Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı
Gününün elan edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət
Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı
Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə
əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan
olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı
şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət
parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı
dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın
hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin
üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi
220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi
2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya
Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan
Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi
olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi,
dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı
Muzeyi də yaradılıb
.
12 NOYABR
KONSTİTUSİYA GÜNÜ
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər
Əliyevin dövlət quruculuğu sahəsində başladığı böyük işi
məntiqi şəkildə davam etdirərək müstəqil Azərbaycan
Respublikasının
ilk
Konstitusiyasının
hazırlanmasına
rəhbərlik etmişdir. Azərbaycanın siyasi tarixində yeni bir era
açan və onun dövlət müstəqilliyinin, cəmiyyətdə insan
azadlığının və demokratik dəyərlərin əsas qarantına çevrilən
bu Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu
ilə qəbul edlmişdir.
17 NOYABR
MİLLİ DİRÇƏLİŞ GÜNÜ
1988-ci il, noyabr ayının 17-də Azərbaycan xalqı milli
azadlığı uğrunda mübarizəyə qalxmışdır.
Bu ümumxalq hərəkatında əsasən tələbələr, fəhlələr,
ziyalılar iştirak etmişlər. Məhz, həmin günlər Azərbaycan
Demokratik Respublikasının 1920-ci ildə endirilmiş üçrəngli
bayrağı ilk dəfə Azadlıq meydanında qaldırılmışdır. Həmin
tarix – 17 noyabr hər il ölkəmizdə Milli Dirçəliş Günü kimi
qeyd olunur.
31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ
HƏMRƏYLİYİ GÜNÜ
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən
qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən
Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi güclən-
di. İctimai həyatın demokratikləşməsi istiqamətində geniş-
lənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar
Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi
Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohum-
luq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş
sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə,
"Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il
dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına
çevrildi. 1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən
Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı
isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın
davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm
addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr
gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriy-
yəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli
liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli
iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali
Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası
Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara
gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycan-
lıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini
daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına
görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır.
Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu
Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-
ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini
Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və
Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına
düşür.
RAMAZAN BAYRAMI
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından biri
Ramazan bayramıdır. Bu bayram Hicri- Qəməri təqviminin
doqquzuncu ayı olan ramazanda olduğuna görə Ramazan
bayramı adlanır. Ramazan ayı öz hikmətləri ilə Allah-təala
tərəfindən xüsusilə seçilib. Təsadüfi deyil ki, bütün səmavi
kitablar məhz bu ayda nazil olub. İbrahim peyğəmbərin
(s.ə.v.) səhifələri Ramazanın ilk gecəsi, “Tövrat” altıncı
gecəsi, “İncil” on üçüncü gecəsi, “Zəbur” isə ayın on ikinci
günündən sonra nazil olub. İnsanlığı qaranlıqdan qurtarıb
aydınlığa aparan dinimizin müqəddəs kitabı Qurani-Kərim də
Yer üzünə Ramazan ayında göndərilmişdir. Həzrəti
Məhəmmədə (s.ə.v.) peyğəmbərlik də bu ayda verilmişdir.
Hədislərdən birində buyurulur ki, Allah-təala Yer üzünü
Ramazan ayında yaratmışdır.
Ramazan ayı möminlər üçün mənəvi dəyər, çox böyük bir
rəhmət mövsümüdür. Çünki bu ayda müsəlmanlar oruc tutur,
özünü günahlardan, bəlalardan qorumuş olur. Əfv və
bağışlanması bol olan gözəl Allah qullarının ibadətləri,
elədikləri yaxşılıqları müqabilində birə on mislindən yeddi
yüz mislinə qədər mükafat verəcəyini bildirərək buyur-
muşdur: “Oruc mənim üçündür, onun mükafatını da mən
verəcəyəm”.
Oruc tutmaq insanların iradəsini, səbrini, nəfsini və
Yaradana inamını sınamaq üçün imtahandır. Onlar səhərdən
axşamadək ac, susuz qalır, bununla kasıbların, acların necə
əziyyət çəkdiklərini anlayaraq belələrinə kömək etməyin
vacib olduğunu başa düşürlər. Bundan başqa, Hicri-Qəməri
təqvimi hər il on gün irəli çəkilir ki, bu da Ramazan ayının
bütün fəsillərə düşməsi deməkdir. Yəni böyük Yaradan öz
bəndələrini həm qaranlığın tez düşdüyü və suyun o qədər də
çox tələb olunmadığı qış fəslində, həm də atəş saçan,
susuzluğun torpağın bağrını cadar-cadar etdiyi yay dövründə
sınağa çəkir, onların iradəsini yoxlayır. Allah-təala orucu
əxlaq gözəlliyi hesab edir, onu qalxana bənzədir. Yəni oruc
tutan özünü günahlardan bəlalardan, qorumuş olur.
Dostları ilə paylaş: |