109
naşmaq olmaz. Onunla münasibətlərdən ruhi məmnunluq
alınmalıdır. Hegesiasdan fərqli olaraq o, müdrik insanın
xoşbəxtliyə çatmağını mümkün saymışdır.
Diogenes Laertiusa görə Kirena məktəbinin ardıcılla-
rından biri Teodorus (yun. Θεόδωρος, m. ö. V – IV yüz-
illiklər) olmuşdur (3, 93). Teodorus xalq arasında yayılmış
tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də
“Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar
haqqında” kitab da yazmışdır.
Onun fikrincə sevinc və kədər hissləri vardır. Bi-
rincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir.
Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan
hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.
Dostluq əslində yoxdur. Maraqlar sona çatan kimi
dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir,
ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün
dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi
əməllərdən ikrah doğuran bir şey yoxdur. Bu anlayışlar
təbiətdən deyil, yalnız insan cəmiyyətindən irəli gəlir.
Buna görə də, bu anlayışlar haqqında cəmiyyətdə qəbul
olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin
öz fikri olmalıdır. Bu əməllərə görə ictimai qınaqlar ağıl-
sızların qarşısını almaq üçün tətbiq edilmişdir. Bunlar
müdrik insan üçün deyildir.
Kirena məktəbinin daha bir ardıcılı Euhemerus (yun.
Εΰήμερος, təxminən m. ö. 340 – 260) olmuşdur. Euhe-
merus Messena şəhərindən idi. Bizim zamanımıza onun
Panheya adasına səyahəti haqqında “Müqəddəs siyahı”
110
(yun. Ίερά άναγραφή) adlı utopik hekayəsi çatmışdır. Bu
əsərin fraqmentləri qədim yunan tarixçisi Siciliyalı Dio-
dorusun (yun. Διόδωρος Σικελιώτης, m. ö. 90 – 30) kita-
bında verilmişdir (9, 108-110). Orada Euhemerus bir
məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını
görmüşdür. O yazıda yunan tanrılarının siyahısı verilmiş
və onların keçmişdə krallar olduqları haqqında məlumat
verilmişdir.
Beləliklə, Euhemerus qədim tanrıları inkar edirdi.
Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra
tanrılaşdırılan krallar və qəhrəmanlar idilər (5, 71). Məsə-
lən, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra
isə tanrılaşdırıldığını iddia edirdi. Euhemerusun bu
fikirləri “euhemerizm” adlanmışdır və buna görə onu
ateizmdə suçlamışdılar. Sonralar euhemerizm dinşünaslıq
elmində bir nəzəriyyə kimi istifadə edilmişdir.
1.9.3. Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) daha bir
Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri
idi və onun adı yerləşdiyi şəhərlə bağlı olmuşdur. Onları
daha çox metafizika, məntiq və ərdəm kimi məsələlər ma-
raqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli
olduqlarına görə “eristiklər”
66
və ya “dialektiklər” də
adlandırmışdırlar.
66
Eristika (yun.
ἐριστικὴ τέχνη) – sofistlər tərəfindən tərtib olunmuş
mübahisə aparmaq sənəti, ustalığıdır.
111
Meqara məktəbi Sokratın öyrəncilərindən olan Me-
qaralı Euklides
67
(yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 –
360) tərəfindən yaradılmışdır. O, Sokrat kimi bir çox za-
manımıza çatmayan dialoqların müəllifi olmuşdur. Onun
çoxlu öyrənciləri var idi.
Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır,
ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən
yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün
başqa şeylər və olaylar əslində yoxdur, onların var olması
aldadıcıdır. Bir olan Xeyri deyil, başqa xeyirləri axtaranlar
hər zaman ziddiyyətlərlə qarşılaşırlar. Beləliklə, Euklidesə
görə varlıq birdir (3, 97).
Euklides həm də analogiyalarla (bənzər hallarla)
nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki,
analogiya nə qədər hansısa olaya yaxın olsa belə, ondan
fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir
şey haqqında fikir yürütmək üçün bənzərinə deyil, o şeyin
özünə müraciət edilməlidir (3, 97).
Diogenes Laertius Meqara məktəbinin daha bir
görkəmli nümayəndəsi Stilpon (yun. Στίλπων, təxminən m.
ö. 360 – 280) haqqında xəbər vermişdir (3, 100-103). O, fəlsəfi
polemikanın ustadlarından biri idi, həm də siyasətlə də
məşğul olurdu. Misir hökmdarı Ptolemeus Soter ona yaxşı
münasibət bəsləmiş, ölkəsinə dəvət edərək ona çoxlu pul
təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o
pulun isə çox az hissəni götürmüşdür.
Meqarada savaş zamanı Stilponun evi qarət olun-
muşdur. Makedoiya kralı Antiqonun oğlu Demetriusa bu
xəbər çatdıqda o Stilpona təklif etdi ki, zərərin qar-
67
Rus ədəbiyyatında onun adı Evklid (Эвклид) kimi səslənir.
112
şılanması üçün qarət olunmuş əmlakının siyahısını gə-
tirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri
geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir
zərər dəyməmişdir. Çünki, onun malı, mülkü oğurlansa
da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl
zənginliyin də məhz bu olduğunu bildirmişdir.
Stilpon həm də tanrılara və dinə qarşı şübhəçi
mövqedə dururdu. O demişdir ki, memar Fidiusun ərsəyə
gətirdiyi Afinanın heykəli onun yaratdığı incəsənət in-
cisidir. Deməli o, tanrı ola bilməz (3, 101). Bu iddiaya görə
onu mühakimə edib sürgün etmişdirlər.
Stilpon ümumi anlayışların var olub-olmaması haqqında
düşünən ilk filosoflardan biri olmuşdur. Onun fikrincə
“insan” sözünü deyən heç nə demir, onun bu ifadəsinin
mənası yoxdur (3, 102). Çünki “insan” deyilən söz ümumi
bir şeydir; nə bu, nə də o adama aid deyildir. Yuxarıda
qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması
problemi sonralar formalaşan ortaəsr fəlsəfəsinin ən
maraq doğuran mövzularından birinə çevrilmişdir.
Miletli Eubulides (yun. Εὐβουλίδης, m. ö. IV
yüzillik) də Meqara məktəbinin tanınmış nümayəndə-
lərindən idi. Onun fikrincə duyğularımız bizə ətrafımızda
olan şeylər haqqında yanlış bilgi verir. İstənilən şeyin hə-
qiqi mahiyyəti onun görkəmində deyil, mahiyyətindədir.
Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları
irəli sürməklə o, Elealı Zenonun yolunu getmiş, bir çox zid-
diyyətləri (paradoksları) açıqlamış, onların vasitəsi ilə öz
fikirlərini əsaslandırmağa çalışmışdır. Bu paradokslar
haqqında Diogenes Laertius xəbər verərək onlardan
Dostları ilə paylaş: |