16
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
tələbinin elmimizin beynəlxalq aləmdə tanın -
masında rolu barədə fikrinizi bilmək istər -
dik?
– “Elmi dərəcələrin və elmi adların verilməsi
qaydaları haqqında Əsasnamə”yə görə, disserta -
siyanın əsas elmi nəticələrini əks etdirən dərc
olunmuş işlərə əlavə olaraq, ümumres publika və
beynəlxalq konfrans və simpozium larda edilmiş
məruzələr üzrə dərc olunmuş materiallar da
aiddir. Dissertasiyaların elmi nəticələrinin bey -
nəl xalq simpozium, konfrans, seminar və digər
elmi tədbirlərdə məruzə edilməsi tələbi alimlə -
rimizin və onların elmi əsərlərinin beynəlxalq
aləmdə tanınması, Azər baycan elminin nüfuzu -
nun və səviyyəsinin bey nəl xalq aləmdə yüksəl -
məsi və bütövlükdə elmimizin beynəlxalq elm
məkanına inteqra siyası işinə bilavasitə xidmət
edir. Alimlərimi zin, doktorant və dissertantla -
rımızın beynəlxalq konfrans və simpoziumlar
vasitəsilə dərc etdir dikləri məruzə və tezislərin
sayının ildən-ilə artma sında və nəticədə elmi -
mizin beynəlxalq aləmdə getdikcə yüksək səviy -
yədə təmsil olunmasında AAK-nın iddiaçı ların
elmi nəticə lərinin beynəlxalq səviyyədə məruzə
edilməsi tələbinin müsbət rolunu xüsusi olaraq
qeyd etmək lazımdır.
– Arif müəllim, bildiyimizə görə, artıq
dissertasiyaların avtoreferatlarının elektron
variantları müdafiədən öncə AAK-nın rəsmi
internet saytında yerləşdirilir. Bu informa -
siya bazasının yaradılması elmimizin beynəl -
xalq aləmdə tanınmasında hansı əhəmiyyətə
malikdir?
– Dissertasiyaların avtoreferatlarının
müdafiədən öncə AAK-nın rəsmi internet saytında
yerləşdirilməsi və azərbaycan dilində təqdim
olunmuş dissertasiyaların avtoreferat
larında
ingilis və rus dillərində
xülasələrin veril məsinə
dair AAK-nın müvafiq Əsasnaməyə uyğun
tələbi Azərbaycan elminin ən son nailiy
yət
-
lərinin çevik şəkildə beynəlxalq elmi icti maiy -
yətə çatdırılmasına və onun beynəlxalq aləmdə
nüfuzunun yüksəlməsi işinə bilavasitə xidmət
edir.
– Elmimizin beynəlxalq standartlara
uyğun
laşdırılmasında və ixtisasların yeni
təsnifatının daxil edilməsində AAK-nın fəal
rolu respublika mızın elmi ictimaiyyətinə yaxşı
məlumdur. Bu sahədə görülən işlər barədə də
eşitmək istərdik.
– Elmi və elmi-pedaqoji işçilərə elmi
dərəcələr verilməsi üzrə ixtisasların nomenkla -
turasının beynəlxalq təşkilatların qəbul etdiyi
elmi ixtisas siyahılarına uyğunlaşdırılması pro -
se sində AAK-nın Azərbaycan Respublikasının
müvafiq dövlət orqanları, elmi müəssisələri, ali
təhsil müəssisələri və respublikamızın elmi
ictimaiyyətinin alimləri ilə birgə fəal iştirakını
xüsusi olaraq qeyd etmək yerinə düşərdi.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında 2009–
2015-ci illərdə elmin inkişafı üzrə Milli Stra -
tegiyanın həyata keçirilməsi ilə bağlı Dövlət
Proqramı”nın icrasına dair Tədbirlər Planının
22-ci bəndinə uyğun olaraq, Azərbaycan Res -
publikasının Prezidenti yanında AAK “Azər -
baycan Respublikasında elmi və elmi-pedaqoji
işçilərə elmi dərəcələr verilməsi üzrə ixtisasların
nomenklaturası”nın UNESCO-nun və digər
beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas
siyahılarına uyğunlaşdırılması tapşırığını Azər -
baycan Milli Elmlər Akade miyası, Azərbaycan
Respublikasının Təhsil Nazir
liyi və digər
müvafiq dövlət orqanları ilə birgə hazırlamış və
nəticədə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nöm -
rəli qərarı ilə “Ali təhsilin doktorantura səviy -
yəsi üzrə ixtisasların təsni fatı” və Azərbaycan
Respubli kasının Prezidenti yanında AAK Rəya -
sət Heyə tinin 2012-ci il 13 aprel tarixli qərarı
ilə “Azərbaycan Respubli kasında elmi və elmi-
pedaqoji işçilərə elmi dərəcələr verilməsi üzrə
ixtisasların nomenkla turası” təsdiq edil mişdir.
Qəbul olunmuş bu sənədlərə əsasən ali təhsil
müəssisələrində və elmi müəssisələrdə dokto -
ran turalara qəbul aparılarkən və elmi dərəcələr
və elmi adlar verilməsinə dair AAK qarşısında
vəsatət qaldırılarkən müvafiq ixtisas lar qəbul
olunmuş nomenklaturaya uyğun olma
lıdır.
Şübhəsiz ki, bu, ali məktəblərin mə zun la rının, elmi
dərəcə və elmi ad sahib lə ri nin müvafiq diplom və
attestatlarının hər bir ölkədə tanın masında vacib
bir addımdır.
– Elmimizin sabahının etibarlı təminatını
nədə görürsünüz?
– Elmimizin sabahının etibarlı təminatını
artıq bərqərar olmuş qüdrətli dövlətimizdə, düz -
gün daxili və xarici siyasətimizdə, respub lika -
mızda hökm sürən siyasi sabitlikdə, güclü
iqtisa diy yatımızda, gündən-günə peşəkar laşan
kadr potensialımızın olmasında görürəm. Bütün
bunlar isə praqmatik düşüncəyə və geniş
erudisi yaya malik olan Prezidentimiz İlham
Əliyevin düzgün siyasəti və çevik diploma -
tiyası sayə sində mümkün olmuşdur. İnanırıq
ki, bu il oktyabrın 9-da müdrik xalqımız, o
cümlədən Azərbaycan alimləri respublikamızın
mütərəqqi inkişafı, etibarlı və parlaq gələcəyi
naminə ən düzgün seçimini edərək, yenidən
İlham Əliyevə etimad göstərəcək və onun Azər -
baycan Respub li ka sının Prezidenti postunu tutma -
sına səs verəcək.
Müsahibəni apardı :
Emin Bayramzadə
17
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013