Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
mitinqlər  şəklində  tələb  olunurdusa,  sonradan  bu  tələb 
müharibə səviyyəsinə qalxdı.  Bu dəfə  ermənilərin köməyinə 
Qorbaçovun  “perestroyka”  siyasəti  çatdı.  Əvvəlcə  Dağlıq 
Qarabağın azərbaycanlılar  yaşayan  yaşayış məntəqələri işğal 
olundu.  Soydaşlarımız  öz  doğma  torpaqlarından  qovuldular. 
Sonradan isə daha iri rayonlarımız “böyük qardaşın” köməyi 
ilə  ermənilər  tərəfindən  zəbt  olundu.  1992-ci  ilin  fevral 
ayında  isə  dünyada  analoqu  olmayan  vəhşilik  törədildi. 
Erməni millətçiləri Xocalıda  həyata keçirdikləri əməliyyatla 
bir  daha  öz  vəhşiliklərini  sübut  etdilər.  Xocalı  yerlə  yeksan 
olundu.  Yüzlərlə  insan  qanına  qəltan  edildi.    Bu  adi  faciə 
deyildi.  Azərbaycanlı  qanına  susamış  ermənilərin  soyqırım 
siyasətinin “uğurlu” nəticələrindən biri idi. 
Təəssüflər  olsun  ki,  Azərbaycana  qarşı  ədalətsiz  qərarlar, 
təcavüzlər,  xəyanətlər  uzun  illər  beynəlxalq  ictimaiyyətə 
çatdırılmamış,  ictimai  müzakirəyə  çıxarılmamış,  öz  hüquqi-
siyasi  qiymətini  almamışdır.  Məhz  Heydər  Əliyevin  xalqın 
təkidli  tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra 
bu  məsələlər  ölkə  Prezidentinin  fəaliyyətində  ön  plana 
cəkildi.  Ümummilli  liderimiz  bütün  xarici  səfərlərində  ən 
mötəbər  kürsülərdən  dünyaya  sübut  etdi  ki,  Ermənistan 
təcavüzkar,  işğalçı  dövlətdir.  Azərbaycana  qarşı  törədilmiş 
bütün vəhşiliklər Heydər Əliyevin tələbi və gərgin fəaliyyəti 
nəticəsində öz hüquqi-siyasi qiymətini aldı.  
Beynəlxalq  təşkilatlarda  erməni  terrorçuluğu,  ermənilərin 
soyqırım siyasəti ifşa edildi. 
 
 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
 
 
9   MAY  -  QƏLƏBƏ    GÜNÜ 
 
Vətən, torpaq yolunda özünü qurban verənlərin  
xatirəsi qəlbimizdə daim yaşayacaq, şücaəti Azərbaycan  
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır. 
                                                                                                       
Heydər  ƏLİYEV 
 
20-ci  əsrin  qanlı,  milyonlarla  insanların  həlak  olmasına 
səbəb  olan  savaşlarından  biri  Böyük  Vətən  müharibəsidir. 
Böyük  Vətən  müharibəsi  1941-ci  ilin  iyun  ayının  22-də 
başlayıb.  Həmin  gün  alman  faşistləri  SSRİ  üzərinə  hücum 
etmişlər.  Müharibə  başlanan  gündən  azərbaycanlılar  da 
cəbhələrə  yollanmış,  bu  savaşda  xalqımızın  qəhrəmanlıq 
ənənələrini  ləyaqətlə  davam  etdirmiş,  döyüşlərdə  igidlik 
göstərmişlər.  Böyük  Vətən  müharibəsinə  yollanan  altı  yüz 
mindən  artıq  həmyerlimizdən  üç  yüz  min  nəfəri  Vətən 
uğrunda həlak olmuşdur.  
Qələbənin  təmin  olunmasında  Bakı  nefti  böyük  rol 
oynamışdır. Müharibə illərində “Hər şey cəbhə üçün, hər şey 
qələbə  üçün!”  şüarı  hər  bir  azərbaycanlının  ən  başlıca 
məqsədi  olub,  arxa  cəbhə  ilə  ön  cəbhənin  vəhdəti  böyük 
qələbəyə zəmin yaratmışdı. 
Ölüm-dirim  savaşında  Həzi  Aslanov,  İsrafil  Məmmədov, 
Mehdi Hüseynzadə, Gəray Əsədov və neçə-neçə Azərbaycan 
oğullarının  misilsiz  qəhrəmanlıqları  dillər  əzbərinə  çevrilib. 
Bu  bir  daha  onu  sübut  edir  ki,  alman  faşizmi  üzərində 
qələbədə azərbaycanlıların payı az olmamışdır. 
 
 
 


  
 
 
 
 
 
 
 
 
 
28  MAY 
RESPUBLİKA   GÜNÜ 
 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 
yaradılması ölkəmizin  tarixində ən mühüm hadisələrdən biri 
olmaqla, xalqımızın azadlıq, müstəqillik  arzusunu və əzmini 
nümayiş  etdirmişdir.  Şərqdə  ilk  demokratik  dövlət  quruluşu 
olan  Xalq  Cümhuriyyəti  obyektiv  və  subyektiv  səbəblər 
üzündən  çox  az  müddət  –  cəmi  23  ay    yaşamasına 
baxmayaraq,  gördüyü  böyük    işlərlə  Azərbaycanın  gələcək 
müstəqilliyi üçün  möhkəm zəmin yaratmışdır. Bu səbəbdən 
hər il  28 may  ölkəmizdə Respublika Günü kimi qeyd edilir. 
 
15  İYUN 
QURTULUŞ     GÜNÜ 
 
Yaxın tarixi keçmişin bütün çətinlik  və məhrumiyyətlərini 
öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-
dən  sonra  ölkəsi  və  özü  üçün  tamamilə  yeni  bir  tarixin 
yazıldığını və yaşandığını görmüşdür və bu onun öz liderinə 
olan  inamını,  sevgisini  qat-qat  artırmışdır.  Bu  da  təsadüfi 
deylidir  ki,  Heydər  Əlirza  oğlu  Əliyevin  siyasi  hakimiyyətə 
qayıdışının  il  dönümü  tarixində  ölkəmizin  bütün  bölgələrin-
dən  Azərbaycan  Respublikasının  Milli  Məclisinə,  Prezident 
Aparatına,  başqa  dövlət  orqanlarına,  kütləvi  informasiya 
vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 
15  iyun  gününün  Azərbaycan  xalqının  Milli  Qurtuluş  Günü 
elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilmişdir. 
Azərbaycan  Respublikası  Milli  Məclisi  bunları  nəzərə 
alaraq,  Heydər  Əliyevin  1993-cü  il  iyunun  15-də  ölkə 
rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil 


  
 
 
 
 
 
 
 
Azərbaycan dövlətinin  qurtuluşunun  başlanğıcı  kimi  qiymət-
ləndirmişdir.  Qərara  alınmışdır  ki,  Azərbaycan  Respublika-
sının  ümummilli  lideri  Heydər  Əliyevin  ölkənin  dərin 
ictimai-siyasi  və  iqtisadi  böhrandan çıxarılmasında, vətəndaş 
müharibəsinin  qarşısının  alınmasında,  Azərbaycan  Respub-
likasının  dövlət  müstəqilliyinin  qorunmasında  və  möhkəm-
ləndirilməsində,  dövlətimizin  beynəlxalq  aləmdə  böyük 
uğurlar  qazanmasında  Azərbaycan  dövlətçiliyinin  nailiyyət-
lərində  müstəsna  xidmətləri  qeyd  edilsin  və  15  iyun 
Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilsin. 
1 AVQUST - AZƏRBAYCAN ƏLIFBASI VƏ 
AZƏRBAYCAN DILI GÜNÜDÜR 
1  avqust  ölkəmizdə  ən  əziz  günlərdən  biri  kimi  qeyd 
olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana 
dilimizlə  bağlıdır.  Dil  millətin  simasını  səciyyələndirən 
amillərdən  biri,  onun  milli  sərvətidir.  Millətin  dilinin  dövlət 
dili  statusuna  yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik 
tarixinin  qızıl  səhifəsidir.  Bu  məqam  millətin  millət  olaraq 
təsdiqidir.  Çünki  dilin  dövlət  dili  statusuna  yüksəlməsi 
millətin  öz  taleyinə  sahibliyinin,  dövlət  qurmaq  və  qorumaq 
qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu 
gün  Azərbaycan  dilinin  dövlət  statuslu  dillər  arasında 
olmasına  görə  bu  dilin  mənəvi  dirilik  atributuna  çevrilməsi 
yolunda  böyük  fədakarlıqlar  göstərmiş  ümummilli  lider 
Heydər  Əliyevə  minnətdar  olmalıyıq.    Ulu  öndər  milli-
mənəvi  dəyərlərimizin  ən  qiymətlisi  və  bir  millət  kimi  milli 
varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və 
inkişafı  istiqamətində  çox  mühüm  addımlar  atıb.  Ölkəmizdə 
Azərbaycan  dilinin  hərtərəfli  inkişafı,  işlək  dilə  çevrilməsi, 
beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə