SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə10/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
S RB st i T l b

Nitqin sadəliyi: Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan qondarma ifadələrdən, təmtaraqdan, ibarətçilikdən, əlamətçilikdən uzaq nitqdir.
Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıq və cümlənin qısalığı əsas şərtdir.
Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin orijinallığı: Bu, nitqin özünəməxsusluğudur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır.
Niqin orjinallığını göstərən cəhətlərdən biri fərdi tələffüz tərzidir. Məzmunun şərhi, söhbətin yekunlaşdırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal üsullar işlədirlər.
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir.
Nitqin məntiqliliyi: Kommunaktivlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədardır. Məntiqliliyin qanunauyğun şərtləri var. Onlar, əsasən ikidir: dil xarici və dil daxili. Məntiqliliyin dil xarici şərti mühakimənin məntiqinə yiyələnmək, normaların prinsiplərinə uyğun düzgün düşüncə, yeni həqiqət axtarmaqla, dil daxili şərt isə mənanın bağlılığına təsir göstərən və nitqin strukturunun elementlərinə zidd olmama, dil vasitələrini bilməklə bağlıdır. İkinci şərt kommunikativ nitq səviyyəsində hərəkətlə əlaqədardır.
Məntiqlilik elmi nitqin ən mühüm keyfiyyətlərindən biridir.
Bir-biri ilə qarşılıqlı əlaqədar olan üç mənbəyi nəzərə almaq lazımdır: gerçəkliyin məntiqi, fikrin məntiqi və nitqin məntiqi .
Nitqin münasibliyi: Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və.s görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq niqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir”
Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?, Natiq yığıncaqdamı, auditoriyada danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?, Danışan kimdir?, Kimə müraciət olunur?, Dinləyən kimdir?, uşaqdirmı, tələbədirmi, məktəblidirmi, alimdirmi?, Savadı, təhsili necədir?, İxtisası nədir?, Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?, Danışan nə haqda məlumat verir?, Nəyi subut etmək istəyir? Və.sair qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və.s aslı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.
Natiqlik praktikasında nitqin şəraiti, munasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənirvə təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmişvaxt ərzində nəzərdə tutduğuməzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə