traskott dilləndi.  
Qotlib ancaq indi ümumi gərginliyin fərqinə vardı. O, Qəyyumlar Şurasının Zenitdə, yaxud da Zenit 
yaxınlığında yaşayan yeddi üzvündən yalnız dördünün burada olduğunu gördü. Gördü ki, Traskottla 
yanaşı elmi katib yox, dekan Silva əyləşib. Bir də diqqət etdi ki, söhbətarası şuranın bütün üzvləri arabir 
ona baxırlar.  
Sədr, rektor Traskott elan etdi: 
– Cənablar, bizim şuranın və Qəyyumlar Şurasının hazırkı birləşdirilmiş iclasında Maks Qotlibin əleyhinə 
onun dekanının və mənim tərəfimdən irəli sürülmüş ittihamı müzakirə etmək lazımdır.  
Qotlib, sanki, həmin dəqiqə qocaldı. 
– İttihamlar belədir: öz dekanının, öz rektorunun və qəyyumların nüfuzuna itaətsizlik. Uinnemak ştatının 
maraqlarına xəyanət. Hamı tərəfindən qəbul edilmiş həkimlik və universitet etikasının pozulması. 
Ateizm. Öz həmkarları ilə inadla işləmək istəməmək və praktik məsələlərdən baş çıxartmaq qabiliyyətinin 
olmaması. Bununla belə, ona etibar edilmiş mühüm laboratoriyalar var və bu, kafedranın rəhbərliyini 
təhlükə altına alır. Cənablar, mən bu bəndlərin hər birini professor Qotlibin dekan Silvaya öz dəst-xətti ilə 
ünvanladığı məktub əsasında sübut edəcəyəm. 
Əlbəttə ki, rektor sübut etdi də. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə