Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   45   46   47   48   49   50   51   52   ...   151

səhər yeməyini Hanziker bufetində yemir, gün ərzində otuz sentə qənaət etmək üçün bir neçə kvartal 
aralıda yerləşən pis bir restorana yollanırdı…  
Qotlib onu əhatə edən insanların içində boğulduğu bir vaxtda, haradansa, qaranlıqlar içərisindən Miriam 
peyda oldu.  
Onun on səkkiz yaşı tamam olmuşdu. Uşaqlarından ən kiçiyi, pota və bir azca da çirkin idi. Onun sifətində 
ancaq alt dodağı qəşəng görünürdü. Miriam Qotlibin elminin sirrini və hər şeyi əldə edən hakimiyyətinin 
nə demək olduğunu başa düşdüyü üçün atası ilə fəxr edirdi.  
Amma bu günə qədər atası nə barədəsə düşünə-düşünə otaqda var-gəl edəndə, demək olar ki, heç kimlə 
bir kəlmə belə kəsməyəndə qızı adətən həyəcanla ona baxırdı. İndi isə hər şey dəyişmişdi. Qız musiqi 
dərslərindən imtina etmiş, qulluqçunu işdən çıxarmış və aşpazlıq kitabını götürərək atası üçün onun 
sevdiyi kimi, yağlı və tünd ədviyyatlı yeməklər bişirməyə başlamışdı. Qızı təəssüflənirdi ki, vaxtında alman 
dilini öyrənməyib. Çünki atası öz uşaqlığının dili olan alman dilində indi daha tez-tez danışırdı.  
…Qotlib oturduğu yerdəncə qızına uzun-uzadı baxdı və nəhayət, söylədi: 
– So! Mənimlə təkcə qalmısan! Gedəsi olsam… Orta məktəbdə uşaqlara kimya dərsi deməyə…  Sən 
kasıblığa davam gətirə biləcəksən? 
– Hə, əlbəttə. Zənnimcə, mən də bir işin qulpundan yapışa bilərəm. Məsələn, kinoklubda royal çalmaq 
olar. 
Qızının sədaqəti olmasaydı, ata çətin ki, belə bir qərar verə bilərdi;  
Elə həmin günlərdə Doson Hanziker təkəbbürlə yenidən Qotlibin laboratoriyasına girdi və elan etdi: 
"Bilirsən nə var?! Uzunçuluq etdiyin yetər! Biz sizin dərmanı bazara çıxarmaq qərarına gəlmişik". Qotlib 
isə cavab verdi: "Yox. Siz gözləsəniz, mən əlimdən gələni eləməyə hazıram. Ola bilsin, bir, ola bilsin üç il 
keçəcək… Ancaq o vaxt siz onu əldə edəcəksiniz. Mən tam əmin olmadan isə mümkün deyil. Yox!" 
Hanziker incik halda getdi və Qotlib onun çıxaracağı qərarı gözləməyə başladı. 
Elə bu arada Nyu-Yorkdakı Mark-Qerk biologiya institutunun direktoru, doktor A.de-Uitt Tabzın vizit 
kartını ona gətirdilər. 
Qotlib Tabz haqqında eşitmişdi. O, heç vaxt Mark-Qerk institutunda olmamışdı, amma təmiz elmi-
tədqiqat işləri üçün Amerikada Rokfeller və Mak-Kormikin institutlarından sonra onu ən sağlam və azad 
təşkilat hesab edirdi. O, guşənişin alimin əbədi olaraq məmnun qalacağı və işə yaramayan tədqiqatlar 
keçirə biləcəyi gözəl laboratoriya təsəvvür etmək fikrinə düşsəydi, mütləq xəyalında Mak-Qerk 
institutunu canlandırardı. Qotlib institutun direktorunun onunla görüşməyə gəlməsinə çox sevindi.  
Doktor A.de-Uitt Tabz pırtlaşıq saçlı bir adamdı. Gözə görünən nəyi vardısa, hamısı tüklü idi. Burnundan, 
bir də ovucunun içindən başqa… Bir sözlə, gödək boylu bu adamı təpədən dırnağa tük basmışdı. Amma 
bu vəziyyəti gülməli deyildi. Əksinə, sanki, bu hal yaxşı cəhətləri haqqında xəbər verirdi.  


Tabzın gözləri təmkinlə Qotlibi süzürdü, hərəkətləri də təmkinli idi, səsi isə təntənəli fleyta səsi kimi 
çıxırdı: 
– Doktor Qotlib, mən çox şadam, çox şadam! Məruzələrinizi Elmlər Akademiyasında dinləmişəm, amma 
təəssüf ki, indiyə qədər sizinlə şəxsən tanış ola bilməmişəm. 
Qotlib öz həyəcanını büruzə verməməyə çalışdı.  
Tabz tarixi pyesdə sui-qəsdçi rolu oynayan aktyor baxışları ilə laborantları gözdən keçirdi və işarə etdi: 
– Danışa bilərikmi… 
Qotlib onu öz kabinetinə apardı. Oradan ehtiyat dəmir yollarının basırığına, sürət qatarlarına, qəhvə 
rəngli yük qatarlarının göründüyü perrona geniş mənzərə açılırdı. Tabz içəri girən kimi danışmağa 
başladı: 
– Biz maraqlı bir təsadüf nəticəsində xəbər tutduq ki, ən əhəmiyyətli kəşfinizin bir addımlığında 
durmusunuz. Pedaqoji işi buraxdığınız vaxt, etiraf edim ki, sizin kommersiya sahəsinə keçmək qərarınıza 
hamımız təəccüblənmişdik. Təəssüflə düşünürdük ki, görəsən, niyə bizim yanımıza gəlməyi üstün 
tutmamısınız.  
– Məgər siz məni qəbul edərdiniz? Əslində, mən, ümumiyyətlə, bura gəlməyə də bilərdim. 
– Təbii ki! Siz, aydın məsələdir, işin kommersiya tərəfi ilə maraqlanmırsınız. Bunu bildiyimiz üçün belə bir 
təklif etmək istəyirik: sizi Mak-Qerkə keçməyə razı salmaq olmazmı? Mən bu təklifi etmək üçün ilk qatara 
oturub bura gəlmişəm. Bizim instituta keçsəniz, Bakteriologiya və İmmunologiya Şöbəsinə rəhbərliyi öz 
üzərinizə götürsəniz, bizi çox sevindirərsiniz. Cənab Mark-Qerklə birlikdə hamımız yalnız bir şeyə can 
atırıq: bacardıqca elmin inkişafına imkan yaradaq. Əlbəttə, sizə hansısa tədqiqatları aparmaq üçün tam 
azadlıq veriləcək və güman edirəm ki, texniki təchizat, materiallarla təmin edilmə mənasında dünyada 
nəyi əldə etmək mümkündürsə, hər şeyi əldə edəcəksiniz. Məvaciblə əlaqədar… İcazə verin rəsmi 
danışım. Ola bilsin ki, bu, həddindən artıq açıq danışıq olsun. Çünki qatarım bir saatdan sonra yola 
düşür… Çətin ki, sizə Hanzikerin ödədiyi qədər məvacib verə bilək, amma ildə on min dollar ödəyə 
bilərik… 
– Ah, Aman Allah, pul haqqında söhbət nəyə lazımdır? Mən bir həftədən sonra sizin yanınızda, Nyu-
Yorkda olacağam. Bilirsinizmi, – sonra Qotlib əlavə etdi, – mənim onlarla müqaviləm yoxdur! 
 
XIV FƏSİL 
 

 


Bütün günü onlar sürətlə hərəkət edən şarabanla  preriyanı dolaşdılar. Səyahət etmək üçün heç bir 
maneə yox idi… Yolda nə təpəyə, nə gölə, nə də fabrik borularının ucaldığı şəhərlərə rast gəlmək olardı. 
Onları külək və  günəşin xəfif axını öz ağuşuna almışdı. 
Martin Leoraya dedi: 
– Fikir verirsən, elə bil, hava Zenitin tozunu və bütün xəstəxana korpiyasını   ciyərlərimizdən çəkib çıxarır. 
Dakota. Əsl insan vətəni! Sərhədyanı məmləkət... Böyük imkanlar. Amerika! 
Otla dolu olan kiçik yarğanlardan balaca kəkliklər pırıldaşıb havaya qalxırdı. Buğdanın içində onların necə 
çırpındıqlarını izləyən Martin günəşdən bihuş olan ruhunu böyük düzəngahın bir hissəsi kimi hiss edirdi. 
Uitsilvaniyadan çıxdıqları vaxt keçirdiyi əsəb sarsıntısından, demək olar ki, tamamilə azad olmuşdu.  
– Siz gəzməyə gedəcəksinizsə, unutmayın ki, şam yeməyi saat altıdadır, – missis Tozer dedi və təbəssümü 
ilə sözlərinə bir şirinlik də qatdı. 
Baş küçədə dayanan cənab Tozer isə onlara əl yellədi və qışqırdı: 
– Saat altıya kimi qayıdın! Şam yeməyi düz saat altıdadır!  
Bert Tozer də sinif otağından çıxan orta məktəb müəllimi kimi bankdan bayıra yüyürərək qıqqıldadı: 
– Mənim əzizlərim, sizə məsləhətim budur ki, saat altıya kimi qayıtmağı yaddan çıxartmayasınız, yoxsa 
qocanın vəziyyəti pis olacaq. O, düz saat altıda bizi şam yeməyinə gözləyir. "Düz saat altıda" deyirsə, bu 
elə saat altı deməkdir, daha yeddiyə beş dəqiqə işləmiş yox! 
– Nə qədər qəribə də olsa, – Leora söylədi, – həyatım boyu, yəni iyirmi iki il ərzində Uitsilvaniyada cəmi 
üç dəfə şam yeməyinə saat yeddiyə yeddi dəqiqə işləmiş başlamışıq. Bundan yaxa qurtarmaq lazımdır, 
Kürən. Məni hərdən şübhə bürüyür… Doğrudanmı, biz qənaət üçün onlarla birlikdə yaşamaqla ağıllı 
hərəkət edirik?  
Hələ şəhərin hüdudunu adlamamış onlar Ada Kvistin yanından ötüb keçdilər, daha doğrusu, gələcək 
missis Bert Tozerin… Və onun səsi də bürkülü havanı yararaq boşluqda oynadı: 
– Məsləhət görürəm ki, saat altıya qayıdasınız! 
Martin qəhrəmancasına qərar qəbul etdi: 
– Lənətə gələsiniz görüm… Biz nə zaman gəzib doysaq, onda da qayıdacağıq… lənət şeytana, doyunca 
gəzdikdən sonra! – o,  Leoraya baxıb dedi. Amma bu zəhlətökən səslərin xoru qarşısında yaşayacaqları 
qorxu hissi indidən onların başının üstünü almışdı. Küləyin hər həmləsində əmr səslənirdi: "Düz saat 
altıda qayıdın!"  
Beləliklə, onlar atları elə qamçıladılar ki, evə düz altıya on beş dəqiqə qalmış gəlib çıxdılar.  Cənab Tozer 
artıq yağ zavodundan qayıtmışdı. Bu isə  həmişəkindən düz otuz saniyə tez baş vermişdi.    


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə