Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

  
 
 
 
 
 
 
 
seçilmiş mövzudan və materialın həcmindən asılı olaraq qısa, 
10-15  gün  ola  bilər.  Oyunları    uşaq  və  gənclər  üçün  sevimli 
nağılların  qəhrəmanlarını  canlandırmaq  qabiliyyətinə  malik  
oxucuların  iştirakı  ilə  hazırlamaq  daha  maraqlı  olar.  Əgər 
oyunda  ədəbi    qəhrəman  iştirak  edirsə  emosional  qavrayış 
daha  çox  inkişaf  edir.  Məlumdur  ki,  bu  halda  uşaqlar 
materialı  daha  yaxşı  mənimsəyir  və  maraqları  artır.  Breyn-
rinq  və  KVN-lər  gənc  nəslin  maraqlandırılmasında  
əvəzolunmaz  vasitədir.  Bu  oyunların  mahiyyəti  ondan 
ibarədir  ki,  onlar  yarışma  xüsusiyyətlərinə  malikdir,  qeyri-
formal  şəraitdə  keçir,  şagirdə  özünü  və  biliyini  göstərmək 
imkanı  yaradır.  Onlar  kollektiv  düşünmə  təcrübəsinin 
formalaşmasına    imkan  yaradır,  cəld  reaksiya  qabiliyyətini 
inkişaf  etdirir,  bütün  sinfin  hazırılıq  və  bilik  səviyyəsini 
yoxlamağa  imkan  verir.  Breyn-rinqlərlə  yanaşı  əhəmiyyətli 
və  lazımlı  məlumatları  əhatə  edən  sərbəst  tapşırıqlar  verilən 
fərqli oyunlar  da keçirmək lazımdır. Bu oyunlar şagirdlərdə 
öyrənmə həvəsini stimullaşdırır.  
Ədəbi  oyunların  və  yarışların  keçirilməsinə  hazırlıq 
metodikası.  Əvvəlcə  nəzərdə  tutulmuş  auditoriyadan  asılı 
olaraq  oyunun  məqsədi,  mövzusu  və  forması  düşünülür. 
Kitabxanaçı müstəqil və ya fənn müəllimi ilə birlikdə sualları 
hazırlayır,  şərtləri  düşünür,  keçiriləcək  oyunun  ssenarisini 
yazır.  Sonra  kitab  sərgisi  hazırlanır  və  ədəbiyyat  xülasəsi 
keçirilir. 
Seçilmiş 
iştirakçıları 
keçiriləcək 
oyunun 
istiqamətləri  ilə  əvvəlcədən  tanış  etmək  olar.  Nəzərdə 
tutulmuş  vaxtdan  bir-iki  həftə  əvvəl  tamaşaçılar  üçün  rəngli 
elanlar  asılır.  Münsiflər  heyəti  müəyyən  edilir.  Oyunun 
keçirilməsi  zamanı  bayram  əhvalı  yaratmaq  məqsədilə  
xalların  məyyən  olunması,  pauzaların  doldurulması  və    s. 
istifadə etmək üçün musiqi seçilməlidir.      
Əgər  yarışmanın  şərtlərinə  görə  yazılı  tapşırıqlar  yerinə 
yetiriləcəksə  əvvəlcədən  kağız  və  karandaş  üçün  tədbir 


  
 
 
 
 
 
 
 
görmək  lazımdır.  Başlanğıcdan  əvvəl  aparıcı  yarışın 
qaydaları və şərtləri, cavabların ardıcıllığı, onların düşünülmə 
müddəti 
haqqında 
qısa 
məlumat 
verir. 
Qaliblərə 
həvəsləndirici  mükafatlar  verilərsə  bu  daha  yaxşı  olar.  Əgər 
priz  yoxdursa  müsabiqənin  yekunları  haqqında  plakat  da 
hazırlayıb asmaq olar. Bu udmuş kamandanı sevindirəcəkdir  
və  kitabxanada  keçirilən  tədbirin    səviyyəsini  qaldıracaqdır. 
Ən    nəhayət  bu,  kitabxananın  mədəni    mərkəz  kimi  işini 
göstərəcəkdir.  İntellektual  oyunlar  zamanı  iştirakçılara 
verəcəyiniz təxmini suallardan nümunələri sizə təqdim edirik.  
1. Seneqalda Dakar, İranda Təbriz, İraqda Bəsrə, Bosniya 
və Hersoqovinada Sarayevo, Türkiyədə  İzmir, bəs  İtaliyada? 
Cavab. Neapol Bakı ilə qardaşlaşmış şəhərdir.  
2.  O,  bir  çox  ölkələrdə  müvəqqəti  olaraq  məhdudlaşdırıl-
mışdı. Lakin çox vaxt bu az davam edirdi. Hazırda isə Çinin 
materik  hissəsində,  İran,  Liviya,  Tunis,  Türkiyə  və  Türk-
mənistanda  məhdudlaşdırılıb.  Kayzendə  ondan  çox  istifadə 
edilir. Söhbət nədən gedir? Cavab: Youtube.  
3. "Gəlin qayası" Şərqdə ilk .... Cavab. müəllifi qadın olan 
ilk operadır. Müəllifi isə Şəfiqə Axundova.  
4. O ilk dəfə  e.ə. 45-ci  ildə  Yuli  Sezarın sayəsində  peyda 
oldu. Sonralar isə o hər dörd ildən bir peyda olurdu. Biz onu 
1600-cü  və  2000-ci  illərdə  də  görmüşdük,  lakin  1800-cü  və 
1900-cü  illərdə  onu  görən  olmamışdı.  Siz  isə  onun  son  dəfə 
nə  zaman  gözə  dəydiyini  tapın.  Cavab:  2008-ci  ildə  (o  29 
fevraldır.)  
5.  “Kişilər  şəhəri”  və  “kişilər  birliyi”  hansı  şəhəri  təmsil 
edir?  Cavab.  Mançester.  “Man  United”  və  “Man  City” 
Manchester şəhərinin komandalarıdır.  
6.  Cənub  qütbündə  neçə  ölkənin  sərhədi  var:  Cavab:  heç 
bir ölkənin  7. Rusiyada  Novqorod (Новгород) ,  İtaliyada ... 
Cavab: Neapol  


  
 
 
 
 
 
 
 
8.  1968-ci  ildə  İsveçin  Dövlət  Bankı  bu  mükafatı  təsis 
etdi? Cavab: İqtisadiyyat üzrə Nobel mükafatı və s.  
Bu  cür  tədbirlərdə  uşaqlar  cavab  vermək  üçün  yarışır  və 
bəzən  bir-birini  itələyərək  aparıcının  yanına  çatmağa 
çalışırlar.  
Viktorina  və  oyunlar  aparılarkən  bir  şərtə  diqqət  etmək 
lazımdır. Sual-cavab sistemi çox dəqiqliklə təşkil edilməlidir. 
Ona  görə  ki,  sual-cavab  diqqətlə  hazırlanmadıqda  hamı 
birdən  cavab  verməyə  çalışacaq.    Bu  zaman  səs-küy  və 
çaxnaşma  qaçılmazdır  və  bu  da  yolverilməz  incikliklərə, 
qeyri-obyektiv qiymətləndirməyə səbəb ola bilər.  
Səhərciklər:  Kiçik  yaşlı  şagirdlərə  yaradıcılıq  imkanları 
aşılayan  kütləvi  tədbirlərdən  biri  də  səhərciklərdir.  Ədəbi 
səhərciklər  adətən  tematik  olur.  Onlar  əlamətdar  yubileylərə 
və tarixi günlərə, müxtəlif ədəbi simaların yaradıcılığına həsr 
oluna  bilər.  Səhərciklərin  hazırlanması  və  keçirilməsində 
çoxlu  oxucu  kütləsi  iştirak  edir,  hazırlıq  dövründə  onlar  öz 
mütaliə  mədəniyyətlərini  yüksəldir.  Hətta  mütaliə  həvəsi 
olmayan  şagirdlər  də  işə  cəlb  olunurlar.  Belə  tədbirlərin 
təşkili  şagirdlər  arasında  kitabı  təbliğ  etmək,  proqram 
materialını  hərtərəfli  zənginləşdirmək,  möhkəmləndirmək, 
şagirdlərə  yeni  bilik,  bacarıq  və  vərdişlər  aşılamaq  məqsədi 
daşıyır. Səhərciyin keçirilməsinə 20-30 gün vaxt sərf olunur. 
Kitabxanaçı  oxucularla  mövzu  ilə  bağlı  deklamasiyalar, 
şerlər,  musiqi  nömrələri  və  s.  təşkil  edir.  Səhərcik  keçirilən 
zaman kitab sərgisi, rəsmlər, rəylər, annotasiyalar və s. tərtib 
olunmalıdır.    Kiçik  məktəblilər  üçün  təşkil  olunan  bu 
tədbirlərin  proqramı  böyük  olmamalı,  bir  saatlıq  vaxt  üçün 
nəzərdə  tutulmalıdır.  Proqramın  rəngarəng  olması-  bədii 
qiraət  və  deklamasiyalar,  nağıl  etmələr,    slaydlar  nümayiş 
etdirmək və s. şagirdlərin diqqətinin mərkəzləşməsinə kömək 
edir. Səhərciyin proqramı üç hissədən ibarət olur: 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə