Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

  
 
 
 
 
 
 
 
sirini  gücləndirir.  Həmçinin  bu  ekskursiyalar  coğrafiya  fən-
ninin  tədrisinə  də  müsbət  təsir  edir.  Hər  hansı  ekskursiya 
çıxmazdan əvvəl xüsusi hazırlıq tələb edir. Bunun üçün həm 
kitabxanaçı,  həm  də şagirdlər diyarşünaslığa  dair sorğu  ədə-
biyyatı, muzeyin avadanlığı və turist səfərlərinin planı ilə ta-
nış olmalıdırlar. Məktəblilərin öz rayonlarının müxtəlif guşə-
lərinə turist səfərləri  15-20 nəfərdən ibarət təşkil oluna bilər.  
Milli  mənəvi  dəyərlər  adət-ənənələrlə  nəsildən-nəslə 
ötürülən  yazılmamış  qayda-qanunlardır,  onların  mənfi 
ünsürlərdən qorunması və təbliğində kitabxanaçıların üzərinə 
böyük  məsuliyyət  düşür.  Kitabxanalar  və  kitabxanaçılar 
ölkənin (regionun) tarixi və mədəni təcrübələrinin toplandığı 
xəzinənin 
qoruyucuları  kimi  ölkə  sakinlərinin  elmi 
dünyagörüşünün, siyasi  şüurunun formalaşmasında vacib  rol 
oynayırlar.  Kitabxanaların  fəaliyyətinin  məqsədi  yalnız 
ölkəşünaslığı (diyarşünaslığı) əks etdirən sənədlərin şagirdlər 
arasında yayılması deyil, həm də sərgilər, reklamlar vasitəsilə 
fondlarının  ölkəşünaslıq  (diyarşünaslıq)  ədəbiyyatının  təbliği 
və  oxucularla  mədəni-maarif  işinin  də  aparılmasıdır. 
Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxanada 
olan  kitab  və  başqa  informasiya  daşıyıcılarının  daha  çox 
effektli,  kəsərli  formada  əyani  təqdimetmə  növüdür.  Ölkə-
şünaslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu 
istiqamətinə  görə  müxtəlifdir  -  daimi,  universal  mövzulu, 
yeni  nəşrlər  sərgisi  və  s.  Ölkəşünaslıq  (diyarşünaslıq) 
xarakterli  sərgilər  bir  qayda  olaraq  daimi  xarakterli  olur  və 
şagirdlərin 
vətən-pərvərlik 
tərbiyəsi 
və 
ekoloji 
maarifləndirilməsi  çərçivəsində  həyata  keçirilir.  Qеyd  еdək 
ki, kitabхanalarda təşkil еdilən hərbi vətənpərvərlik məzmun-
lu  sərgilərdə  müharibə  mövzusunda  yazılmış  bədii,  pub-
lisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal materialları 
da  əks  еtdirilir  ki,  bu  da  həmin  sərginin  əhəmiyyətini  хеyli 
artırır.  Ölkəşünaslıq  sərgilərində  sərlövhə  kimi  Vətən 
haqqında Atalar sözlərindən də istifadə etmək olar:  


  
 
 
 
 
 
 
 
-
 
Bülbülü  saldılar  qəfəsə  dedi:  "Ay  Vətən,  ay  Vətən". 
Buraxdılar,  qondu  tikan  koluna,  dedi:  "Can  Vətən,  can 
Vətən".  
-
 
Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.  
-
 
Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.  
-
 
Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.  
-
 
Qürbətdə xan olunca, Vətənində dilən, gəz.   
-
 
Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.  
-
 
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.  
-
 
Vətənə gəldim, imana gəldim.  
-
 
Dam dirək üstə durar.  
-
 
Doğma yurd şirin olar.  
Kitabxanalar  Heydər  Əliyev  Fondunun  milli  dəyərlərin 
təbliği  ilə  əlaqədar  nəşr  etdirdiyi  kitabların  təqdimatını    da 
keçirə bilər.  
Milli 
dəyərlərimzi 
özündə  əks  etdirən  mətbuat 
nümunələrini  şagirdlərə  çatdırmaq  üçün  hər  gün  kitabxanaçı 
dövri  mətbuatı  oxumalı  lazımi  materiallar  toplamalı  “Milli 
dəyərlərimizin  qoruyucusu”,  “Milli  dəyərlərimiz”,  “Mədəni 
dəyərlərə  qayğı”,  “Milli-  mənəvi  irsimiz  bizim  tariximizdir” 
və  s.  adlarda  kartoteka  (kartoteka  varsa  yeni  rublikalarla 
zənginləşdirilməlidir)  tərtib  etməlidir.  Əsrlərdən  bizə  miras 
qalmış  milli-mənəvi  dəyərlər  nəinki  təkcə  müasir  milli 
mövcudluğumuz, həm  də siyasi  mövcudluğumuz, dövlətçili-
yimiz  qarantına  çevrilməlidir.  Milli-mənəvi  varlığımızın 
qorunub-saxlanması da dövlətin ən əsas funksiyalarından biri 
olmalıdır.  
Kitabxanada  “Keçmişi  yaşadaq,  gələcəyi  quraq”  adlı 
müzakirə  təşkil  etmək  də  oxucular  tərəfindən  maraqla 
qarşılana  bilər.  Bu  gün  erməni  qəsbkarlığı  nəticəsində 
dağıdılmış,  məhv  edilmiş  abidələr  onların  bugünkü  və 
gələcək 
taleyi 
barəsində 
müzakirələr  aparılmalı  və 
müzakirənin  nəticələrindən  əməli  işdə  istifadə  edilməlidir. 
Müzakirə  zamanı  mövzunun  düzgün  dəyərləndirilməsi 


  
 
 
 
 
 
 
 
məqsədilə  mövzu  ilə  əlaqəli  şəxslər  -  Vətən  müharibəsi 
veteranları,  Qarabağ  müharibəsi  iştirakçıları,  mütəxəssislər, 
memar  və  heykəltaraşlar  dəvət  oluna  bilər.  Müzakirənin 
mövzuya  aid  sənədli  film  ətrafında  da  keçirilməsi 
mümkündür.  
Novruz  bayramı  Azərbaycan  xalqının  tarixin  qədim 
qatlarında  yaratdığı  zəngin  folklorunu  özündə  yaşadan 
“Novruz”  bayramı  da  Azərbaycançılıq  ideyasını,  xalqımızın 
milli-mənəvi  irsini  özündə  təcəssüm  etdirir.  2010-cu  il  23 
fevral  tarixində  martın  21-i  BMT  Baş  Assambleyası 
tərəfindən  Beynəlxalq  “Novruz”  Günü  elan  edilmişdir. 
“Novruz”  beynəlxalq  bayram  statusu  əldə  etməklə  bütün 
ölkələrin  və  xalqların  birləşməsinə,  mədəniyyətlərarası 
dialoqa  və  anlayışa  təşviq  edilməsinə,  dünyada  sülhün  və 
əmin-amanlığın 
gücləndirilməsinə 
səbəb 
olmuşdur. 
Keçiriləcək  tədbirin  kompozisiyasından  asılı  olaraq  xüsusi 
proqram, ssenari tərtib edərək səhnəcik qurmaq olar. Tədbirə 
hazırlaşmaq  yaradıcılıq  qabiliyyəti  tələb  edir.  Təşkilatçı 
şənliyin əvvəlindən sonuna kimi bütün elementləri (çıxış, rəy, 
qonaqlara  söz  vermə,  musiqi  nömrələrini)  ssenaridə  əks 
etdirir.  İştirakçıların  yerləşdirilməsi,  aparıcıların  yeri, 
qonaqların  qarşılanması,  tədbir  keçiriləcək  yerin  mövzuya 
uyğun  bəzədilməsi,  lazımi  stend,  sərgi,  əvvəlcədən 
planlaşdırılır. Tədbir mövzu ilə bağlı şeir, bədii qiraət, ədəbi 
kompazisiya  və  səhnəciklərlə  tamamlanır.  Kitabxanaçı 
şənliyin mövzusuna uyğun ədəbiyyat sərgisi, viktorina, ədəbi 
oyunlar hazırlayır. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa, 
memarlığa  maraq  göstərən  şagirdlərin  rəssamlıq,  memarlıq 
qabiliyyətlərini  aşkara  çıxarmaq  və  maraqlarını  təmin  etmək 
üçün  bayrama  aid  çəkiləcək  ən  yaxşı  illüstrasiyalar, 
hazırlancaq  maketlər  üçün  müsabiqə  elan  edilir.  “Novruz” 
bayramına  aid  tərtib  edilmiş  maraqlı  ədəbi  viktorina  da 
ssenariyə  əlavə  edilir.  Kitabxanaçı  şagirdlərin  köməyi  ilə 
bayramın  simvolu  olan  keçəl  və  kosanı  tamaşa  üçün 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə