Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   10   ...   29

  
 
 
 
 
 
 
 
tədbirin  keçirilmə  yeri  və  vaxtı  göstərilmiş  dəvətnamələr 
əlaqədar təşkilatlara göndərilməlidir. 
Oxucu konfransları:  Təbliğatın şifahi formalarından biri 
də  oxucu  konfranslarıdır.  Konfrans  (latınca  conferentia-
müzakirə)  xüsusi  məsələlərin  müzakirəsi  üçün  toplanmış 
oxucu yığıncağıdır. Konfranslar məktəblərdə ən təsirli kütləvi 
kitab  təbliği  metodlarıdır.  Oxucu  konfransları  3  mərhələdə 
keçirilir: 

 
mövzunun seçilməsi;  

 
hazırlıq;  

 
konfransın keçirilməsi.  
Oxucu konfranslarının səmərəliliyi onun hazırlığından çox 
asılıdır.  Hazırlıq  isə  seçilmiş  mövzudan  asılıdr.  Bir    qayda 
olaraq 1-2 ay davam edən hazırlıqda kitabxanaçı, müəllim və 
şagirdlər fəal iştirak edirlər. Seçilən mövzu oxucuların zövq, 
maraq  və  arzularına  uyğun  olmalıdır.  Bunun  üçün  isə  həm 
şagird, həm də pedaqoji kollektiv arasında sorğu və müsahibə 
aparmaq  lazımdır.  Oxucu  konfranslarını  şagirdlərin  yaş 
dərəcələrinə uyğun (I-IV siniflər, V-IX siniflər, X-XI siniflər 
)  olaraq  keçirilməsi  daha  doğru  sayılır.  Konfransın    adı 
mövzunun  məzmununu  əks  etdirməlidir.  Mövzu  ilə  yanaşı 
mütaliə  olunacaq  ədəbiyyatın  sayı  və  həcmi  də 
unudulmamalıdır.  Mövzuya  aid  seçilmiş  ədəbiyyat  5-6-dan 
artıq  olmamalıdır.  Əks  halda  oxucu  bezir  və  mütaliəni 
dayandırır.  Oxucu  konfransı  o  zaman  səmərli  olur  ki,  bütün 
iştirakçılar  müzakirə  olunacaq  ədəbiyyatı  oxumuş  və 
müzakirə  olunacaq  məsələlərlə  tanış  olurlar.  Konfrans  üçün 
hazırlanan məruzələr sadə, səlis və qısa məzmunlu olmalıdır. 
Mövzu  müəyyənləşdirikdən  sonra  konfrans  üçün  ayrıca  iş 
planı  tutulur.  İş  planı  əsasən  aşağıdakı  məzmunu  əhatə 
etməlidir:  


  
 
 
 
 
 
 
 

 
Konfransın  adını  müəyyənləşdirmək  üçün  pedaqoji 
kollektiv və oxucular arasında sorğu keçirmək.  

 
Konfransın  keçirilməsi  üçün  əyani  və  texniki  vəsaitin, 
otağın hazırlanması.  

 
Konfransla  əlaqədar  sərgi  təşkil  etmək,  qəzet  və 
büllüten buraxmaq.  

 
Məruzəçilər  və  çıxış  edənləri  müəyyən  etmək  və 
onlarla məşğələ keçirmək.  

 
Konfransa  dəvət  ediləcək  şəxslərə  dəvətnamələr 
göndərmək və iştirakını təmin etmək. 6.Konfrans keçiriləcək 
günü elan etmək. 
Konfransın  obrazlılığı  məruzə  və  çıxışların  diqqətli 
dinlənilməsidir.  Ona  görə  də  konfransda  müzakirə  ediləcək 
məsələlərin  elmi  və  ya  bədii  ədəbiyyatı  ilə  dinləyicilər 
məlumatlandırılmalıdır.  Konfransın  obrazlılığını  təmin  edən 
məsələlərdən biri də əyani təbliğat və təşviqat işləridir. Zalın 
bəzədilməsi,  ədəbi  və  bədii  qəhrəmanların  böyüdülmüş 
portretlərinin,  mütaliəsi  vacib  olan  kitabların  böyüdülmüş 
şəkillərinin hazırlanması, asılması və s. mühüm hesab hesab 
olunur. 
Oxucu  konfransının  keçirilməsində  konfrans 
rəhbərinin  rolu  böyükdür.  Konfransın  rəhbəri  mövzunun 
ixtisasçılarından olmalıdır. Konfrans bədii əsərə aiddirsə fənn 
müəlliminin iştirakı vacibdir. Konfrans 3 mərhələdə keçirilir:  

 
Rəsmi  hissə.  Bu  hissə  girişdən,  məruzələrdən  və 
çıxışlardan ibarət olur.  

 
Bədii hissə. Buraya deklamasiyalar, qiraətlər, mahnı və 
çalğıçılar,  müzakirə  olunan  əsərin  müəyyən  səhnələşmiş 
hissəsinin verilişi və s. daxildir.  

 
Yekun.    Sonda  mükafatlar  verilir  və  direktorun 
təşəkkürü oxunur. Konfransın gedişinə dair protokol yazmaq, 
orada  şagird  mütaliəsi  ilə  əlaqədar  qərarlar  qəbul  etmək, 


  
 
 
 
 
 
 
 
həmçinin  fəal  oxucuların  adlarını  protokolda  qeyd  etmək 
vacibdir.  
Konfranslar məzmun və məqsədinə görə 3 növ olur: 

 
məsləhət konfransları;  

 
tematik konfranslar;  

 
hesabat konfransları.  
Məsləhət  konfransları  şagirdlərin  mütaliəsinə  rəhbərlik 
etmək  və  istiqamət  vermək  məqsədi  daşıyan,  dərs  ilinin 
müəyyən  dövrlərində  şagirdlər  üçün  mütaliəsi  zəruri  olan 
əsərlərin  təbliğini  və  mütaliə  qaydalarını  aşılayan  oxucu 
yığıncağıdır.  Məsləhət  konfransının  məqsədi  şagirdləri 
nəzərdə tutulan elmi-siyasi, bədii və s. kitabların mütaliəsinə 
alışdırmaqdır.  Bunun  üçün  konfransda  şagirdlərə  məqsədə-
uyğun  kitabların  mütaliə  edilməsi,  mütaliə  mədəniyyəti  və 
qaydaları  haqqında  məsləhətlər  verilir.  Həmin  konfransda 
mütaliə ediləcək kitablar, həmçinin mütaliə üsulları haqqında 
məlumat  verilir.  Kitab  tövsiyəsi  məqsədilə  keçirilən  bu  cür 
konfranslar  dərs  ilinin  əvvəlində,  ortasında  və  axırında 
müxtəlif mövzularla bağlı keçirilə bilər. Dərs ilinin əvvəlində 
keçiriləcək konfransa hazırlıq mərhələsində oxucular arasında 
anket  sorğusu  keçirilir.  Anket  sorğusunun  məzmunu 
aşağıdakı kimi ola bilər:  

 
Yay  tətili  zamanı  hansı  tövsiyə  olunmuş  ədəbiyyatı 
oxudunuz?  

 
Tətildə başqa hansı kitabları oxumusunuz?  

 
Oxuduğunuz  kitablardan  hansını  daha  çox  bəyənirsiniz 
və nə üçün?  

 
Kitabı oxuyarkən qeydlər aparırsınızmı?  
Aparılan  sorğu  nəticəsində  şagirdlərin  oxu  mədəniyyəti, 
mütaliə  vərdişləri,  kitabla  davranış  qaydaları,  oxucu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə