Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   26   27   28   29   30   31   32   33   ...   151

otağının səssizliyində saatlarla gözləyir, ya da darvazanın qarşısında qara bata-bata ora-bura gəzişirdi... 
Ta ki qız pəncərəyə çıxmağa və ona başı ilə salam verməyə imkan tapana kimi… Elə ki, nəhayət, təklikdə 
qalırdılar, bir-birindən qopa bilmirdilər. Leora açıqdan-açığa ehtiraslı idi; Martini həvəsləndirir, eyni 
zamanda da əlçatmazlığı ilə əzab verirdi. Amma o mehriban və qorxusuz idi. 
Martin onunla vağzalda sağollaşdıqdan sonra özünü hədsiz dərəcədə tənha hiss etdi.  
Erousmitin bakteorologiya və terapiya üzrə işlərini çıxsan, imtahan işləri kifayət qədər qənaətbəxş idi. 
Yəni çalışmağa xüsusi ehtiyac yox idi. Amma mənən içində boşluq hiss etdiyindən, tətil dövründə bir 
müddət laboratoriyada işləməyə çalışdı. 
Apardığı kiçik müstəqil araşdırmalar ona indiyə kimi əldə etdiyi real nəticələrdən daha çox emosiya 
yaşadırdı. Qotlib də səbirli idi. Tez-tez Martinə deyirdi: "Bizdə çox gözəl təhsil sistemi var. Biz tələbələrin 
beyninə o qədər şey doldururuq ki, hətta Kox belə bu qədərini öyrənə bilməzdi. Tədqiqatlarla bağlı 
narahat olmayın. Onlar bizdən heç yerə qaça bilməzlər". Bununla belə, o, gözləyirdi ki, iki həftəlik tətil 
müddətində Martin heç olmasa, bir-iki möcüzə göstərəcək.  
Martinin beyni isə işləməkdən imtina edirdi.   
O, sanki, laboratoriyada oynayırdı; vaxtını şüşə qabların təmizlənməsinə sərf edir, dovşanlardan alınmış 
mikrobların kulturalarını təkrar səpəndə isə apardığı qeydlər, nədənsə, yarımçıq alınırdı. 
Bir müddət buna dözümlə yanaşan Qotlib birdən özündən çıxdı: 
– Cast gibt es denn?  Siz tərəflərdə buna qeyd deyirlər? Mən bir adamı tərifləyirəmsə, deməli, o, mütləq 
işləməyin daşını atmalıdır, hə? Nədir, elə bilirsiniz ki, Teobald Smitsiniz, ya da Novisiniz?! Ona görə də 
boş otura, vaxtınızı boş-boş düşüncələrə sərf edə bilərsiniz? Siz Pfaffdan heç də çox  bilmirsiniz! 
Bu dəfə Martin eşitdiyi sözlərə görə təəssüf hissi keçirmədi. Elə ki Qotlib öz möhtəşəm hersoq görünüşü 
ilə çıxıb getdi, Martin dodaqaltı deyinməyə başladı: 
– Boş sözdür! Mənə də istirahət etmək lazımdır, ya yox?! Elə uşaqları götürək… Onların əksəriyyəti 
tətildədir. Özlərinə gəlmək üçün evlərinə yollanıblar. Rəqs edirlər, valideynləri ilə görüşürlər… Eh, Leora 
burada olsaydı, heç olmasa, onunla teatra gedə bilərdik! 
O əsəbi hərəkətlə kepkasını (çirkli və çox şübhəli  əşyanı) götürdü, sonra da gedib Klif Klosonu axtarıb 
tapdı. Ona içki məclisi qurmaq şərtilə şəhərə səyahət  təklif etdi. Klif öz tətilini Barninin yanında poker 
oynamaqla keçirirdi, oynamadığı vaxtlarda isə yatırdı.  
Onlar nəzərdə tutduqları proqramı yerinə yetirdilər. Həm də elə bir uğurla ki, sonralar – tətil 
müddətində, bir də  Martin işindən ilham ala bilməyib mənəvi əzab çəkəndə – onu yenidən təkrar 
edirdilər. Tətildən sonra, yanvarın axırlarına yaxın, Martin hiss etdi ki, başgicəlləndirən işin təsirini, 
tənhalığın dəhşətini viski yüngülləşdirə bilir. Amma onu da başa düşdü ki, sonra bu yüngüllük yoxa çıxır, 
onun yerini  daha böyük yorğunluq və daha böyük tənhalıq tutur.  


Martin birdən-birə qocaldığını hiss edirdi. "Sənin artıq iyirmi dörd yaşın var, – deyə özünə xatırladırdı, – 
sən isə hələ də məktəb skamyasında oturursan. Özünün əsl işinə heç başlamamısan da". O, Klifin yanında 
sığınacaq axtarırdı; çünki Klif Leoraya heyran idi və Martinin onun haqqında danışdıqlarını böyük 
məmnuniyyətlə dinləyirdi.  
Amma günlərin bir günü Martinin başına fəlakət gəldi. 
 

 
Otuz yanvar, mərhum doktor, Uinnemak universitetində tibb fakültəsinin əsasını qoymuş Uorberton 
Stonecin ad günü idi və hər il mütləq banketlə qeyd olunurdu. Bu ziyafətdə çoxlu çıxışlar və ata öyüd-
nəsihətləri səslənirdi. Sonra isə zəif  "şərab axını" başlayırdı. Bütün fakültələrin tələbələri özlərinin ən 
qiymətli məruzələrini bu axşam üçün qoruyub saxlayırdılar.  Həmçinin bütün tələbələr çıxış etməyi 
özlərinə borc bilirdilər.  
Bu il ziyafət universitetin GİXA seksiyasının  böyük və qırmızı divar kğızı çəkilmiş zalında baş tutdu. 
Universiteti tərk etdikdən sonra missionerlərə çevrilmiş yetişdirmələrin böyük əksəriyyətinin portreti bu 
zalın divarlarından asılmışdı. Adlı sanlı qonaqların – çikaqolu cərrah doktor Raunsfildin, Omaxadan gəlmiş 
şəkər xəstəliyi üzrə mütəxəssisin və Pittsburqdan olan terapevtin – ətrafında  professorlar və dosentlər 
toplaşmışdılar. Onlar özlərinə bayram əhval-ruhiyyəsi verməyə çalışırdılar, amma dörd aylıq dərslərdən 
sonra əməlli-başlı əldən düşmüşdülər. Bu halsızlıq onların çöhrələrində hiss olunurdu. Müəllimlərin üzü 
qırışlar içində itib-batırdı, gözləri yorğunluqla dolu idi. Əyinlərində həmişəki sürtüklər vardı, 
əksəriyyətininki heç ütülənməmişdi də. Ziyalı kimi danışırdılar və "flebarteriektaziya", 
"hepatoxolanqioenterostamiya" kimi sözləri ruh yüksəkliyi ilə söyləməyə çalışırdılar. Aradabir isə 
qonaqlardan soruşurdular: "Deməli, siz indicə Roçesterdən gəlmisiniz? Orada ortopediya sahəsində 
çalışan Çarli və Villi neyləyirlər?"  
Amma qonaqlara hansı sual ünvanlamalarından asılı olmayaraq, özləri aclıq və kədər hiss edirdilər.  
Saat səkkizin yarısına az qalırdı. Müəllimlər isə adətən yeddinin yarısında, ən geci isə səkkizdə nahar 
etməyə alışmışdılar. 
Və budur, cansız əyləncənin ortasında dəbdəbəli, gözəl, ağ qar kimi yaxalıq taxmış qarasaqqallı əzazil zala 
girdi. Bu, çox böyük alnı və dahilik, yaxud dəliliklə alışan gözləri olan bir adam idi. Alman aksenti ilə 
doktor Silvadan nəsə soruşdu və freqat  balıqtutan qayıqlarının dəstəsinə girən kimi dekanı əhatə edən 
qrupa soxuldu.   
– Bu qaz kimdir belə? – Martin təəccübləndi. 
– Əvvəlcə ora gedək, öyrənərik, – Klif dedi və onlar dekan Silvanın və özünü farmakoloq doktor Benoni 
Kar kimi təqdim edən müəmmalı şəxsin ətrafında tez bir zamanda artan kütləyə qoşuldular.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə