Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

  
 
 
 
 
 
 
 
fəaliyyətində istifadə olunmasının yüksək effektivliyi bir sıra 
obyektiv  amillərlə  şərtlənir.  Bu  şərtlərə  aiddir:  -  sərgi 
materiallarının  ənənəvi  olmayan  təqdimatı;  -  əyanilik;  - 
materialın 
strukturlaşdırılması. 
Kitabxana 
xidmətində 
kompyuter  texnologiyalarının  tətbiqi  müasir  dövrün  əsas 
tələbidir. Hazırda məktəb kitabxanalarının sərgi fəaliyyətində 
kompüter  texnologiyalarından  istifadə  bir  qayda  olaraq 
başlıqların, sitat və illüstrasiyaların qrafiki tərtibində istifadə 
olunur.  Bununla  yanaşı  multimedia  texnologiyaları  infor-
masiyaların  təqdim  olunmasında  müəyyən  qədər  sərhədləri 
genişləndirir  və  məhsulların  yayılmasına  imkan  verir. 
Elektron  sərgi  ənənəvi  (kitab)  və  yeni  (elektron)  qaydaların 
sintezində  informasiyanın  təqdim  olunma  üsuludur.  Elektron 
kitabxana  sərgisini  kitabxananın  saytında  yerləşdirmək  olar. 
Bunun  üçün  onu  xüsusi  proqramda  və  HTML  formatında 
yaratmaq vacibdir. Kitabxanaçının fəaliyyəti daim yaradıcılıq 
tələb  edir.  Əgər  kitabxanaçı  yaradıcıdırsa,  özünün  peşə 
hazırlığının  qayğısına  qalırsa,  kitabxana  işinə  qoyulan 
tələblərə  cavab  verirsə,  müasir  informasiya  texnologiya-
larından bacarıqla istifadə edərək, tədbirləri öz fantaziyasına 
uyğun,  yaradıcı  şəkildə  təşkil  edəcək,  öz  işində  layiqli 
uğurlar, müvəffəqiyyətlər qazanacaq.  
 
Adət və ənənələr mənəvi əxlaqi dəyərlər 
 
Dünya  tarixindən  ümumi  məlumatlara  malik  olmaqla 
yanaşı  hər  bir  xalq  öz  tarixi  keçmişini  daha  dərin  və  ətraflı 
bilməlidir.  Milli-  mənəvi  dəyərlərimizdən  biri  olan  adət-
ənənələr  uzun  əsrlər  boyu  xalqımızın  milli  ruhunu,  estetik 
duyumunu,  sənətkarlıq  qüdrətini  özündə  hifz  edib  saxlamış-
dır.  Zəngin  folklor  nümunələrimiz  məhz  adət-ənənələrimiz 
hesabına  itib  batmamış,  müasir  dövrümüzə  qədər  gəlib 


  
 
 
 
 
 
 
 
çatmışdır.  Müasir  dövrdə  dövlətimiz  tərəfindən  Azərbaycan 
xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və 
mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin 
bərpası,  milli  musiqi  və  rəqslərin  təşviqi,  şifahi  xalq 
yaradıcılığının  qorunması,  xalq  oyun  və  tamaşalarının 
bərpası,  təsviri,  dekorativ  və  miniatür  sənətinin  zəngin 
ənənələrinin  inkişaf  etdirilməsi,  dünyanın  nüfuzlu  muzey-
lərində  saxlanılan  Azərbaycan  incəsənəti  nümunələrinin 
öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlən-
məsi,  UNESCO,  ISESCO,  TÜRKSOY  və  digər  beynəlxalq 
təşkilatlarda  təsviri  sənətimizin  təbliği  və  tanıdılması  
istiqamətində mühüm işlər həyata keçirilir.  
Azərbaycan  Respublikasının  ərazisinin  20  faizinin 
Ermənistan  tərəfindən  işğal  olunduğu  bir  vaxtda  gənclərin 
vətənpərvərlik  tərbiyəsi  daha  çox  aktuallıq  tələb  edir. 
Müharibə şəraitində yaşayan bir ölkədə gənc nəsildə torpağa, 
vətənə  məhəbbət  hisslərinin  aşılanması,  düşmənə  nifrət 
duyğularının  formalaşması  vacibdir.  Buna  görə  də  bu 
mövzuda  yazılmış  bədii  əsərlərin  təbliğinə  daha  geniş  yer 
verilməlidir.  Hərbi  vətənpərvərlik  tərbiyəsi  mövzusunda  
tədbirlər keçirilməlidir.  
Vətənpərvərlik  tərbiyəsində  klassiklərimizin  bədii  irsinin 
təbliği də çox faydalıdır. Bu baxımdan N.Gəncəvi, M.Füzuli, 
M.F.Axundov,  A.Səhhət,  M.Ə.Sabir,  S.Vurğun  və  başqa 
klassiklərimizin  əsərlərindəki  vətənpərvərlik  hisslərinin  və 
çağırışlarının  təbliği  məqsədəuyğundur.1941-1945-ci  illərin 
II  dünya  müharibəsində  iştirak  etmiş  və  qəhrəmanlıqlar 
göstərmiş  azərbaycanlılar  haqqında,  Dağlıq  Qarabağ 
müharibəsi,  20  Yanvar,  Xocalı  faciəsi,  Şuşanın,  Laçının  və 
başqa  rayonların  işğalını  əks  etdirən  əsərləri  dönə-dönə 
oxucuların diqqətinə çatdırmaq lazımdır.  
 Milli-mənəvi  dəyərlərə  bağlılıq  vətənpərvərlik  hisslərini 
gücləndirir,  insanın  əsl  vətəndaş  kimi  yetişməsində  birbaşa 


  
 
 
 
 
 
 
 
rol  oynayır.  Vətənpərvərlik  insanın  vətəninə  sevgi  və 
sədaqətindən,  onun  tarixi,  milli  və  mədəni  dəyərləri  üçün 
qürur  hissi  keçirməsindən,  doğma  vətənin  siyasi,  iqtisadi  və 
mədəni tərəqqisi naminə çalışmasından və onun müdafiəsinə 
hər  an  hazır  olmasından  ibarətdir.  Vətənpərvərlik  hissi 
insanda uşaqlıqdan tərbiyə edilməli, kiçik yaşlarından məktəb 
kitabxanalarında  bu  istiqamətdə  tədbirlər  keçirilməlidir.  Hər 
bir  kitabxananın  fondu  milli  vətənpərvərlik  və  vətəndaşlıq, 
milli  mədəni  və  ya  mənəvi  dəyərləri  təbliğ  edən  kitablarla 
zənginləşdirilməlidir.  Xüsusilə,  təbliğat  Azərbaycançılıq 
üzərində  qurulmalı,  Azərbaycan  tarixi,  etnoqrafiyası  dəqiq 
şəkildə  təbliğ  edilməlidir.  Xüsusilə,  məktəb  kitabxanasında 
keçirilən ədəbi və mədəni tədbirlər uşaq psixologiyasına daha 
çox və tez təsir göstərir. Kütləvi tədbirlərdə nümunəvi ziyalı 
və  vətənpərvər  dövlət  xadimlərinin  həyat  və  fəaliyyəti  geniş 
işıqlandırılmalıdır.  Həmçinin,  tarixi  qəhrəmanlarımızın, 
vətənin  azadlığı  uğrunda  canından  keçən  Milli  Qəhrəman-
larımız,  şəhid  və  Qarabağ  müharibəsi  veteranlarının  da 
qəhrəmanlıqları  geniş  təbliğ  edilməlidir.    Ədiblərimizin 
vətənin  tərənnümü  və  vətənpərvərlik  ruhunda  yazdığı 
şeirlərinin  müsabiqəsini  təşkil  etmək,  nəsr  əsərlərindən 
tamaşalar  səhnələşdirmək,  vətənə  sədaqət,  onun  maddi  və 
mənəvi  dəyərlərini  qorumağı  təbliğ  etmək  vətənpərvərlik 
hisslərinin 
formalaşdırılmasında  əvəzsiz  rol  oynayır. 
Kitabxanalarda keçirilən tədbirlərdə bayramlarımızdakı adət-
ənənələrin,  xalq  dramları  və  oyunlarının  göstərilməsi  də 
məktəblilərin  milli  ruhda  tərbiyə  olunmasına  təkan  verir. 
Eləcə  də  xalqımızın  unudulmuş  adət  və  ənənələrinin  bədii-
estetik  mahiyyətinə  diqqət  yetirmək,  yeni  dövrün  tələblərinə 
uyğun  olaraq  bu  folklor  nümunələrimizi,  zəngin  mədəni 
irsimizi təbliğ etmək hər bir kitabxanaçının borcudur.  
Ölkəşünaslıq:  Xalqların  mənəviyyatı,  adət-ənənələri, 
dilləri,  ictimai-siyasi  həyatı  və  s.  haqqında  bilgi  verən  və 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə