Hyustondakı
Rays Universitetinin profes -
soru, nanofotonika laboratoriyasının direktoru
Naomi Xalas və Piter Nordlender unikal optik
xassəli nanohissəciklər – nanogiliz yaratmışlar.
Onların diametri qırmızı qan cisimlərinin
(eritrositlərin) diametrindən 20 dəfə kiçikdir və
onlar qan-damar sistemində sərbəst hərəkət
edirlər. Gilizlərin səthinə fərqli yolla xüsusi
zülallar – anticisimlər birləşdirilir ki, onlar da
xərçəng hüceyrələrini dağıdır. Onları daxil
etdikdən bir neçə saat sonra orqanizm
infraqırmızı şüalarla şüalandırılır ki, bu da
nanogilizləri istilik enerjisinə çevirir. Məhz bu
enerji xərçəng hüceyrələrini dağıdır və bu
zaman sağlam qonşu hüceyrələr praktiki olaraq
zədələnmir.
Belə unikal nanotexnologiya artıq xərçəng
şişləri olan təcrübə siçanlarında testləşdiril -
mişdir. Şüalanmadan keçən 10 gün müddətində
bütün xəstə heyvanlar xəstəlikdən tam azad
olmuşlar. Həmçinin qeyd edilir ki, sonrakı
analizlər onlarda heç bir yeni bədxassəli şişlə -
rin ocağını (mənbəyini) aşkar etməmişdir.
Boston Universitetinin əməkdaşı Mark
Qrinstaff göz yaralarının müalicəsi üçün nano -
öl
çülü şaxəli polimerlərin – dendrimer
lə
rin
yaradılması sahəsində olduqca uğurlu nəti cə lər
əldə etdiyi haqqında məlumat vermişdir.
Kütləvi informasiya vasitələri, xüsusən də
elektron informasiya vasitələri qeyd edirlər ki,
ABŞ-da nanotexnologiyanın köməyi ilə
siçanlarda və dovşanlarda infarktı müalicə
etmək mümkün olmuşdur. Belə tədqiqatlar
doktor Semyuel Stappın rəhbərliyi altında və
Evanstondakı Şimali-Qərb universitetində olan
həmkarlar ilə birgə aparılmışdır.
Tibbi nanotexnologiyanın dərman preparat -
la rının daxil edilməsi ilə xəstəliyə kimyəvi
təsirdən ibarət olan adi terapiyadan üstünlüyü
ondadır ki, o, orqanizmdə sağalma prosesinin baş
verdiyi lazımi mühiti yaradır.
Rusiya Elmlər Akademiyasının Molekulyar
Biologiya İnstitutunda nanotexnologiya baza -
sında bioçip yaradılmışdır ki, o da bir neçə saat
ərzində bir sıra ictimai təhlükəli olan, o
cümlədən vərəmin diaqnostikasına imkan verir.
Nanotexnologiya və sənaye
Artıq bu sahədə müəyyən uğurlar əldə
olunmuşdur. Nano News Net-in verdiyi
məlumata görə, Sankt-Peterburq, Moskva və
Novoçerkasskın alimləri nanobeton yarat
-
mışlar. Nanoinisiator adlanan xüsusi əlavələr
onun mexaniki xassələrini hiss olunacaq
dərəcədə yaxşılaşdırır. Nanobetonun möhkəm -
lik həddi adi betondan 1,5 dəfə, şaxtaya
davamlılığı 50% yüksək olub, çat əmələ gəlmə
ehtimalı 3 dəfə aşağıdır. Bununla yanaşı,
nanomateriallar istifadə etməklə hazırlanmış
beton konstruksiyaların çəkisi 6 dəfə azalır. Bu
təklifi verənlər təsdiq edirlər ki, belə betonun
istifadəsi konstruksiyanın son qiymətini 2-3
dəfə azaldır. Həmçinin belə betonun bir sıra
bərpaedici xassələri də qeyd edilir.
Hazırda tikintidə nanotexnologiyanın isti -
fadə istiqamətlərindən biri də “lotos effekt”in
istifadəsidir. Bunun istifadəsi ilə yeni dekorativ
və müdafiə örtükləri və biosid materiallar yara -
dılır.
Belə ki, 1999-cu ildə alman şirkəti Nano gate
technologies GmbH (Saarbryukken şəhəri)
Vunder Glass keramika üçün özü təmizlənən
örtüyün işlənib hazırlanması üzrə tenderin qalibi
olmuşdur.
Alman firması Alleqator nanotexnologiya
istifadə etməklə unikal xarakteristikalı fasad
slikat boyası olan Kieselit Fusion boyasını
yaratmışdır. Bu boya ilk dəfə 2005-ci ildə aprel
ayında Kölndə sərgidə nümayiş etdirilmişdir.
Nanostrukturlu materiallar örtüyün təkcə
mineral tip altlığa yox, həm də üzvi əsas altlıq
üzərinə də adgeziyasını təmin edir. Hissəcik -
lərin olduqca kiçik olmaları hesabına örtüyün
yüksək möhkəmliyi və xarici təsirə davamlılığı
təmin olunur (həmçinin yaş silinməyə davamlı
olur). Piqment doldurucuların nanostruktur
səthi ilə birgə kombinasiyası boyağın fotokata -
litik təsirində həlledici rol oynayır – işığın təsiri
ilə boyanmış səthdə çirk parçalanır. Nanostruk -
tur ların və işığa davamlı piqmentlərin birgə
istifadəsi həm işığın yüksək doymuşluğunu təmin
edir, həm də bütövlükdə örtüyün ultrabənöv -
şəyi şüaların təsirinə davamlılığını təmin edir
50
ELM DÜNYASI / Elmikütlәvi jurnal / 3 (03) 2013
ki, bu da binanın fasadının uzun müddət
əvvəlki görünüşünü saxlamasına imkan verir.
Bu boyağın nəmi udma əmsalı 0,09 kq/m2 saat
yağışdan müdafiəni təmin edir. Nəm iqlim
şəraitli bölgələr üçün bu boyalar çox böyük
əhəmiyyətə malikdir. Bu boyağın buxarke
-
çirmə əmsalı 0,001 m-ə bərabərdir və divarın
maksimum dərəcədə “nəfəsalmasını” və təbii
nəmlik rejimini təmin edir.
Biokimyəvi üsul əsasında gümüşün məhlul -
larda adsorbsiya olunmuş vəziyyətdə davamlı
olan nanohissəciklərinin alınma texno lo giyası
işlənib hazırlanıb. Gümüş nanohis səcik ləri geniş
spektrli antimikrob təsirə (biosid) malikdir ki,
bu da yüksək bakterisid və virulisid aktivliyə
malik geniş nomenklaturalı məhsullar yarat ma ğa
imkan verir. Onlar ənənəvi məhsulları modifikasiya
etmək, yeni materiallar, dezinfeksiyaedici və
yuyucu vasitələr yarat mağa imkan verir.
Laboratoriya şəraitində gümüşün nanohis -
sə cik lərinin məhlullarının kiçikhəcmli istehsalı
təşkil olunmuş, biosid lak-boya materiallarının
(pentaftal emalları və sudispers boyalar əsasın da)
və diş pastalarının buraxılışı təşkil edilmişdir.
Gümüş nanohissəciklərə malik antimikrob
boyalar tərkibinə poliheksametilenquanidinin
törəmələri əlavə edilmiş analoji boyalarla
müqa
yisədə istehsalı daha təhlükəsiz və
ucuzdur.
Nanotexnologiyaların istifadəsinin bir
nümunəsi də qatarlar üçün yeni rəngləyici
materialların yaradılmasıdır. Bu boyalar o
qədər hamar olur ki, heç bir əlavə boya ona
yapışa bilmir.
Fasad boyaları elastik olmalıdırlar ki, kritik
altlıqlar üzərindəki suvağın çatlarını örtə bilsin.
Lakin elastiklik həmişə müəyyən həcmdə
adgeziyanı ehtimal edir, odur ki belə hallarda
güclü çirklənmə əvvəlcədən proqramlaşdırılır.
Bunun qarşısını almaq üçün Caprol firması
tərəfindən uzun illər aparılan sınaqlardan sonra
çirklənməyə davamlı olan yeni mühafizə
örtüyü – Silamur yaradılmışdır. Silamur sulu,
təmiz silikat məhsuludur və onun təsiri
boyanan səthin minerallaşmasına əsaslanır.
Onu da qeyd edək ki, nanotexnologiyaların
tikintidə istifadəsi sahəsində Rusiya Federasi -
ya sında da bir sıra yeni nəticələr var. Rusiya
Federasiyası baş nazirinin müavini Sergey
İvanov məlumat vermişdir ki, ölkədə istehsal
olunan belə tikinti materiallarının həcmi 8 mil -
yard rubldan çoxdur. Artıq “Severstal” istismar
xassələri iki dəfə yaxşılaşdırılmış unikal ərin -
ti lərin kütləvi istehsalına başla mışdır. Bu mate -
riallar ekstremal şəraitlərdə, xüsusi halda, arktik
şelfdə neft-qaz kəşfiyyatı apararkən kons
-
truksi yaların qurulması üçün nəzərdə tutul -
muşdur. Hazırda həmin məhsulun illik satışı 2
milyard rubla yaxındır və bu 100 dəfələrlə arta
bilər.
Ekologiya, kənd təsərrüfatı və
nanotexnologiya
Qeyd edək ki, insana, heyvan və bitki
aləminə mənfi təsir baxımından birinci yerdə
mobil texnikanın qaz halında tullantıları durur.
Qlobal miqyasda dünyada avtotraktor parkı
ildə atmosferə 20–27 milyon ton karbon
monooksid, 2–2,5 milyon ton karbohidro
-
genlər, 6–9 milyon ton azot oksidləri, 200–230
milyon ton karbon dioksid, həmçinin 100 min
ton qurum atılır. Ən təhlükəli tullantılar qurum,
benzapiren, azot oksidləri, aldehidlər, karbon
monooksid və karbohidrogenlərdir.
Ümumi zəhərlik səviyyəsində birinci
yerlərdən birini qurum tutur, çünki birincisi,
onun atmosferə atılan miqdarı kifayət qədər
çoxdur və sərf olunan yanacağa görə 1%-dir.
İkincisi, o, çoxnüvəli aromatik karbohidrogen -
lərin toplayıcısı rolunda çıxış edir.
Qurumun hissəcikləri yüksək dispersliklidir
(diametri 50–180 nm, kütləsi 10–10 mq-dan
çox deyil). Odur ki qurum uzun müddət havada
qalır, nəfəs yollarına və insanın qida borusuna
daxil olur. Hesablamalar göstərir ki, ölçüləri
150 nm olan qurum hissəcikləri 8 sutka ərzində
havada asılqan vəziyyətdə qala bilər. Əgər
nisbətən iri qurum hissəcikləri (2–10 mkn
ölçülü) orqanizmlərdən asanlıqla kənarlaşırsa,
xırda (ölçüləri 50–200 nm olan) qurum
hissəcikləri ağciyərdə qalır və allergiyaya
səbəb olur.
51
ELM DÜNYASI / Elmikütlәvi jurnal / 3 (03) 2013