Bir hədisdə buyurulur: “Elə bir bəndə olmaz ki, Allah
yolunda bir gün oruc tutsun, lakin Allah o günün müqabilində
həmin bəndəsinin üzünü yetmiş oddan uzaq etməsin”.
İslamın beş şərtindən biri olan, insanı günahlarından
təmizləyən, mələkləşdirən və Allaha yaxınlaşdıran oruc həm
də orqanizm üçün çox faydalıdır. Tibb elmi sübut edir ki, bir
ay müddətində oruc tutarkən böyrəküstü vəzlər məşq
etdiklərindən bu vəzlərin fəaliyyəti artır. Beləliklə, ilin
gələcək aylarında əgər orqanizm aclığa, soyuğa məruz
qalarsa, xəstəliklərə tutularsa, bu vaxt orqanizm bunlara qarşı
mübarizə aparıb insanı təhlükədən qurtarar.
Oruc tutanın orqanizmində karbohidratların, zülalların,
yağların oksidləşməsi, yanması sürətlənir. Sübut olunmuşdur
ki, orqanizmdə əmələ gələn zəhərli maddələri neytrallaşdıran
qara ciyər və maddələr mübadiləsi prosesində lazımsız
maddələri süzüb orqanizmdən çıxaran böyrəklər orucluq ayı
ərzində az işlədiklərinə görə bir qədər istirahət edir. Bu
səbəbdən də sonra bu üzvlərin fəaliyyəti yaxşılaşır. Hazırda
bir çox ölkələrdə bəzi ağır xəstəlikləri həkimlər aclıqla
müalicə edirlər.
Oruc tutmaq inamı artırır. Oruc öz növbəsində xüsusi bir
ibadət olduğundan insanın nəfsini pis əməllərdən qoruyur.
Orucun bədənə verdiyi fayda böyükdür. Belə ki, oruc
tutanlarda gündüzlər qanın həcmi bir qədər azaldığından
yüksəlmiş qan təzyiqi nisbətən azalır, ürək rahatlığı yaranır,
əsəb sistemi sakitləşir, psixoloji rahatlıq və ruh yüksəkliyi
əmələ gəlir. Bu səbəbdən oruc tutan insanlarda mərhəmət
çoxalır, onların əxlaqı nizamlanır.
Orucluq qurtaranda, Ramazan ayının sonunda zəkat
verilir. Zəkat təmizlik, böyümə və artma mənasını verir.
Zəkat fəqir ilə zəngin arasında kini yox edir. Zəkat Allah-
təalanın əmrinə itaət, insanlara yaxşılıq etməkdir.
Qurani-Kərimin “əl-Bəqərə” surəsinin183-cü ayəsində
buyurulur: “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki
ümmətlərə fərz qılındığı kimi, sizə də buyuruldu. Bəlkə buna
görə siz pis əməllərdən çəkinəsiniz”.
QURBAN BAYRAMI
Qurban bayramı müsəlman dünyasının ən əziz və
müqəddəs bayramlarından sayılır. Adətən orucluqdan 70 gün
keçdikdən sonra keçirilən bu böyük bayram hər il Məkkəyə
ziyarət mərasiminin başa çatdığı vaxta düşür. Qurban
bayramının tarixini və necə yaranmasını bilmək sözsüz ki,
hər bir müsəlman üçün maraqlıdır. Dini rəvayətə görə
İbrahim peyğəmbər Tanrı yolunda oğlunu qurban kəsmək
istədikdə Allahın ona rəhmi gəlmiş, əvəzində cənnətdən ona
qoyun göndərmişdir. Ona görə də Qurban bayramı xalq
arasında “İsmayıl qurbanı” da adlandırılır.
Qurban bayramında müsəlmanlar yaxınlarına, qohum-
larına, dostlarına qonaq gedir, hədiyyələr aparır, bir-birini
təbrik edirlər. Qurban kəsənlər ilk növbədə əti imkansız
insanlara paylayır. Allah yolunda kəsilmiş qurban halallıq və
səxavətlə paylanmalıdır. Bu bayramda insanların qəlbində
mərhəmət və yardım etmək hissi daha güclü olur. Bayram
tədbirlərində və mərasimlərində kin, düşmənçilik hissləri
unudulur.
Bütün dünya müsəlmanları kimi Azərbaycan xalqı da
Qurban bayramını böyük təntənə ilə qeyd edir. Sovet
hakimiyyəti illərində bu müqəddəs bayramın keçirilməsi
qadağan olunsa da azərbaycanlılar Qurban bayramını məhdud
və gizli şəkildə qeyd edirdilər. Ölkəmiz müstəqillik qazan-
dıqdan sonra isə bütün məhdudiyyətlərə son qoyuldu, Qurban
bayramı xalqın ən əziz və müqəddəs bayramlarından birinə
çevrildi. Bayram günlərində insanlar bir-birlərini təbrik
etməklə yanaşı, torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin
dönməzliyi uğrunda şəhid olanların xatirəsini əziz tutaraq
dərin ehtiramla yad edirlər.
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbay-
can Respublikasının Dövlət gerbi və Azərbaycan
Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı
bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq
mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və
qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ
rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və
mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
DÖVLƏT BAYRAĞI
Azərbaycanda üçrəngli dövlət
bayrağı ilk dəfə 1918-ci il noyabr
ayının 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı
ilə qəbul edilmişdir. 1920-ci il
aprelin 28-də Xalq Cümhuriyyəti
süqut etdikdən və Sovet hakimiy-
yəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş
və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul
edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali
Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli
üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan
xalqının türk mənşəli olmasını, qırmızı rəng-müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-
islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı
zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə
səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin
uzunluğuna nisbəti 1:2-dir.
DÖVLƏT GERBİ
Azərbaycanın dövlət gerbi haqqın-
da Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1920-ci il yanvarın 30-da
müsabiqə elan etmiş və müsabiqədən
keçəcək gerb nümunəsinin həmin ilin
mayın 28-də qəbul ediləcəyi haqqında
qərar çıxarmışdır. Lakin 1920-ci il
aprel ayının 28-də Azərbaycan Xalq
Cümhuriyyətinin süqut etməsi nəticə-
sində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respub-
likasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə
edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın
Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan
olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respub-
likası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci
illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi
təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə
hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı
təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il
yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-
1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini
müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət
gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan
dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaq-
larından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq
qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbay-
can Respublikasının Dövlət bayrağının rəngləri fonunda
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və
xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas
salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi
tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali
Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nüma-
yəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriy-
yətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin
hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq
Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-
ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbay-
canın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respub-
likasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna
əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və
şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan
marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Nə qədər ki, torpaqlarımız erməni tapdağı altındadır
aşağıdakı tarixləri heç bir azərbaycanlı unutmamalıdır!
İŞĞAL OLUNMUŞ RAYONLAR
Ağdam
İşğal olunmuşdur - 1993-cü il 23 iyul
• Ərazisi - 1154 km
2
• Əhalinin sayı - 158000
• Şəhid olmuşdur - 538.
• Əlil olmuşdur - 587
• Milli qəhrəmanlar - 17
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan
olunmuşdur:
• Sənaye və tikinti obyekti - 48
• Mədəni-məişət obyekti - 598
• Qəsəbə və kənd – 122
• Tarixi abidə - 27
Cəbrayıl
İşğal olunmuşdur - 1993-cü il 23
avqust
• Ərazisi - 1050 km
2
• Əhalinin sayı - 52049
• Şəhid olmuşdur - 347
• Əlil olmuşdur - 172
• Milli qəhrəmanlar - 4
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan
olunmuşdur:
• Mədəni-məişət obyekti - 197
• Qəsəbə və kənd - 90
• Tarixi abidə - 27
Füzuli
İşğal olunmuşdur - 1993-cü il 23
avqust
•Ərazisi - 1112 km
2
•Əhalinin sayı - 95940
•Şəhid olmuşdur - 528
•Əlil olmuşdur - 1309
•Milli qəhrəmanlar - 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan
olunmuşdur:
• Mədəni-məişət obyekti - 145
• Qəsəbə və kənd - 54
• Tarixi abidə - 15
Kəlbəcər
İşğal olunmuşdur - 1993-cü il 2 aprel
•Ərazisi - 1936 km
2
•Əhalisinin sayı - 55000
•Şəhid olmuşdur - 217
•Əlil olmuşdur - 49
•Milli qəhrəmanlar - 2
Erməni işğalçıları tərəfindən
dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti - 29
• Mədəni - məişət obyekti - 134
• Qəsəbə və kənd - 132
• Tarixi abidə - 87
Qubadlı
İşğal olunmuşdur - 1993-cü il 31
avqust
•Ərazisi - 826 km
2
•Əhalinin sayı - 33800
•Şəhid olmuşdur - 232
•Əlil olmuşdur - 146
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan
olunmuşdur:
• Mədəni-məişət obyekti - 205
• Qəsəbə və kənd 94
• Tarixi abidə - 12
Laçın
İşğal olunmuşdur - 1992-ci il 18 may
•Ərazisi - 1875 km
2
•Əhalinin sayı - 60000
•Şəhid olmuşdur - 259
•Əlil olmuşdur - 225
•Milli qəhrəmanlar - 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan
olmuşdur:
• Mədəni-məişət obyekti - 575
• Qəsəbə və kənd - 26
• Şəhər, qəsəbə və kənd - 10
• Tarixi abidə - 12
Şuşa
İşğal olunmuşdur - 1992-ci il 8 may
•Ərazisi - 289 km
2
•Əhalinin sayı - 24900
•Şəhid olmuşdur - 193
•Əlil olmuşdur - 102
•Milli qəhrəmanlar - 5
Erməni işğalçıları tərəfindən
dağıdılmış, yandırılmış və talan olmuşdur:
• Sənaye və tikinti obyekti - 27
• Mədəni-məişət obyekti - 103
• Şəhər, qəsəbə və kənd – 31
• Tarixi abidə və muzeylər - 249
• Tarixi abidə - 17
Xocalı
•İşğal olunmuşdur - 1992-ci il 26 fevral
•Ərazisi 970 km
2
•Əhalinin sayı 11567
•Şəhid olmuşdur 613. Əlil olmuşdur
657
•Milli qəhrəmanlar 10
Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan
olunmuşdur:
• Sənaye və tikinti obyekti 29
• Mədəni-məişət obyekti 80
Zəngilan
•İşğal olunmuşdur - 1993-cü il 29
oktyabr
•Ərazisi - 707 km
2
•Əhalinin sayı - 35500
•Şəhid olmuşdur - 191
•Əlil olmuşdur - 110
•Milli qəhrəmanlar - 2
Erməni işğalçıları tərəfindən
dağıdılmış,yandırılmış və talan
olunmuşdur:
• Mədəni-məişət obyekti 138
• Qəsəbə və kənd 81
• Tarixi abidə 13
MÜNDƏRİCAT
Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik
vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı,
yayılması, elektron və ya mexaniki üsulla surətinin
çıxarılması qadağandır.
Müəllif hüquqları qorunur!
RespublikaElmiPedaqojiKitabxanası
Azərbaycan, AZ 1110
Tel/Fax: (+994 12) 465 20 16
Bakı, KoroğluRəhimovküç.,108.
REPK_1983@mail.ru
www.repk.az
- ÍßØÐÈÉÉÀÒÛ
ÿðýèç
Baş direktor: Hidayət Musabəyli
Korrektor: Yasəmən İsmayılova
Dizayn: Ülviyyə Quliyeva
Texniki redaktor: Sitarə Musayeva
Çapa imzalanmışdır: 05.07.2016
Kağız formatı: 60x84 1/16
Həcmi: 34 çap vərəqi
Tiraj: 500 nüsxə; Sifariş: 1035
Azərbaycan Respublikası Mətbuat və İnformasiya
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.
Şəhadətnamə № 45.
Ünvan:8-ci km qəsəbəsi, R.Rüstəmov küç.36
Nəşriyyatla əlaqə telefonları:
012-323-69-53
050-738-37-22
nesriyyat.nergiz@mail.ru
Dostları ilə paylaş: |