Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

  
 
 
 
 
 
 
 
buna kartoqram deyilir. Statistik məlumatların xəritə üzərində 
müəyyən əraziyə aid  olan və dioqram  vasitəsilə ifadə edilən 
təsviri  kartodioqram  adlanır.  Əyani  təbliğat  prosesində 
məsləhət  vitrinlərindən  də  istifadə  olunur.  “Soruşun,  cavab 
verək”, 
(müxtəlif 
mövzular 
üzrə), 
“Öz 
şəhərini 
tanıyırsanmı?”,  “Öz  tarixini  bilirsənmi?”  və  bir  çox  başqa 
adlarda vitrinlər hazırlamaq olar. Belə vitrinlərdə əsas təlabat 
–maksimim  dərəcədə  əyanilik  və  operativlikdir.  Vitrinləri 
təşkil  edərkən  mövzuya  uyğun  olaraq  kitab,  qəzet,  jurnal 
materiallarından,  tanışlıq  və  təbliğat  xarakterli  foto 
şəkillərdən,  məlumat  vərəqələrindən,  audio  və  video 
materiallardan istifadə etmək məqsədəmüvafiqdir.  
Kitabxanada hər hansı problemə həsr olunmuş əyani vasitə 
ayrı-ayrı  oxucuya,  özünün  konkret  biliyinə  və  təcrübəsinə 
əsaslanmaqla  kitabın  və  mütaliənin  onun  həyatında  necə 
müsbət  rol  oynayacağına  inanmağa  kömək  edir.  Kitabxana 
şəraitində  ədəbiyyatın  əyani  təbliği  iki  üsula  əsaslanır.  Bu 
üsulların  biri  çap  məhsullarının  bilavasitə  özünün  nümayiş 
etdirilməsi,  digəri  isə  çap  məhsullarının,  xüsusilə  kitabların 
şəklinin, müəyyən kitabların lazım gələn səhifələrinin təsviri 
sənət və ya foto vasitəsilə nümayiş etdirilməsidir. Kitabların, 
müxtəlif  çap  məhsullarının  özünü  nümayiş  etdirən  kütləvi 
təbliğat üsulu  kitab sərgiləri hesab olunur. Kitabların şəklini 
müxtəlif  cəhətdən  nümayiş  etdirən,  bu  vasitə  ilə  onların 
məzmunu  haqqında  məlumat  verən  kütləvi  təbliğat  üsulu  isə 
kitabxana plakatları və kitabxana albomlarıdır.  
Sərgilər:  Нər  gün  dünyada  yüzlərlə  kitab  çap  olunur.  Bir 
neçə vaxtdan sonra onlardan hansısa unudulur. Bu səbəbdən 
də  kitabxanaların,  vəzifəsidir  ki,  müxtəlif  mövzulu  sərgilər 
təşkil etsinlər.  Kitabxanalarda sərgilərin təşkili əyani təbliğat 
formasının  ən  geniş  yayılmış  üsuludur.  Sərgilər  həcminə, 
tərtibat  texnikasına  və  müddətinə 
görə  bir-birindən 
fərqləndirilir.  Sərgi  bir  və  ya  bir  neçə  lövhədə,  stenddə 


  
 
 
 
 
 
 
 
yerləşə 
bilər. 
Sərgi, 
əsasən  baxılmaq  üçün  təşkil 
olunduğundan,  onun  tərtibi  məsələlərinin  böyük  əhəmiyyəti 
vardır.  Burada  mətn  və  təsvir  materialları  bir-birini 
tamamlamalıdır.  Kitabxanaların  müasir  sərgi  fəaliyyətində 
aparıcı  tendensiyalar  kitabxana  sərgisinə  alternativ  yanaşma 
və  dizayn  işinin  işlənib  hazırlanmasıdır.  Hazırda  kitabxana 
sərgilərini  aşağıdakı  növlərə  görə  qurmaq  olar:  -  ənənəvi 
informasiya daşıyıcıları olan kitabxana sərgiləri (dərc edilmiş 
nəşrlər);-elektron  kitabxana  sərgiləri  (kitabxanaların  veb 
saytında  verilən  müxtəlif  formalardan  istifadə  etməklə 
kataloq  şəklində  informasiyalar);  -kompleks  kitabxana 
sərgiləri,  müxtəlif  xüsusiyyətli  fonoqramların  köməyi  ilə 
tərtib olunmuş “danışan” kitab sərgiləri, video filmlər təqdim 
etməklə sərgilər, baxışlar, elektron sərgi günləri və s. Hər bir 
məktəb  kitabxanası  öz  sərgi  modelini  fəaliyyətinə  uyğun 
olaraq  qurur.  Sərgi  fəaliyyəti  modelinin  seçilməsinə  bir  çox 
faktorlar  (kitab  fondunun  keyfiyyəti)  təsir  göstərir.  Məsələn, 
məktəb  proqramı,  oxucuların  informasiya  tələbatı,  həmçinin 
kitabxana  əməkdaşlarının  bilik  səviyyəsi  və  yaradıcılıq 
potensialı.  Qeyd  edək  ki,  kitabxanalarda  təşkil  edilən 
sərgilərdə  kitablarla  yanaşı,  müxtəlif  qəzet  və  jurnal 
nömrələri əks etdirilir ki, bu da həmin sərginin əhəmiyyətini 
xeyli  artırır.  Kitabxanalarda  məqsəd  və  ümumi  məzmununa 
görə ənənəvi sərginin iki növü təşkil edilir - kitabxanaya yeni 
daxil  olan  kitablar  haqqında  məlumat  xarakterli  universal 
sərgilər və tövsiyə xarakterli tematik sərgilər.  
Kitab  sərgiləri  yalnız  burada  nümayiş  etdirilən  kitabların 
məzmununa görə deyil, eyni zamanda məqsədinə görə- tədris 
prosesinə  və  şəxsi  təhsilə  kömək  məqsədi  daşıyan  sərgilər; 
müddətinə görə-daimi, uzun müddətli və müvəqqəti sərgilər; 
ədəbiyyatın  nəşr  tipinə  və  növünə  görə-kitab  sərgiləri,  qəzet 
və  jurnal  sərgiləri,  not  sərgiləri,  patent  sərgisi  və  s.  təşkil 
edilə  bilər.  Kitab  sərgisi  üzərində  iş  metodikası  mövzunun 


  
 
 
 
 
 
 
 
müəyyən  edilməsi  və  öyrənilməsi,  planın  tərtibi,  materialın 
seçilməsi və tərtibatından ibarətdir. Hər hansı bir kitab sərgisi 
aşağıdakı  qaydada  tərtib  edilir:  Sərginin  ümumi  başlığı  və 
yarımbaşlıq, tövsiyə olunan ədəbiyyat, sitat (mövzu haqqında 
izahlı  mətnlər)  və  şəkil  (foto  illüstrasiyalar).  Ümumi  başlıq 
sərginin mövzusunu müəyyən edir və onun əsas məzmununu 
aydınlaşdırır.  Sərginin  sərlövhəsi  müəyyənləşdirildikdən 
sonra  burada  əks  etdirilməsi  lazım  gələn  məsələləri 
dəqiqləşdirmək  lazımdır.  Həmin  məsələlər  sərgidə  bölmə  və 
yarımbölmələr  şəklində  verilməlidir.  Bölmələrin  və  yarım-
bölmələrin  sərlövhələri  dəqiq  seçilməli,  bölmənin  məzmunu 
aydın  əks  etdirilməlidir.  Sərginin  daxili  bölmələrinin 
məzmunu  və  ardıcıllıq  mövzunun  xarakterindən  asılıdır. 
Sərgidə  materialların  yerləşdirilməsi  müxtəlif  prinsiplərə 
əsaslana  bilər:  tematik,  xronoloji,  coğrafi  və  materialların 
mürəkkəbliyi  dərəcəsi  prinsipi.  Bu  materialların  sərgidə 
yerləşdirilməsi  daxili  məntiqə  əsaslanmalıdır.  Hər  şeydən 
əvvəl  kitabxanaçı  ədəbiyyatın  düzülüşündə  iki  cəhəti  nəzərə 
almalıdır:  a)Çap  əsərlərinin  əhəmiyyətini  və  elmi  dəyərini; 
b)Sərgidə  mövzunun  ayrı-ayrı  məsələlərinin  əks  etdirilməsi 
ardıcıllığını.  Kitab  sərgilərinin  tərtibatında  həm  də  sim-
metriya  gözlənilməlidir.  Eyni  zamanda  sərgidə  çap 
əsərlərinin,  şəkillərin  və  lazımi  mətnlərin  yerləşdirilməsində 
müəyyən  məna  ifadə  olunmalıdır.  Sərgidə  materialların 
düzülüşündə simmetriyadan danışılarkən qeyd olunmalıdır ki, 
burada nümayiş etdirilən kitabların ölçüsü, onların cildlərinin 
rəngi,  şəkillərin  məzmunu,  qarşılıqlı  münasibəti  və  s.  nəzərə 
alınmalıdır.  Çünki  kütləvi  təbliğat  məqsədilə  nümayiş 
etdirilən hər hansı əşya və  ya predmet təkcə zahiri parlaqlığı 
ilə  deyil,  eyni  zamanda  özünün  simmetriyası,  məna  ifadə 
etməsi  və  estetik  təsiri  ilə  diqqəti  cəlb  edir.  Ona  görə  də 
sərgidə  eyni  rəngli,  eyni  ölçülü  kitabların,  həmçinin  oxşar 
məzmunlu  və  eyni  ölçülü,  şəkillərin  yanaşı  düzülməsi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə