Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   22   23   24   25   26   27   28   29   ...   151

ki, məndən yaxşı rəqs edirlər, bir də bir yerlərini yaxşı bururlar…. Leora da qulaqlarını sallayıb onların 
ucuz komplimentlərinə qulaq asır… Yaxşı, xanım qız, bizim sizinlə çox mehriban söhbətimiz olacaq!" 
Ayaqlarını bir-birinə vuraraq təzim edən üç tələbənin gözlədiyi Leora onun yanına qayıdanda Martin 
donquldanırdı: 
– Oooo, sən mənə görə narahat olma! 
– Sən bu rəqsi qazanmaq istəyirsən? Şübhəsiz, o, sənindir! 
O, qızın düz üzünə baxdı. Leora Madelinanın öz hərəkətlərini seyrçilərlə uyğunlaşdırmaq məharətinə 
qətiyyən malik deyildi. Antrakt vaxtı – nə qədər ki, Martin üz-gözünü turşutmuşdu – Leora parket 
döşəməli zalın ölçüləri, qəşəng partnyorları haqqında danışırdı. Elə ki, orkestr yenidən guruldamağa 
başladı, Martin əlini ona doğru uzatdı.  
– Yox, – Leora dedi, – səninlə danışmalıyam. 
O, Martini bir küncə çəkdi və hücuma keçdi: 
– Kürən,  mənə qısqac baxışlarla baxmağını axırıncı dəfə görüm. Ooo, bilirəm. Qulaq as! Biz bir yerdə 
olacağıqsa – əminəm ki, belə də olacaq – mən istədiyim adamla rəqs edəcəyəm.  Onlarla şitlik də 
edəcəyəm, özü də nə qədər istəsəm…. Ziyafətlərdə, hər cür belə tədbirlərdə onsuz da darıxıram.  Çünki 
danışmaq üçün söz tapa bilmirəm! Amma rəqsi sevirəm, həm də özümü istədiyim kimi aparmaq 
fikrindəyəm. Sənin başında bir damcı da olsa ağlın olsaydı, bilərdin ki, səndən başqa heç kim vecimə də 
deyil! Mən səninəm! Həmişəlik olaraq! Sən hansı axmaqlığı edirsənsə, et… Çox güman ki, həyatın boyu 
sən saysız-hesabsız axmaqlıqlar edəcəksən. Yəni bir daha məni qısqanmaq fikrinə düşsən, bir kənara 
çəkil və… Utanmırsan?!  
– Qətiyyən qısqanmırdım… Ancaq yox, qısqanırdım. Ohhh, bu, məndən asılı deyil. Səni elə sevirəm ki! 
Qısqanmasaydım, məhəbbətim daha gözəl olardı! 
– Çox gözəl. Qısqan, amma qısqanclığını öz içində saxla. İndi isə gedək rəqs edək. 
O, Leoranın köləsi idi. 
 

 
Uinnemak universitetində saat on ikidən sonra rəqs etmək ədəbsizlik hesab olunurdu və adətən bu vaxt 
qonaqlar dəstə ilə "İmperial" kafesinə yollanırdılar. Saat səkkizdə bağlanan "İmperial" isə bu gün gecə 
saat birə qədər açıq olacaq, adamları başdan çıxardan, bir azca da pozğun əyləncə ilə dolub-daşacaqdı. 
Gonbul Pfaff ciqa  oynayırdı, başqa bir zirək tələbə isə əlləri üstə qalxaraq salfetlə ofisiantın təqlidini 
çıxarırdı; bir qız isə (ümumiyyətlə, çoxları onun haqqında mənfi fikirdə idilər) papiros çəkirdi.  


Klif Kloson kafenin qapısı ağzında durub Martin və Leoranı gözləyirdi. O, həmişəki kimi parıltılı boz 
kostyumda və göy flanel köynəkdə idi. 
Klif özünü Martinin bütün dostlarını mühakimə edə biləcək avtoritet hesab edirdi. Leora ilə hələ tanış 
olmamışdı. Düzdür, Martin ikili nişanlanma haqqında ona söyləmişdi. İzah etmişdi ki, Leora dünyada ən 
sevimli qızdır. Amma o, mədhedici epitetlərini Madelinanı tərifləmək üçün sərf etdiyindən və Klifin 
səbrini tükəndirdiyindən, artıq dostu onu dinləmir və Leoraya yoldan çıxaran növbəti qadın kimi nifrət 
etməyə hazırlaşırdı.  İndi isə o, qızı sınayıcı və ədavətli baxışlarla başdan-ayağa süzdü. Sonra astadan 
dedi: 
– Gözəldir, heç sözüm yoxdur, irad tutmağa bir şey tapa bilmirəm! 
Onlar bufetdən özləri üçün buterbrod, qəhvə və üçqatlı tort gətirəndə, Klif danışmağa başladı: 
– Hə… Bu dəbdəbəli və gözəl geyimlər içindən çıxıb mənim yanıma gəlməyi ayıb bilməmək sizin kimi frak 
geymiş payız bülbülləri tərəfindən əsl alicənablıqdır. Eh, çox iyrənc bir vəziyyət alındı. Mən bir tərəfdən 
həm Angel Dyuer və başqa möhtərəm yoldaşlarla vaxt keçirtmək sevincindən məhrum oldum, həm də 
gecəyarıya kimi poker oynadım. Yeri gəlmişkən, sizin bu ağsaqqal avaralar dəstəsinə altı dollar on sent 
duzub. Hə, Leora, güman edirəm ki, siz Martikinslə artıq tennis haqqında bütün problemləri müzakirə 
etmisiniz … Monte-Karlo haqqında da…digər məsələlər haqqında da… danışmısınız. 
Leora insanları olduqları kimi qəbul etmək qabiliyyətinə malik idi. Klif gözlərini qıyaraq gözlədiyi vaxt o, 
sakitcə toyuq əti ilə hazırlanmış buterbrodu gözdən keçirir və… mızıldanırdı: 
– Aha! 
– Afərin! Elə bilirdim ki, Mart kimi mənə mühazirə oxuyacaqsınız: "Əgər sən kobud adamsansa, bu hələ o 
demək deyil ki, bununla öyünməlisən" və sairə, və ilaxira. 
Klif Leoranın mərhəmətli və qeyri adi dərəcədə mülayim yoldaşına çevrildi. Keçmiş muzdur, kitab yayımı 
üzrə keçmiş agent, keçmiş mexanik olan Klif o qədər az pula və elə dəhşətli fərqlənmək istəyinə malik idi 
ki, çarəsizlikdən kasıblığı və davakarlığı ilə öyünürdü. Amma, görünür, onun bu maska altındakı 
lovğalığını görə bilən Leora Martinin xoşuna gəldiyi kimi, onun da tez xoşuna gəlmişdi. Çünki Klif 
əylənməyə başladı.  
Martin dekan Silvanın dəbdəbəli qadınları ilə tindəki stulda əyləşən Anqus Dyuer də daxil olmaqla, bütün 
insanlara qarşı mərhəmət hiss edirdi. Nə üçün belə etdiyini bilmədən, o birdən yerindən sıçradı və 
adamların içi ilə keçərək irəli addımladı. Əlini uzadaraq təntənə ilə dedi: 
– Anqus, qardaş, səni "Sikma Ksi"yə qəbul olunmağın münasibətilə təbrik etmək istəyirəm! 
Dyuer ona uzadılmış ələ əvvəllər gördüyü, amma təyinatını bilmədiyi  silaha baxırmış kimi baxdı. Onu 
tutdu və ehtiyatla sıxdı. Amma Dyuer üzünü çevirmədi: o, kobud adamdan daha betər idi. Təpədən 
dırnağa kimi səbirli və təkəbbürlü görünürdü. 
– Hə, uğurlar arzulayıram, – Martin qətiyyətsiz halda pıçıldadı. Elə bil, coşqunluğuna su çiləmişdilər.  


– Sən çox lütfkarsan. Təşəkkür edirəm. 
Martin baş verənlər haqqında dünya faciəsi kimi danışmaq üçün Leora və Klifin yanına qayıdırdı. Onlar 
Anqus Dyuerin güllələnməyə layiq olduğu ilə razılaşdılar. Dyuer isə bu arada dekan Silvagilin ardınca 
gedərək onların yanından keçdi və Martinə başı ilə işarə etdi, o, isə cavabında yalnız gözlərini qırpdı. 
Martin bu arada özünü eyni zamanda həm alicənab, həm də qocalmış adam kimi hiss edirdi.  
Vidalaşarkən Klif Leoranın əlini ovcunun içində tutaraq danışmağa başladı: 
– Mənim günəşim, Martini həddindən artıq dəyərləndirirəm, amma bir vaxtlar qorxurdum ki, o ilişəcək… 
ayrı-ayrı qadınlara… onlar da onu çox asanlıqla kübar məclis avarasına çevirəcəklər. Mən özüm 
avarayam. Tibdən professor Robertşodan da pis baş çıxarıram. Amma bu tifildə azacıq da olsa vicdan 
qalıb,yəni mənim tayım deyil. Ona görə də onun özünə yaxşı bir qız axtarıb tapdığı üçün çox şadam… 
Görürsünüz də, necə rabitəsiz danışıram?! Amma icazə verin sizə bir şeyi deyim: ümid edirəm ki, Klif əmi 
sizdən bərk xoşu gəldiyini söyləsə, bundan inciməzsiniz. 
Martin Leoranı ötürüb evə qayıdanda saat dördə az qalırdı. O yata bilmədi. Anqus Dyuerin dikbaşlığı həm 
Erousmiti, həm də dolayısıyla Leoranı təhqir etmiş və onu özündən çıxartmışdı. Amma Martinin 
uşaqcasına qəzəbi tutqun bir həyəcana çevrildi. Bəlkə, snobizminə və dayazlığına baxmayaraq Dyuerdə 
onun – Erousmitin məhrum olduğu nəsə başqa şey var?  Zəhlətökən yumoru, fermer stilində danışıqları 
və yaxşı ədəb qaydalarında yalnız poza verildiyini görməsi ilə Klif… O həyata həddindən artıq yüngül 
yanaşmırmı? Axı aydın görünür ki, Dyuer özünün balaca inadkar beyninə sahib çıxmağı və idarə etməyi 
bacarır… Bəlkə, eksperiment texnikası kimi özünü aparma qaydaları texnikası da mövcuddur? Qotlibin 
mahir professionala məxsus texnikası ilə əks qütbdə duran Ayra Xinklinin ləng koppuş əlləri… Yoxsa 
bütün bu suallar artıq xəyanətkarlıqdır, Dyuerin öz bayağı  fikirlər obrazına güzəştə getməkdir? 
O, elə yorulmuşdu ki, açıq gözlərinin qarşısında odlu qığılcımlar oynaşırdı. Bu gecə ərzində söylədiyi, 
yaxud eşitdiyi bütün ifadələr beynində fır-fır fırlanırdı… Beləcə, onun əzgin bədəni həyəcanlı səslərin 
burulğanında yavaş-yavaş gicəllənməyə başladı. 
 

 
Martin səhəri gün tibb şəhərciyində veylləndiyi vaxt gözlənilmədən Anqusla rastlaşdı; O, özünü ondan 
borc götürmüş, amma çətin ki, qaytarmağa hazırlaşan adamla rastlaşıbmış kimi günahkar və pərt hiss 
etdi. Adəti üzrə "Hallo!" dedi, sonra söz tapa bilmədi, tutuldu və ayağı bir-birinə dolaşa-dolaşa yoluna 
davam etdi. 
– Aaaa, Mart! – Anqus onu səslədi. O, ifrat dərəcədə sakit idi, – yadıma gəlir ki, sən dünən mənə nəsə 
deyirdin? Amma çıxanda fikir verdim ki, elə bil, incik görünürsən. Bəlkə, özüm də istəmədən səninlə 
kobud rəftar etmişəm? Belədirsə, bağışla, iş ondadır ki, dünən başım bərk ağrıyırdı. Qulaq as. "Nə kimin 
xoşuna gəlir"ə dörd biletim var, Zenitdə, beşinci gün axşam: orijinal Nyu-york tamaşasıdır. Baxmaq 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə