Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
68
nin vahidini istehsal etmək üçün sərf etdiyi enerjidən 33% az enerji sərf olunur. Lakin Çin 
və Hindistan kimi digər  ərazilərdə mövcud olan tələbat 2003-cü ildən 2030-cu ilədək 
qlobal tələbatı 50%-dən çox artıracaq və bu da alternativlər uğurlu nəticə verənədək 
mədən yanacaqlarının istehlakını enerjiyə olan ilkin tələbatın 81%-nə  qədər artırır. Eyni 
zamanda karbonun geniş miqyasda sorulması, saxlanılması və yenidən istifadəsi də əsas 
prioritetlərdən biri olmalıdır. 2006-cı ildə  bərpa olunan və az karbonlu texnologiyaya 70 
milyard dollardan çox pul qoyulub. 2005-ci ildəkindən 43% çox;  1500 təmiz texnoloji 
(klintek) şirkət açılıb və ABŞ-da 4093 patent günəş və bioloji yanacaqların üstünlük təşkil 
etdiyi təmiz texnologiyaya əsaslanır.  
 
Tədqiqatlar göstərir ki, günəş enerjisi elektrik enerjisinin əsas mənbəyinə çevrilə bilər və 
əgər ətraf mühitin çirklənməsi artmasa və ərzaq qiymətləri çox qalxmasa, biomassa nefti 
geniş şəkildə əvəz edə bilər. Hallofit bitkilərindən və yosunlardan istifadə etməklə sahildə 
yerləşən səhralıqları dəniz suyuyla kütləvi şəkildə suvarmaqla ildə hər hektara 190 000 litr 
bioyanacaq istehsal etmək olar. İstifadə olunmuş istini bir daha istifadə etməklə müştərək 
enerji istehsalı enerji istehsalına böyük yardım göstərə bilər. Bundan əlavə, fəaliyyət 
müddətinin 40 il olacağı gözlənilən təqribən 1000 kömür zavodu CO

–nin sorulması 
nəzərdə tutulmadan planlaşdırılma və ya inşa edilmə  mərhələlərindədirlər. Növbəti 25 il 
ərzində tikilmələri layihələşdirilən kömürlə  işləyən elektrik stansiyalarından buraxılan 
emissiyalar, ötən 250 il ərzində havaya buraxılmış emissiyalardan çoxdur. Ətraf mühitin 
qorunması hərəkatları mədən yanacağı sənayelərini bağlamağa cəhd edə bilər, necə ki, 
30 il bundan qabaq bu cür hərəkatlar atom (nüvə) enerjisinin inkşafını dayandırmışdır. 
Atom (nüvə) enerjisinin mədən yanacaqlarından emissiya olunan istixana effektini 
yaradan qazların əvəz etməsi üçün təqribən 2000 atom elektrik stansiyası tikilməlidir – 15 
ildə  həftəyə 2 və ya 3 stansiya. Daha bir Çernobl hadisəsinə  bənzər hadisənin baş 
verməsi atom (nüvə) enerjisinin genişlənməsini dayandıra bilər.  
  
Daha yaxşı elektrik keçiriciliyi üçün naqillər nanoborucuqlarla əvəz oluna bilər. Günəş 
fermaları gümüş  və digər generatorların köməyilə günəş  işığını qüllələrin təpəsində 
cəmləşdirə bilər. Binalara və digər səthlərə yapışdırılan plastik nanotex fotoqalvaniklər 
xərcləri azalda və effektivliyi artıra bilərlər. Külək enerjisinin potensialının 
dəyərləndirilməsi günü-gündən artmağa davam edir. Hidrogen infrastrukturuna keçid çox 
baha başa gələ və iqlim dəyişikliyinə gec təsir edə bilər. Qoşula bilən hibridlər və elastik 
yanacaqla işləyən nəqliyyat vasitələri, batareyaların qiymətinin düşməsi və preslənmiş 
havayla işləyən avtomobillər teziklə yalnız neftlə  işləyən nəqliyyat vasitələrinə alternativ 
olacaqlar.  “C hydrogenoforman” bakteriyalarının suyu və  dəm qazını hidrogenə necə 
çevirməsini öyrənmək davamlı hidrogen istehsalında irəliləyişlərə səbəb ola bilər. Günəş 
enerjisi ilə  işləyən kosmik peyklər baza-əsaslı elektrik enerjisi qlobal əsasda idarə edə 
bilər və bununla da effektliliyi artıra və enerjini elektrik şəbəkəsinə doğru yönəldə  və 
dünyanı davamlı  zəngin elektrik enerjisiylə  təmin edə bilərlər.  Enerji istehsalının və 
istifadəsinin təsirlərini  əks etdirmək məqsədi daşıyan, enerjinin dəyərləndirilməsi 
strategiyaları və karbon vergiləri üçün elmi ölçülər üzrə razılaşmalar zəruri olacaq. Bütün 
bunlar Beynəlxalq Enerji Təşkilatının yaranmasını tələb edə bilər. 
  
13-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ekoloji cəhətdən zərərsiz olan 
proseslərdən istehsal olunan enerji 5 il dalbadal digər enerji mənbələriniüstələyəcək, 
atmosferik CO

aşqarları ən az 5 il ərzində azalacaq və bu 5 illik amil sayəsində dünyada 
enerji tədqiqat və təkmilləşdirmə xərcləri artacaq.    
  
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
69
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
  
A
FRIKA
: Afrika Çinə idxal olunan neftin 30%-ini istehsal edir. Afrika çox davamlı  bərpa 
edilə bilən enerji mənbələrinə saatda 3140 teravatdan çox tükənən texniki hidroenergetika 
potensialına, 9000 meqavatdan çox geotermal potensialına, zəngin biomas potensialına, 
davamlı günəş potensialına və  bəzi ölkələrdə  əhəmiyyətli külək potensialına malikdir. 
Bununla belə  bərpa oluna bilən mənbələr regionun ilkin enerji təchizatına 1%-dən az 
yardım göstərir.  
  
A
SIYA VƏ 
O
KEANIYA
: Çin istehsalı olan ucuz batareyalar tezliklə elektrik enerjisiylə işləyən 
maşınların tezliklə meydana çıxmasına səbəb ola bilər. Baxmayaraq ki, Çin 1991-ci ildən 
bu yana ÜDM-yə görə enerjini 50% azaldıb, onun CO
2
emissiyalarI 2008-cİ ildə ABŞ-ı 
ötüb keçib. Çin dünyada ikinci böyük neft istehlakçısıdır və 2020-ci ilədək öz nüvə 
imkanlarını 4 dəfə artırmağı planlaşdırır. Çində istehsal olunan enerjinin 2/3-si kömürdən 
əldə olunur – bu da Çini hər hansı bir istixana effekti yaradan qazların qarşısının alınması 
strategiyasında tənqidçi oyunçuya çevirir. Filippində istehsal olunan elektrik enerjisinin 
27%-i geotermal mənbələrdən əldə olunur. Yaponiya və Cənubi Koreya enerjinin demək 
olar ki, hamısını idxal edirlər. Yaponiya orbitdə günəş enerjisini necə emal etməyin və o 
enerjini Yer kürəsindəki elektrik stansiyaları şəbəkəsinə yönləndirməyin yollarını araşdırır 
və 2020-ci ilədək yanacaq elementləri ilə  işləyən 5 milyon maşına malik olmağı 
planlaşdırır. Avstraliya 2010-cu ilədək közərmə lampalarının istifadəsini qadağan edərək 
yığcam flüoresent lampaların istifadəsinə keçməyi planlaşdırır.  
  
A
VROPA
: AB planlaşdırır ki bioyanacaqlar 2020-ci ilədək onun yanacaqlarının 10%-ini 
təşkil edəcək və region İstixana Qazlarının emissiyasını 1990-ci ildəkindən  ən az 20% 
azaldacaq. ABŞ-AB sammitində, 2015-ci ilədək 12 karbon-sorma-və-saxlama nümayiş 
zavodları  şəbəkəsi təsis etmək planlaşdırılıb. 2030-cu ilədək küləyin Avropa elektrik 
enerjisiinin 23%-ini istehsal etməsi gözlənilir. Avropanın Rusiya enerjisindən asılılığının 
artması Rusiyanın  əlində yeni bir diplomatik alətə çevrilir. İsveç 2020-ci ilədək mədən 
yanacaqlarından azad iqtisadiyyata malik ölkəyə çevrilməyi hədəfə alıb. Almaniya 
dünyanın günəş elektrik enerjisinin yarısını istehsal edir, Avropanın  ən böyük biodizel 
isehsalçısıdır və 2020-ci ilədək CO
2
 emissiyalarını 40% azaltmağı planlaşdırır. Bu da 
Almaniyanı dünyanın ən qənaətcil enerji istifadəçisinə çevirəcək. 
  
L
ATIN 
A
MERIKASI
: Braziliya etil spirtinin istehsalı üzrə dünya lideridir; 2006-cı ildə ölkədə 
alınan maşınların 70%-i qıvraq tipli yanacaqla işləyən nəqliyyat vasitələri olub; 2010-cu 
ildə ölkənin etil spirtinin ixracından əldə etdiyi gəlir 1.3 milyard dollara çata bilər. Boliviya 
və Venesuela öz neft və qaz sənayelərini milliləödirməyə davam edirlər. Meksika üz təbii 
qazının xarici investisiyalar tərəfindən inkişaf etdirilməsini istəmir, amma eyni zamanda 
bunu özünün etməsi üçün kifayət qədər maliyyəyə sahib deyil. Venesuelanın ağır neft 
ehtiyatları bu günün texnologiyalarından istifadə edə  və bununla Səudiyyə 
Ərəbistanındakı ehtiyatlardan da çox ehtiyatlara sahib ola bilər. 
  
Ş
IMALI 
A
MERIKA
:
 
15-illik avtomobil dövriyyəsini nəzərə alsaq, 2012-ci ilədək ABŞ-dakı yeni 
avtomobillərin yarısı benzinsiz işləməlidir ki, növbəti 20-30 il üçün Yaxın Şərq neft asılılığı 
azalsın. Bu da  elastiki yanacaqla işləyən qoşula bilən hibridlər vasitəsilə həyata keçirilə 
bilər. Kosmik günəş enerjisi dünyadakı elektrik maşınlarının yanacağa olan tələbatını 
bütünlüklə ödəyə bilər. Atom (nüvə) enerjisi ABŞ-ın CO

emissiya edən elektrik 
stansiyalarını  əvəz etməsi üçün təqribən 350 atom (nüvə) elektrik stansiyaları inşa 
edilməlidir – 15 il ərzində hər 2-3 həftədə bir ABŞ Enerji Departamenti belə hesab edir ki


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə