Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə49/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

Sosial  nəzarətin  strukturunun  üçüncü  ünsürü  sanksiyalardır.  Sanksiyalar  insanlann  sosial  normalara  riayət 
etməsini stimullaşdıran mükafatlandırma və cəzalandırma vasitəsidir. 
Etiraf etməliyik ki, sanksiya sözünü işlədəndə adətən daha çox onun neqativ aspektinə diqqət yönəlir. Halbuki 
5mxanda qeyd etdiyimiz kimi, sanksiyalar təkcə cəzanı (neqativ [208 - 209] aspekti) yox, həm də mükafatlandırmanı 
(pozitiv aspekti) nəzərdə tutur. Sanksiyalar sosial normaların qoruyucularıdır. Diqqət yetirsək, görərik ki, normalar 
həm dəyərlər, həm də sanksiyalar tərəfindən müdafiə olunur. 
Sosial sanksiyalar bütöv, çoxşaxəli sistemdir. Bu sistem normaların yerinə yetirilməsi üçün, yəni konformizm 
üçün (onlarla razılaşma) mükafatlan, normalardan kənara çıxmaya görə, yəni deviantlığa görə cəzalan nəzərdə tutur. 
Konformizm  (latınca  conformis  -  oxşar,  uyğun  deməkdir)  üçün  uyğunlaşma,  mövcud  qaydalan,  hökmran 
rəyləri  passivcəsinə  qəbul  etmək,  öz  mövqeyinin  olmaması,  ən  güclü  təzyiq  qüvvəsinə  malik  istənilən  nümunəyə 
qeyritənqidi yanaşma xarakter cəhətdir. Bu halda şəxsiyyət qmpun real və  ya təsəvvür olunan təzyiqinə itaətkarlıq 
göstərir. Lakin unutmaq olmaz ki, konformizm ümumən qəbul edilmiş qaydalarla zahiri razılıqdır. İnsan daxilən həmin 
qaydalarla Razılaşmaya bilər, bu barədə heç kəsə məlumat verməyə bilər. Konformizm sosial nəzarətin məqsədi ola 
bilər, lakin o, sosiallaşmanm məqsədi deyildir. Çünki sosiallaşma ümumən qəbul edilmiş normalarla daxili razılaşmanı, 
onlann «qəbul olunmasını» nəzərdə tutur. Deviantlıq (latmca deviatio - kənara çıxma deməkdir) məlum cəmiyyətdə 
ümumən  qəbul  edilmiş  normalan  və  qaydalan  pozan  davranışı  ifadə  edir.  Göründü5di  kimi,  hər  iki  davranış  tərzi 
normalarla bilavasitə bağlıdır. 
Sosial  sanksiyalar  sosial  nəzarət  sistemində  çox  mühüm  rol  05mayır.  Ozü-özlüyündə  normalar  heç  nəyə 
nəzarət  etmir.  Normalara  əsaslanmaqla  adamlann  bir  qismi  digərinin  davranışına  nəzarət  edir.  Normalara  əməl 
olunması,  habelə  sanksiyalann  yerinə  yetirilməsi  bizim  davranışımızı  məqbul  məcraya  yönəldir.  Bizim  hər  birimiz 
yaxşı bilirik ki, mühüm elmi kəşf üçün rəsmi mükafat, ağır cinayət əməli üçün həbs gözlənilir. Biz başqa bir adamdan 
müəyyən hərəkət gözləyəndə ona ümüd edirik ki, o, təkcə mövcud normanı yox, həm də onun yerinə yetirilməsi (yerinə 
yetirilməməsi) [209 - 210] üçün müvafiq sanksiyanı da bilir. 
Deməli,  normalar  və  sanksiyalar  vahid  bir  tam  halında  birləşmişdir.  Hər  hansı  bir  normanı  müşayət  edən 
sanksiya yoxdursa, onda norma şüara, dəvətə, çağınşa çevrilir, real davranışı nizamlaya bilmir. Bu halda norma sosial 
nəzarət ünsürü olmaqdan qalır. 
Sosial sanksiyaların tətbiqində spesifik məqamlar mövcuddur. Elə hallar olur ki, sanksiyalann tətbiqi kənar 
şəxslərin iştirakını tələb edir. Elə hallar da olur ki, buna ehtiyac qalmır. Sanksiyalann tətbiqi baxımından spesifik şəraiti 
aydın başa düşmək üçün iki situasiyanı müqayisə etmək kifayətdir: 
1-
 
ci situasiya - işçi başqa bir müəssisədə daha münasib işə getmək istəyir. O, ərizə ilə müdiriyyətə müraciət 
edir, ilkin sərəncam və ya əmr hazırlanır. Həmin işçinin işdən çıxması müəssisənin (təşkilatın) kadrlar şöbəsi tərəfindən 
rəsmiləşdirilir. 
2-
 
ci situasiya - müəyyən cinayət əməli üçün həbs. Bu situasiya ilkin istintaqı, məhkəmə dinləmələrini, yuxan 
instansiyalara verilmiş şikayətlərə baxılmasını və nəhayət, son qərar qəbul olunmasını nəzərdə tutur. Başqa sözlə, bu 
situasiya uzunmüddətli mürəkkəb proseduranı şərtləndirir. 
Sanksiyalara və onlann tətbiqinə aid olan bəzi məqamları xüsusi qeyd etməyə ehtiyac vardır. 
Əvvəla,  insanın  özünün  özünə  sanksiyalar  tətbiq  etməsi  heç  zaman  baş  vermir.  İnsan  müəyyən  hadisə  və 
prosesi daxilən təhlil edərək müəyyən qənaətə gəlir: özünü ya təqsirli bilir, ya da təqsirsiz hesab edir. Həmin qənaət 
özünə münasibətdə sanksiya tətbiqi ilə nəticələnmir. 
Sanksiyalann tətbiqi insanın özünə doğru istiqamətlənmişsə, daxili təhlil apanlırsa, belə nəzarət formalanm 
özünənəzarət adlandırmaq daha düzgün olardı. 
İkincisi, qrup vərdişlərini pozanlara tətbiq edilən sanksiyalar az sayda adamlann olmasını tələb edir. Bu işə 
çoxsaylı adamlann cəlb olunması nəzarətin təsirliliyini zəiflədə [210-211] bilər, lüzumsuz səs-küy doğura bilər. 
Beləliklə, sanksiyalann fəal, qüdrətli təsir, nəzarət imkanlan vardır. Həmin imkanlardan düzgün, vaxtında və 
səmərəli istifadə olunmalı, konkret vəziyyət diqqətlə, hərtərəfli araşdınimahdır. 
3.
 
Sosial nəzarət metodları 
Cəmiyyətin, sosial qruplann, müxtəlif sosial təşkilatlann sabitliyi belə sosial təşəkküllərin üzvlərinin optimal 
qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və səmərəliliyindən 
asılıdır. İnsanlann bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir. 
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatlan sosial praktikanın müxtəlif növlərinin 
həyata  keçirilməsi  prosesində  səylərin,  hərəkətlərin  birləşdirilməsini,  əlaqələndirilməsini  zəruri  edir.  Bu  amilin 
reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır. 
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş, 
qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir. 
84 


Qeyd  edilən  hər  iki  amilə  müvafiq  surətdə  istənilən  sosial  təşkilata  xas  olan  nəzarət  mexanizmindən  bəhs 
etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında onların 
birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefik sistem tətbiq edir, onu müdafiə edir, 
həmin  normaların  qrup,  cəmiyyət  üzvləri  tərəfindən  mənimsənilməsini  təmin  edir,  onlara  riayət  olunmasını 
mükafatlandırır, onların tələblərindən kənara çıxma hallannın qarşısını alır. Sosial nəzarət mexanizminin mənası və 
əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturlann obyektiv-subyektiv [211 - 212] xarakteri məhz burada 
təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün labüd surətdə meydana çıxan 
elementidir.  Sosial  nəzarət  həm  də  şüurlu  surətdə  formalaşdırılmış,  tətbiq  olunmuş,  qərarlaşmış  formadır.  Söhbət 
birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir. 
Formal  sosial  nəzarət  dövlət  tərəfindən  qanunvericilik  qaydasında  icazə  verilən  fəaliyyətlərin 
stimullaşdıniması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyalar tətbiqi yolu 
ilə həyata keçirilir. Formal nəzarət həm də elə sosial strukturlarda həyata keçirilir ki, qəbul olunmuş normalara əməl 
edilməsi normativ aktlarla (nizamnamə, təlimatlar, əsasnamə və s.) və müvafiq sanksiyalarla təmin edilir. Formal sosial 
nəzarət, onun yaradılması və həyata keçirilməsi sosial qarşılıqlı təsirlərin rasional təşkili prosesinin nəticəsidir. Formal 
sosial  nəzarətin  agentləri  dövlət  hakimiyyəti  orqanlarına  səlahiyyəti  olanlardır,  bütün  hakimiyyət  strukturlarıdır. 
Onların  fəaliyyəti  müvafiq  qaydalarla  müəyyən  edilmişdir.  Sanksiyalar  cinayət  məsuliyyəti,  inzibati  tədbirlər  və 
intizam tənbehləri formasında olur. 
Formal  sosial  nəzarətin  səmərəliliyi  məlum  dövlət  hakimiyyətinin  və  səlahiyyətli  müvafiq  strukturlann 
legitimlik dərəcəsinə birbaşa mütənasibdir. Bu səmərəliliyin tabe, ikinci dərəcəli şərtləri sırasma müvafiq sanksiyalann 
sərtliyi, cəzanın ağırlığı və onun real tətbiqinin dönməzliyi dərəcəsi aid edilə bilər. 
Qeyri-formal  sosial  nəzarət  isə  qarşılıqlı  təsirlərin  özünütəşkilinin  nəticəsidir.  Onun  funksiyası  da  sosial 
qarşılıqlı  təsirlərin  normativ  nizamlanmasıdır.  Lakin  unudulmamalıdır  ki,  belə  nəzarət  üçün  seçilən  normaların 
məzmunu formalaşdırılmamışdır; həmin normalar sosial qruplarda, birliklərdə kortəbii surətdə meydana gəlir, onların 
üzvlərinin davranışında məhz belə sosial təşəkküllər üçün xarakterik olan sanksiyalann tətbiqi təhlükəsi altında təkrar 
istehsal [212 - 213] olunur. Qeyri-formal sosial nəzarətin agentləri həmin qruplar və birliklərdir, onlann ən nüfuzlu 
üzvləridir  (məsələn,  ailədə  valideynlər,  sosial  qruplann  qeyri-formal  liderləri  və  «diqqətdə  olan»  digər  şəxsləri). 
Sanksiyalar məhdud (və ya real tətbiq) formasında özünü göstərir: fiziki zorakılıq, rəddetmə, üzvlükdən məhrumetmə, 
habelə hədə, məsxərəyə qoyma, müdafiədən imtina etmə və s. 
Qeyri-formal sosial nəzarətin səmərəliliyi müvafiq sosial qruplann və təşəkküllərin birlik dərəcəsinə, onlann 
üzvlərinin sosial vəhdət və həmrəylik səviyyəsinə birbaşa mütənasibdir. Sosial (qrup) normalannm pozulmasına görə 
sanksiyalann ağırlığı və qaçılmazhğı sosial təşəkküllərin dağılması, birliyin pozulması, sosial həmrəyliyin itirilməsi ilə 
əlaqədar  olaraq,  öz  nəzarətedici  effektindən  məhrum  olur.  Qeyri-formal  nəzarətin  səmərəliliyinin  çox  mühüm, 
həlledici komponenti məhz sosial həmrəylik fenomenidir. 
Qeyri-formal  sosial  nəzarətdən  bəhs  edərkən  çox  zaman  klassik  nümunə  kimi  ənənəvi  kənd  icmasına qeyd 
edirlər.  Həqiqətən  kənd icması  öz  üzvlərinin  həyatmm,  demək  olar  ki,  bütün  aspektlərinə  nəzarət edirdi. Məsələn, 
münaqişə və mübahisələrin həlli, gəlin seçilməsi, uşağa ad qo5mlması və s. Yazılı normalar mövcud olmamış, ictimai 
rəy qüdrətli nəzarətedici imkanlar kəsb etmişdir (bu rəyi çox zaman icmanın ağsaqqal üzvləri ifadə etmişlər). Sosial 
nəzarət sisteminə din üzvi surətdə qoşulmuşdur. Ayin və mərasimlərə ciddi riayət olunması sosial normalara rəğbət 
hissi tərbiyə etmiş, həmin normalann zəruriliyinin daha dərindən dərk olunmasına kömək etmişdir. Nişanlanma, yeni 
ailə  qurulması,  yetkinliyə  çatma,  uşağın  doğulması,  məhsul  yığımı  və  s.  xüsusi  təntənə  ilə  qeyd  olunmuşdur. 
Göründü5di kimi, formal nəzarət metodlarından fərqli olaraq, qeyri-formal metodlar praktik surətdə hamıya müyəssər 
olmuşdur'. 
Qeyri-formal  nəzarəti  həm  də  ailə,  qohumlar,  dostlar  və  tanışlar  yerinə  yetirə  bilərlər.  Onlan  qeyri-formal 
nəzarətin [213-214] agentləri adlandırırlar. 
Formal  nəzarət  tarixən  qeyri-formal  nəzarətdən  sonra  meydana  gəlmişdir.  Bu,  mürəkkəb  cəmiyyətlərin  və 
dövlətlərin  doğulması  (məsələn,  qədim  Şərq  imperiyalar)  dövrünə  təsadüf  edir,  hərçənd  onun  rüşeymiəri,  ilk 
təzahürləri daha əvvəlki dövrlərə aiddir. Mövcud qaydaları pozanlara rəsmən tətbiq olunan formal sanksiyalann dairəsi 
(məsələn, ölüm cəzası, qəbilədən qovulma, vəzifədən kənar edilmə, habelə mükafatlann bütün mümkün növləri) dəqiq 
müəyyənləşdirilmişdir. 
Bu bir həqiqətdir ki, müasir cəmiyyətlərdə formal nəzarətin əhəmiyyəti getdikcə arür. Bu onunla əlaqədardır 
ki,  mürəkkəb  cəmiyyətdə, xüsusən  çoxmilyonlu  ölkədə  nizamı,  sabitliyi  qoruyub  saxlamaq  o  qədər  də  asan  vəzifə 
deyildir.  Burada  ayn-ayn  qruplann,  təbəqələrin  mənafeləri  toqquşur,  ictimai  praktika  durmadan  zənginləşir.  Qeyri- 
formal  nəzarət  insanlann  o  qədər  də  böyük  olmayan  qrupu  ilə  məhdudlaşmışdır.  Ona  görə  də  belə  nəzarəti  lokal 
(məhəlli, yerli) nəzarət adlandırırlar. Formal nəzarət isə əksinə, ölkənin bütün ərazisində fəaliyyət göstərir, qlobal məna 
kəsb edir. Belə nəzarəti xüsusi strukturlar və adamlar - formal nəzarət agentləri həyata keçirirlər. Onlar 
' KpaBHemco A. 
K
 Connonoraa. M., 2005, c. 232-233. 
85 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə