universitetlərinin klinikaları
ilə bir səviyyədə
dayana biləcək bir klinikadır.
Möhtərəm Prezident, böyük məmnuniy -
yətlə istərdim Sizə məruzə edim ki, son illər
Tibb Universitetində bu klinikalarda uğurla
çalışa biləcək kadr potensialı yetişibdir və
yetişməkdədir. Ona görə Sizi əmin edirəm ki,
bu klinikanın kadr potensialı ilə bağlı da bir
problemimiz olmayacaqdır. Bu gün tədris-
terapevtik klinikasında dünyanın müxtəlif
aparıcı klinikalarından dəvət olunmuş 10
nəfər korifey sənətkar çalışır. Bu sənətkarlar
həm tədrislə, həm müalicə işləri ilə məşğul
olurlar, bu və ya digər sahənin inkişaf
etdirilməsi üçün bizə son dərəcə kömək
edirlər. Bu da Sizin göstərdiyiniz qayğının
nəticəsidir.
Möhtərəm cənab Prezident, bu gün bu
klinikanın müxtəlif şöbələrini gəzərkən, mən
bütün bunların hamısını Sizə məruzə etdikcə,
digər klinikalar barəsində danışdıqca dedim
ki, bunların hamısının səbəbi son on ildə baş
vermiş hadisələrdir, Ulu Öndər Heydər Əliyev
siyasətinin ölkəmizdə uğurlu davamı və bu
uğurlu davamın aparıcısı kimi Sizin xidmət -
ləri nizdir. Bu gün Tibb Universitetindəki bu
möhtəşəm işlər Azərbaycanda görülən işlərin
cüzi bir hissəsidir. Budur Heydər Əliyev
siyasətinin Azərbaycana verdiyi töhfələr.
Buna görə bizim əsasımız vardır bu gün
deyək, bir daha vurğulayaq ki, Ulu Öndərin
siyasəti Azərbaycan xalqını xoşbəxt günlərə
aparan, yeganə və alternativi olmayan bir
siyasətdir. Azərbaycan xalqının mütləq
əksəriyyəti kimi, Tibb Universitetinin profes -
sor-müəllim heyəti, tələbələri Heydər Əliyev
siyasətini dəstəkləyir və bu siyasətin davamlı
və daimi olması üçün əlindən gələn bütün
işləri edəcəkdir.
Möhtərəm Prezident, son olaraq icazə
verin, bu möhtəşəm klinikanı Tibb Universi -
tetinə hədiyyə etdiyiniz üçün professor-
müəllim heyəti, tələbə kollektivi adından bir
daha Sizə dərin təşəkkürümü, səmimi
minnətdarlığımı bildirim. Sizi əmin edirik ki,
bu klinika Azərbaycan xalqının sağlamlığının
keşiyində möhkəm duracaq, Sizin qarşıya
qoyduğunuz bütün məsələləri yerinə
yetirəcəkdir.
Ayrıca olaraq, mən Mehriban xanıma da
kollektiv adından bir daha dərin təşəkkürümü
bildirirəm.
“Elm dünyası” jurnalının
informasiya şöbəsi
8
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Elmi dərəcələrə görə vəzifə
maaşlarına əlavələrin artırılması
haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konsti tusi -
yasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dövlət büdcə sindən maliy -
yələşdirilən təşkilatlarda elmi dərəcəsi
olan işçilərin əməyini stimullaşdırmaq və
onların sosial müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyə ləş -
dirilən təşkilatlarda bilava sitə ixti -
sası üzrə çalışan “elmlər doktoru” və
“fəlsəfə dok
toru” elmi dərəcəsi
olan işçilərin vəzifə maaşlarına elmi
dərəcələrə görə Azərbaycan Respub -
likası Nazirlər Kabinetinin müəyyən
etdiyi əlavələr 2013-cü il sentyab rın
1-dən iki dəfə artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2013-cü il.
9
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
– Arif müəllim, elm sahəsində
respubli ka mız da
dövlət siyasətinin həyata
keçiril mə sində AAK-nın rolu barədə qısa
məlu mat verməyinizi xahiş edirəm.
– Azərbaycan Respublikasının Prezi
denti
yanında Ali Attestasiya Komissiyası (AAK)
respublikamızda yüksək ixtisaslı elmi və elmi-
pedaqoji kadrların attesta siyası sahəsində vahid
dövlət siyasətini həyata keçirən dövlət orqa -
nıdır. Bu dövlət orqanı yüksəkixtisaslı elmi və
elmi-peda qoji kadrların respublikamızın tələba -
tına uyğun olaraq hazırlanmasında və səmə rəli
istifadə olunmasında, habelə elmin, texni kanın,
təhsilin, mədəniyyətin və incəsə nətin inkişaf
perspektivlərinin müəyyən edilmə
sində fəal
iştirak edir. Komissiya elmi dərə cə lərin (fəlsəfə
doktoru, elmlər doktoru) və elmi adların (dosent
və professor) verilməsi ilə bağlı mülkiyyət
formasından asılı olma yaraq elmi müəssisələr -
dən və ali təhsil müəs
sisə
lərindən daxil olan
attestasiya işlərinin eksperti za sını həyata keçirir və
iddiaçılara dövlət tərəfin dən elmi dərəcələr və
elmi adların verilməsini təmin edir.
– AAK-nın formalaşması və fəaliy yətinin
təkmilləşdirilməsində Ümummilli lider
Heydər Əliyevin imzaladığı tarixi fərman -
ların rolu barədə nə deyə bilərsiniz?
– Müdrik siyasətə, dönməz əqidəyə və tarixi
uzaqgörənliyə malik olan Ulu Öndər Heydər
Əliyevin adı müasir Azərbaycan dövlətinin
quru cusu və memarı kimi tarixə daxil olmuşdur.
Bilavasitə ümummilli lider Heydər Əliyevin
sayə
sində Azərbaycanda müasir demokratik,
hüquqi və dünyəvi döv lət qurulmuş və vətəndaş
cəmiyyəti təşək kül tapmışdır.
Müstəqil Azərbaycan Respublikasında
yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr ların
attestasiya sahəsində vahid dövlət siya sətinin
düzgün müəyyən edilməsində və bu siyasəti
həyata keçirən mühüm dövlət orqanı olan Azər -
baycan Respublikasının Prezi denti yanında Ali
Attestasiya Komis siyasının müstəqil fəaliyyət
göstərməsinin, formalaşmasının və fəaliyyətinin
təkmil
ləşdi
rilməsinin
təmin edilməsində Ulu
Öndər Heydər Əliyevin müstəsna rolu var dır.
Özünəməxsus müdriklik və uzaqgö
rən
liklə bu
dövlət orqanının müstəqil döv lə ti mizdəki labüdlü -
yünü və mühüm rolunu dərindən və hərtərəfli dərk
edərək, onu düzgün dəyər
ləndirən Ulu Öndər
Heydər Əliyev bu quru mun statusunu yüksəltmək,
onun müstəqil fəaliyyət göstərməsini təmin
etmək və elmi və elmi-pedaqoji kadrların attes -
ta siya işinə kənar müdaxilələrin qarşısını almaq
məq
sədilə 6 yanvar 1994-cü il tarixdə “Ali
Attes tasiya Komissiyasının Azərbaycan Res -
Али Аттестасийа Комиссийасынын сядри
Ариф Мещдийев
,