kimi fikir yürütsünlər və hərəkət etsinlər.
Dram və komediyalarda, roman və povest ‐
lərdə bu uyğunluq dərəcəsi yüksəkdir, aydın ‐
dır, deməli, operalarda da bunlara əsaslanmaq
lazımdır. Bu uyğunluğu əldə etməyə can atan
bir çox opera müəlliflərinin fikirləri məhz
belə dir.
Bu baxımdan təəccüblü deyildir ki, Azər ‐
baycanda da özündə əsas ədəbi mənbələrin
janr əlamətlərini daşıyan əsərlər yaranmışdır.
Bu qəbildən olan «Koroğlu» operası – dastan,
epopeya, «Vətən» – döyüş operası, oçerkə xas
yığcamlıq və fəal təsvir keyfiyyətlərinə malik
əsərdir. «Bahadur və Sona» – opera‐povest,
kiçik roman, «Sevil» – müasir həyatdan bəhs
edən lirik dram (pyes əsasında yazılmışdır),
«Aygün» – müasir həyatdan bəhs edən (povest
əsasında yazılmışdır) lirik povest, «Tülkü və
Alabaş» – alleqorik təmsil‐opera, «Aldanmış
ulduzlar» – improvizasiyalı maska teatrı
(M.F.Axundzadənin povesti əsasında), «Nizami»,
«Vaqif», «Natəvan» – böyük şairlərin obrazları
ilə, həyatdakı dəyişiklik lərlə, müstəqillik uğ ‐
runda mübarizə mövzusu ilə bağlı olan tarixi‐
bioqrafik operalardır.
Bu cür təmayüllər musiqi vasitələrinin
seçi
mində bəstəkarların imkanlarını geniş
‐
ləndirir; müəlliflər tərəfindən ən gözlənilməz
ziddiyyət və qarşıdurmalarda dramaturji məsə ‐
lələrə cavab verən ifadə vasitələri cəlb olunur.
İctimai həyatda opera janrının əhəmiyyətli
olması o faktla da izah olunur ki, keçmiş sovet
dövləti özünün yarandığı ilk günlərdən opera ‐
ya böyük əhəmiyyət vermişdir. Sovet partiya
orqanları, informasiya vasitələri musiqili‐
səhnə janrlarının köməkliyi ilə sosializm,
kommunizm ideyalarını həyata keçirməyə can
atmışlar.
Təəccüblü deyildir ki, bəstəkarlardan yeni
inqilabi mövzuda operalar yaratmaq təkidlə
tələb olunmuşdur. Məhz 1920–30‐cu illərdə
yeni sosializm cəmiyyətinin nümayən dələ ‐
rinin, yeni dövrün qəhrəmanlarının iştirak et‐
diyi müasir mövzulu operaların yaradıl masına
xüsusilə təkan verilmişdir.
Beləliklə də, ümumavropa tipli ilk Azər ‐
baycan operasının («Nərgiz») mövzusunu sovet
hakimiyyəti uğrunda mübarizə təşkil etmiş ‐
dir.
Məlumdur ki, 1930‐cu illərdə sovet bəstə ‐
karları çox tez‐tez tarixi‐qəhrəmanlıq mövzu ‐
larına müraciət etmiş, tarixi hadisələrə, keçmiş
qəhrəmanlıqlara meyil edərək müasirliklə
keçmişin vəhdətini yaratmışlar. Bütün bunlar
bəstəkarların yaradıcılıq maraqlarının diapa‐
zonunu müxtəlif mövzularla, süjetlərlə mahiy ‐
yətcə genişləndirir, dinləyicilərdə vətənpər vərlik
hislərini, öz ölkəsinin tarixinə, qəhrəmanlarına
olan məhəbbəti artırır, yeni rəşadətlərə çağı ‐
rırdı. Və bu məcburi partiyalılıqdan qaçmaqla,
eyni zamanda da Vətənə, onun mədəniyyətinə
olan məhəbbəti gücləndirərək sovet hakimiy ‐
yəti uğrunda mübarizəyə səsləyirdi.
Bəstəkarlar tədricən tarixi‐qəhrəmanlıq möv ‐
zularına daha böyük diqqət verməyə başla ‐
dılar. Öz xalqının, öz ölkəsinin tarixi keçmi şinə
bugünkü mövqedən baxan müəlliflər keçmiş
qəhrəmanları mədh edirdilər.
Beləliklə, M.Maqomayevin «Nərgiz» operası
tarixən hazırlanmış və zamanın tələblərinə
cavab verərək qanunauyğun şəkildə meydana
gəlmişdir. Eyni zamanda da öz dövrünün
opera incəsənəti yolunda milli operanın prob ‐
lemləri planında operanın mahnıvariliyi, janr
komponentlərinin mənimsənilməsi, muğamlar‐
dan ümumavropa istiqamətinə keçid də qanu ‐
nauyğun olmuşdur.
Öz «yerli» məsələlərini həll edən milli
bəstəkarlarımız opera janrını klassik qanunlar
səviyyəsində bütün formaları ilə mənimsə ‐
məyə can ataraq Rusiyanın müasir operasına
yaxınlaşmağı bacardılar. Әlbə ə ki, əsas çətin ‐
lik intonasiya quruluşu məsələsi ilə bağlı idi.
Çünki opera üslubunun, hər şeydən əvvəl,
melodik üslubun yaradılması olduqca vacib
idi.
Şübhəsiz, bu proses sürətli ola bilməzdi.
«Nərgiz» operasının yarandığı dövrdə musi ‐
qinin ayrı‐ayrı təbəqələrində müəyyən parça ‐
lan malar var idi. Bu isə müəyyən dərəcədə
M.Maqomayevin operasında hiss olunurdu.
Mahnıvarilik – xalq mahnıları və kütləvi‐inqi‐
labi mahnılarla əlaqədar idi. Melodiyanın
müəyyən hissəsini muğamlarla bağlı olan in‐
tonasiyalar təşkil edirdi. Bu da opera üslubuna
72
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
yaxınlaşma idi. Həm də operadakı epizodlar
daha çox xalqın ruhuna uyğun, kütləvi və
opera üslubunda idi.
Beləliklə də, «Nərgiz» operasında hələ də
vahid bir üslub əldə edilməmişdi. Çoxcəhətli
xalq yaradıcılığını ümumiləşdirilmiş, yüksək
bədii keyfiyyətlərlə və bütün mənbələrin sin‐
tezi ilə ayrılmaz şəkildə həyata keçirmək hələ
də mümkün olmamışdı. Bütün bunlar «Koroğlu»
operasında əldə olundu. Bu isə həmin ope ‐
ranın klassik opera hesab olunma sının əsas
səbəblərindən biridir.
Bununla yanaşı, Avropa və Rusiyanın klas‐
sik operalarına istinad edən, sovet ideolo ‐
giyası ilə əhəmiyyətli dərəcədə və mütləq
bağlı olan sovet operaları sırasına daxil olan
Azərbaycan operası, hə a dövrünün təma yül ‐
ləri çərçivəsində, mahnıvari operalar çərçivə ‐
sində belə fərdi milli simasını qoruyub saxlaya
bilmişdi.
Bir daha qeyd edək ki, öz dövrünün incə ‐
sə nət təmayüllərinə əsaslanan M.Maqomayev
zamanın canlı nəbzini tərənnüm edərək mövzu
və janr seçimində haqlı idi. Belə ki, həmin
dövrdə məhz mövzunun özü operanın janrını
müəyyənləşdirir və bədii formanı diktə edirdi.
Azərbaycan bəstəkarları – M.Maqomayev,
Ü.Hacıbəyli klassik ənənələri milli zəminlə
qovuşduraraq səhnədə klassik normalar
çərçivəsində öz xalq musiqisi (mahnılar, rəqs ‐
lər, muğamlar və s.) ənənələrini təcəssüm
etdirməyi bacardılar. Beləliklə, bu proses sin‐
tetik yolla həyata keçdi. Xalq musiqisi və milli
ənənələr hamıya məlum olan ümumavropa
qanunları və musiqi formaları ilə birləşdi.
Bəstəkarlar milli musiqidən intonasiya‐lad xüsu ‐
siyyətlərini götürüb onları dəyişərək məlum
opera formaları ilə uyğunlaşdırmağa nail
oldular.
Xatırlatmaq istərdik ki, Rusiya imperiyası
ilə siyasi, sosial baxımdan bağlı olan Azər ‐
baycan musiqi mədəniyyətinin həmin dövrün
opera incəsənətinin inkişaf axınında olması da
təbii idi. Sovet dövlətinin (Moskva nın) musiqi
incəsənəti bir növ oriyentir idi. Lakin bir sıra
azərbaycanlı mədəniyyət xadim lərinin Moskva
və Leninqradın məşhur sənət karlarından dərs
almalarına baxmayaraq, Azər baycan musiqi
mədəniyyəti özünəməx
susluğunu qoruyub
saxlaya bilmişdir.
73
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014