Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstmksiyadır. Real
həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan [176 - 177] sosial tələbatlar arasında ziddiyyətlərin
olduğımu da qəbul edən dinamik prosesdir.
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən etmişdir:
kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan tələbat; mövcud
nemətlərin bölgüsünə olan tələbat; vətəndaşlann təhlükəsizliyinə, onların həyatının və uğurlarının müdafiəsinə olan
tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qmplann mövqelərinin və statuslarının müxtəlif meyarlar üzrə
yerləşdirilməsi) qomnub saxlanılmasrna olan tələbat; cəmiyyət üzvlərinin davranışı üzərində sosial nəzarətin həyata
keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir
təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəmri edə bilər, digər tərəfdən isə hər bir institusional
kompleks (məsələn, hüquq) aşağıdakı bir srra təməl tələbatlar çoxluğunu yerinə yetirir: kommunikasiyaya,
xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanun- qaydanm və nəzarətin
qorunmasr tələbatını.
Tarixi inkişafin gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onlann öz daxilində olan səbəblərlə
(əsasən həmin institutun hakim sosial qmplann mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi üzündən), həm də
xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi ilə əlaqədar olaraq)
bağlrdrr.
Aydmdrr ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün aynimış müvafiq rollan qəbul
etməlidirlər. Şübhəsiz, institut daxilindəki bütün rollar institut rollan ola bilməzlər. Məsələn, «ananın balaca
köməkçiləri» - bımlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. E}mi zamanda oğul və ya qız institutlaşmış
rollardır. Bəs fərq nədədir? İnstitutlaşmış rol kənaraçrxmalan daha ciddi cəzalandırmağı nəzərdə tutan, daha sabit
davranrşlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə olunur. Hətta
prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalanna baxmayaraq, institut rollannm çərçivəsini qəbul etməyə
məcburdurlar. Ailədə oğulun və qızın rollan onlann valide5mlərə, bir-birinə qarşı münasibətdə vəzifələri ilə birlikdə
sözsüz yerinə
yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır.
İnstitut rollan təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti işdə katibəsinin onun
tələbatlanm necə çevik və bacanqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından aynhr və katibəsi ilə evlənir.
Lakin
tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa bir misalı da
nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki həmkarlan ilə
köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxanr. Belə ki, rəhbər
rolu üçün başqa, tamamilə yeni münasibətlər zəmridir.
İnstitutun rollannm sabitliyi fərdlərin həmin rollan fərdi ifaetmə bacanqlannm eyniləşməsi ilə şərtlənir.
Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacanqsız ola bilər. Ancaq
fərdi fərqlər rollann tələbata istinad etməsi ilə məhduddur. İnstitut daxilində əmələ gələn mübahisələr, əlbəttə,
şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin dəyişilməsi ilə nəticələnir, çox hallarda sosial rollann toqquşmasına
gətirib çıxanr. İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı məhsulu tam keyfiyyətli hazırlamalı olduğu
halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasmı yoxlayır. Bütün bu toqquşmalar institut rollandır. Arvad
həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollannm fərdi cizgilərindədir. Bəzi
hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rollann dayanıqlı olması
ayn-ayn institut rollannm yerinə yetirilməsində uyğunluq tələb edir. Başqa sözlə, [178 - 179] rolun özü fərdlər arasında
seçim apanr.
Sosial sistemin inkişafi institutlann təkamülünə gətirib çıxanr. Bu proses sosial institutlann ənənəvi
modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir. Əgər ənənəvi cəmiyyətdə bütün institutlar sərt şəkildə
birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalannda fərdi azadlığa son dərəcə aşağı səviyyədə yer
verilməsi ilə səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfindən sosial reqlamentləşmənin həyata keçirilməsi
sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir.
Bütövlükdə institutlaşma prosesi öz sıralarmda birləşdirdiyi insanlarm status və vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal fəaliyyət
göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar.
3.
Sosial institutların funksiyaları
Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafiq rollan qəbul etməli və yerinə
yetirməlidirlər. Sosial institutlann əsas rolu müvafiq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu reallaşdırarkən
hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı fimksiyalan yerinə yetirir:
72