Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

  
 
 
 
 
 
 
 
adı  mübahisə  və  onda  iştirak  etmək  həvəsi  oyatmalıdır. 
Mövzunu atalar sözlərindən, klassiklərin müdrik sözlərindən 
istifadə  edərək  şüar  və  sual  şəkilində  adlandırmaq  olar. 
Disputun keçirilməsi üçün iş planı tərtib olunur və kitabxana 
müdiri tərəfindən təsdiq olunur. Disputun mövzusu müəyyən 
edildikdən  sonra  mövzunun  məzmununa  uyğun  ədəbiyyat 
seçilir  və  mütaliəsi  təşkil  olunur.  Disputun  müvəffəqiyyəti 
onun  aparıcısından  asılıdır.  Aparıcı  disputun  iştirakçıları 
arasında canlı fikir mübadiləsinin yaranmasına, düzgün nəticə 
çıxarılmasına  nail  olmalıdır.  Disputun  suallarını  müəyyən 
etmək  aparıcının  vəzifəsidir.  Disputun  mövzusuyla  bağlı 
şagirdlər arasında sorğu keçirilir. Mövzu ətrafında 4-6 sualla 
kifayətlənmək  olar.  Şagirləri  ən  çox  maraqlandıran  suallar 
qruplaşdırılır,  iştirakçılar  arasında  paylanılır  və  disputda 
müzakirə  olunur.  Təşkilatı  məsələləri  həll  etdikdən  sonra 
aparıcı  giriş  sözü  söyləməlidir.  Giriş  sözündə  problem 
haqqında ziddiyətli fikirlər olduğunu söyləmək, oxucuları bu 
mövzu    və  qoyulan  suallar  ətrafında  fəal  çıxış  etməyə 
çağırmaq lazımdır. 
Müsabiqə:  Şagirdlərin  təşəbbüskarlığına  stimul  verən  və 
onlara  öz  yaradıcılığını  inkişaf  etdirmək  imkanı  yaradan 
kütləvi  tədbir  formalarından  biri  də  müxtəlif  mövzularda 
təşkil  olunan  müsabiqələrdir.  Müsabiqələr  ən  yaxşı  kitab 
illüstrasiyası,  seçilmiş  mövzu  üzrə  ən  yaxşı  hazırlanmış 
kitabı, ən yaxşı şeir və ya hər hansı müəllifə görə yaradıcı iş 
və  s.  mövzularda    həyata  keçirilə  bilər.  Müsabiqənin  təşkili 
bir neçə mərhələdə həyata keçirilir. Müsabiqə keçirilməzdən 
əvvəl  onun  məqsədi  və  təşkil  şərtləri,  istifadəçilərin  yaş 
xüsusiyyətləri və imkanları dəqiq nəzərə alınmalıdır. Bundan 
sonra  iştirakçıların  siyahısı,  müsabiqə  işlərinin  formaları, 
müsabiqənin  keçirilmə  müddəti  və  müsabiqə  şərtlərinin 
nizamnaməsi müəyyənləşdirilir. Bundan başqa nizamnaməyə  
müsabiqə nominasiyaları, müsabiqənin mərhələləri, münsiflər 


  
 
 
 
 
 
 
 
heyəti,  qaliblərin  mükafatlandırılması    məsələləri  də  daxil 
edilir.  Nizamnamə  məktəb  direktoru  tərəfindən  təsdiqlənir. 
Bunun üçün yalnız kitabxanada deyil, məktəbin əsas görünən 
yerlərində,  divar  qəzetində  və  məktəb  saytında  da  rəngli 
elanlar  yerləşdirmək  olar.  Müsabiqənin  yekun  nəticələrinin 
keçirilməsi üçün münsiflər heyəti yığılır. Münsiflər heyətinin 
tərkibinə  mədəniyyət  işçiləri,  məktəb  rəhbərlərliyi,  digər 
təşkilatların  təlim  və  tərbiyə  işləri  üzrə  təmsilçiləri  seçilə 
bilər.  Qaliblər  müəyyən  edildikdən  sonra  son  mərhələdə 
qaliblərin  mükafatlandırılması  həyata  keçirilir.    Bu  bütöv 
keçirilən tədbirin ən vacib mərhələsidir, geniş, hər kəsə açıq, 
əgər  mümkünsə  bayram  formasında  təşkil  olunmalıdır. 
Mənəvi  cəhətdən  rəğbətləndirmə  bəzən,  hətta  maddi 
rəğbətləndirmədən  daha  artıq  təsir  göstərir.  Buna  görə  də 
təntənəli  mükafatlandırılma  müsabiqə  qaliblərinin  yüksək 
qiymətləndirmə  səviyyəsində təşkil olunmalıdır.   
Ədəbiyyat  xülasələri:  Xülasə  zamanı  tədbirin  təsirli 
alınması  üçün  ilk  və  əsas  olaraq  xülasənin  maraqlı  və  canlı 
keçməsinə  diqqət  yetirmək  lazımdır.  Quru  annotasiya  və 
qısaldılmış məzmun hətta böyük yaşlı oxucular üçün maraqlı 
olmadığı  bir  halda  yeniyetmə  və  ya  uşaqlar  üçün  də  heç  bir 
təsir  gücünə  malik  olmur.  Bundan  başqa  fərqli  yaş  qrupları 
üçün  müxtəlif  formalı  xülasələr  keçirilir.  Məsələn, 
məktəblilər  hekayəni  söhbət  şəklində  qurduqda,  maraqlı 
açıqlamalar,  izahlar  verildikdə  və  parlaq  illüstrasiyalar 
nümayiş  etdirildikdə  materialı  daha  yaxşı  mənimsəyirlər. 
Buna görə də xülasənin  ən  yaxşı növü söhbət –xülasə və  ya 
kitab  sərgisi  önündə  hazırlanan  xülasədir.  Xülasənin 
aparılmasında  əsas  məqsəd  kitaba  diqqət  çəkmək,  oxucunu 
maraqlandırmaqdır.  
Xülasə qəbul olunmuş qaydada keçirilir: Xülasə giriş, əsas 
hissə  və  yekundan  ibarət  olur.  Xülasədə  kitabxanaçı  tövsiyə 
olunan ədəbiyyatın qısa məzmununu açmalıdır. Onu da qeyd 


  
 
 
 
 
 
 
 
etmək lazımdır ki, məzmunu açmaq kitabı nağıl etmək demək 
deyil. Xülasədə işin məzmunu kitabdan çıxış edərək, seçilmiş 
mövzu  üzrə  illüstrasiyalı  materiala  cəb  etməklə  mühazirə 
söyləməkdir.  Xülasədə  müxtəlif  -  çətin  və  asan,  ciddi  və 
əyləncəli üsullardan  istifadə etmək lazımdır. Əgər xülasənin 
mövzusu  dinləyiciləri  yorarsa    kitabxanaçı  tədbirin  sonuna 
qədər daha canlandırıcı üsullara müraciət edərək auditoriyanı 
əyləndirə  bilər.  Məsələn,  maraqlandırıcı  suallar  verə  bilər, 
maraqlı  illüstrativ  materiallar  göstərə  bilər  və  ya  kitabdan 
maraqlı bir parçanı ifadəli oxuya edə bilər.  
Biblioqrafik  icmallar:  Geniş  yayılmış  şifahi  təbliğat 
üsullarından  biri  də  biblioqrafik  icmallardır.  Məqsəd  və 
vəzifələrinə  görə  biblioqrafik  icmallar  iki  növdən:  elmi-
köməkçi  və  tövsiyə  icmalından  ibarətdir.  Elmi-köməkçi 
icmallar  əsasən  mütəxəssis  oxucular  üçün  təşkil  edilir  ki, 
burada  da  əsas  məqsəd  onları  müvafiq  sahəyə  dair  yeni 
ədəbiyyatla tanış etməkdir. Tövsiyə icmallarının məqsədi isə 
geniş oxucu kütlələrinin diqqətini bu və ya digər sahəyə dair, 
xüsusən  ictimai-siyasi  məzmunlu,  ədəbiyyat  və  incəsənət 
sahəsində  yaranan  yeni  əsərlərə  cəlb  etməkdən  ibarətdir. 
Bibliоqrafik  icmal  keçirməkdə  məqsəd  охucuları  müvafiq 
bədii  ədəbiyyatla  tanış  еtmək  və  həmin  kitabları  təbliğ 
еtməkdir.  İstər  elmi-köməkçi  və  istərsə  də  tövsiyə  icmalları 
universal,  sahəvi,  mövzu  və  şəxsi  (personal)  xarakter  daşıya 
bilərlər.  
Universal  və  sahəvi  icmallar  əksər  hallarda  kitabxanaya 
yeni  daxil  olmuş  bir  neçə  kitaba  həsr  edilir.  Belə  icmallar 
vaxtaşırı olaraq qiraət zalında təşkil edilir və kitabxana işçisi 
25-30 dəqiqə ərzində 15-25 adda kitab haqqında danışa bilər. 
Şəxsi  icmallar  bir  qayda  olaraq  hər  hansı  bir  şəxsə  (şair, 
yazıçı, ictimai xadim, müəyyən bir sahənin mütəxəssisi) həsr 
olunur,  onun  əsərlərini,  həyat  və  yaradıcılığına  aid  əsərləri 
əhatə  edir.  Məktəb  kitabxanalarında  bibliоqrafik  icmalı  yеni 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə