Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

121 
 
sərinində  çıxıb  gəzirdilər.  Kimisi  sevgilisi  kimisi, 
uĢaqları,  kimisi  də  nəvələri  ilə  gəzməyə  çıxmıĢdılar.  Bu 
havada qazanan isə yalnız satıcılar idi. Satdığları isə sərin 
su və buz kimi dondurmalar idi.  
Bakı  çoxlarının  xəyalında  olan  bir  Ģəhər  idi. 
KeçmiĢdən  bu  günəcən  Ģərqli  ya  qərbli  olduğu  haqqında 
mübahisələr  aparılıb.  Dünyanı  gəzərək  müxtəlifliyi  ilə 
seçilən  insanların  hamısını  bir  dəfəyə  Bakıda  olmaqla 
görmək  mümkündü. Qərbin  mədəniyyəti  ilə böyümüĢ bir 
cənabmı  görmək  istəyirsiz  ya  Ģərqin  barbarlığı  ilə 
böyümüĢ  birisin  onları  burada  tapa  bilərsiniz.  ġərqin 
müxtəlif  mədəniyyətləridə  buradan  baĢlayıb  desək  yalan 
olmazdı.  Təkcə,  bu  dənizi  misal  göstərməklə  Ģəhərin 
dəyərini  müəyyən  eləmək  olar.  Dünyanı  iĢğal  etməyə 
baĢlayan  planını  buradan  baĢladırdı.  Səbəbi  isə  açarın 
burada olması idi.  
Bu  Ģəhərdə  yaĢayan  insanlar  dünyanı  idarəedən 
Ģəxslərdi.  Bu  Ģəhərin  nəfəsində  belə  sərvət  yatırdı. 
Sərvətindən  sevə  -  sevə  verməyə  hazırdı.  Sərvətini  isə 
almaq elə də asan deyil, ilk öncə bu Ģəhərin bir parçasına 
çevrilməlisən  o,  zaman  səni  sevər  və  sənə  də  öz 
sərvətindən verəcək. 
Görəsən, Yusif  nə zaman alacaqdı sərvətini? Təhsilini 
bitirmək üzrədi. Ailəsinində imkanı istədiyi qədər var idi. 
Atasının  dediyi  yolla  getməyib  milyonlardan  əlni 
üzmüĢdü.  Biznesmen  olaraq  bəlkədə  o,  çox  pul 
qazanacaqdı.  Seçdiyi  peĢədə  isə  biraz  bacarıq,  birazda 
dünyagörüĢü istəyirdi. Maddiyat əlbətdə ki, bu sıraya aid 
olsada, Yusifin isə sırasında ən asanlıqla həll edəcəyi Ģey 
idi.  Ġlk  öncə  çəkəcəyi  filmin  ssenarisi  lazım  idi,  bunu  da 
tanınmıĢ  bir  yazarla  həll  edə  bilərdi.  Təbii  ki,  bunun 
qarĢılığında ödəyəcəyi məbləğidə olacaqdı.  Seçəcəyi baĢ 
rol  isə  daha  önəmli  idi,  tanınmıĢ  biri  olması  filmini 
reklam  edəcəkdi.  Bunu  da  pul  ilə  həll  edəcəkdi.  YUSĠF 
NƏ  EDƏCƏKDĠ?  –  deyə  sualına  isə  cavab  tapa 
bilməyirdi. Bütün iĢlərini atasının pulları ilə edəcəksə, özü 


122 
 
nə  edəcəkdi?  kameranın  önündə  oturacaq  və  qıĢqıraraq  – 
diri  oynayın  biraz,  deyə  qıĢqıracaq  aktyorlar  isə  onun 
təcrübəsizliyini  görüb  veclərinədə  almayacaq  sadəcə 
alacaqları puldan ötrü bir – iki ay bu əzaba dözəcəkdilər.  
Yox, Yusifə bu lazım deyildi. Ona yeni üzlər lazım idi, 
yeni  yazar,  yeni  aktyor.  Bunla  o  tarixə  keçmək  istəyirdi. 
Bəli. Ġlk cəhtində o tarixə düĢmək istəyirdi. Ġstəyi isə biraz 
zəhmət  tələb  edirdi.  ĠĢində  uğur  qazanmaq  üçün  onun 
xeyli  yol  getməli  olduğunu,  ilk  addımdan  səs  sala 
bilməyəcəyin  desələrdə  hər  kəsə  məlum  olduğu  kimi  bir 
Ģeyi  istəyirsənsə  kimin  nə  dediyi  önəmli  deyildi.  Ġnam 
əsas qüvvə idi.  
Parkda yanında balaca uĢaq oturdu. Əlində doldurması 
var idi. Əynində isə nazik mayka və dizindən Ģortiki varı 
idi.  Balaca  boyu  var  idi.  Təxmini  beĢ  yaĢ  vermək  olardı. 
Əlləri  ilə  dayaclayıb  oturmağa  çalıĢırdı.  Və  bacardı. 
Ardıyca qırx yaĢını keçmiĢ bəlkədə baxımlı əlli yaĢlarında 
bir  kiĢi  gəldi.  “Əlində  balaca  bir  çanta  var    idi.  – 
yoruldun?  Deyə  uĢağı  Yusif  tərəfə  itələyərək  özünə  yer 
elədi.  Yusif  gülümsəyərək  yanında  əyləĢdiyi  uĢağın 
dondurma  yeməsinə  seyr  edirdi.  ġirin  uĢaq  idi,  havanın 
isti olmasına baxmayaraq uzun saçı var idi. Bəlkədə, ona 
Ģirinlik  qatan  bu  idi.  Ayağı  oturacağın  kənarına  biraz 
çıxmıĢdı.  Arxaya  söykənərək  sərinliyi  hiss  edirdi.  – 
Yusifin  təxmininə  görə  yanındakı  babası  idi.  Atası  üçün 
çox  qoca  idi.  –  tez  ye  dondurmanı  evə  gedək,  bəsdi 
gəzdiyimiz.  –  deyə  uĢağı  dondurmasını  yeməyə 
tələsdirirdi.  
-Birazda oturaq, baba. Birazda.  
Aha, doğru təxmin eləmiĢdi.  
Təxmini  yarım  saat  –  qırx  dəqiqə  oturduqdan  sonra 
sıxılıb  qalxaraq  evə  gedir.  Yolda  dostuna  zəng  edib 
görüĢmək istədiyin demək istəsə də, fikrindən dönür. Evə 
getmək ən yaxĢısı idi. Həm acmıĢdı.  
Evə gedərək maĢını qapının ağzında saxlayıb evə daxil 
oldu.  


123 
 
Samirə  həyətdə  oturub  günəĢlənirdi.  Üstündə  nazik 
paltar var idi.  
Yusif  anasının  yanına  gələrək  onunla  bir  mövzuda 
danıĢmaq  istədiyin  dedi.  Samirə  dirsəklənərək,  gözündən 
eynəyi çıxartıb oğlunun üzünə baxdı. 
-EĢidirəm. Nəsə olub?  
-Yox,  heçnə  olmayıb.  Sadəcə  mən  rayona  getmək 
istəyirəm. Sənə onu deyəcəkdim.  
-Sən?  
-Mən. – Yusif anasının Ģokunu görüb gülümsədi. 
-Deyəsən, baĢına gün keçib, sayıqlayırsan. 
-Niyə ki? 
-Səni  rayona  aparmaqdan  əvvəllər  dil  tökürdüm,  güc 
bəlayla  aparırdım.  Ġndi  nə  olub  belə?  Rayona  getmək 
istəyirsən.  
-Bura həm istidi. Gedib biraz orda dincələrəm, həm də 
xalamı görmək istəyirəm. 
-Düzü  inanmağım gəlmir... - biraz düĢündükdən sonra 
eynəyi  gözünə  taxaraq  uzandı.  –  yaxĢı,  sabah  gedərik. 
Atanla da danıĢarıq. 
-Atam hardadı?  
-Ġstidən  bir  tərli  olub  qalıb  evdə.  Kondisanerin  altında 
yatır. – Samirə dedi. 
-YaxĢı, gedib hazırlaĢıram – deyib evə girdi. 
Samirə  isə  görəsən  buna  nə  olub  ki,  getmək  istəyir 
deyə fikirləĢməyə baĢladı.  
AxĢam  Muradla  danıĢıb  gedəcəklərin  dedikdən  sonra 
özünə bir çamadan paltar yığdıqdan sonra əri üçün yemək 
hazır edib qoydu. 
Səhər  tezdən  qalxaraq  hava  isti  olmamıĢ  yola  düĢmək 
qərarını aldılar. Yola Yusifin maĢını ilə çıxdılar. Yol boyu 
rayona  gedən  baĢqa  maĢınlarla  da  rastlaĢdı.  Bakıya 
iĢləmək üçün gələnlər tətil olan kimi rayona üz tuturdular. 
Bakının  istisindən qaçaraq bir – iki ayı  meĢəlik yerlərdə, 
dağlıq  ərazilərdə  keçirir,  çay  kənarında  yerləĢən  istirahət 
mərkəzlərində dincəlirlər. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə