insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Körpə
naləsindən, ağbirçək ana yalvarışlarından daha da “ruhlanır-
dılar”. Ermənilər doğrudanmı kafirlik edirdilər o gecə? Allah
xofundan ehtiyat etmirdilərmi? Bir də kafirdə hansı insani
hiss,
düşüncə olur ki, Allah adından da ehtiyatlansın.
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ
SÜKUT DƏQİQƏSİ ELAN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri
Azərbaycan xalqına qarşı misli görunməmiş Xocalı
soyqırımını törətmişlər. Bu kütləvi və amansız qırğın aktı
erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini,
ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı
siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan
xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər
tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək
məqsədilə qərara alıram:
Hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 fevral 1997-ci il
2 FEVRAL
AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ
1996- cı il fevral ayının 2-də ümummilli lider Heydər
Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu
keçirilmişdir.
1997-cı
ilin
fevral
ayının
1-də
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycanda dövlət quruculuğu
sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il 2 fevral
tarixində müstəqil Azərbaycan Respublikası gənclərinin
birinci forumunun keçirilməsini nəzərə alaraq “2 fevral –
Azərbaycan gəncləri günü” elan edilməsi haqqında sərəncam
imzalamışdır.
21 FEVRAL BEYNƏLXALQ ANA DILI GÜNÜDÜR
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd
olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında
Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq
Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də
əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal
dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada
polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər
şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz
həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili
günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-
nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü
elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün
məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı
tədbirlər, konfranslar, seminarlar keçirilsin.