hazırlayır. Tədbirin keçirilməsində dekorasiya, aktyor
geyimlərindən məharətlə istifadə edilməlidir. Tədbirdə
“Novruz” tamaşaları, musiqi, kəndirbaz oyunları, rəqslərlə,
bayram ənənələrini əks etdirən milli kulinariya nümunələri də
nümayiş etdirmək olar. “Novruz” bayramı ilə bağlı muğam
ifaçıları və sənətçiləri də dəvət etmək olar.
Xalqımızın möhtəşəm mədəniyyət abidəsi olan, əsrlər
boyu milli mənəvi dəyərlərimizi özündə əks etdirən,
professional musiqimizin yaranıb formalaşmasında əvəzsiz
rol oynayan muğam sənətini təbliğ etmək hər bir
kitabxanaçının öhdəsinə düşən vacib məsələdir. Bunun üçün
kitabxanaçılar kütləvi tədbirin müxtəlif formalarından istifadə
edə bilərlər.
“Muğamın tarixindən”, “Azərbaycan muğamları dünya
səhnələrində”, “XXI əsrdə muğam sənəti” və s. adlarda
məruzələrin, söhbətlərin keçirilməsi “Qarabağ xanəndələri”,
“Unudulmuş səslər”, “Azərbaycanın qədim xanəndələri”,
“İnstrumental
muğamlar”,
“Muğam
ustadları”
CD
albomlarının sərgi və təqdimatını təşkil etmək məsləhətdir.
Muğam sənəti haqqında yazılmış kitablar, dövri mətbuatda
çap edilmiş məqalələr xüsusən də 2007-ci ildən nəşrə
başlamış “Muğam” (üç dildə: azərbaycan, rus, ingilis)
jurnallarının materiallarından istifadə etməklə “Azərbaycanın
muğamı” adlı kartoteka yaratmaq, kartoteka varsa “Muğam
ənənələri”, “Muğam adlarının etimologiyası”, “Muğam
dəstgahları”, “Muğam dünyası” və s. adlarda yeni rublikalar
yaratmaq olar. İnternetdə muğamla bağlı audio və video
materialları özündə əks etdirən müxtəlif saytlardan istifadə
etmək, imkan daxilində xanəndələr və muğam biliciləri ilə
birlikdə muğam məclisləri və dərnəklər də təşkil etmək
məqsədəuyğun olardı.
ULU ÖNDƏR VƏTƏNPƏRVƏRLİK VƏ
VƏTƏNDAŞLIQ HAQQINDA
Azərbaycan müstəqil dövlətdir. Nə olur-olsun, bu
müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. Qırılsaq da,
ölsək də müstəqilliyimizi əldə saxlayacağıq. Əgər bizi də
qərsalar, balalarımız müstəqilliyimizi davam edəcəklər.
* * *
Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətin-
liklə durun, Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətinizi
layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır.
* * *
Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə
yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının
bu günü və gələcəyi haqqında düşünməlisən.
* * *
Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir
gənc bizim üçün əziz və dəyərlidir.
* * *
Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpər-
vərlik, Vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda
şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf
etdirmək və təbliğ etməkdir.
* * *
Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda
xidmət eyməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir
valideyn öz oğlunun, övladının orduda xidmət etməsini şərəf
bilməlidir.
* * *
Bu gün hamı, ən əvvəl, əli silah tuta bilən kişilər Vətənin
müdafiəsinə qalxmalıdırlar.
* * *
Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini
əldə etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-
amanlıq şəraitində yaşamasının təminatıdır.
* * *
Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin
etməliyik. Bu nurlu günün yaxınlaşmasında ordumuza hər
kəs əlindən gələn köməyi göstərməlidir.
Azərbaycanın
tutduğu
yol
müstəqil
Azərbaycan
Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur!
* * *
Azərbaycanın dövlət müstəqillyi dönməzdir və biz
müstəqilliyimizə, milli azadlığımıza qəsd olunmasına heç
vaxt yol verməyəcəyik!
* * *
Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi
dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam
və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır.
* * *
Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas
olan mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər.
* * *
Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənis-
tan tərəfi də bilməlidir ki, biz heç bir vaxt torpaqlarımızın bir
metrini də, bir qarışını da heç kəsə verməyəcəyik!
* * *
Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi
qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan
xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
* * *
Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən,
yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan
Milli Ordusunda xidmət etməlidir. Milli Ordumuzda xidmət
etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu
olmalıdır.
* * *
Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən
qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqil-
liyimizi biz daim qoruyub saxlayacağıq.
* * *
Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbay-
canın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu
hüquqlar qorunmalıdır.
* * *
Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xid-
məti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşa-
yacaqdır. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan
Ordusunun əsgərləri üçün böyük örnək olacaqdır.
ƏLAMƏTDAR HADISƏLƏR VƏ TARIXI
GÜNLƏR
20 YANVAR FACİƏSİ
1990-ciı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan
xalqının başına görünməmiş müsibət gətirildi. Vətənin
azadlığı uğrunda mübarizəyə qalxan, torpağına, sərhədlərinə
edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlar
təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet
qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Bakının
küçələri qana boyandı, xalqımız öz azadlığı və suverenliyi
uğrunda mübarizədə ilk şəhidlərini verdi.
20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tarixi-
mizdə dönüş məqamı kimi qiymətləndirilir. Bu faciə yalnız
tarixin bir anı kimi deyil, baş verdiyi mürəkkəb dövrün
Dostları ilə paylaş: |