istiqaməti və məzmunu məlum sosial sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji, əxlaqi və digər
sosial-mədəni xarakteristikalanndan asılıdır.
Sosial nəzarət fərdlərin davramşma cəmiyyət tərəfindən nizamlayıcı təsirlərin daha ümumi sisteminin bir
ünsürüdür. Bu təsir formasının fərqləndirici xüsusiyyəti nizamlılıq, formallaşdınima, fərdə verilən tələbələrin qətdiyi,
normativliyi, sanksiyalarla təminatıdır. Sosial nəzarət sistemi sosial normalardan istifadə edir; həmin normalar
ideologiyada, fəlsəfi-etik baxışlarda, bədii yaradıcılıqda və s. öz əksini tapır. [194 - 195]
Sosial nəzarət sistemi bir sıra Qərb sosioloqlannm əsərlərində aqressiv davranış üzərində nəzarət vəzifəsi ilə
əlaqədar nəzərdən keçirilir. Bu cür nəzarət fərdin sosiallaşması kimi ümumi prosesin bir hissəsi olaraq araşdırılır.
Aqressiv davranış problemi isə öz növbəsində daha geniş problemə - kənaraçıxan (deviant) davranış
probleminə daxil
edilir. Belə yanaşma sosial nəzarətin yaranmasının sosial-mədəni dinamikasını aşkara çıxarmaq cəhdləri ilə bağlıdır.
Əslində sosial nəzarət problemi daha çox yığnaq psixologiyasına dair əsərlərdə, kortəbii qrup davranışı üzərində
nəzarət metodlarının işlənib hazırlanması ilə əlaqədar olaraq öyrənilir. Bu halda ustanovkalarm tədqiqinə, qeyri-formal
qrupların nəzarətedici roluna və s. xüsusi diqqət yetirilir. Bu qəbildən olan tədqiqatlarda fərdə sosial nəzarətin obyekti,
sosial struktur təşəkküllərinə isə nəzarətedici və məcburedici qüvvə rolu aynlır. Sosial nəzarət mexanizmi barəsində
belə təsəvvür birtərəflidir. Əslində sosial nəzarət prosesində fərdlə cəmiyyət öz arasında toqquşur. Lakin onların
qarşılıqlı təsiri olduqca mürəkkəb xarakter daşıyır; fərdi keyfiyyətlərin sosial standartlara sadəcə «bənd edilməsi»
məsələyə dərindən nüfuz edilməməsini sübut edir.
Ölkədə hər bir şeyin öz axan ilə getməsi üçün insanlar müəyyən qaydalara əməl etməlidirlər. Sosial nizam ən
azı adamlann əksəriyyəti tərəfindən ümumi normalara əməl olunmasmı tələb edir. Sosial nizam olmasa, insanlann
qarşılıqlı fəaliyyəti əsil problemə çevrilər, onlann gözləmələri isə mənasızlaşardı. Cəmiyyət öz üzvlərinin fəaliyyətinin
uyğunluğuna əsaslı sosial normalarla sosial nəzarətin köməyi ilə təminat verməyə çalışır.
Bəs sosial nəzarət necə başa
düşülməlidir? Sosial nəzarət «cəmiyyət hüdudlarmda insanlann davranışını müəyyən edən metodlar və
strategiyalardır.'
Nəzərə almaq lazımdır ki, sosial nəzarətin mahiyyəti və rolu müxtəlif tədqiqatçılar tərəfindən birmənalı
qiymətləndirilmir. [195 - 196] Məsələn, funksionalistlər sosial nəzarətin hər şeydən əvvəl 5uridik aktlarda ifadə
olunduğunu vurğulayır, onu labüd tələb kimi nəzərdən keçirirlər; sosial nəzarət olmazsa, cəmiyyətin salamat qalması
və yaşaması mümkün deyildir. Əgər əhali ictimai davranış standarüarma əməl etməkdən imtina etsə, institusional
sistemin fəaliyyəti pozular, dağılıb gedər. Bu səbəbdən funksionalistlər xaosu səmərəli sosial nəzarətin alternativi
hesab edirlər. Konflikt nəzəriyyəsinin tərəfdarlan isə qeyd edirlər ki, sosial nəzarət hakimiyyətdə təmsil olunan sosial
qrupların mənafeləri naminə cəmiyyətdəki bütün digər qrupların ziyanına olaraq həyata keçirilir; həm də bu zaman heç
bir sosial struktur neytral mövqedə qala bilməz. Ona görə də vəzifə mühafizə üçün sosial nəzarət metodlarından və
instrumentlərindən istifadə etməklə institusional strukturlara sosial həyatın nemətlərini və imkanlarını ədalətsiz
bölüşdürməyə şərait yaradan
mexanizmləri aşkar etməkdən, optimal addımlar atmaqdan ibarətdir.
Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir:
1.
Fərdləri öz cəmiyyətinin normativ gözləmələrini intemalizasiya
etməyə sövq edən proseslər;
2.
Fərdlərin sosial təcrübəsini təşkil edən proseslər;
3.
Müxtəlif formal və qeyri-formal sosial sanksiyalar tətbiq edən proseslər.
Məlum olduğu kimi, cəmiyyət üzvləri fasiləsiz surətdə sosiallaşma prosesini keçirirlər. Onlar bu proses
sayəsində təfəkkürün, hiss və davranışın elə sistemlərini mənimsəyirlər ki, onlar məlum cəmiyyətin
mədəniyyəti üçün
xarakterikdir. Uşaq yaşlarmda digər adamlann gözləmələrinə uyğunluq hər şeydən əvvəl xarici nəzarət proseslərinin
məhsuludur. Yaşa dolduqca insanın davranışı getdikcə daha artıq dərəcədə daxili tənzimləyicilərlə idarə olunur. Bu
tənzimləyicilər çox funksiyalar yerinə yetirirlər, halbuki onlar əvvəllər-uşaq yaşlannda xarici nəzarət mexanizmləri
vasitəsilə yerinə [196 - 197] yetirilirdi. İntemalizasiya prosesi belə baş verir: fərdlər cəmiyyətdə üstün olan davranış
standartlanm öz şəxsiyyətinə «hopdumrlar». İnsan bu standarüan çox zaman düşünmədən, müəyyən suallar vermədən,
qeyd-şərtsiz özünün «ikinci naturası» kimi qəbul edir. İnsan qmpun həyatına daha dərindən nüfuz etdikcə, qmpun
qayğılan ilə «yükləndikcə» özü haqqında müəyyən təsəvvürlər işləyib hazırlayır; bu təsəvvürlər onu davranışını qmpun
normalarına müvafiq surətdə nizamlayır. Qmp üzvlərinin etdiyini etməklə o, öz identikliyini əldə edir. Qmp onun öz
qmpuna
çevrilir; o, qmpun normalarmı öz normalan kimi qəbul edir.
Beləliklə, sosial nəzarət özünənəzarətə çevrilir.
Fərdi təcrübənin formalaşmasında və təkamülüdə sosial institutların özünəməxsus yeri vardır. Bir qayda olaraq
insan mövcud reallıq haqqında öz təsəvvürünü sosial problemlərin təsiri altında işləyib hazırlayır. Bu təsəvvürün
alternativləri ilə cəmiyyət tərəfindən formula edildiyi tərzdə qərarlaşır. İnsan demək olar ki, xeyli məhdud bir aləmdə
yaşayır və fəaliyyət göstərir.
Başqa sözlə, o, özünün məlum mədəniyyətlə
şərtlənmiş sosial
‘ВолаковЮ. Г. Добренаков В. И. Нечипуренко В. Н. Попов А. В. Социология. М., 2005, с. 196.
79