sirini gücləndirir. Həmçinin bu ekskursiyalar coğrafiya fən-
ninin tədrisinə də müsbət təsir edir. Hər hansı ekskursiya
çıxmazdan əvvəl xüsusi hazırlıq tələb edir. Bunun üçün həm
kitabxanaçı, həm də şagirdlər diyarşünaslığa dair sorğu ədə-
biyyatı, muzeyin avadanlığı və turist səfərlərinin planı ilə ta-
nış olmalıdırlar. Məktəblilərin öz rayonlarının müxtəlif guşə-
lərinə turist səfərləri 15-20 nəfərdən
ibarət təşkil oluna bilər.
Milli mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə
ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi
ünsürlərdən qorunması və təbliğində kitabxanaçıların üzərinə
böyük məsuliyyət düşür. Kitabxanalar və kitabxanaçılar
ölkənin (regionun) tarixi və mədəni təcrübələrinin toplandığı
xəzinənin
qoruyucuları kimi ölkə sakinlərinin elmi
dünyagörüşünün, siyasi şüurunun formalaşmasında vacib rol
oynayırlar. Kitabxanaların fəaliyyətinin məqsədi yalnız
ölkəşünaslığı (diyarşünaslığı) əks etdirən sənədlərin şagirdlər
arasında yayılması deyil, həm də sərgilər, reklamlar vasitəsilə
fondlarının ölkəşünaslıq (diyarşünaslıq) ədəbiyyatının təbliği
və oxucularla mədəni-maarif işinin də aparılmasıdır.
Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxanada
olan kitab və başqa informasiya daşıyıcılarının daha çox
effektli, kəsərli formada əyani təqdimetmə növüdür. Ölkə-
şünaslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu
istiqamətinə görə müxtəlifdir - daimi, universal mövzulu,
yeni nəşrlər sərgisi və s. Ölkəşünaslıq (diyarşünaslıq)
xarakterli sərgilər bir qayda olaraq daimi xarakterli olur və
şagirdlərin
vətən-pərvərlik
tərbiyəsi
və
ekoloji
maarifləndirilməsi çərçivəsində həyata keçirilir. Qеyd еdək
ki, kitabхanalarda təşkil еdilən hərbi vətənpərvərlik məzmun-
lu sərgilərdə müharibə mövzusunda yazılmış bədii, pub-
lisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal materialları
da əks еtdirilir ki, bu da həmin sərginin əhəmiyyətini хеyli
artırır. Ölkəşünaslıq sərgilərində sərlövhə kimi Vətən
haqqında Atalar sözlərindən də istifadə etmək olar:
-
Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən".
Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can
Vətən".
-
Vətən
viranə də olsa, məsəldir, məhz cənnətdir.
-
Vətəndən ayrı ayrı düşsəm,
viran ollam, talannam.
-
Vətən
həsrəti çəkdim, gözlərimə qan gəldi.
-
Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
-
Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
-
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
-
Vətənə gəldim, imana gəldim.
-
Dam dirək üstə durar.
-
Doğma yurd şirin olar.
Kitabxanalar Heydər Əliyev Fondunun milli dəyərlərin
təbliği ilə əlaqədar nəşr etdirdiyi kitabların təqdimatını da
keçirə bilər.
Milli
dəyərlərimzi
özündə əks etdirən mətbuat
nümunələrini şagirdlərə çatdırmaq üçün hər gün kitabxanaçı
dövri mətbuatı oxumalı lazımi materiallar toplamalı “Milli
dəyərlərimizin qoruyucusu”, “Milli dəyərlərimiz”, “Mədəni
dəyərlərə qayğı”, “Milli- mənəvi irsimiz bizim tariximizdir”
və s. adlarda kartoteka (kartoteka varsa yeni rublikalarla
zənginləşdirilməlidir) tərtib etməlidir. Əsrlərdən bizə miras
qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli
mövcudluğumuz, həm də siyasi mövcudluğumuz, dövlətçili-
yimiz qarantına çevrilməlidir. Milli-mənəvi varlığımızın
qorunub-saxlanması da dövlətin ən əsas funksiyalarından biri
olmalıdır.
Kitabxanada “Keçmişi yaşadaq, gələcəyi quraq” adlı
müzakirə təşkil etmək də oxucular tərəfindən maraqla
qarşılana bilər. Bu gün erməni qəsbkarlığı nəticəsində
dağıdılmış, məhv edilmiş abidələr onların bugünkü və
gələcək
taleyi
barəsində
müzakirələr aparılmalı və
müzakirənin nəticələrindən əməli işdə istifadə edilməlidir.
Müzakirə zamanı mövzunun düzgün dəyərləndirilməsi