Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

  
 
 
 
 
 
 
 
Kitabxana fəaliyyətində reklam informasiya işi: Hər bir 
kitabxananın özünün kitabxana fəaliyyətinin bir forması kimi 
reklama  ehtiyacı  vardır.  Kitabxana  reklamı  kitabxana 
şəraitində  mütaliə  etməyin  səmərəliliyi  və  burada  müxtəlif 
xidmət  prosesləri  barədə  özünəməxsus  anlayış  yaratmaq 
imkanına  malikdir.  Hər  bir  kitabxananın  həyata  keçirdiyi 
reklam  işi  həmin  kitabxananın  iş  xüsusiyyətləri  barədə 
oxucularda  aydın  təsəvvür  yaradır,  başqa  kitabxanalardan 
fərqli  cəhətlərini  göstərməklə  onun  obrazını  yaratmış  olur. 
Kitabxana  reklamı  adətən  müxtəlif  məzmunlu  kitabxana 
xidməti  barədə  istiqamətləndirici  rol  oynamaq  imkanına 
malikdir.  Bu  cəhətdən  məqsədinə  görə  reklamlar  iki  növə 
bölünür.  Birinci  növ  reklamlar  məktəb  kitabxanalarının 
ümumi  simasını  açan,  iş  xüsusiyyətlərini  şərh  edən 
reklamlardır.  İkinci  növ  reklamlar  isə  məktəb  kitabxanaları 
tərəfindən  həyata  keçirilən  konkret  tədbirlər,  konkret  xidmət 
növü  haqqında  məlumat  verən  reklamlardır.  Hər  bir  tədbirə 
maraq  reklamdan  başlayır.  Reklam  məlumatlarının  əsas 
tələbləri bunlardır:  
-  istifadəçiyə  reklam  obyekti  barədə  yeni  informasiyaları 
təqdim etmək; 

reklam 
olunan 
tədbirin 
əhəmiyyətli  olduğuna 
inandırmaq;  
-  auditoriyanın xüsusiyyətini nəzərə almaq;  
-  reklam  olunan  tədbirin  əsas  xüsusiyyətlərini  əks 
etdirmək.  
Tədbir haqqında reklam tədbirin məqsədindən asılı olaraq 
daxili  və  xarici  ola  bilər.  Tədbirlər  haqqında  reklam 
məlumatının  ən  geniş  yayılmış  forması  –  elandır. 
Məzmununa  və  məqsədinə  görə  elanın  bir  neçə  forması 
vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar 
elan  xarakterlidir.  Elan  bu  və  ya  digər  məlumatı  uşaqlara, 
onların  valideynlərinə,  müəllimlərinə  qabaqcadan  çatdır-


  
 
 
 
 
 
 
 
maqla  təşkiledici  missiyanı  yerinə  yetirir.  Məlumat  qruplaş-
dırılarkən aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır:  

 
Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.  

 
Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir;  

 
Tədbirin  keçiriləcəyi  yer  (ərazi,  bina,  otağın  nömrəsi) 
qeyd edilməlidir;  

 
Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir. 
Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər. Bu 
gün  kitabxanalara  oxucu  cəlb  etməyin  əsas  şərtlərindən  biri 
elanlarda  tədbirin  məzmununun  necə  təqdim  edilməsi,  nə 
şəkildə  oxucuya  çatdırılmasıdır.  Keçiriləcək  tədbir  haqqında 
cəlbedici  elan  yazılmalı,  tədbirdə  iştirak  edəcək  şəxslərin 
adları və titulları qeyd edilməlidir. Uşaq kitabxanaları tədbirə 
maraqlı, göz və könül oxşayan adın seçilməsinə xüsusi diqqət 
yetirməlidirlər.  Tədbirin  keçiriləcəyini  informasiya  vasitə-
lərindən  istifadə  etməklə  də  yaymaq  olar.  Kitabçaların,  buk-
letlərin,  elanların,  vərəqələrin  səmərəsi  onların  düzgün 
paylanması  və  münasib  məzmunda  yazılmasından  asılıdır. 
Reklam  məlumatlarını  tərtib  edərkən  aşağıdakı  məqamlara 
diqqət yetirmək lazımdır:  
-əgər  müsbət  təsirə  nail  olmaq  istəyirsinizsə,  tədbirin 
özəlliklərinə  diqqəti  cəlb  etmək  üçün  səmərəli  dəlillərdən 
istifadə olunmalıdır;  
-  sadə,  maraqlı,  orijinal  olmalıdır  və  eyni  fikri  bildirən, 
şüura rahat təsir edə bilən açar sözlərdən təşkil olunmalıdır; 
- məlumat imkan daxilində qısa olmalıdır;  
-  sözlər  insanlara  müsbət  emosiyalar  aşılamalı,  yaxşı 
əhval-ruhiyyə yaratmalıdır.  
Kitabxana  reklamlarının  yayılmasındakı  vasitələrdən  biri 
də  kitabxanaların  saytıdır.  Axtarış  sistemlərində  və 


  
 
 
 
 
 
 
 
kataloqlarda  saytın  qeydə  alınması  belə  reklamların  daha 
effektli olmasında vacib faktorlardandır.  
İnternet  vasitəsilə  təbliğat:  Azərbaycan  Respublikasının 
qlobal  informasiya  mühitinə  daxil  olması  cəmiyyətin 
informasiya 
təminatını 
həyata  keçirən  kitabxanaların 
fəaliyyətində əsaslı islahatlar aparılması üçün geniş imkanlar 
açmışdır.  Elə  buna  görə  də  indi  kitabxanalarda  xidmətlər 
təkmilləşdirilir,  fondlar  müasir  informasiya  daşıyıcıları  ilə 
zənginləşdirilir, 
elektron  məlumat  bankları  yaradılır, 
kitabxanaların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 
üçün tədbirlər görülür. Müasir cəmiyyətdə elm və texnikanın 
sürətlə  inkişaf  etməsi  onun  bütün  fəaliyyət  sahələrinə 
tətbiqini  tələb  edir.  Bu  baxımdan  müasir  kitabxanalar  da 
informasiya texnologiyaları olmadan lazımi səviyyədə inkişaf 
edə  bilməz.  Kitabxanalara  yeni    informasiya  texnologiya-
larının  tətbiqi  onların  qarşısında  çox  geniş  imkanlar  açır, 
fondun  mühafizə  edilməsi  və  xidmət  işində  oxucuların 
tələbatlarının  ödənilməsində  yaranan  problemləri  asanlaşdır-
mağa, oxuculara yeni üsullarla xidmət etməyə imkan yaradır. 
Yeni  texnologiyaların  tətbiqi  ilə  əlaqədar  kitabxanalar 
oxuculara  yeni  on-line  xidmət  növünü  təklif  edirlər  ki, 
İnternet  bu  xidmət  növünün  həyata  keçirilməsində  əvəzsiz 
vasitədir.  İnternet  həm  də  kitabxanaların  yeni  informasiya 
resursları  ilə  zənginləşməsini  təmin  edir.  İnternet  və  on-line 
xidmətlər  kitabxanalara  onların  informasiya  ehtiyatlarından 
və  məlumat  bazalarından  ölkədən  kənarda  da  istifadə 
olunmasına  şərait  yaradır.  Yaradılmış  məlumat  bazaları 
istifadəçinin  maraqları  üçün  onun  informasiyaya  olan 
tələbatını  ödəyə  bilən  dəyərli  mənbə  olmalıdır.  Kitabxana 
xidmətində  kompyuter  texnologiyalarının  istifadəsi  bir  neçə 
istiqamətdə  ola  bilər:  -  sərgi  fəaliyyəti;  -  nəşriyyat  fəaliyyəti 
(CD və digər elektron nəşrlər); - on-line rejimində kitabxana 
xidməti.  Kompyuter  texnologiyalarının  kitabxanaların  sərgi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə