həmkarları bilirlər. Bu
cür münasibətlərə bir neçə
cür haqq qazandırmaq olar: aydın məsələdir ki, elm
bizim gündəlik həyat tərzimizə təsir göstərərək
inkişaf edir. Bununla yanaşı, o, bütünlüklə
anlaşılmır. Elmin müxtəlif sahələrində çalışan
həqiqi praktiklər müəyyən vaxt intervalında böyük
hissəsi sezilməyən (hiss edilməyən) sferaya daxil
olduqda dərhal başa düşürlər ki, onların kəşfinin
anlaşılması üçün xüsusi dil yaratmaq lazımdır.
Alimlərin çox hissəsi isə maraqlı məqamların adi
dilə tərcümə olunmasını nəzərə alıb narahat olmurlar.
Elm artıq sərbəst peşəyə çevrildi yin dən uzunmüddətli
praktika və ciddi öyrənmə tələb edir.
Elm institutu əvvəlcə ayrı-ayrı insanların
qabiliyyətinin nəticəsi kimi inkişaf edərək bütöv
halda kollektiv və təşkilat kimi təzə yaranıb və
xüsusi iqtisadi cizgilərə malikdir. Buna baxma -
yaraq, bütün başqa azad sənətlərdən fərqli olaraq,
elmi praktika dolayısı ilə iqtisadi fayda gətirmir.
Hüquqçu müdafiəçi və hökm çıxaran, həkim isə
müalicə edən şəxs kimi çıxış edə bilər. Dindar
insanlara ruhi rahatlıq verə, mühəndis körpü, yaxud
paltaryuyan maşının layihəsini işləyib tez
liklə
vəsait qazana bilər. Bunlar azad sənətlərdir və
bazarda tələb olunanları təklif edirlər. Elmin bu və
ya digər məhsulu birbaşa satışa çıxarıla bilməz.
Ancaq onların məcmusunun texnika və sənayeyə
tətbiqi başqa azad sənətlərə nisbətən daha artıq
gəlir gətirə bilər.
Elm qədim dövrlərdə varlıların yanında
məşğuliyyət olub, həm də azad sənət kimi ortaya
çıxmışdı. Məsələn, təcrübəli saray astroloqu həm
də saray həkimi idi. Bu da öz növbəsində elmi,
faktiki olaraq, ali və orta təbəqənin inhisarına
çevirmişdi. Son mərhələdə alimin elmi və onun
əməkhaqqı ənənələr və sosial institutlardan asılı
qalırdı. Bu, elmin təhqir olunması kimi başa
düşülməməlidir.
Sonradan elmi himayə edən universitet, kor po -
ra siya və dövlət müəssisələri alimləri maaşla təmin
etməklə yanaşı, həm də onların elmi işlərini davam
etdirmələrinə şərait yaratdı.
Bernal yazır: “Sosialist cəmiyyətində ağanın
funksiyasını Elmlər Akademiyası əvəz etməklə
radikal dəyişikliklərə imza atmış oldu. Dövlət
uzaqgörən siyasət irəli sürərək alimin qeydinə
qalmağa başladı. Alimin əməyi dövlət büdcəsi
40
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
AMEA-nın müxbir üzvü Xudu Məmmədov
Professor Con Bernal
41
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
hesabına ödənilməyə başladı. Alimin cəmiyyət
qarşısında məsuliyyəti artmağa başladı”.
Elm haqqında institut kimi tam təsəvvür ya rat -
maq istəsək mütləq onun əvvəlki insti tutlardakı
mövcudluğuna baxmalıyıq. Son rakı dövrlərdəki
dəyişiklikləri öyrənmək zərurəti ya ran dıqda elmin
institut kimi başqa institutlara və cəmiyyətin
ümumi fəaliyyətinə təsirinə nəzər yetirmək
lazımdır.
Elmin institutu – müəyyən məsələləri həll
etmək üçün insanların təşkilatı, ictimai təzahürdür.
Elmin metodu isə bu təzahürlərdən abstraktlaşır. Bu
metoda Platonun bir ideal forması kimi baxmaq
təhlükəlidir. Bu formaya görə, təbiət və insan
haqqında həqiqətlərin tapılmasının bir düzgün yolu
var və alimin vəzi fəsi bu yolu tapmaq və onu
izləməkdir. Elmin metodu–qərarlaşmış deyil,
inkişaf edən bir prosesdir. Elmin metodu elmin
özünə bənzəyir və əvvəlcədən məlum olmur. O,
hələ keçmişdən zehni və fiziki əməliyyatlardan üzə
çıxmış bir sıra kəşflərdən asılıdır. Uzaq keçmişdə
riyazi elmlər, həmçinin astronomiya və fizikanın
sual larından əhəmiyyətli cavablar almaq müm kün
idi. Yerdə qalan elmlərdən təcrübə hesabına qis mən
nəticələr alınırdı. Sonralar elmi metod kim ya və
biologiya sahələrinə tətbiq olundu və video
-
dəyişikliklərə məruz qaldı. Hal-hazırda elmi
metodların öyrənilməsi elmin özünün inkişafından
ləng gedir.
Təsnifatlandırma və ölçmə
Zaman-zaman aparılan sadə müşahidələrdən 2
texniki üsul əmələ gəldi: təsnifatlandırma və ölçmə.
Bunların hər ikisi, əlbəttə ki, elmdən yaşlıdır.
Müasir dövrdə bunlar tamamilə başqa məqsədlər
üçün istifadə olunur. Təsnifatlandırma özü-özündə
yeni təzahürlər qrupunun anlaşılması üçün ilkin
addım sayılır. Onu həmişə qaydaya salmaq
lazımdır. Ölçmə isə bu qaydaya salın ma nın növbəti
stadiyasıdır. Məhz ölçmə elmi riyaziy
yatla
əlaqələndirir. Bunun hesabına ədəd və formulalar
elmə nüfuz etdi. Elə buradan elmin aktiv tərəfinin
şəkli çəkilir: “Eksperiment” anlayışını necə
xarakterizə etmək olar? “Eksperi ment” sözü son
anlamda “təcrübə”, “sınaq” (“trial”) mənasını verir.
Əvvəlki eksperimentlər, həqiqətən, geniş təcrübələr
(full-scale) idi. Əgər ölçmə həyata keçirilirsə, onda
daha səmimi addım atıb onu miniatürə (smale-
scale) keçirmək lazımdır. Məhz miniatür təcrübə-
obrazı müasir elmin əsas fərqləndirici cəhətidir.
Məhz miniatürdə ucuz başa gələn və kəmiyyət
baxı
mından daha çox təcrübələr aparmaq olar.
Bütün eksperimentlər iki sadə əməliyyatda
toplanır: birləşmədə və ayrılmada. Bunlar elmi dildə
analiz və sintez adlanırlar.
Bu əməliyyatların aparılması üçün əsrlər boyu
alimlər özlərinin elmi cihazlarını düzəlt
mə
yə
başladılar. İndi artıq bu cihazlar sirli sayılmırlar.
Cihazların əksəriyyəti gündəlik həyatdan götü rül -
müş və dərin xüsusi məqsədlər daşıyırlar. Elmi
cihazlar iki mühüm funksiyanı yerinə yetirir. Elmi
cihaz kimi götürülən teleskop və mikrofon bizim
dünyada sensor (latınca sensus “hissiyyat”)
qavrayışımızı dəqiqləşdirir və dərinləşdirir. Digər
cihazlar, məsələn, mikromanipulyatorlar, desstilya -
torlar və inkubatorlar isə bizi əhatə edən maddə lərlə
birgə motor (psixoloji anlamda hərəkət) əməliy
-
yatlarımızı genişləndirir.
Müşahidə, eksperiment
və məntiqi təsvirlər
prosesində elmin dili formalaşmağa başladı. Bu
material cihazlar kimi zəruridir. Mahiyyət etibarilə
cihazlar kimi, elmin dili də yabançı deyil: o da
gündəlik yaşayış dilindən yaranıb və ona tez-tez
müraciət edir. Məsələn, “circle” (dairə) sözü nə
vaxtsa “kuklos” –“çarx” sözü kimi işlənib və
gündəlik həyatda işlənən “bicycle” (“ikiçarxlı
velosiped”) termininə qayıdana qədər bir neçə əsr
təkrarolunan təzahürləri izah etmək üçün abstrakt
termin kimi səslənib.
Elmin strategiyası
Bernal yazırdı: “Elmin metodu haqqında
məsələyə baxışın məhdudluğu ondan ibarətdir ki,
biz onu elmin inkişafının taktikası adlandıra
bilmişik. Tam mənzərənin yaradılması üçün elmin
strategiyasının nəyə uyğun gəldiyi haqqında
danışmalıyıq. Aydındır ki, elmin gələcək inkişafı
üçün şüurlu strategiyaya mütləq lüzum yoxdur. Biz
bilirik ki, elmdə inkişafın yolu heç vaxt nəyəsə
əsaslanmadan olmayıb, böyük hissəsi şüuraltı
fəaliyyətə və hərdənbir şüurlu fəaliyyətə söykənən
strategiyaya uyğun şəkildə olub.
Kəşflərin əhəmiyyətli xüsusiyyətinin strategi -
yasına həll üçün problemlərin ardıcıllığının təyin