Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

  
 
 
 
 
 
 
 
habelə jurnal məqalələrinin əlifba və  ya sistemli annotasiyalı 
kartotekası  vasitəsilə  verilir.  Yeni  jurnalların  təbliği  xüsusi 
vitrinlər  vasitəsilə  təşkil  edilir.  Oxucular  qarşısında  jurnalın 
məzmununu 
açmaq  və  onları  ayrı-ayrı  məqalələrlə 
maraqlandırmaq  məqsədilə  kitabxana  “Mətbuatımızla  tanış 
olaq”  başlığı  altında  xüsusi  plakat  və  ya  lövhə  hazırlayır. 
Burada  jurnal  vərəqələrinin  arasına  “Sənin  maraq  dünyan”, 
“Maraqlı  məqalələr  toplusu”  və  s.  yazılmış  əlfəcinlər 
qoyurlar,  ya  da  həmin  səhifəni  açıq  nümayiş  etdirirlər  ki, 
tövsiyə  edilən  məqaləni  oxucu  görə  bilsin.  15  may 
Beynəlxalq  Ailə  Günündə  kitabxanada  “Beynəlxalq  Ailə 
Günü”,  “  Ailə  və  sağlamlıq”,  “Mənim  ailəm”,  müxtəlif 
mövzular  üzrə  “Sağlam  təbiət-sağlam  insan-sağlam  ailə”, 
“Atalar  və  ailələr:  məsuliyyət  və  çətinliklər”,  “Analar  və 
ailələr”:  dəyişməkdə  olan  dünyanın  problemləri”  və  bir  çox 
adlarda  məsləhət  vitrinləri  hazırlamaq  olar.  Belə  vitrinlərdə 
əsas tələbat – maksimum dərəcədə əyanilik və operativlikdir.  
Kitab  bayramları.  Mənəvi  həyatımızın  tarixi  ən  qədim 
dövrlərdən başlayaraq kitabla sıx bağlı olmuş və məhz onun 
ehtiyacları  müqabilində  kitab  yeni-yeni  formalara  düşərək 
təkmilləşmiş,  formalaşmışdır.  Müasir  informasiyalaşdırılmış 
cəmiyyətdə  kitabın  rolu  daha  da  artır,  kitab  kommunikasiya 
üsullarından  biri  kimi  çıxış  edir.  Uşaqlar  arasında  kitaba 
məhəbbət  oyatmaq,  kitabı  onlara  sevdirmək,  kitabın  nüfuzu-
nu  qaldırmaq  üçün  kütləvi  tədbirin  müxtəlif  formalarından 
istifadə  etmək  vacibdir.  Belə  tədbirlərdən  biri  də  kitab 
bayramıdır. Bayrama hazırlıq zamanı milli kitab mədəniyyəti 
və  ədəbiyyatımızın  müxtəlif  uğurlarına,  problemlərinə, 
perspektivlərinə  həsr  olunmuş  dəyirmi  masa,  ədəbi  görüşlər, 
sərgilər,  yeni  nəşr  olunmuş  kitabların  təbliğinə  dair  tədbirlər 
planı hazırlanmalıdır. Tədbirlər planında:  


  
 
 
 
 
 
 
 
-  Ümummilli  lider  Heydər  Əliyevin  ölməz  həyat  yolunu 
əks  etdirən  kitabların  sərgisini  hazırlamaq  və  müxtəlif 
tədbirlər keçirmək;  

Milli-mənəvi 
dəyərlərimizin 
və 
vətənpərvərlik 
tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın sərgisini keçirmək;  
-    nəşriyyatların  və  müəlliflərin  birbaşa  iştirakıyla  yeni 
kitabların sərgisini keçirmək;  
-  ötən  ilin  dəyərli  kitablarını  və  mədəniyyət  hadisələrini 
oxucuların diqqətinə çatdırmaq;  
-  müəlliflərlə,  yazarlarla  oxucuların  birbaşa  ünsiyyətinə, 
görüşünə şərait yaratmaq;  
-  yeni  nəsil  istedadlı  cavanların  yaradıcılığının  təbliğinə, 
tanıdılmasına səy göstərmək;  
- kitablarının təqdimatı və müzakirəsini təşkil etmək;  
Bayram  çərçivəsində  məktəbin  yerləşdiyi  rayonun  Tarix-
Diyarşünaslıq  Muzeyində  saxlanılan  maraqlı,  qədim,  tarixi 
eksponatlara  baxış,  istedadlı  uşaqların  əl  işlərindən  ibarət, 
sərgilər  və  s.  nümayiş  etdirilə  bilər.  Tədbirdən  əvvəl  elan 
hazırlanır və dəvətnamələr yazılır.  
İnformasiya  günü: Kitabxanalarda informasiya təbliğatı-
nın  əsasını  kompleks  tədbirlər  –  informasiya  günləri  və 
həftələri, sərgi-baxış, mütəxəssis günləri kimi tədbirlər təşkil 
edir. İnformasiya günü müəyyən müddət ərzində kitabxanaya 
daxil  olmuş  yeni  ədəbiyyat  haqqında  məlumatı  çatdıran  
kompleks  tədbirdir.  Bu  tədbir  kitabxana  xidməti  sistemində 
kompleks  kitabxana-informasiya  tədbirlərindən  biri  kimi 
kitabxanaya  yeni daxil olan çap məhsulları haqqında oxucu-
ları  məlumatlandırmaq  məqsədi  daşıyır.  İnformasiya  gününə 
(həftə, ongünlük) hazırlıq  bir neçə  mərhələdə  olur. Sərgiləri, 
mövzu üzrə ədəbiyyatın seçimini, ədəbiyyat haqqında söhbət 
və  ya  xülasələri  əhatə  edir.  Keçirilmə  mərhələləri:  mövzunu 
müəyyən  etmək,  planın  tərtibi;  kitabxana  fondundan 
ədəbiyyatın  axtarılıb  tapılması;  sənədlərə  baxış  və  seçim 


  
 
 
 
 
 
 
 
etmək;  müstəqil  xülasə  hazırlamaq  və  ya  peşəkar  dəvət 
etmək;  ədəbiyyat  sərgisi  tərtib  etmək;  qısa  annotasiyalar 
yazmaq;  maraqlı  təşkilatları  və  oxucuları  xəbərdar  etmək 
(elan, afişa); tədbiri təhlil etmək. 
Anım  günü:  Anım  (xatirə)  günlərində  kitabxanada 
yığıncaq  təşkil  edilir,  söhbətlər  aparılır.  Tədbirlə  əlaqədar 
əvvəlcədən  hazırlıq  işləri  görülür.  Bu  məqsədlə  (anım 
gününün  mövzusuna  uyğun  olaraq)  şəhidlərin  xatirəsinə 
fotostendlər,  sərgilər  və  divar  qəzetinin  xüsusi  nömrəsi 
hazırlanır,  sənədli  filmlər  göstərilir,  uşaqların  əl  işlərindən 
ibarət  sərgi  düzəldilir.  Həmin  gün  şəhidlərin  qəbri  ziyarət 
edilir,  ədəbi  kompozisiyalar,  video  görüntülər  nümayiş 
etdirilir. Uşaqların ifasında Vətən məhəbbətini, qəhrəmanlığı 
tərənnüm  edən  şeirlər  söylənir.  Tədbirə  şəhidlərin  ailə 
üzvlərindən,  yaxınlarından,  döyüş  yoldaşlarından  bir  neçə 
nəfərin  dəvət  olunması,  xatirələrinin  dinlənilməsi  də  daha 
məqsədəuyğun olardı. 
Divar  qəzetləri:  Divar  qəzetləri  adı,  məzmunu,  tərtibatı, 
buraxılış  müddəti  və  materiallarının  janrlarına  görə 
müxtəlifdir.  Divar  qəzetlərinin  əsas  növləri  operativ  qəzet, 
çoxnüsxəli  divar  qəzeti,  tematik  buraxılışlar,  işıq  qəzetləri, 
büllütenlər və başqalarıdır.  
Yeni  daxil  olmuş  ədəbiyyatın  məlumat  bülleteni: Yeni 
daxil  olmuş  ədəbiyyatın  məlumat  bülleteni  kitabxananın 
fonduna  daxil  olan  yeni  nəşrlər  haqqında  məlumat 
mənbəyidir.  Bülletenə  müəyyən  dövr  ərzində  kitabxanaya 
daxil  olan  bütün  yeni  kitabların  təsviri  daxil  edilir. 
“Müqəddimə”də  bülletenin  quruluş  prinsipi,  işlədilmiş  şərti 
işarələr  və  ixtisar  edilmiş  sözlər  izah  edilir,  materialları 
sahəvi  bölmələrə  ayrılmaqla  sistemli  qaydada,  bölmələr 
daxilində  isə  müəlliflərin  (sərlövhənin)  əlifbasına  görə 
düzülür.  
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə