Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

  
 
 
 
 
 
 
 
hazırlayır.  Tədbirin  keçirilməsində  dekorasiya,  aktyor 
geyimlərindən  məharətlə  istifadə  edilməlidir.  Tədbirdə 
“Novruz”  tamaşaları,  musiqi,  kəndirbaz  oyunları,  rəqslərlə, 
bayram ənənələrini əks etdirən milli kulinariya nümunələri də 
nümayiş  etdirmək olar.  “Novruz” bayramı ilə  bağlı muğam 
ifaçıları və sənətçiləri də dəvət etmək olar.  
Xalqımızın  möhtəşəm  mədəniyyət  abidəsi  olan,  əsrlər 
boyu  milli  mənəvi  dəyərlərimizi  özündə  əks  etdirən, 
professional  musiqimizin  yaranıb  formalaşmasında  əvəzsiz 
rol  oynayan  muğam  sənətini  təbliğ  etmək  hər  bir 
kitabxanaçının öhdəsinə düşən vacib məsələdir. Bunun üçün 
kitabxanaçılar kütləvi tədbirin müxtəlif formalarından istifadə 
edə bilərlər.  
“Muğamın  tarixindən”,  “Azərbaycan  muğamları  dünya 
səhnələrində”,  “XXI  əsrdə  muğam  sənəti”  və  s.  adlarda 
məruzələrin,  söhbətlərin  keçirilməsi  “Qarabağ  xanəndələri”, 
“Unudulmuş  səslər”,  “Azərbaycanın  qədim  xanəndələri”, 
“İnstrumental 
muğamlar”, 
“Muğam 
ustadları” 
CD 
albomlarının  sərgi  və  təqdimatını  təşkil  etmək  məsləhətdir. 
Muğam  sənəti  haqqında  yazılmış  kitablar,  dövri  mətbuatda 
çap  edilmiş  məqalələr  xüsusən  də  2007-ci  ildən  nəşrə 
başlamış  “Muğam”  (üç  dildə:  azərbaycan,  rus,  ingilis) 
jurnallarının materiallarından istifadə etməklə “Azərbaycanın 
muğamı”  adlı  kartoteka  yaratmaq,  kartoteka  varsa  “Muğam 
ənənələri”,  “Muğam  adlarının  etimologiyası”,  “Muğam 
dəstgahları”,  “Muğam  dünyası”  və  s.  adlarda  yeni  rublikalar 
yaratmaq  olar.  İnternetdə  muğamla  bağlı  audio  və  video 
materialları  özündə  əks  etdirən  müxtəlif  saytlardan  istifadə 
etmək,  imkan  daxilində  xanəndələr  və  muğam  biliciləri  ilə 
birlikdə  muğam  məclisləri  və  dərnəklər  də  təşkil  etmək 
məqsədəuyğun olardı.  
 
 


  
 
 
 
 
 
 
 
ULU ÖNDƏR VƏTƏNPƏRVƏRLİK VƏ 
VƏTƏNDAŞLIQ HAQQINDA 
 
Azərbaycan  müstəqil  dövlətdir.  Nə  olur-olsun,  bu 
müstəqilliyini  heç  vaxt  əldən  verməyəcəkdir.  Qırılsaq  da, 
ölsək  də  müstəqilliyimizi  əldə  saxlayacağıq.  Əgər  bizi  də 
qərsalar, balalarımız müstəqilliyimizi davam edəcəklər.  
* * * 
Vətənin,  torpağın  keşiyində  daha  cəsarətlə,  daha  mətin-
liklə  durun,  Vətəni  qoruyun.  Xalq,  Vətən  sizin  şücaətinizi 
layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır. 
* * * 
Azərbaycanlılar!  Harda  olursan  ol,  hansı  ölkədə 
yaşayırsan  yaşa,  ancaq  Azərbaycan  haqqında,  Azərbaycanın 
müstəqilliyi,  ərazi  bütövlüyü haqqında, Azərbaycan xalqının 
bu günü və gələcəyi haqqında düşünməlisən. 
* * * 
Vətəni  müdafiə  etməyə  çalışan  hər  bir  vətəndaş,  hər  bir 
gənc bizim üçün əziz və dəyərlidir. 
* * * 
    Hamımızın  ümumi  vəzifəmiz  xalqımızda  vətənpər-
vərlik,  Vətənə,  torpağa,  millətə  sədaqət,  Vətən  yolunda 
şəhidliyə  hazır  olmaq  hisslərini  formalaşdırmaq,  inkişaf 
etdirmək və təbliğ etməkdir. 
* * * 
   Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda 
xidmət eyməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir 
valideyn öz oğlunun, övladının orduda xidmət etməsini şərəf 
bilməlidir. 
* * * 
   Bu gün hamı, ən əvvəl, əli silah tuta bilən kişilər Vətənin 
müdafiəsinə qalxmalıdırlar. 
 


  
 
 
 
 
 
 
 
* * * 
  Güclü,  qüdrətli  ordu  Azərbaycanın  dövlət  müstəqilliyini 
əldə etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-
amanlıq şəraitində yaşamasının təminatıdır. 
* * * 
   Mən  qələbəmizə  inanıram.  Qələbəni  biz  birlikdə  təmin 
etməliyik.  Bu  nurlu  günün  yaxınlaşmasında  ordumuza  hər 
kəs əlindən gələn köməyi göstərməlidir. 
Azərbaycanın 
tutduğu 
yol 
müstəqil 
Azərbaycan 
Respublikası, demokratik  hüquqi cəmiyyət qurmaq yoludur! 
* * * 
Azərbaycanın  dövlət  müstəqillyi  dönməzdir  və  biz 
müstəqilliyimizə,  milli  azadlığımıza  qəsd  olunmasına  heç 
vaxt yol verməyəcəyik! 
* * * 
Təhsil  ocaqlarında  gənclərimizi  xalqımızın  mənəvi 
dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam 
və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. 
* * * 
Biz  çalışmalıyıq  ki,  gənclərimiz  Azərbaycan  xalqına  xas 
olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər. 
* * * 
Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənis-
tan tərəfi də bilməlidir ki, biz heç bir vaxt torpaqlarımızın bir 
metrini də, bir qarışını da heç kəsə verməyəcəyik! 
* * * 
 Vətən,  torpaq  yolunda  özünü  qurban  verənlərin  xatirəsi 
qəlbimizdə  daim  yaşayacaq,  onların  şücaəti  Azərbaycan 
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır! 
* * * 
 Hər  bir  gənc  ailəsindən,  ata-anasının  tutduğu  vəzifədən, 
yaxud  da  maddi  vəziyyətindən  asılı  olmayaraq  Azərbaycan 
Milli  Ordusunda  xidmət  etməlidir.  Milli  Ordumuzda  xidmət 


  
 
 
 
 
 
 
 
etmək  hər  bir  Azərbaycan  vətəndaşının  şərəfli  borcu 
olmalıdır. 
* * * 
 Azərbaycanın  dövlət  müstəqilliyi  bizim  üçün  ən  əziz,  ən 
qiymətli  nailiyyətdir  və  bu  nailiyyəti  –  dövlət  müstəqil-
liyimizi biz daim qoruyub saxlayacağıq. 
* * * 
 Dinindən,  dilindən,  irqindən  asılı  olmayaraq  Azərbay-
canın  bütün  vətəndaşları  eyni  hüquqlara  malikdirlər  və  bu 
hüquqlar qorunmalıdır. 
* * * 
 Torpaqlarımızın  müdafiəsi  uğrunda  şəhid  olanların  xid-
məti  heç  vaxt  unudulmayacaq,  onlar  qəlbimizdə  daim  yaşa-
yacaqdır.  Onların  qəhrəmanlığı,  şəhidliyi  Azərbaycan 
Ordusunun əsgərləri üçün böyük örnək olacaqdır. 
                         
 
 
ƏLAMƏTDAR HADISƏLƏR VƏ TARIXI 
GÜNLƏR 
 
20   YANVAR   FACİƏSİ 
 
    1990-ciı  il  yanvarın  19-dan  20-ə    keçən  gecə  Azərbaycan 
xalqının  başına  görünməmiş  müsibət  gətirildi.  Vətənin 
azadlığı  uğrunda  mübarizəyə  qalxan,  torpağına,  sərhədlərinə 
edilən  təcavüzə  etirazını  bildirən  silahsız,  günahsız  insanlar 
təpədən-dırnağadək  müasir  silahlarla  silahlanmış  sovet 
qoşunlarının  amansız  vəhşiliyinin  qurbanı  oldular.  Bakının 
küçələri  qana  boyandı,  xalqımız  öz  azadlığı  və  suverenliyi 
uğrunda mübarizədə ilk şəhidlərini verdi. 
    20  Yanvar  faciəsi  müstəqillik  uğrunda  mübarizə  tarixi-
mizdə  dönüş  məqamı  kimi  qiymətləndirilir.  Bu  faciə  yalnız 
tarixin  bir  anı  kimi  deyil,  baş  verdiyi  mürəkkəb  dövrün 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə