Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Teplevozun elektrik avadanlığı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə55/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   105
Demir yollari kitab tam — 1

 
5.3.4. Teplevozun elektrik avadanlığı 
 
Teplovozlarda istifadə olunan elektrik avadanliqları istismar
Ģəraitinə və təyinatina görə iki qrupa bölünürlər: elektrik maĢın-
ları və elektrik aparatlari. 
Elektrik maşınları.
Teplovozlarda müxtəlif növ elektrik maĢın-
larından istifadə olunur: dartı generatoru, dartı elektrik mühərriki, 
təsirləndirici, köməkçi generatorlar və elektrik mühərrikləri, köməkçi 
aqreqatları 
qidalandırmaq 
üçün 
starter-generatorlar 
və 
elektrostaterlər. Elektrik maĢınları da öz növbəsində yerinə yetirdiyi
funksiyaya görə əsas və köməkçi elektrik maĢınlarına bölünürlər. 
Əsas elektrik maĢınlarına darti generatoru, darti elektrik mühərriki 
və akkumulyator batareyası daxildir. Köməkçi elektrik maĢınlarına 
isə müxtəlif mexanizmlərin (nasos, ventilyator və s.) fərdi elektrik 
mühərrikləri, starter-generator, elektrostarter, köməkçi generatorlar 
və s. daxildir. 
Dartı generatoru
. Dartı generatorunun əsas vəzifəsi dizelin me-
xaniki enerjisini elektrik enerjisinə çevirərək dartı elektrik mühər-
riklərini cərəyanla qidalandırır. Dartı generatoru dizelin valı ilə 
birləĢərək bir çərçivədə bərkidilir. Bu birləĢmə sərt olmaqla, muftanın 
köməyi ilə yerinə yetirilir. Teplovozlarda ГП300БУ2 (ТЕМ2, gücü 
780 kVt, 4800 kq), ГП311БУ2 (2ТЕ10, 2000 kVt, 8700 kq), 
ГП311BУ2 (ТЕП60, 2000 kVt, 9000 kq), ГП312У2 (М62, 1270 
kVt, 7400 kq) markalı sabit cərəyan generatorları və ГС501AУ2 
(ТЕ116,ТЕП70, 2800 kVt, 6000kq), ГС515У2 (ТЕМ7, 1400 kVt, 
4800kq) markalı dəyiĢən cərəyan generatorlarından istifadə olunur. 
Dartı generatorunun əsas hissələrinə gövdə, əsas və əlavə qütblər, 
lövbər dolağı, kollektor, fırça, fırçasaxlayan, yastıq Ģitləri, val, 
ventilyasiya təkəri və s. daxildir. Əsas və əlavə qütblər, sarğac arası 
birləĢmələr və sarğı çıxıĢları generatorun gövdəsi ilə birlikdə 
generatorun maqnit sistemini təĢkil edir. DəyiĢən sinxron generatorlar 
isə rotor, stator, fırça, fırçasaxlayan, kollektor əvəzinə-kontakt halqa-


lar, yastıq Ģiti, ventilyasiya təkəri və s. ibarətdir. Stator generatorun 
gövdəsində qaynaq konstruksiyada yığılır. O, içlik formasında daxili 
diametri üzrə çoxlu sayda paz yuvaları olan seqmentvari 
elektrotexniki polad vərəqlərdən hazırlanır. Dartı generatorlarının 
soyudulması öz-özünə ventilyasiya sistemlidir. 
Dartı elektrik mühərriki
. Dartı elektrik mühərrikinin əsas vəzifəsi
elektrik enerjisini mexaniki enerjiyə çevirərək onu diĢli çarx ötürməsi 
vasitəsilə təkər cütlərinə ötürməkdir. Bütün teplovoz dartı elektrik 
mühərriklərinin konstruksiyası eyni olub, yalnız arabacıqlarda asma 
sxemlərinə görə müxtəlif olurlar. Konstruksiyasına görə teplovoz 
dartı mühərrikləri eletrovoz dartı mühərrikləri ilə anoloji olaraq 
eynidir. Lakin teplovoz dartı mühərrikinin valı bir tərəfə çıxıĢlıdır. 
Dartı elektrik mühərrikləri aĢağıdakı əsas hissələrdən ibarətdir: 
lövbər, maqnit sistemi (gövdəyə həm də fırçasaxlayan və fırça da 
bərkidilir), lövbər yastıqlı yastıq Ģitləri, quraĢdırma-baxıcı (kollektor) 
və ventilyasiya lüklərinin çıxarılabilən qapaq və Ģitləri, sarğı sonluq-
larının çıxıĢ naqilləri, motor-ox yastığı.
Teplovozlarda sabit cərəyanlı EД118А (teplovozlar-2TE10, M62, 
2TE116; gücü 305 kVt, kütləsi 3100 kq, gərginlik U= 463/700 V), 
EД126А (2TE121, 2TE126; gücü 445 kVt, 3400 kq, 518/580 V), 
EД125БМ (TE116, TE10; 410 kVt, 3250 kq, 536/750 V), EД121АУ 
(TEП60, ТЕП70; 413 kVt, 2950 kq, 830/600 V) tipli və dəyiĢən 
cərəyanlı asinxron EД900 (2TE120; 410 kVt, 2300 kq, 820/960 V) 
tipli dartı mühərriklərdən daha çox istifadə olunur. EД118Б və 
EД125Б tipli dartı mühərrikləri ardıcıl təsirlənən dörd qütblü elektrik 
maĢını olub, asılı ventilyasiya sisteminə malikdir. 2TE121 
teplovozunda istifadə olunan altı qütblü EД126 tipli dartı mühərriki 
çərçivə-dayaq asma sxeminə malik olub, lövbər valı bütöv hazırlanır. 
Dartı elektrik mühərriklərinin valında yaranan fırlanma tezliyi dizelin 
parametrlərindən asılı olmayıb, dartı elektrik mühərrikinin cərəya-
nından asılıdır;


U-gərginlik V-la, I
l
və R
l
isə mühərrikin lövbər dolağının qalıq 
cərəyan Ģiddəti (A) və müqaviməti (Om), C
l
- mühərrikin konstruktiv 
sabit parametri adlanır, F maqnit selidir (Vb). 
Teplovozlarda istifadə olunan təsirləndirici (həyacanlandırıcı) və 
köməkçi generatorlar çox zaman bir konstruksiyada hazırlanaraq 
ikimaşınlı aqreqat
da adlanır. Bu aqreqat bir valdan ibarət olub
üzərində iki lövbər valı olur. Lövbər dolaqlarının ortasında isə 
ventilyasiya təkəri olur. Təsirləndiricinin əsas vəzifəsi dartı 
generatorunun asılı olmayan təsirlənmə dolaqlarını sabit cərəyanla 
qidalandırmaqdır. Köməkçi generatorun vəzifəsi isə teplovozun 
xüsusi məqsədlər üçün müxtəlif yüklərini (akkumulyator 
batareyasının dolmasını, nasos və ventilyasiya intiqallarının elektrik 
mühərrikini, idarəetmə zəncirinin və iĢıqlanma sistemini) 
qidalandırmaqdır. Yeni teplovozlarda istifadə olunan yüksək güclü 
köməkçi sinxron generatorlar isə asinxron mühərriklərin və dartı 
mühərriklərinin təsirlənmə sarğılarının qidalanmasında istifadə 
olunur.
Starter-generator sabit cərəyanlı maĢın olub, quruluĢuna görə 
generatora oxĢayır. Bir çox teplovozlarda istifadə olunan starter-
generator mühərrik rejimində iĢləyərək dizeli iĢə salmaq üçün 
akumulyator batareyasından qidalanmanı yerinə yetirir. Köməkçi 
generatorun əsas vəzifəsi isə teplovozların xüsusi məqsədlər üçün 
olan tələbatlarını qidalandırmaqdır.
Akkumulyator batareyası. 
Teplovozlarda qələvili (LiOH, KOH, 
NaON) və turĢulu (H
2
SO
4
) akkumulyator batareyalarından istifadə 
olunur. Akkumulyator batareyalarında bir-biri ilə ardıcıl birləĢən 32, 
46 və 48 ədəd akkumulyatorlar olur. Akkumulyatorun əsas hissələrini 
mənfi və müsbət elektrodlar təĢkil edir. Akkumulyatorların iĢ 
(hərəkət) prinsipi elektrolit və elektrodlar arasında gedən dönən 
oksidləĢmə-reduksiya reaksiyalarına əsaslanır. Bu reaksiyalar 
əsasında elektrik enerjisi kimyəvi enerjiyə (dolma rejimi) və kimyəvi 
enerji isə elektrik enerjisinə (boĢalma rejimi) çevrilir. Elektrod 
lövhələri və elektrolitlər üçün istifadə olunan kimyəvi elementlərin 
tərkibindən asılı olaraq akkumulyatorlar qurğuĢun-turĢulu və qələvili 


olurlar. Qələvili akkumulyatorun elektrodu dəmir və nikeldən, turĢulu 
akkumulyatorun elektrodu isə qurğuĢundan hazırlanır. 32ТН-450У2 
(U
n
=64 V, kütləsi 1270 kq), 48ТН-450У2, 48ТН350У2 tipli turĢulu 
və 46ТПНЖ-550У2 (U
n
=57,5V, kütləsi 222 kq), 6TПНК-550Т2 tipli 
qələvili akkumulyator batareyaları son zamanlar teplovozlar üçün 
daha çox istifadə olunur. Dizel mühərrikinin iĢəburaxma rejimində 
akkumulyator batareyasının qərarlaĢmıĢ hal üçün cərəyanın qıyməti 
800-900 A, gərginliyi isə 46-70V hədlərində olmalıdır. Batareyanın 
tiplərində olan iĢarələr aĢağıdakı texniki parametrləri göstərir: 350, 
450, 550- akkumulyator batareyasının nominal tutumu A

saatla; 32, 
46 və 48-batareyalarında bir-biri ilə ardıcıl birləĢən akkumulyatorların 
sayı; T-teplovoz, TП (teplovoz-buraxıcı)- akkumlyatorun təyinatını 
göstərir. Elektrolitin sıxlığı turĢulu akkumulyatorlarda 1,24-1,27 q/sm
3

qələvilidə isə 1,25-1,278 q/sm
3
olur. Elektrolitin səviyyəsi turĢulu 
akkumulyatorlarda elektrodun qoruyucu Ģitinin səviyyəsindən 15 mm, 
qələvilidə isə elektrodun səviyyəsindən 40-50 mm yuxarı olmalıdır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə